Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3747/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3747/2023 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməklə, ləğv edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “bağışlam a müqaviləsinin etibarsız hesab edilməsi, ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-534/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6.12.2006-cı il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69 kv.m, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi ya şayış evini Cavabdeh bağışlamışdır. 3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,40 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
4. X9 ilə İddiaçı 1 iyul 1982-ci il tarixdə nikah bağlamışdırlar. 5. xx.xx.1989-cu il tarixdə anadan olmuş X10sının atası X9, anası isə İddiaçıdır.
6. X5 ilə X6 xx.xx.2010-cu il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Mamqayev, arvada Mamqayeva soyadı verilmişdir.
7. X9 tərəfindən verilmiş razılıq ərizəsindən görünür ki, o arvadı İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 69 kv.m ümumi sahəsi olan mənzilin qızı Cavabdeh bağışlanmasına razılıq verir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlamaqdan imtinaya və Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisində 06 sentyabr 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-759 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsi və ya ləğv edilməsinə və həmin müqavilə əsasında alınmış RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala şəhəri Nizami küçəsi ev 23, mənzil 1-də yerləşən fərdi yaşayış evi vardır. Həmin evi 06 sentyabr 2016-cı il tarixdə Notariat orqanında bağışlanma müqaviləsi imzalamaqla cavabdehə bağışlamışdır, lakin evi naturada ona təhvil verməmişdir, evdən bu gün də o özü istifadə edir, evi X1 vermişdir, evin kirayə haqqını ona ödəyir. Evin kommunal xərcləri də onun tərəfindən ödənilir. Həmin evə ƏMDK yanında DODRXnin 18 saylı Ərazi İdarəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Lakin indi bağışlamadan imtina edir. Belə ki, o evi qızına qocalanda və xəstələnəndə qızının ona baxması müqabilində bağışlamışdır. Onun hal-hazırda 73 vaşı var, yaşlanmışdır, xəstədir, öz işini özü görə bilmir, baxıma ehtiyacı var. O əmək qabiliyyətini itirən və Dövlət tərəfindən pensiya alan bir vətəndaşdır. Lakin qızı Cavabdeh ona baxmır, köməyinə çatmır. Onun ona qarşı münasibəti pisləşmişdir. Belə ki, o, onun yanında həyat yoldaşının, yəni öz atasının üzünə tüpürmüşdür. Ona bir valideyn kimi qayğı göstərmir. Həmin evi o kirayəyə vermişdir, orada X7 adlı şəxs kirayə qalır. Həmin evin kommunal xərclərini də - su, qaz və işıq pullarını o keçirir. Lakin qızı Cavabdeh isə ona qayğı göstərmir. Qanunun bu tələbini pozur. Qızı Cavabdeh ona qayğı göstərməməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuş kimi qiymətləndirilməlidir. Qeyd olunan müddəalara əsasən hesab edir ki, sözügedən müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla tərtib edildiyindən etibarsız hesab edilməlidir.
10. Cavabdeh vəsatətlə müraciət edərək İddiaçı ona qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə razı deyil. Hüquq normasının məzmunundan göründüyü kimi, hədiyyə verən o halda bağışlamaqdan imtina edə bilər ki, hədiyyə alan Cavabdeh üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun. Lakin, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən göründüyü kimi hədiyyə alan kimi onun üzərinə İddiaçı tərəfindən hər hansı vəzifə qoyulmamışdır. Belə ki, sözügedən yaşayış mənzili bağışlanarkən iddiaçının mülkiyyətin də olmuşdur. Məlum olduğu kimi anası Zaqatala şəhəri, Nizami küçəsi ev 23, mənzil 1də yerləşən ümumi sahəsi 69 kv.m olan 2 otaqlı yaşayış mənzilini ona hədiyyə edərkən, ömrünün sonuna kimi özünün saxlanılmasını və s. təmin etmək məqsədini güdməmişdir. Əgər “hədiyyə verən" hədiyyə alandan ömrünün sonuna kimi özünün saxlanılmasım təmin etmək məqsədini güdürdüsə, belə halda o, ömürlük renta müqaviləsini bağlaya bilərdi. Lakin, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı “hədiyyə alan" qarşısında heç bir şərt qoymadan onunla bağışlama müqaviləsi bağlamışdır. Müqavilənin məzmunu həmin şərtin mövcudluğunu təkzib edir. Belə olan halda İddiaçı tələbi əsaslı sayıla bilməz. Ona görə də, hesab edir ki, iddia ərizəsi təmin e dilməməlidir.
12. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 izahat verərək göstərmişdir ki, yaşlı qadın Notariat Ofisinə müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evinı qızına bağışlamaq istədiyini bildirmişdir. Həmin qadın iş üzrə İddiaçıdır. Onunla söhbət edib, ona bağışlama müqaviləsinin geri dönüşü olmadığını və bağışladığı halda həmin əmlakın hədiyyə alanın mülkiyyətinə keçəcəyini bildirmişdir. Ondan neçə uşağının olduğunu soruşanda o iki qızının olduğunu bildirmişdir. Ona fərdi yaşayış evinin hər iki qızına da bağışlaya biləcəyini izahat etmişdir. Lakin o digər qızının ailəsində problemlər olduğunu qeyd edərək fərdi yaşayış evini Cavabdeh bağışlamaq istədiyini qeyd etmişdir. Bundan sonra qanunamüvafiq şək ildə bağışlanma müqaviləsi bağlanmışdır. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnаməsi ilə (hakim Tural Həsənov) iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata ya məcburetmə yolu ilə bağlanmış əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, uydurma və yalan əqd hesab edilə bilməz.
15. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin çıxarış 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağ ışlanma müqaviləsi” əsasında verilmiş, həmin müqavilə əsasında qeydə alınan çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Göründüyü kimi, tələbin ikinci hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi.
16. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası ümumilikdə əsassızdır və təmin oluna bilməz.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.5, 337.1-337.2, 339.1, 339.3, 340, 347.1, 347.2, 347.3, 390.3, 397.2, 405.1, 666.1, 667.1, 668, 670.1, 670.3, 673.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 153.2, 153.2.4, 217.4, 218.3-cü maddələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27, 45, 46-cı maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012—ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı ilə əsas landırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməməklə qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, qətnamədə məhkəmə öz mövqeyini əsaslandırarkən bir sıra qanunlarda göstərilən tələblərin əksinə getmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, guya iddiaçı iddia ərizəsində bağışlama müqaviləsini şərtlə bağışladığını qeyd etmişdir. Bağışlama müqaviləsində hər hansı bir şərt qeyd olunmasa da, hər hansı bir valideynin haqqıdır ki, əmək qabiliyyətini iti rdiyi zaman, qayğıya və ehtiyacı olan zaman yetkinlik yaşına çatmış övladlarından ona qayğı göstərilməsini tələb etsin. Valideynin öz haqqı olan tələbin övladdan tələb etməsi müqavilədə göstərilməli olan hər hansı bir şərt ola bilməz. Hazırki iddia üzrə bağışlama müqaviləsinin ləğvinin əsası isə hədiyyə alan övladın qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirməməkdir. Məhkəmənin yazdığı bu fikirdən belə başa düşmək olur ki, mülki qanunvericilik mükəmməl deyil, nəzərdə tutduğu müəyyən məsələlər mülki qanunvericilikdə göstərilməmişdir, ona görə də məhkəmə iddianı əsaslı hesab etməmişdir. Bundan başqa məhkəmə qətnamədə yazmışdır: “Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti ol mayan valideynləri saxlamaq və onlara qayğı göstərməkdir. Lakin bu vəzifələrin qanunla müəyyən olunması özü özlüyündə bağışlamadan imtina tələbinin təmin olunması əsası kimi çıxış edə bilməz”. Məhkəmənin bu fikrindən görünmüşdür ki, məhkəmə Qanunları əsas hesab etməmişdir. Lakin nəyi əsas hesab etdiyini də qeyd etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, hədiyyə verən, yəni 74 yaşlı, məhkəmənin hakiminin qarşısında ikiqat beli bükülərək dayanmış (inşallah apellyasiya məhkəməsinin hakimləri də görərlər) İddiaçı əmək qabiliyyətinin olmadığını, maddi yardıma ehtiyacı olduğunu və hədiyyə alan, yəni 1989-cu ildə doğulmuş 34 yaşlı Cavabdeh isə əmək qabiliyyətli olduğunu və onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. Məhkəmənin bu yazdıqları sadəcə olaraq absurddur. 74 yaşlı beli bükülmüş ağbirçək ananın əmək qabiliyyətli olmamasını məhkəməyə sübut etmək lazımdırsa, həmin məhkəmənin qəbul etdiyi qərar heç vaxt ədalətli olmayacaq. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsində qeyd olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Hazırda mövcud olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 63 yaşına çatmış qadınlara əmək pensiyası təyin edilir. Pensiya təyin edilmiş şəxs isə əmək qabiliyyəti olmayan şəxs hesab olunur. Bundan başqa Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 12 saylı Qərarı ilə təsdi q edilmiş qaydalara əsasən ahıllıqla əlaqədar şəxsə qulluq və kömək göstərən qohumlar dedikdə, həmin qohumların içərisində uşaqların da adları qeyd olunmuşdur. Bundan başqa, 34 yaşlı hər hansı bir əlilliyi olmayan şəxsin əmək qabiliyyətli olduğunu məhkəməyə sübut etməyə ehtiyac yoxdur. Mövcud qanunvericiliklə müəyyən olunmuşdur ki, hər hansı bir xəstəliyi, əlilliyi olmayan və pensiya yaşına çatmamış şəxslər əmək qabiliyyətli şəxs hesab olunur. Bundan başqa, məhkəmə şərt qoymuşdur ki, iddiaçı özünün maddi yardıma ehtiyacı olduğunu məhkəməyə sübut etməlidir. İddiaçı özünün mülkiyyətində olan yaşayış evini cavabdehə, qızına bağışlamışdır. Həmin evdə yaşamağa cavabdeh ona, yəni iddiaçıya imkan vermir, evdən çıxırtmağa çalışır, dava-dalaş salır. Bununla bağlı dəfələrlə Polis Şöbəsinə müraciət o lunub, polisin müdaxiləsindən sonra mübahisə yatızdırılmışdır. Buna sübut olaraq onu deyə bilmişlər ki, məhkəmənin hazırki iş üzrə qətnamənin elan etdiyi xx.xx.2023-cü ilin sonrakı günü, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh öz əri ilə birlikdə iddiaçı olan anası İddiaçı hazırda sözügedən mənzildən çıxardaraq küçəyə atmaq istəmişdir. Davadalaş baş verdiyindən İddiaçı DİN-nin 102 xidmətinə zəng vuraraq müraciət etmiş, bundan sonra Polis Şöbəsindən polis əməkdaşları hadisə yerinə, mübahisəli mənzilə gələrək müvafiq profilaktik iş və izahatlar alındıqdan sonra mübahisə yatızdırılmışdır. Lakin cavabdehin də son sözü ondan ibarət olmuşdur ki, guya polislər ona izah etmişlər ki, hazırki mülki iş Ali Məhkəmədə də baxıldıqdan sonra bağışlama müqaviləsi ləğv olunmazsa cavabdeh öz anasını mənzildən çıxarda bilər. Qeyd etdiklərimdən görünür ki, məhkəmə üçün açıq-aşkar görünmüş olan faktları məhkəmə hər hansı bir sənədlə sübut olunmasını tələb etmişdir. Buradan görünür ki, məhkəmə tərəfindən yaşlı bir Azərbaycan qadınına qarşı mərhəmətsiz və ədalətsiz qətnamə qəbul edilmişdir. Bundan başqa məhkəmə qətnamədə bağışlama müqaviləsini təsdiq etmiş notarius Gözəl İsgəndərovanın izahatını təhrif edərək yazmışdır: “Gözəl İsgəndərova məhkəmə iclasında izahat verərkən qeyd etmişdir ki, həmin müqavilə bağlanarkən o, hədiyyə alan Cavabdeh izah etmişdir ki, gələcəkdə anası İddiaçı baxmazsa, qayğı göstərməzsə həmin bağışlama müqaviləsi məhkəmə qaydasında ləğv oluna bilər”. Məhkəmə kollegiyası qarşısında vəsatət qaldıraraq xahiş etmişdir ki, iş üzrə notarius X2 izahatı ondan yazılı qaydada tələb olu nsun. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmışdır ki, şikayətini verdiyi qətnamədə maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, iddia ərizəsində tələb müqavilənin etibarsız və ya ləğv edilməsindən və s. ibarətdir. Məhkəmə isə qətnaməsində yalnız əqdlərin və müqavilələrin etibarsızlığına dair normaları tənzimləyən qanunvericiliyə istinad etmişdir. Lakin həmin müqavilənin hansı qanuna istinad edərək ləğv edilməsinin mümkün olmaması barədə hər hansı bir maddi hüquq normasına istinad edilməmişdir. Məhkəmənin qətnamədə mövqeyinə aid hissəsində də yalnız müqavilənin etibarlı olub-olmamasının nə ilə tənzimlənməsindən söhbət açılmışdır. İddiada qeyd olunan bağışlama müqaviləsinin ləğvinə dair məhkəmə tərəfindən hər hansı bir hüquqi mövqe göstərilməmişdir. Hesab etmişdi r ki, şikayətlərində qeyd etdikləri faktlar apellyasiya məhkəməsinin kollegiyasında şikayətə baxılarkən tam hüquqlu məhkəmə kimi araşdırılaraq hüquqi qiymət verilərək iddiaları təmin olunacaqdır.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-534/2023 saylı mülki iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə iddiaçının bağışlama müqaviləsini şərtlə bağlamasına və cavabdeh olan qızının qocalanda və xəstələnəndə ona baxması müqabilində bağışlamasına dair iddia ərizəsində və məhkəmə çıxışlarında yer alan fikirlərinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunverici tə rəfindən bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhrələnməsi ilə bağlı olmaması qeyd edilmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan hədiyə verən tərəfindən qoyulan öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya Məhkəməsi apellyasiya şikayətinə baxarkən bir sıra qanun pozuntusuna yol vermişdir. Bu qanun pozuntuları maddi və prosessual hüquq normalarının həm birinci instansiya məhkəməsi tərəfindən pozulması hallarına qiymət verməməsi və ya düzgün qiymət verməməsi, eyni zamanda həmin prosessual və maddi hüquqi normalarının pozulması hallarının özü tərəfindən təkrarlanmasından ibarətdir.
25. Məhkəmə kollegiyası Mülki Məcəllənin 67 3.1.2 və Ailə Məcəlləsinin 82.1-ci maddəsinin tələblərini pozulmuş, apellyasiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəyə əsasən müəyyən edilmiş vəzifələr cavabdeh tərəfindən kobudcasına pozulmasına baxmayaraq məhkəmə işin bu halı düzgün qiymətləndirməyib, səhv nəticəyə gəlmişdir.
26. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən apellyasiya məhkəməsinə təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış sübutlar apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı və buna hüquqi qiymət verilməli olduğu halda apellyasia məhkəməsi bunu etməmişdir. Kassator bildirmişdir ki, apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə yazmışdır ki, ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzəri nə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmiş, lakin Ailə Qanunvericiliyi ümumi şəkildə və bəzən xüsusi hallar üçün bu vəzifələri müəyyən etmişdir. Şikayətdə bu fikrə qarşı bildirilmişdir ki, məhkəmənin yazdığı bu fikirdən belə başa düşmək olur ki, mülki qanunvericiliyimiz mükəmməl deyil. Nəzərdə tutduğu müəyyən məsələlər mülki qanunvericilikdə göstərilməmişdir. Ona görə də iddia əsaslı hesab edilmir. Apellyasiya məhkəməsi şikayətdə qeyd olunan bu dəlilə qiymət verməmişdir. Əksinə birinci instansiya məhkəməsinin həmin dəlili ilə razılaşdığını göstərmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 13- İ hissəsi. Azərbaycan Respubl ikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 29- İ hissəsi. Hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
32. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
33. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəs i (çoxtərəfli əqd) zəruridir.
34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
38. Maddə 337.
4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər
40. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyə ti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
41. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
42. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir
43. Maddə 347.1. Vacib əhəmiyyətli yanı lmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər
44. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir
45. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir
46. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
47. Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır
48. Maddə 405.1.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
49. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
50. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
51. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
52. Maddə
668. Bağışlama aşağıdakı hallarda etibarlı dır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
53. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
54. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımı nca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər
55. Maddə 673.1. Hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanun
56. Maddə
27. Notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublik ası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir.
57. Maddə
45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
58. Maddə
46. Qeydiyyatdan keçməli olan əmlakın özgənink iləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012—ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı:
59. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyy ətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağış lama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
60. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülk i Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı:
61. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir Mülki Prosessual Məcəllə
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələb lərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
71. Qanunun tələbinə görə, kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğvi üçün qanuni əsas ola bilməz.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli 2(107)534/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.