Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3747/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-54/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qət naməsindən Cavabdeh (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 28v nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 230 nömrəli reyestr kitabının 21289 nömrəli vərəqində 01 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş ****** ****44-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, həmin sənəd Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28v ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28B nömrəli fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2872 nömrəli reyestr kitabının 267913 nömrəli vərəqində 30 may 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyinə əsas ən ünvan 2 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus ünvan 3 ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu M.K.Atatürk prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilmiş, İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlanmadığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Səli m Yusibova qarşı “qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikili cavabdeh Səlim Yusibovun hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdeh Səlim Yusibova qadağan olunması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2983/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Səlim Yusibovun apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli qətna məsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4606/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ilə cavabdeh Səlim Yusibovun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2983/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
8. Cavabdeh Səlim Yusibov iddiaçının tələbinə cavab verən şəxs olmadığından, yəni iddia əsl cavabdehə qarşı qaldırılmadığından, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9269/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Səlim Yusibov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri N ərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Həmin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 5 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus ünvan 3 ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu M.K.Atatürk prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və qərar xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır.
11. Həmin inzibati iş üzrə məhkə mə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, X1 28 mart 2022-ci il tarixli, 32 №-li rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümdədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçülərinin, sərhədlərinin, o cümlədən həyətyanı sahənin məhəllədaxili yol ilə həmsərhəddə yerləşən daş hasarın “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihəsinin göstəriciləri ilə eyni olduğu müəyyən edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evinin yerləşdiyi ərazini əks etdirən 1:2.000 miqyaslı stereotopoqrafik çəkilişə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evi ilə həmsərhəddə yerləşən qonşunun həyətyanı sahəsindən məhəllədaxili yola açılan darvazanın yerləşdiyi sahənin ilkin olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin yəni hasarın cavabdehin hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin cavabdehə q adağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 V saylı evin mülkiyyətçisidir. Həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 01 noyabr 2013-cü il tarixli, ********** saylı çıxarış mövcuddur. Evinin həyətə giriş yolu Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 B saylı evin mülkiyyətçisi Cavabdeh tərəfindən həyətə gediş-gəlişini çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu halla bağlı ona müraciət edərək bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulmasını tələb etmişdir. Lakin, Cavabdeh və onun həyat yoldaşı X9 etdikləri işin qanunsuz olduğunu biləbilə, hətta dövlət qurumlarının belə hərəkətlərə yol verilməməsi barədə xəbərdarlığına məhəl qoymayaraq qanunsuz tikilini davam etdirərək başa çatdırmışlar və onun həyətə giriş qapısını bağlamışlar. O, mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və oradan həyətə daxil olmalı olur. Bu hal iş materiallarına əlavə etdiyi fotoşəkillərdə də açıq-aşkar öz əksini tapır. Həmin sahədə əvvəllər onun evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən mübahisə ilə bağlı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Səlim Yusibova qarşı “özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qal dırılması tələbinə dair” iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)162/2020 nömrəli, 16 noyabr 2020-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin cavabdeh Səlim Yusibovun hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdeh Səlim Yusibova qadağan olunması qət edilmişdir. X6 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2983/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Səlim Yusibovun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-cı il tari xli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4606/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2983/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9269/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Səlim Yusibov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-cı il tarixli qətnaməsi ləğv edilmişdir. Belə ki, həmin qətnamə üzrə müəyyən olunmuşdur k i, hazırkı iş üzrə cavabdeh Səlim Yusibov iddiaçının tələbinə cavab verən şəxs deyildir. Yəni iddia əsl cavabdehə qarşı qaldırılmayıb. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia hasarın yerləşdiyi ünvan 3 ünvanının mülkiyyətçisinə qarşı qaldırıla bilər. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı N2 ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28B ünvanındakı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə əsas cavabdehliyi və həmin fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh olması ilkin iddiaya baxılan zaman Səlim Yusibov tərəfindən bilərəkdən gizlədilmişdir. Bildirmişdir ki, nəzərdə tutulan mübahisə üzrə məhkəmə tikintitexniki ekspertizası keçirilmişdir. 20 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, həqiqətən də ona məxsus ünvan 7 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış olmasına baxmayaq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətdə giriş və çıxışa maneə yaratdığı müəyyən edilmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində qeyd edilən işin halları sənədlərlə öz təsdiqini tapmır. Belə ki, hasar 2,5 il əvvəl çəkilib. Hasar çəkiləndə hasarı çəkən ustaların - X4, X5 və X 2 şahidliyi ilə iddiaçının həyat yoldaşı Möhlətin razılğı ilə çəkilmişdir. Həmin vaxt Möhlət metrin arxa tərəfindən tutub, bir tərəfindən də ustalardan - X7 tutub 4,5 m. məsafə yol saxlayaraq hasarın yerini işarə edib. Həmin işarə qoyulmuş yerdən hasar 1 metr hündürlükdə hörülmüşdü. Səhərisi gün gəlib metrə ilə ölçüb yolun eninin 4,5 m. olduğunu gördü və daha sonra hasara üzlük çəkilən zaman hasarın 10 sm. yola girəcəyini bildirərək qarşılıqlı razılıq əsasında hasarı sökmüş və arxaya çəkmişlər. Bundan hasar tikilib, üzlənib başa çatdıqdan 20-25 gün sonra o, öz qaraj qapısını daha əvvəldən yolu zəbt edib həyətinə birləşdirməyinə baxmayaraq, bundan əlavə qapının yenidən 3 metr irəli çəkmək istəmişdir. İddiaçının qapısını yenidən 3 metr irəli çəkilməsi onun giriş-çıxış qapısına mane olduğu üçün buna etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Hətta hasarının qanuni olmasını yoxlamaq üçün “jek”in və rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən gəlib baxıblar. Əldə olan sənədlərlə mövcud tikililər yoxlanıldıqdan sonra bildirmişlər ki, hasar sərəncam və layihədə qeyd edilən cizgidən 1,2 m. arxadan çəkilib, yəni onun, hal-hazırda hasarını hətta 1,2 m. irəli çəkmək hüququ da vardır. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, orada özbaşına tikili tikilməmişdir. 2004-cü ildən Bakı şəhər İcra Hakimyyətinin təsdiqi ilə layihə və sərəncam vardır. Bundan başqa, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 24 avqust 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli Arayışdan g örünür ki, Bakı şəhəri, M.K.Atatürk prospekti 28 b ünvanında təsdiq edilmiş layihədən kənarlaşma aşkar edilməmişdir. Ev və həyətyanı sahənin daş hasarı layihəyə uyğun aparılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2004-cü il tarixdə verilmiş 249 nömrəli Sərəncamının surətindən görünür ki, A.S.Məmmədovaya özünə məxsus M.K.Atatürk prospekti 28 b saylı ünvanda yerləşən şəxsi mülkü söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüququndan digər formada sui-istifadə edilməsinə yol verilmir. İşin hallarınd an da göründüyü kimi, iddiaçının hərəkətlərində Mülki Məcəllənin 16-cı maddəsinin əlamətləri vardır. O, ilk əvvəl məqsədli şəkildə hasarın tikilməsinə razılıq verib daha sonra isə cavabdehə maddi və mənəvi ziyan vurmaq niyyətilə həmin hasarın sökülməsi barədə hazırkı iddianı qaldırıb. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yolu zəbt etməsi ilə əlaqədar məhkəməyə müraciət olunacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2, həmçinin nümayəndəsi Səlim Yusibov iddia ərizəsini qəbul etməyərək bildirmişlər ki, hazırda iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili iddiaçı tərəfin razılığı alınaraq tikilmişdir. Bu səbəbdən iddia ərizəsi nin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
16. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, cavabdehin evinin hasarının tikintisində iştirak etmişdir. Həmin hasara aqlayı o vurmuşdur. Söküntü zamanı qonşu Möhlət adlı şəxs hasarın yeni tikiləcəyi yerə baxmış və bildirmişdir ki, 10 sm. geri çəkilsin. Belə ki aqlay vurularkən hasar irəli gələcək. Onlar da həmin şəxsin dediyi formada hasarı tikmişlər.
17. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, cavabdehin həyat yoldaşı Səlimi tanıyır. 3 il bundan əvvəl cavabdehin mülkiyyətində olan evin hasarını söküb yenisini tikmişlər. Söküntü zamanı qonşu Möhlət adlı şəxs hasarın yeni tikləcəyi yerinə baxmış və bildirmişdir ki, 10 sm. geri çəkilsin. Belə ki aqlay vurularkən hasar irəli gələcək. Onlar da həmin şəxsin dediyi formada hasarı tikmişlər. Qonşu tərəfindən hər hansı bir narazılıq olmamışdır.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-1081/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikili, yəni hasarın cavabdehin hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan olunması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi, mülki prosessual qanunvericilikdə təsbi t olunan sübutlarla bağlı hissəyə diqqəti çəkərək qətnaməsində qeyd etmişdir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
20. Məhkəmə qanunvericiliyin tələbləri baxımın dan sübutlarla bağlı əlavə olaraq qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübut un əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisə predmeti olan hasarın iki il yarım əvvəl çəkilməsi, iddiaçının ərinin buna razılıq verməsi, hazırkı mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cava bdehin etiraz etməsi səbəb olduğu kimi hallar həqiqi olsa belə bunlar iddianın əsaslılığına təsir etmir. Başqa sözlə həmin hallar iddiaçının hazırkı iddiasının rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozması iş materialları ilə açıq-aşkar təsdiq olunur. Həmçinin iş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyi ilə də müəyyən olunur ki, ünvan 5 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus ünvan 3 ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. ünvan 3 yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiy i müəyyən edilir. İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Göründüyü kimi, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısının tam bağladığı təsdiq olunur. Bu cür vəziyyətdə cavabdehin inşa etdiyi hasarın layihəyə uyğun tikildiyi heç bir halda həqiqi ola bilməz.
22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 170.1, 170.2, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3, 18-ci maddələrinə, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009cu il tarixli Qərarının 64, 65-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi dəlilləri tamamilə əsasızdır və həmin halların əsassız olması və yalnız iddiaçının öz mülahizəsi olması birinci instansiya məhkəməsində şahid ifadələri və fotoşəkillərlə sübut olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılan zaman dəfələrlə şifahi vəsatətlər qaldırılaraq iddiaçının və həyat yoldaşı Möhlət Hüseynovun məhkəmə iclasında şəxsən iştirak edib iddia ərizəsində qeyd edilənlərin həqiqət olmasını özü şəxsən təsdiq etməsi və suallarına cavab verməsi üçün iştirakının təmin olunması xahiş olunsa da, həm iddiaçı, həm də iddiaçının həyat yoldaşı məhkəmə iclasında iştirak etməkdən imtina ediblər. İddia ərizəsində istinad edilən xx.xx.2020-ci il tarixli ekspert rəyi əsaslandırılmadığı, həqiqəti əks etdirm ədiyi üçün razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsi barədə 2 dəfə əsaslandırılmış vəsatət versə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, iddiaçının istinad etdiyi ekspert rəyində qapının qanunla müəyyən edilmiş yerdə olması, texniki pasportdakı koordinatlara uyğun yerləşməsi və ekspertin həmin halı necə müəyyən etməsi əsaslandırılmayıb. Hasarın qanuni yerində tikilməsi və tikilməsi zamanı İddiaçı birgə nikahda olduğu əri Möhlət Hüseynovun məlumatlı olması, hətta bir qonşu kimi gəlib tikintidə iştirak etməsi, xeyir-dua verməsi, ustalara göstəriş verərək onlara kömək etməsi öz təsdiqini tapmasına baxmayaraq, iddiaçının nümayəndələri bildirdilər ki, iddiaçının əri razılıq versə də, lakin özünün razılığı alınmayıb. İddiaçı həyat yoldaşı Möhlət Hüseynovun razılıq ve rməsi İddiaçı razılıq verməsi mənasına gəlmir. Lakin məhkəmə nəzərə almamışdır ki, hasarın tikintisində iştirak edən, razılıq verən, ustalara kömək edən, qonşu kimi göstəriş verən Möhlət Hüseynov eyni zamanda iddiaçı - İddiaçı birgə nikahda olduğu həyat yoldaşıdır və iddiaçının əmlakıda birgə nikah dövründə qazanılmış olduğu üçün həmin əmlaka birgə mülkiyyətçidir. Həmçinin, mülki iş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi, iddiaçının evinə gediş-gəliş etməsi üçün yeganə qapısı mübahisələndirdiyi qapı deyil. İddiaçıya məxsus həyətə 3 böyük giriş-çıxış qapısı və darvazası var. Buna görə də iddiaçının həyat yoldaşı ailə başçısı-hasarın tikintisi zamanı razılıq verib, şəxsən iştirak edərək qonşu kimi ustalara göstəriş və kömək edib. O da iddiaçının həyat yoldaşı - Möhlət Hüseyno vu qonşu ünvanda M.K.Atatürk pr., 28 V ünvanında yaşayan qonşu ailənin ailə başçısı kimi tanımışdır. Ona görə də onun sözlərinə inanıb onun dediyi yerdən hasar çəkilməsinə başlanıldı. Lakin, o, hasarı ona ayrılmış qanuni yerdən çəkdirmiş və hasarın yerləşdiyi yer iddiaçının heç bir hüququnu pozmur. İddiaçının sonradan bəhanə ilə məhkəməyə müraciət etməsinə səbəb əslində pozulmuş hüquqlarının bərpası deyil, o, hasarı çəkəndən sonra oda öz hasarını xeyli qabağa çəkmək istəyəndə onun yeganə girişçıxış qapısına maneə yaratdığı üçün razılıq verməməyi oldu. Ondan sonra da iddiaçı və həyat yoldaşı müxtəlif bəhanələrlə ona maddi və mənəvi zərər vurmaq üçün iddia ərizələri ilə məhkəməyə müraciət etməyə başladılar. Halbuki, cavabdeh tərəfindən iddiaçının heç bir hüququ pozulmayıb. İddiaçı öz evinə s ərbəst girib-çıxmaq üçün 3 böyük, 3 də kiçik qapısı var. Lakin, iddiaçının öz hüququndan sui-istifadə edərək iddianı qaldırmaqda məqsədi özbaşına həyətyanı sahəsini zəbt torpağı hesabına artırmaq və cavabdehə isə buna görə etiraz etməməsi üçün susdurmağa məcbur etməkdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, yəni bu müddət ərzində nə üçün etiraz etmədiyini araşdırmayıb. Yəni, İddiaçı və Möhlət Hüseynovun ər-arvad olması və evlərinin birgə nikah dövründə alınmasına, ümumi mülkiyyətdə olmasına hüquqi qiymət verməyib. Halbuki, iddiaçı ilə Möhlət Hüseynovun ər-arvad münasibətlərinə hüquqi qiymət verilən zaman iddianın tamamilə əsasız olması və hasarın tikintisinə razılıq vermələri, eləcədə evlərinə (ümumi mülkiyyətlərinə) mübahisəli qapıdan başqa 3-4 giriş-çıxış qapılarının olma sı və hazırkı iddia ilə hüquqlarından sui-istifadə etmələri tam aşkar olunur. Hazırkı mülki iş materiallardan göründüyü kimi, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədən, yəni - sübutlar tam, hərtərəfli tədqiq edilmədən və iddiaçının təqdim etdiyi sübutların bir-birini tamamlamamasına baxmayaraq, natamam qətnamə qəbul edilib. Mülki iş üzrə materiallardan göründüyü kimi, iddiaçının iddia tələbi üzrə iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sənədlər əsasında obyektiv qətnamə çıxarmaq mümkün deyil. Birinci instansiya məhkəməsi ekspert rəyinə yalnız istinad etməklə kifayətlənmişdir. Rəyi qanunvericiliyin tələb etdiyi qaydada qiymətləndirməmişdir. Qanunvericiliyin tələbinə görə isə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi deyi ldir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndirilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
25. İddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, Möhlət Hüseynov tikinti ilə bağlı hər hansı icazə verməmişdir. Onun belə icazə verməsini cavabdehin tikinti işlərini aparan ustaların (şahidlər) təsdiqləməsi mötəbər sübut hesab oluna bilməz. Cava bdehin qənaətinə görə Möhlət Hüseynov belə icazəni veribsə belə, daşınmaz əmlak birgə mülkiyyətdə olduğuna görə arvadının yəni iddiaçının buna razılığı olmamışdır. Cavabdeh apellyasiya şikayətində hasarın qanuni yerdə və qanuni şəkildə tikilməsindən bəhs etsə də, eyni zamanda hasarın tikilməsi üçün Möhlət Hüseynovdan icazə aldığını bildirir. Belə olan halda cavabdehin mövqeyində ziddiyyət yaranır. Belə ki, əgər hasar qanuni yerdə tikilmişdirsə o zaman hasarın tikilməsi üçün icazə alınmasına gərək qalmazdı. Etirazda həmçinin ekspert rəyi ilə bağlı qeyd edilmişdir ki, həmin rəydə cavabdehə məxsus evin sərhədlərinin o cümlədən daş hasarın “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihənin göstəriciləri ilə eyni olduğu göstərilir. Lakin rəydən də göründüyü kimi ekspert “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihəyə əsaslanıb. Halbuki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza üzrə ekspert rəyində səlahiyyətli qurum tərəfindən verilmiş texniki pasportlara əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus evin faktiki vəziyyətinin həmin evə dair verilmiş texniki pasporta uyğun gəlmədiyi müəyyən edilmiş, iddiaçıya məxsus evə dair texniki pasportun göstəricilərinə uyğun giriş-çıxış qapısı tam bağlandığından hasarın həyətə giriş və çıxışa mane törətdiyi müəyyən olunmuşdur. Etirazda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-54/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim lər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir ki, cavabdeh tərəfindən müvafiq icazələr almadan ərazidə dəyişikliklər etmiş, hətta inzibati məhkəməyə müvafiq dəyişikliklərin təsdiqi barədə müraciəti təmin edilməmişdir. Bununla da iddiaçının torpaq sahəsinə müdaxilə öz təsdiqini tapmış, əlavə ekspertizanın aparılması üçün əsaslar isə müəyyən edilməmişdir.
28. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunanlara istinad edərək qeyd etmişdir ki, (“iddiaçı Cavabdeh üçüncü şəxs İddiaçı mülkiyyətində olan əmlaka dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılaraq ona düzəliş edilməsi ilə bağlı tələb irəli sürsə də, ekspert rəyi ilə üçüncü şəxsin deyil, məhz iddiaçının özünə məxsus olan ünvan 3 yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun olmadığı görünür. Bu səbəbdən də həmin əmlak ilə qonşuluqda yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılması üçün hər hansı əsas müəyyən olunmur. Hazırda üçüncü şəxsin adına tərtib olunmuş texniki pasport ilə onun mülkiyyətində olan əmlakın texniki göstəriciləri ilə arasında fərqlilik olmadığından, hazırkı halda texniki pasportun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi yolverilən deyil. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçı Cavabdeh hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir”) apellyasiya şikayətinin ziddiyyətli dəlillərinin əsassızlığı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ilə istisna edilsə də, iş üzrə təqdim edilən inzibati məhkəmənin qərarı ilə də öz təsdiqini tapmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139 -176, 178,179, 560-cı, Torpaq Məcəlləsinin 48.5, 65 və 111-ci və Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti birinci instansiya məhkəməsində təqdim olunan etirazda, həmçinin apellyasiya şikayətində göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, mülki iş materiallarından (eləcə də fotoşəkillərdən) və şahid ifadələrindən görünür ki, iddiaçı və o nun ailə üzvləri hasarın çəkilməsinə razılıq verib, hətta hasarın tikintisinə köməklik edib, ustalara göstərişlər verərək yaxından iştirak edib tikintinin başa çatdırılmasına qədər, hətta ondan xeyli müddət sonrada heç bir narazılıq bildirməyib. Hasarın tikintisi başa çatdırılandan sonra isə öz hüququndan, yəni məhkəmədə iddia qaldırmaq hüququndan (hasarın sökülməsi və qapının qanunla müəyyən edilmiş yerdə yerləşməsi hələ mübahisəlidir) sui-istifadə edərək cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edib. Halbuki, cavabdeh tərəfindən iddiaçının heç bir hüququ pozulmayıb. İddiaçının öz evinə sərbəst girib-çıxmaq üçün 3 böyük, 3 də kiçik qapısı var. İddiaçının bu müddət ərzində cavabdehə tikinti işləri aparan zaman narazılıq bildirməməsinin səbəblərindən biridə bu olub. Lakin, iddiaçının öz hüququndan sui-istifadə edərək iddianı qaldırmaqda məqsədi özbaşına həyətyanı sahəsini zəbt torpağı hesabına artırmaq və cavabdehə isə buna görə etiraz etməməsi üçün susdurmağa məcbur etməkdir. Hər iki instansiya məhkəməsi işin faktiki hallarını, yəni bu müddət ərzində nə üçün etiraz etmədiyini araşdırmayıb. Məhkəmə, İddiaçı və Möhlət Hüseynovun ər-arvad olması və evlərinin birgə nikah dövründə alınmasına, ümumi mülkiyyətdə olmasına hüquqi qiymət verməyib. Halbuki, iddiaçı ilə Hüseynov Möhlətin ər-arvad münasibətlərinə hüquqi qiymət verilən zaman iddianın tamamilə əsasız olması və hasarın tikintisinə razılıq vermələri, eləcədə evlərinə (ümumi mülkiyyətlərinə) mübahisəli qapıdan başqa 3-4 giriş-çıxış qapılarının olması və hazırkı iddia ilə hüquqlarından sui-istifadə etmələri tam aşkar olun ur. Qeyd olunan hallara dair məhkəmə qətnamələri qəbul edilmiş və zəbt faktı sübuta yetirilmişdir. Lakin həmin iş ört-basdır edilmiş və bu günə kimi məlumat əldə etmək mümkün olmamışdır.
32. Bundan başqa, iddiaçı hazırkı iddia ilə cavabdehə öz hüququndan sui-istifadə edərək maddi ziyan vurur. Belə ki, öncə etiraz etməyərək hasarın tikilməsinə şərait yaratdıqdan sonra əsassız iddia qaldıraraq maddi və mənəvi zərər vurulmasına nail olmağa çalışır. Hətta bu günədək əsassız iddiası ilə bir çox maddi ziyan vurmasına nail olub. Belə ki, iddiçı öz hüququndan sui-istifadə edərək iddia qaldırdığı üçün cavabdeh əlavə məhkəmə xərci (dövlət rüsumu, hüquqi yardımüçün və s.) çəkməyə məcbur olub. Hazırkı mülki iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etmədən, yəni sübutlar tam, hərtərəfli tədqiq edilmədən və iddiaçının təqdim etdiyi sübutların birbirini tamamlamamasına baxmayaraq natamam qətnamə qəbuledilib. İşdə olan sübutlar iddia tələbini tam təsdiq etməməsinə baxmayaraq, hərtərəfli araşdırılması üçün təkrar ekspertiza keçirilməsi zərurəti olmasına baxmayaraq məhkəmə bu xüsusatı araşdırmamışdır. Halbuki, ekspertiza keçirilməsi üçün iki dəfə əsaslandırılmış vəsatət verilmişdir. Lakin məhkəmə hər dəfə vəsatəti təmin etməmişdir. Mülki iş üzrə materiallardan göründüyü kimi, iddiaçının iddia tələbi üzrə iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sənədlər əsasında obyektiv qətnamə çıxarmaq mümkün deyil. Hətta əlavə olaraq yuxarıda qeyd etdiyi sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsinin təmin e dilməsi xahiş olunsa da məhkəmə cavabdehin vəsatətlərini təmin etməmiş və natamam araşdırma edərək həqiqəti əks etdirməyən, yanlış qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. İddiaçının vəkili Vəkil3 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazını iddia tələbində, həmçinin apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərlə əsaslandırmış, cavabdeh tərəfindən verilmiş kassasiya şiakyətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
34. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə 29. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunl a qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
37. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair s ərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.
41. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublik asının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
44. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
45. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
46. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzə rə alınmalıdır.
47. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
48. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
49. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
50. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
51. Maddə 560.3.3. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
52. Maddə 4.1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
53. Maddə 18.2. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilind əki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir.
54. Maddə 20.1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
55. Maddə
20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
56. Maddə 47.2. Bələdiyyə m ülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
57. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
58. Maddə 48.2. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar.
59. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
60. Maddə
84. Torpaq mülkiyyətçil ərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
61. Maddə
110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
62. Maddə 111 (1 və 2-ci hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
63. Maddə
2. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə veril miş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
64. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
65. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
68. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə 101.
3. Ekspertin rəyi məhkəmədə tədqiq оlunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
74. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
77. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
78. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
79. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində c avabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bötövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə qismən düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qismən düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
82. İşin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına gö rə, iddiaçıya məxsus olan evin həyətə giriş yoluna, qonşuluqda yaşayan evin mülkiyyətçisi olan cavabdeh tərəfindən maneələr yaradılmışdır. Belə ki, həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu barədə iddiaçı cavabdehə narazılıq bildirilsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş, lakin iddia ərizəsi mülkiyyətçiyə qarşı verilmədiyindən yekunda iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmışdır.
83. Belə ki, mübahisə predmeti ilə bağlı, cavabdeh qismində Səlim Yusibov (hazırki Cavabdeh həyat yoldaşı) olmaqla hazırki iddiaçı tərəfindən eyni iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, ilk olaraq həmin iddia təmin edilsə də, mübahisə ilə bağlı Azərbaycan Respublika sı Ali Məhkəməsi Mülki kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, həmin iş üzrə cavabdeh Səlim Yusibov iddiaçının tələbinə cavab verməli şəxs olmadığından, yəni iddia əsl cavabdehə, mülkiyyətçiyə qarşı qaldırılmadığından əsaslı deyil. Bundan sonra məhkəmə araşdırmasının davamı olaraq kassasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi mübahisəyə dair yekun məhkəmə aktı qəbul edərək iddia tələbini rədd etmişdir.
84. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Cavabdehə məxsus yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçıya məxsus ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir.
85. İddiaçı iddia ərizəsində, cavabdeh tərəfindən onun mülkiyyətində olan evin həyətinə girişini məhdudlaşdıran özbaşına hasarın tikilməsini qeyd edərək, mülkiyyətində olan evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın cavabdehin hesabına sökülməsini, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdı ran hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
86. Cavabdeh isə mübahisəli hasarın iki il yarım əvvəl ustaların şahidliyi ilə iddiaçının həyat yoldaşının razılğı ilə çəkilməsini, həmin vaxt iddiaçının həyat yoldaşının metrin arxa tərəfindən tutub, ustalardan 4,5 m. məsafə yol saxlayaraq hasarın yerini işarə etməsini, həmin işarə qoyulmuş yerdən hasarın 1 metr hündürlükdə hörülməsini, səhərisi gün gəlib metrə ilə ölçüb yolun eninin 4,5 m. olduğunu görməsini və daha sonra hasara üzlük çəkilən zaman hasarın 10 sm. yola girəcəyini bildirərək qarşılıqlı razılıq əsasında hasarı sökmələrini və arxaya çəkmələrini, ərinin razılıq verməsindən sonra tikilmiş hasarın sökülməsini tələb etməklə iddiaçının niyyətinin hüququndan sui-istifadə edərək ona ziyan vu rmaq olduğunu göstərərək, iddiaya qarşı etiraz etmişdir.
87. Kassasiya instansiya məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
88. Apellyasiya instansiya məhkəməsi iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən, iddia tələbinə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 139-176, 178,179, 560-cı maddələrini və Torpaq Məcəlləsinin 48.5, 65, 111-ci maddəsini sadalayaraq, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir ki, cavabdeh tərəfindən müvafiq icazələr almadan ərazidə dəyişikliklər etmiş, hətta inzibati məhkəməyə müvafiq dəyişikliklərin təsdiqi barədə müraciəti təmin edilməmişdir. Bununla da iddiaçının torpaq sahəsinə müdaxilə öz təsdiqini tapmış, əlavə ekspertizanın aparılması üçün əsaslar isə müəyyən edilməmişdir. Həmçinin iddiaçı hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan əmlaka dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılaraq ona düzəliş edilməsi ilə bağlı tələb irəli sürsə də, ekspert rəyi ilə iddiaçının deyil, məhz cavabdehin özünə məxsus olan yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun olmadığı görünür. Bu səbəbdən də həmin əmlak ilə qonşuluqda yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılması üçün hər hansı əsas müəyyən olunmur. Hazırda üçüncü şəxsin adına tərtib olunmuş texniki pasport ilə onun mülkiyyətində olan əmlakın texniki göstəriciləri ilə arasında fərqlilik olmadığından, hazırkı halda texniki pasportun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi yolverilən deyil. Apell yasiya şikayətinin ziddiyyətli dəlillərinin əsassızlığı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ilə istisna edilsə də, iş üzrə təqdim edilən inzibati məhkəmənin qərarı ilə də öz təsdiqini tapmışdır.
89. Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddianın təmin edilməsi ilə yanaşı cavabdehin inşa etdiyi hasarın tam sökülməsi ilə bağlı məhkəmələrin gəldikləri nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
90. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin iclaslarında hasarın inşasını icra etmiş iki şahid öz ifadələrində hasar çəkilərkən iddiaçının həyat yoldaşı Möhlətin razılğı ilə çəkilməsini bildirmişlər. Həmçinin cavabdehin nümayəndəsi olan əri məhkəmə iclasında verdiyi izahatında və iddiaya qarşı etirazında, habelə daha əvvəl iddiaçı tərəfindən ona qarşı verilmiş eyni məzmunlu iddia üzrə işə baxılarkən cavabdeh kimi verdiyi izahatında da hasar çəkilərkən iddiaçının həyat yoldaşı Möhlətin razılğı ilə çəkilməsini təkrar-təkrar bildirmişdir. Lakin birinci instansiya məhkəməsi həmin hallarla bağlı araşdırma aparmadan və şahidlərin verdikləri ifadələrə hər hansı hüquqi qiymət vermədən qətnamədə göstərmişdir ki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozması iş materialları ilə açıq-aşkar təsdiq olunduğundan, iddiaçının ərinin buna razılıq verməsi, hazırkı mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cavabdehin etiraz etməsi səbəb oldu ğu kimi hallar həqiqi olsa belə bunlar iddianın əsaslılığına təsir etmir və həmin hallar iddiaçının hazırkı iddiasının rədd edilməsi üçün əsas ola bilməzdi. Bununla da birinci instansiya məhkəməsi qətnamədə qeyd etdiyi tələblərə, yəni hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmənin zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilməsi, sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli olması barədə tələblərə, o cümlədən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə əməl etməmişdir.
91. Bununla belə apellyasiya instansiya məhkəməsi də cavabdehin apellyasiya şikayətinin qeyd olunan hallarla bağlı dəlillər ini araşdırmamış, hasarın hörülməsinə iddiaçının əri tərəfindən qabaqcadan razılıq verilməsini təsdiq edən şahidlərin ifadələrinə, cavabdehin nümayəndəsi olan ərinin izahatlarına, iddiaçının məhkəmədə iştirak edən nümayəndəsinin həmin dəlillərə qarşı hər hansı təkzibedici sübut təqdim etməməsinə hüquqi qiymət verməmiş, həmçinin iddiaçının hazırkı iddianı qaldırmaqla hüquqdan suiistifadəyə yol verib-verməməsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.
92. Bundan başqa məhkəmələr hasarın hörüldüyü torpaq sahəsinin cavabdehə mülkiyyət hüququ ilə məxsus olmadığını, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısını tam bağladığını qeyd etsələr də, əsas küçədə n dönən dalana aid hasarın hörüldüyü həmin torpağın mülkiyyətçisinin müəyyən edilməsini, yəni ümumi istifadədə olan dalanda yerləşən həmin torpağın bələdiyyəyə aid olub-olmamasını yoxlamamış, torpağın əsl mülkiyyətçisinin işə cəlb olunmasını təmin etməmişlər. Həmçinin işdə olan ziddiyyətlərin aradan qaldırılmasına zərurət olduğu halda, hasarın iddiaçıya maneə törətməyən hissəsinin başqa şəxsin (bələdiyyənin) mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşib-yerləşməməsi, iddiaçının həmin hasarın tam sökülməsini tələb etməyə subyektiv hüququnun olub-olmaması da lazımi qaydada müəyyənləşdirilməmişdir.
93. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində mülkiyyətində olan evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın cavabdehin hesabına sökülməsini xahiş etsə də, məhkəmələr cavabdeh tərəfindən hörülmüş hasarın hansı hissədə iddiaçının evinin həyətinə girişini məhdudlaşdırdığını müəyyən etməmiş, bu məqsədlə xüsusi biliyə malik ekspert vasitəsilə həmin suala aydınlıq gətirmək və iddianı yalnız iddia ərizəsində tələb olunan həmin hissədə təmin etmək əvəzinə, hasarın tam sökülməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışlar.
94. Bu halda apellyasiya instansiya məhkəməsi həm də diqqətdən qaçırmışdır ki, hasarın tam sökülməsi barədə iddia ilə yalnız torpağa mülkiyyət hüququ ilə malik olan şəxs çıxış edə bilərdi.
95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
96. Eyni zamanda məh kəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddia ərizəsinə qarşı etirazında iddiaçının həyətinə 3 böyük giriş-çıxış qapısı və darvazasının olmasını qeyd etsə də, iddiaçının həyətinə başqa giriş-çıxış qapısı və darvazalarının olubolmaması da məhkəmələr tərəfindən araşdırılmamış, xüsusi biliyə malik ekspert qarşısında həmin halın müəyyən edilməsi barədə sual qoyulmamışdır. Bundan başqa iddiaçı iddia ərizəsində həmin halla bağlı, yəni giriş qapısının olmaması səbəbindən həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və oradan həyətə daxil olmalı olduğunu göstərsə də, iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdə (1-ci cild, i.v.16-19) darvazanın uzun müddət istifadə olunmadığını təsdiq edən, həmin darvazanın qarşısında hündür otların bitməsinin əksini tapmasına diqqət yetirilməmiş, məhkəmələr tərəfindən bu hala aydınlıq gətirilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətində də göstərdiyi kimi, iddiaçının hüququndan sui-istifadə etməklə cavabdehə zərər vurmaq niyyətinin olub-olmamasına bu baxımdan da hüquqi qiymət verilməmişdir. Qeyd olunanların hansı səbəbdən nəzərə alınmaması apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmamış, iddianın həllində göstərilənlərə hüquqi qiymət verilməmişdir.
97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxarkən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən, apellyasiya məhkəməsinin gəldiyi nəticələr qismən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün mübahisələndirilən hissədə tam qanuni və əsaslı sayıla bilməz.
98. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə tam olaraq düzgün həllini tapmamışdır.
99. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
100. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
101. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gət irilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
102. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
103. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
104. İşə yenidən baxılarkən məhkəmə y uxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.2 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
105. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-54/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.