Məhkəmə qərarları › İş №2(102)-3743/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3743/2020

15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3743/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusuna qarşı “bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin, etibarnamələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsızlığı, mübahisələndirilən müqavilələr, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Və liyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili xxxnun, Cavabdeh1 və vəkili xxxnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14591/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə vəkilləri xxx tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzind ə Ədliyyə Nazirliyinin xüsusi notariusu cəlb edilməklə) məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh1 adına verilmiş DƏDRX-nin Çıxarışının, Cavabdeh1 və X4 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh2 Cavabdeh1 notarial qaydada verdiyi xx xxxxxx 2016-cı il tarixli 7E-6461 reyestr qeydiyyat nömrəli və xx xxxxxx 2017-ci il, 7E-11365 reyestr qeydiyyat nömrəli etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)371/2019 nömrəli qətnaməsi ilə (hakim T.X.Əkbərov) iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14591/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazov sədrilik edən və məruzəçi, hakimlər Z.Ə.Əliyev və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-371/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2, habelə vəkilləri xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14591/2019 nömrəli qətnaməsininləğv edilərək, iş üzrə iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixli bağışlanma müqaviləsində onların ataları Cavabdeh2 fotoşəkili olmamış, xx xxxx 2017-ci il tarixli razılıq ərizəsində imza atasına məxsus olsa da, vəkil sorğusuna alınmış cavaba əsasən həmin tarixdə atası 5 saylı ASAN Xidmət Mərkəzində heç bir xidmətdən istifadə etməmişdir. Həmçinin iş üzrə keçirilmiş ilkin və əlavə məhkəmə-xətşünaslıq ekspertizalarının rəyləri əsaslı şübhə yaratdığından, iddiaçılar tərəfindən təkrar ekspertizanın keçirilməsinə dair vəsatətlər verilmiş, lakin nə birinci instansiya məhkəməsinin hakimi, nə də ki, apellyasiya instansiyası məhkəməsi vəsatətləri təmin etməmişlər. Bağışlama müqaviləsi bağlanan zaman 83 yaşlı, müxtəlif xəstəliklərdən əziyyət çəkən Cavabdeh2 əməlinin xarakterini dərk edib-etməməsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatətləri də təmin olunmamışdır. Ataları xx xxxxxx 2019-cu il tarixdə birinci instansiya məhkəməsinin iclasına gələrkən özünü idarə edə bilməmiş, Cavabdeh1 əsirliyində olmuşdur. Həmçinin, xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh1 və X4 arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanılarkən, atalarının razılıq ərizəsi alınmamışdır. Məhkəmə iclasında İddiaçı1 və hər iki iddiaçının vəkili xxx kassasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı həmçinin kassasiya şikayətinə dair yazılı izahatını məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlan ılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər, habelə vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən ünvan 1in xxx mənzili iddiaçıların və cavabdehlərdən Cavabdeh1 atası Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. xx xxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 həmin mənzili Cavabdeh1 bağışlamış və sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən isə tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və ümumi sahəsi 0,1006 ha olan torpaq sahəsini X1, sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından həmçinin müəyyən olunur ki, Cavabdeh2 xx xxxxxxx 2019-cu il tarixdə (yəni birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra) ölmüşdür. İddiaçılar ataları ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsini v ə sonuncu tərəfindən mənzilin (sonradan yaşayış sahəsi ev kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır) özgəninkiləşdirilməsinə dair əqdin etibarlılığını mübahisələndirmiş və tələbini onunla əsaslandırmışlar ki, həmin əqdlər Cavabdeh2 iradə ifadəsini əks etdirməmiş, ataları xəstə olaraq hərəkətlərini idarə edə bilməmiş, bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə dair notariat orqanına ünvanlanmış ərizə onun tərəfindən imzalanmamış, alqı-satqı müqaviləsinin bağlanmasına onun tərəfindən razılıq verilməmişdir. Məhkəmələr tərəfindən iddia üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlama ğa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2004cü il tarixli Qərarda təsbit olunmuş mövqeyə əsasən hər hansı əqdin (o cümlədən alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) Mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılar ataları ilə cavabdeh arasında bağlanmış əqdin etibarlılığını sonuncu əsasa görə, yəni daşınmaz əmlakı bağışlayan şəxsin buna iradə ifadəsinin olmaması ilə mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən bağışlama müqaviləsinə qiymət verilərkən tərəflərin bu əqdin bağlanmasına yönələn iradə ifadəsi, əqdin bağlanması ərəfəsində tərəflərin qarşılıqlı münasibəti, əqdin məqsədi ətraflı araşdırmışdır. Belə ki, səlahiyyətləri daxilində sübutlara qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bağışlanmış mübahisəli daşınmaz əmlak Cavabdeh2 xüsusi mülkiyyətində olmuş, həmin müqavilə notariat qaydasında təsdiq olunmaqla, imzalanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyləri ilə müəyyən olunmuşdur ki, xx xxxx 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə verən” qrafasının “Qeyd:” hissəsində kiril qrafikası ilə icra edilmiş «ışladım» yazısı və yazının qarşısındakı imza, həmin müqavilənin qeydiyyatdan keçdiyi 02027 saylı reyestr jurnalının 5-ci vərəqəsində 354-cü sırada “Cavabdeh2” yazılarının qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Hüseynov” soyadı, həmçinin Cavabdeh2 adından 5 saylı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu Ramin Zülfüqarovun adına yazılmış xx xxxx 2017-ci il tarixli ərizənin sonunda “İmza” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmu şdur. Kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı vəsatət verərək təkrar ekspertizanın təyin olunmasını xahiş etsə də, apellyasiya baxışı zamanı ekspertiza rəylərinin mötəbərliyinə şübhə yaranmamış, əlavə və ya təkrar ekspertizanın keçirilməsinə prosessual əsas müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar atalarının həmin dövrdə əqdi bağlamaq imkanında olmayan dərəcədə xəstə olması və həmin xəstəliyin onun öz hərəkətlərinin mənasını başa düşməməsinə və ya onlara rəhbərlik edə bilməməsinə səbəb olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 birinci instansiya məhkəməsində şəx sən iştirak edərək, evini könüllü olaraq qızı Cavabdeh1 bağışlamasını, müqavilələrə imza edərkən özünün notariat orqanında olmasını, onun buna məcbur edilməməsini, iradəsini ifadə edərək imza etməsini, aldadılmamasını və s. göstərmişdir. Cavabdeh2 oxşar mövqeyini Bakı şəhəri 7 saylı Notariat kontorunda təsdiqlənmiş xx xxxxxxxx 2018-ci il tarixli ərizəsində də ifadə etmişdir. Bundan əlavə iş materiallarında olan tibbi arayışlara əsasən Cavabdeh2 Ruhi-Əsəb Xəstəlikləri ilə bağlı qeydiyyatda olmamışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli Arayışına əsasən xx xxxxxx 1937-ci il təvəllüdlü Cavabdeh2 t.e.d. professor xxx tərəfindən müayinə olunmuş və onda psixi pozuntular aşkarlanmamışdır. Bundan ə lavə, məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, xx xxxx 2017-ci il tarixli bağışlaması müqaviləsinin görmə qabiliyyəti olmaması səbəbindən Cavabdeh2 əvəzinə Cavabdeh3 tərəfindən imzalanması həmin müqavilənin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 22-ci bəndinə əsasən (mübahisələndirilən müqavilə bağlanılan dövrdə olan redaksiyasında) şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bil ər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsində asılı olmuş və məhkəmələr bununla bağlı prosessual hüquq normalarını pozmamışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə əs asən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəm əsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan məhkəmələr əsaslı olaraq iddiaçının təqdim etdiyi dəlillərə hüquqi qiymət verərkən təqdim olunmuş sübutların iddiasının təmin olunması, yəni bağışlanma müqaviləsinin tərəflərin ataları Cavabdeh2 iradə ifadəsinə uyğun olmamasının təsdiqi üçün yetərli hesab etməmişlər. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıların əqdləri mübahisələndirməkdə müvafiq subyektiv (tələb) hüquqlarının yaranması halı da müəyyən edilməmişdir. Belə ki, iddiaçıların atası hələ sağlığında mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirmiş, bağışlama əqdinin bağlanmasından sonra vəfat edən günədək 2 ildən çox müddət keçmişdir. İddiaçıların qanun üzrə birinci növbəli vərəsələr olması faktı şəxsin sağlığında mülkiyyəti üzərində sərəncam verməklə bağlı bağladığı əqdin etibarsız sayılmasını tələb etmək hüququnu vermir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq göstərmişdir ki, mübahisələndirilən mənzilin (evin) alqı-satqısı vaxtı orada qeydiyyatda olan Cavabdeh2 razılığının alınmaması, mülkiyyətçisin əmlakı üzərində sərəncam hüququnun həyata keçirilməsini ifadə edən əqdin etibarsız hesab olunması üçün əsas ola bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imk anı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildi r. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, habelə vəkilləri xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14591/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar