Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3738/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3265/2024 nömrəli, 21 iyun 2024-cü il tarix li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X5 ilə Cavabdeh1 (etibarnamə əsasında əvəzinə Cavabdeh2) arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ serialı, ******* saylı alqısatıqı müqaviləsinə əsasən X5 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 8a saylı evin, 27 saylı mənzilini 155.000 manat pula Cavabdeh1 satmışdır. Mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyəri X7 ödənilmişdir;
3. Bundan sonra Cavabdeh1 mənzilə dair mülkiyyət hüququ xx. xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda da mülkiyyətindədir;
4. X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus olan 153.876,68 manat məbləğində pulun bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmiş və həmin şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilib, ona vurulmuş zərərin qaytarılmasını xahiş etmişdir. Qeyd edilən ərizəyə uyğun olaraq araşırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda gələcəkdə X 8 müəyyən edilib izahatı alındıqdan sonra qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunmasından ötrü Yasamal rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Həmin qərara əsasən qeyd edilən mənzilin aşağı qiymətə satılmasının, Artyom və Qleb adlı şəxslərin şəxsiyyətlərinin və onların eyni və ya ayrı-ayrı şəxslər olmasının müəyyən edilməsi, faktiki olaraq Ukrayna Respublikasında olan X8 izahatının alınması mümkün olmadığından cinayət əməlini sübuta yetirmək mümkün olmamış və bu səbəbdən cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İlkin iddia üzrə iddiaçı X5 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 (əvəzinə Cavabdeh2) arasın da bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ serialı, ******* saylı müqavilənin və xx.xx.2023-cü il tarixli Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilə dair onunla Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində tanış olduğu hazırda şəxsiyyəti məlum olmayan Artyom adlı şəxs ilə kriptovalyuta əldə etmək barədə razılaşmışlar. O, Artyom adlı şəxs ilə razılaşmışdır ki, mənzili sataraq müvafiq pul məbləğini ona ödəyəcəkdir. Lakin, o, mənzilin satılması barədə hər hansı xəbər yerləşdirməməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə özünü makler Siyavuş kimi təqdim ed ən şəxs mobil telefon vasitəsilə ona zəng etmiş və satışa qoyulmuş mənzili almaq üçün evə baxmağa gəlmək istədiyini bildirmişdir. İki gün sonra evə baxdıqdan sonra makler Siyavuş və müştəri qismində cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontorunda görüşərək, mənzili 153.876,68 manata satmışdır. Həmin pulu o, bank hesabında saxlamışdır. Həmin günün səhəri Artyom adlı şəxs kriptovalyuta alacağı bəhanəsi ilə pulu bank hesabından çıxararaq ələ keçirmişdir. O, hesab edir ki, Artyom adlı şəxs ilə cavabdehlər əlbir olaraq onun mənzilini ələ keçirmişlər. Hazırda mübahisə predmeti olan mənzildə yaşayır və bütün əşyaları mənzildədir.
7. Bundan sonra Cavabdeh1 X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, X2 ona məxsus ünvan 1 ünvandakı mənzildən çıxarılması və mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil X5 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən qanuni əsaslarla əldə edilmişdir, hazırda da onun mülkiyyətindədir. Həmin müqaviləyə əsasən X5 mənzili 7 gün müddətində, yəni xx.xx.2023-cü il tarixədək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərini təşkil edən 155.000 manat məbləğində pul da onun tərəfindən ödənilmiş və X14 Tağı bu məbləği almışdır. Onun sonradan bu məbləği hər hansı başqa şəxsə verməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Hazırkı iddianın qaldırılmasında əsas məqsəd də X2 mənzilin ona təhvil veri lməsini yubatmaqdır. Nəticədə, onun mülkiyyətçi olaraq mülkiyyət hüquqları pozulur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)780/2024 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasınin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin İddiaçı tərəfindən boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir (hakim Fariz Əlizadə).
10. Məhkəmə ilk iddianı rədd edərkən qeyd etmişdir ki, etibarsızlığın ə sasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırkı mübahisə üzrə müqavilə notarial qaydada bağlanmışdır, yəni forma tələblərinə əməl edilmişdir. Həmçinin, müqavilənin məzmunu düzgün formada tərtib edilmiş, məzmunla bağlı qüsur mövcud deyildir. Müqavilənin subyekt tərkibi tam qanunidir, yəni, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli şəxslər olmaqla müstəqil subyektdirlər. Həmçinin, alıcının nümayəndəsinin qanuni əsaslarla təmsilçilik səlahiyyəti mövcuddur (müqavilə həm də alıcı tərəfindən bəyənilir). Müqavilə üzrə iradə qüsurluluğu müəyyən edilmir. Belə ki, X2 xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında mübahisənin faktiki halları barədə verdiyi izahat formalı məlumatları məhkəmə əsas götürür. Həmin izahata əsasən müəyyən edilir ki, X5 mənzilin qiyməti və alqı-satqı barədə cavabdehlə razılaşmış, bununla bağlı müqavilə üzrə iradə ifadəsini həyata keçirmiş, onun aldadılması, ona təzyiq edilməsi halları mövcud olmamış, alqı-satqı baş tutduqdan sonra pul məbləği onun bank hesabına köçürülsə də, bir gün sonra hazırda şəxsiyyəti məlum olmayan şəxs (lər) tərəfindən mənimsənilmişdir. Belə ki, mənimsənilmənin faktiki əsasını Hüseyn X1 almaq məqsədi ilə həmin şəxs(lər)lə razılaşması olmuşdur. Müəyyən edilir ki, Hüseyn X4 şəkildə öz iradəsini ifadə etməklə cavabdehlə alqı-satqı münasibətlərinə daxil olmuşdur. Məhkəmə X3 izah etmişdir ki, ona vurulmuş zərərlə bağlı müvafiq şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. Məhkəmə mövcud hüquq münasibətləri baxımdan X5 ilə Cavabdeh1 arasındakı alqı-satqı münasibətlərini və X5 ilə sosial şəbəkələr vasitəsilə tanış olduğu Artyom adlı şəxs ilə tapşırıq müqaviləsi münasibətlərini ayırmışdır. Münasibətlərin tərəfləri fərqli subyektlər olmaqla münasibətləri hüquqi və faktiki əsasları da tamamilə fərqlidir. Subyektlər öz əməllərinə görə hüquqi məsuliyyət (konstitusion, mülki, cinayət, inzibati, intizam məsuliyyəti) daşıyırlar. Hər hansı subyektinin əməlinin məsuliyyətinin digər subyektin üzərinə qoyulması yolverilməzdir. Həmçinin, onun aldadılması faktı mövcud ola bilər və bu ehtimal yüksəkdir. Lakin, bu o demək deyildir ki, hazırkı mübahisə predmeti olan müqavilə etibarsızdır. Müqavilənin etibarsızlığını təsdiq edən əsaslı dəlillər məhkəməyə təqdim edilməmiş, Artyom və Qleb adlı şəxslərin Cavabdeh1 ilə əlbir olma sı və ya Cavabdeh1 İddiaçı aldatması sübuta yetirilmir. Mənzilin satışa qoyulması barədə elanın olmamasına baxmayaraq, satıcıya zəng edilərək mənzilin satılması barədə ofertasının (təklif) cavabdehlər tərəfindən qəbul edilməsi (bu doğru olsa belə, təkbaşına müqavilənin etibarsız hesab edilməsi üçün yetərli deyildir), bununla da şəxslərin bir-biri ilə əlbir olması iddiası mülahizə xarakteri daşıyır və sübuta yetirilmir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə ümumiyyətlə təmin edilə bilməz. Çünki, sonuncu alqı-satqı müqaviləsinin müstəqil subyekti deyildir, yalnız təmsil edilənin adından və təmsil edilənin hesabına nümayəndə qismində münasibətlərə daxil olmuşdur. Yəni, Cavabdeh2 müqavilə tərəfi deyildir.
11. Məhkəmə qarşılıqlı iddianı təmin edərək mövqeyini onun la əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir (“Elektron məhkəmə” informasiya sistemində də bu barədə qeydlər mövcuddur). Mülkiyyət hüququnun yaranması əsası qismində hazırkı mülki iş üzrə mübahisə predmeti olan alqısatqı müqaviləsi çıxış edir. Reyestrin məzmununun həqiqiliyi prezumpsiyasını məhkəmə əsas götürmüş və hesab etmişdir ki, subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. Alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə əməl edilsə də, satıcı İddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş, mənzili alıcıya təhvil verməmişdir. İddiaçı zərər vurulması faktı mülkiyyətçinin mülkiyyət hüququna mane əçilik törədilməsi üçün əsas ola bilməz. Ədalətsizliyi başqa bir ədalətsizliklə aradan qaldırmaq prinsip etibarilə yanlışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 140-cı, 157-ci, 337-ci, 339-cu, 340.1-ci, 359.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. X5 apellyasiya şikayəti ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, o, aldadıldığını və nəticədə pul vəsaitinin əlindən çıxacağını bilsəydi, alqı-satqı müqaviləsini bağla mazdı. Başqa sözlə, onun alqı-satqı müqaviləsi üzrə iradəsi aldadılma nəticəsində formalaşmışdır. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, ona vurulmuş zərərlə bağlı müvafiq şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra onlara qarşı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Dolayısıyla məhkəmə onun aldadılma faktını özü-özlüyündə müəyyən etmişdir. Belə olan halda iddia tələbinin təmin edilməməsi tam əsassızdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, tanış olduğu və onu aldadaraq pulunu ələ keçirən Artyom adlı şəxslə, Siyavuş və Cavabdeh1 adlı şəxslərin aldatma ilə bağlı vahid iradəsini hər hansı əsas olmadan istisna edir. Halbuki o, Artyom adlı şəxslə yazışdıqdan sonra makler Siyavuş adlı şəxsin onunla evin alqı-satqısı üçün əlaqəyə keçməsi, eyni zamanda evin vəsaiti hesabına köçdük dən sonra vəsaiti nağdlaşdırmamağı ona tövsiyyə etmələri elə cavabdehlərin də onun aldadılmağında, həmçinin alqı-satqı baş tutduqdan sonra Artyom adlı şəxsin o, məlumat vermədən bütün bunlardan məlumatlı olaraq onu təbrik etməsi onların vahid iradə ifadəsini həyata keçirdiyinin sübutudur. Həmçinin məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, onun aldadılma faktı mövcuddur və bu ehtimal yüksəkdir. Bununla da məhkəmə əqdin bağlanılması zamanı aldadıldığını böyük ölçüdə qəbul etmişdir. Lakin əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan hüquqi mövqeləri də nəzərə almadan iddianın təmin edilməməsi barədə əsassız qətnamə qəbul etmişdir.
15. Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(103)-3265/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(004)-780/2024 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsini qət etmişdir (hakimlər Abdıyev Fuad sədrlik edən və məruzəçi, Sarıyev Xəyal və Qasımov Fərrux).
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə X5 aldadıldığını bildirsə də, həmin aldadılmasını sübut edən və qeyd e tdiyi aldadılma halının mübahisə predmetini təşkil edən alqı-satqı müqaviləsinin bağlanılmasına səbəb olmasını, yəni aldadılma ilə alqı-satqı müqaviləsinin bağlanması arasında səbəbli əlaqəni təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halların mövcudluğunu sübut etmək vəzifəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından bilavasitə bu mövqedən çıxış edən X2 üzərinə düşür.
17. Məhkəmə kollegiyası tərəfindən mübahisəli alqı-satqı müqaviləsinin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilmir. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışd ır. Bu da öz növbəsində həmin əqdin nəinki iddiaçının irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir.
18. Hüquqi nəticə etibarı ilə X5 mənzilin alqı-satqı müqaviləsində göstərilən dəyərini qəbul etmiş, bununla da qeyd edilən məbləğ onun mülkiyyətinə keçmişdir. Bundan sonra onun bu məbləği hər hansı başqa şəxsə ötürməsi artıq onun öz mülkiyyətində olan pul vəsaitinə sərəncam verilməsi kimi qiymətləndirilir. Hər bir halda, İddiaçı bu məbləği cavabdehlərin tapşırığı əsasında hər hansı başqa şəxsə verməyibdir. Əgər real olaraq istinad etdiyi Artem adlı şəxsə veribdirsə də, onunla aralarında olan razılaşmaya əsasən veribdir. Onun aldadılma ilə bağlı istinad etdiyi şəxslərlə cavabdehlər arasında hər hansı əlaqənin olması öz təsdiqini tapmır. Onunla Artem adlı şəxs arasında mövcud olması ehtimal edilən hər hansı razılaşmanın nəticəsi olaraq mülkiyyətində olan mənzilin məhz Cavabdeh1 tərəfindən alınması faktı isə onların əlbir olmasını təsdiq etmir. Qeyd edilənlər X2 ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon 27-ci Polis şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. Belə ki, həmin araşdırmanın nəticə olaraq da X2 cavabdehlər tərəfindən aldadılması faktı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən evlərin alqı-satqısı ilə məşğul olan Şahid ifadəsi ilə də X5 ilə hər hansı başqa şəxs arasında sövdələşmənin olması, ümumiyyətlə mənzilin satılması səbəbləri barədə cavabdehlərin hər hansı məlumatının olmaması sübuta yetir. Belə ki, mənzilin satılması ilə b ağlı bu şəxsə müraciət edilsə də, cavabdehləri bu işlə məşğul olan başqa, Tapdıq adlı şəxs tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddia tələbinin əsassız olması və ilk iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
19. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmış və bu baxımdan o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Buna baxmayaraq, həmin mənzildə bügünədək X5 yaşayır, mənzil onun istifadə və sahibliyindədir. Halbuki, onun bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla Cavabdeh1 arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə onun mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Bu vəziyyətin qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə Cavabdeh1 konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. O, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Halbuki, X5 xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin 11-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixədək Cavabdeh1 faktiki sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Hüquqi nəticə etibarı ilə X5 mövcud vəziyyətdə üzərinə götürdüyü öhdə likləri icra etmir.
20. Bu səbəbdən X6 mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, habelə X2 onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün sonuncunun həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və o, Cavabdeh1 mülkiyyətində olan həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq, yəni X3 məxsus olan bütün əşyalardan tam şəkildə azad olunaraq Cavabdeh1 təhvil verilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 5.3, 140, 144.1, 152.1, 152.5, 157.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1,337.2, 337.4, 339.2, 339.3, 385.1, 425.1-maddələrinə və MPM-nin 14.2, 77.1, 217.1-cü maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) K assasiya şikayətinin dəlilləri
22. İlkin iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddia üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiya Məhkəməsi Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən aparılan araşdırmada yuxarıda qeyd edilən faktların öz təsdiqini tapmadığını bildirməklə sanki iddiaçının aldadılmasının sübut olunmadığı qənaətinə gəlmişdir. Halbuki qeyd edilən cinayət işinin başlanmasını rədd edilməsi barədə qərar Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində ləğv edilmiş və əlavə araşdırma aparılması qə rara alınmışdır. Bununla bağlı da icraatın dayandırılması barədə vəsatət məhkəməyə təqdim edilsə də əsassız olaraq təmin edilməmişdir.
24. Belə ki, məhkəmə tərəflər arasında alqı-satqıyla bağlı yaranmış münasibətləri düzgün təhlil etməyərək qətnaməsini düzgün əsaslandıra bilməmişdir. Çünki ilkin iddia üzrə iddiaçının Artyom adlı şəxslə danışdıqdan sonra evinin alqı-satqısıyla bağlı tanımadığı şəxslərin ona zəng etməsi və ardıcıl olaraq digər proseslər aldadılmanın bariz təzahürüdür.
25. Kassasiya şikayəti öz mövqeyini Mülki Məcəllənin 339.2,339.3-cü və Mülki Prossesual Məcəllənin 80,88,217.3-cü maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3265/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri:
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxla nılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərə fin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;
32. Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ilkin iddia üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən edilmmişdir. Belə olan halda həmin əqdin etibarsız hesab edilməsi tələbi rədd edilməli, qarşılıqlı iddia təmin olunaraq mülkiyyətdən istifadəyə maneçilik törədən hərəkətlərə son qoyulmalıdır.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ilkin iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhr um etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 29).
42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıld ığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3265/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.