Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3740/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-69/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cava bdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48 olan çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Quba rayonu, Aşağı Atuc kəndi ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2018-ci il tarixli, 22880 saylı ekspert rəyindən görünür ki, Cavabdeh inşa etdiyi tikililərin İddiaçı məxsus 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü və bu hiss ənin 170 m2 təşkil etdiyi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektarında tikdiyi tikilinin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qe ydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 06 avqust 2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən adına mülkiyyət hüququ əsasında Quba rayonu, Aşağı Atuc kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh özbaşına zəbt etməklə, orada qanunsuz tikili tikmişdir. Ona dəfələrlə qanunsuz tikintinin dayandırılmasını və torpaq sahəsinin boşaldılmasını təklif etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin təqsiri üzündən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin həmin ərazidə bir neçə tikili tikdiyini, bununla əlaqədar Cavabdeh mülkiyy ət hüququ əsasında ona məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektarında tikdiyi tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov, iş № 2(027)-34/2019) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Quba rayonu, Aşağı Atuc kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 170 m2 hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilməsi və həmin 170 m2 hissədə Cavabdeh tərəfindən tikilmiş tikililərin Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməs i, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq, iş üzrə İddiaçı verilməsi, həmçinin iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində Quba rayon Aşağı Atuc kənd ərazisində 0,12 ha torpaq sahəsi vardır. Cavabdeh İddiaçı məxsus 0,12 ha torpaq sahəsinin 170 m kv.m hissəsini zəbt edərək orada qanunsuz tikinti inşa etmişdir. İddiaçı zəbt olunan ərazinin 0,02 ha olduğunu iddia etsə də bunu əsaslandıra bilməmişdir. Cavabdeh isə iddianı təkzib edən sübutları təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnamə si ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və H.Ç.Babayeva, iş № 2(105)-69/2021) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-34/2019 saylı 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsini Quba rayonu Aşağı Atuc bələdiyyəsindən almasına dair alqı-satqı aktını məhkəməyə təqdim etsə də, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd qüvvədə olduğundan, ləğv və etibarsız hesab edilmədiyindən, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)69/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin apellyasiya baxışına qaytarılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakl arı olmadan işə baxılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla ti kilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa hakim iş üzrə icraata xitam verir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-ci maddəsin ə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə iddia qismən təmin edilərkən və həmin qətnaməni dəyişdirilmədən saxlayarkən məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, «… Cavabdeh İddiaçı məxsus 0,12 ha torpaq sahəsinin 170 m kv.m hissəsini zəbt edərək orada qanunsuz tikinti inşa etmişdir». Həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi təyin olunaraq alınmış ekspertiza rəyinə və təqdim olunmuş fotoşəkillərə əsaslanmışdır. Halbuki birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin edilərkən torpaq sahəsinin yerdə müəyyən olunması və tikilinin hansı torp aq sahəsində və ərazisində tikilməsi, tikilinin İddiaçı məxsus 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, düşürsə hansı hissədə və hansı ölçüdə düşməsi müəyyən edilməsi sual olaraq qoyulmuşdur. Müvafiq ekspert rəyindən isə görünür ki, Cavabdeh inşa etdiyi tikililərin Rövşən Ələkbər oğluna məxsus 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü və bu üst-üstə düşən hissəsinin 170 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin ekspert qarşısında qoymuş olduğu suallar irəli sürülmüş tələblərin tam və düzgün həll olunması üçün aydın suallar hesab olunmur. Məhkəmə kollegiyasınin əsaslandırmasından da aydın olur ki, ekspert rəyini tikilinin zəbt olunmuş torpaq sahəsində yerləşməsini təsdiq edən aydın sübut olaraq qəbul etməmiş və əlavə olaraq müvafiq fot oşəkillərlə istinad edərək tikilinin zəbt olunmuş torpaq sahəsində yerləşməsini müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 170 kv.m ölçüdə torpaq sahəsinin zəbt edilməsi ilə bağlı gəldiyi nəticəsi ilə razılaşsa da, tikilinin məhz zəbt olunmuş torpaq sahəsində yerləşməsi nəticəsini tam araşdırılmış hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlar və zəruri olması halında müvafiq eksperiza təyin edilməklə həmin halın (tikilinin məhz zəbt olunmuş sahədə tikilməsi) araşdırılmalı olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparılmamasına diqqət yetirməmiş və kifayət qədər əsaslı sübutların olmamasına baxmayaraq tikilinin sökülməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusi yasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insanın əsas ayrılmaz hüquqlarından biri olmaqla, həmin hüququn Azərbaycan Respublikasında tanınmasına və həyata keçirilməsinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Konstitusiyaya müvafiq olaraq təminat verilir. Məhkəmə müdafiəsi hüququnun isə öz növbəsində Konstitusiyanın 12-ci maddəsinə əsasən tanınması, təmin və müdafiə edilməsi Azərbaycan dövlətinin ali məqsədi olan bütün digər hüquq və azadlıqların həyata keçirilməsinin zəruri təminatı kimi çıxış edir. Məhkəmə icraatı iştirakçılarının məhkəmə müdafiəsini tam həcmdə həyata keçirmələrinə, yəni ədalət tələblərinə cavab verən məhkəmə vasitəsilə hüquqlarının effe ktiv bərpasına təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «həmin 170 kv.m hissədə Cavabdeh tərəfindən tikilmiş tikililər Cavabdeh hesabına sökülməsinin dəyişdirilmədən saxlanması» hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən ləğv olunmuş hissə üzrə bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məh kəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-69/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi «həmin 170 kv.m hissədə Cavabdeh tərəfindən tikilmiş tikililər Cavabdeh hesabına sökülməsinin dəyişdirilmədən saxlanması» hissəsində ləğv olunsun, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3740/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3740/2021
22.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver