Məhkəmə qərarları › İş №2(102)-3743/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3743/2023

15.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3743/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı “qanunsuz inşa edilmiş tikililərin və hasarın mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən giriş-çıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi, giriş-çıxış yolunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, hüquqdan sui-istifadənin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)216/2021 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda sahəsi 1200 kv.m. olan torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 aprel 1993-cü il tarixli, 682 saylı sərəncamı ilə X5 şəxsi yaşayış evi tikmək üçün ayrılmış, onun torpaq sahəsi üzrə mülkiyyət hüququ 24 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 25 iyul 2018-ci il tarixli müqavilə ilə İddiaçı satılmaqla, hazırda sonuncunun mülkiyyətindədir.

2. Qeyd olunan torpaq sahəsinin cənub tərəfində giriş-çıxış piyada yolunun sağ tərəfində olan torpaq sahələri Cavab deh2, Cavabdeh1, sol tərəfində isə Cavabdeh4 və Cavabdeh3 faktiki istifadələrində olmaqla, üzərində tikililər və hasar inşa olunmuşdur. Həmin tikililər üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolunu məhdudlaşdırması hissəsində (sağ tərəfdən 1 metr, sol tərəfdən 1 metr, yolun eni 5 metr müəyyən edilməklə) sökülməsi, Cavabde h2 evinə və həyətyanı sahəsinə əks tərəfdən darvazanın və giriş qapısının mövcüd olması səbəbi ilə giriş qapının və darvazanın bağlanmaqla torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi yaşayış sahəsinin inşa edilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Lakin, cavabdehlər ona məxsus torpaq sahəsinin giriş-çıxış yolunu məhdudlaşdırmaqla qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Peykdən çəkilmiş həmin yerin görüntüsündən məlum olduğu kimi, iddiaçıya məxsus həmin torpaq sahəsinə giriş-çıxış yolu cavabdehlərin qanunsuz inşa etdikləri tikililər və hasarlarla məhdudlaşdırılmış, giriş-çıxış yolu bir cığır kimi daraldılmışd ır. Hazırda iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahəsinə müəyyən edilmiş giriş-çıxış yolunu zəbt edərək qanunsuz özbaşına evlər və hasarlar inşa etmiş, nəticədə də torpaq sahəsinə giriş-çıxış yolunun eni bir metrəyədək daraldılaraq ümumiyyətlə avtomaşınların torpaq sahəsinə giriş-çıxışını mümkünsüz vəziyyətə salmışlar. Mövcud vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək üçün tikinti və digər materialların gətirilməsi və ya gələcəkdə buna zərurət yarandığı halda yanğınsöndürən və ya təcili yardım avtomaşınların həmin torpaq sahəsinə daxil olmasını təmin etmək qeyri-mümkündür. Cavabdehlərin heç bir hüquqi əsası olmadan qanunla müəyyən edilmiş iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolunda qanunsuz tikililər və hasarlar inşa etməklə məhdudlaşdır ılması kimi hərəkətləri qanunsuz və əsassız hesab edilməklə həmin tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməlidir.

5. Birinci instansiya məhkəməsində Cavabdeh4 və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddiaçının sökülməsini tələb etdiyi evi həmin şəkildə almış, iddiaçı torpaq sahəsini alarkən Cavabdeh4 məxsus evi və hasarı görmüşdür. Lakin cavabdehin qeyd olunan ünvana dair hüquq müəyyənedici sənədi yoxdur. O, həmin evdə ailəsi ilə birlikdə yaşayır. İddiaçının qeyd olunan ərazidə başqa torpaq sahələri də olmuş, həmin sahələri fərqli şəxslərə satmışdır. Qeyd olunan torpaq sahəsinin də digər tərəfdən küçəyə çıxışı olmuşdur.

6. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, o uzun müddət əvvəl yaşadığı evi almış, lakin ev daşınmaz əmlakın dövlət reyestrindən rəsmi qeydiyyatdan keçməmişdir. İddiaçı qeyd oluna ərazidə böyük torpaq sahəsi əldə edərək, onu hissə-hissə satmağa başlamışdır. Həmin vaxt torpaq sahəsinin digər avtomobil yoluna çıxışı olmuşdur. Cavabdehin yaşadığı ev və həmin evin hasarı əvvəlcədən də hazırkı vəziyyətdə olmuş, evin hasarı evə tam bitişik inşa edilmişdir. Evə zərər vurulmadan hasarın sökülməsi mümkün deyildir.

7. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən ərazinin koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırılaraq rəy ə əlavə edilmiş sxemlər hazırlanmışdır. Sxemlərdən göründüyü kimi İddiaçı reyestr nömrəsi **********58 olan çıxarışa əsasən mülkiyyətində olan 0,1200 hektar torpaq sahəsinə yolun eni 2,6 metr olmaqla, bir giriş-çıxış qapısı mövcuddur. Elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. İddiaçı reyestr nömrəsi **********58 olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolun sağ və sol hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır. Cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələri olması barədə məlumat aşkar edilmədi. İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolunun eni 2,6 metr olmaqla geniş dalana qədər 25 metrdir. İddiaçı adına olan Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən 5F saylı, 0,12 ha torpaq sahəsinin naturada yeri müəyyən edildi, hasara alınmış həyətyanı sahədir və yerləşmə mövqeyi elektron kadastr baza məlumatlarında onun adına verilmiş reyestr nömrəsi **********58 olan çıxarışın yerləşmə mövqeyi ilə (eynidir) üst-üstə düşür, onun qonşuluğunda hər hansı fiziki və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. İddiaçı faktiki istifadəsin də olan ümumi torpaq sahəsi 0,1199 hektardır. İddiaçı istifadəsində və mülkiyyətində olan torpaq sahəsindən ümumi istifadədə olan gediş-gəliş yollarına çıxışı mübahisələndirilən eni 2,6 metr olan dalana çıxan bir yoldur, başqa çıxış yoxdur. Ətraflar həyətyanı sahələr və evlərdir. Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin girişçıxışını məhdudlaşdırır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)710/2019 nömrəli qətnaməsi ilə (hakim A.Z.Rzayev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məxsus qanunsu z inşa edilmiş hasar və tikililərin yolun (nəqliyyat vasitələrinin hərəkətinin) məhdudlaşdırıldığı hissədə sökülməsi və həmin torpaq sahəsinə giriş-çıxış yolu bərpa edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi təqdim edilmiş mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, iddiaçılar tərəfindən torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələri olması barədə məlumat aşkar edilməmişdir. Eləcə d ə, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X4 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cava bdeh3 qarşı qaldırdığı ünvan 4 torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməsi və ona məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)710/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

13. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunm uş 15 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mübahisələndirilən ərazidə torpaq sahəsinin ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə heç bir məlumatın aşkar edilməməsi, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərinin inşa edilməsi üçün müvafiq İcra Hakimiyyəti orqanının icazəsi, qabaqcadan İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələrinin təqdim edilməməsi (olmaması) səbəbindən, iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə gedən uzunluğu 25 metr olan yolun eninin ilkin olaraq nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən cavabdehlə rə dair yuxarıda qeyd edilən sənədlərin təqdim edilməməsi (olmaması) səbəbindən onlar tərəfindən fərdi yaşayış evləri inşa etmələri və həyətyanı torpaq sahələri hasara alınması nəticəsində həmin torpaq sahəsinə giriş-çıxış yolunun hansı hissədə və hansı məsafədə zəbt edilməsi və məhdudlaşdırılmasını müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər, Qəsəbə və X1 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir.

14. Təyin olunmuş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 16 iyul 2021-ci il tarixli rəyinə əsasən ünvan 6 ünvanda yerləşən 0, 12 ha torpaq sahəsinə gedən yola baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarından istifadə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi trapesiya formalı olub, dörd tərəfdən qonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş məhəllə daxili yol ilə həmin sahəni birləşdirən dalan vasitəsilədir. Dalanın uzunluğu 25,0 metr, eni isə başlanğıc hissədə 2,6 metr, torpaq sahəsinə giriş hissədə 2,5 metr təşkil edir. İddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evi, sol tərəfdən isə daş hasar maneçilik törədir. Həmin tikililərin 1 metr məsafədə sökülərək yolun genişləndirilməsi mümkündür.

15. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul olunaraq, iddianın həmin hissədə təmin olunması, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolu soldan 1 metr və sağdan 1 metr olmaqla enləndirilməsi məqsədi ilə sağ tərəfdən ha sar və tikililər (fərdi yaşayış evi (evləri)), sol tərəfdən isə daş hasarların sökülərək yolun genişləndirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəylərinə istinad etməklə, mövqeyini Konstitusiyanın 29-cu maddəsi, Mülki Məcəllənin 152-ci maddəsi, Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, Qəsəbə və X1 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il i tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsinin l əğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1, 164, 175-cı, Mülki Prosessual Məcəllənin 99, 102-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi torpaq sahələrinin, bu torpaq sahələrində yerləşən fərdi yaşayış evinin cavabdehlərin sahibliyində və istifadəsində olmağını nəzərə almamış, onların sahiblik və istifadə hüquqlarını pozmuşdur. Cavabdehlərə məxsus fərdi yaşayış evləri 1992-ci ildən sonra inşa edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinə həm sağ tərəfdən, həm də sol tərəfdən gediş-gəliş üçün yol vardır. İddiaçı həmin torpaq sahəsinin sağ və sol hissələri nə giriş imkanı olduğu halda, iddiaçı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsində cavabdehin iştirakı təmin edilməmişdir. Kassator təkrar ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət versə də, vəsatəti təmin olunmamışdır.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdehlərdən biri versə də, təmin olunan tələb (yolun genişləşdirilməsi) bölünməz olduğundan, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üz ərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasə n tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 88-ci maddəsi nə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslə rin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar g östərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Mə hkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

27. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 7 ünvanında yerləşən 0,12 ha torpaq sahə sini 25 iyul 2018-ci il tarixdə X3 almışdır. Həmin torpaq sahəsi satıcıya Sabunçu rayon İcra Hakimiyyətinin 05 aprel 1993-cü il tarixli sərəncamı ilə ayrılmış, mülkiyyət hüququ isə 24 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

28. Həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh4 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının torpaq sahəsini alarkən cavabdehlərə məxsus evin və hasarın mövcudluğunu görmüşdür.

29. Eyni dəlili cavabdeh apellyasiya şikayətində və apellyasiya məhkəməsinin sonuncu iclasında verdiyi izahatında da irəli sürmüş, əlavə olaraq göstərmişdir ki, əvvəlki mülkiyyətçi ilə eyni məsələ ilə bağlı məhkəmə mübahisəsi olmuş və X6 iddiasından imtina etmişdir.

30. İş materiallarına əsasən idd iaçı hazırki iddia ilə 18 sentyabr 2018-ci il tarixdə, yəni torpağa mülkiyyət hüququnu aldığı təxminən 2 ay sonra məhkəməyə müraciət etmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 20 23-cü il 03 mart tarixli Qərarları).

32. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

33. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçir ilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

34. Cavabdehlər mübahisəli yolun ətrafında tikililər inşa edərək, uzun müddət ərzində həmin tikililərdən hər hansı etiraz olmadan istifadə etmələrini bildirmişlər. İddiaçı isə torpaq sahəsini 2018-ci ilin iyul ayında almışdır. Belə olduğu halda, apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsini alarkən ətrafda tikililərin olmasını, yolunun isə dar olmasını bilməli olduğu nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli idi ki, bununla bağlı qiymətləndirmə qətnamədə aparılmamışdır.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehlərin tikilil ərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir.

36. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004).

37. Misal üçün, Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Av ropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər.

38. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X6 əvvəllər də cavabdehlərə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, sonradan isə iddiasından imtina etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya şikayətinin həmin dəlili üzrə ümumiyyətlə araşdırma aparılmamış, tərəflərə suallar verilməmiş, sübutların təqdim edilməsi təklif olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməlidir.

40. Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsinin nəticə hissəsi Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələbləri pozulmaqla, qeyri-dəqiq tərtib edilmişdir.

41. Belə ki, qətnamə ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunu n soldan 1 metr, sağdan 1 metr olmaqla hasar və tikililərin sökülməsi qət edilsə də, həmin hasar və tikililərin cavabdehlərdən hər birinə aid hissəsi müəyyən olunmamış və qətnamədə qeyd edilməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, iddianın əsaslılığını müəyyən etmək məqsədi ilə sökülməsi tələb olunan tikililərin cavabdehlərin istifadəsində nə vaxtdan olması, həmin tikililərin hansı məqsədlər üçün istifadə edilməsi, cavabdehlərin hüquqları daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınmasa da, faktiki istifadə və sahibliklərinə səlahiyyətli dövlət orqanları və maraqlarına toxunan digər şəxslər tərəfindən etiraz edilib-edilməməsi, belə etirazlar olduğu halda bunun nəticəsi, o cümlədən əvvəlki mülkiyyətçinin hazırki tələblə cavabdehlərə qarşı iddia veribverməməsi, həmin mülki mübahisənin nəticəsi barədə iddiaçının xəbəri olub-olmaması və s. məsələlər araşdırılmaqla, verilən iddia ilə iddiaçının hüquqdan sui-istifadəyə yol verməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır.

43. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

45. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

47. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

48. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməl i, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)216/2021 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar