Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-375/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və üzrə nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin ləğv edilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı oğlunun, vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-991/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarına əsasən X5 fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonunun Ağtala kəndində 1300 kv.metr torpaq sahəsi verilmiş, torpaq sahəsinin planı və ölçüsü X15 kitabında xx xxxxxx 2015-ci il tarixdə 62 nömrə ilə uçota alınmışdır. xx xxx 2008-ci il tarixdə Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilərək 19 sayla reyestrdə qeydə alınmış vəsiyyətnaməyə əsasən, X1 rayonunun Ağtala kəndində yerləşən özünə məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsini ölümündən sonra Cavabdeh1 vəsiyyət etmişdir. X8 xx xxxxxxxx 2008-ci ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməs ində icraat
2. İddiaçı oğlu ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2008-ci il tarixdə Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, xx xxx 2008-ci il tarixdə Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə görə etibarsız sayılmalı və ləğv edilməlidir. Anası vəfat edənə kimi bir il müddətində yataq xəstəsi olmuş, heç kəsi tanımamış, onun evində olmuş və şəxsiyyətini təsdiq edən Sovet pasportu onda olmuş, bu gün də ondadır. Anasının vəsiyyətnamədən xəbəri olmamış, vəsiyyətnaməni imzalamamış, vəsiy yətnamədə olan imza onun anasına məxsus deyildir. Vəsiyyətnamədə tarix də qeyd edilməmişdir. Vəsiyyətnamədə imza edən şahid X6 əsl soyadı İsayev olduğu halda, İsrafilov yazılmışdır, onun doğma qardaşıdır. Digər şahid X7 da soyadı İsayeva olduğu halda, İsrafilova yazılmışdır, onun qardaşının arvadıdır. Bu şəxslər vərəsə üzrə şahid ola bilməzlər.
4. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının anasında məxsus olub. Həmin torpaq sahəsini iddiaçının anası cavabdehə satıb. Torpaq sahəsinə bütün vergiləri də cavabdeh ödəyir.
5. Xaçmaz Rayon Məhkəməsinin (hakim İ.Xəlilov) xx xxx 2019-cu il tarixli, 2(067)-72/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə yükünü daşıyan iddiaçı, mübahisələndirilən vəsiyyətnamənin etibarsızlığına əsas olan hallara dair dəlilləri məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) xx xxxx 2020-ci il tarixli, 2(105)991/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin (hakim İ.Xəlilov) xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəli lləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kötüyü arxiv sənədlərdə və Nərəcan İƏD-də nümayəndəlikdə aşkar olunmayan, mərhum anam X2 adına tərtib olunsa da, oradakı imzanın məhz X3 məxsus olmasını təsdiq edilməyən, vəsiyyət qoyanın savadsız olduğu halda, qanunvericiliyinin tələbinə görə şahid ola biləcək şəxslərin deyil, ailə üzvlərinin iştirakı ilə tərtib olunmuş soyadları düzgün yazılmamış, iki nəfər şahidin iştirakı ilə tərtib edilmiş “vəsiyyətnamə”nin məhkəmələr tərəfindən mülki qanunvericiliyinin tələblərinə uyğun təsdiq edilmiş kimi qiymətləndirilməsi tamamilə qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxi l olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
13. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsi nə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
17. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
18. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
19. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
20. Maddə 1179.
1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
21. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
22. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
30. Xaçmaz rayon Aqrar İsla hat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 12 saylı qərarına əsasən, X5 fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonunun Ağtala kəndində 1300 kv.metr torpaq sahəsi verilmiş, torpaq sahəsinin planı və ölçüsü Dövlət TorpaqKadastrı kitabında xx xxxxxx 2015-ci il tarixdə 62 nömrə ilə uçota alınmışdır. 31. xx xxx 2008-ci il tarixdə Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilərək, 19 sayla reyestrdə qeydə alınmış vəsiyyətnamədən görünür ki, X1 rayonunun Ağtala kəndində yerləşən özünə məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsini ölümündən sonra Cavabdeh1 vəsiyyət etmişdir.
32. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxxx 2008-ci ildə ölmüşdür.
33. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Nərəcan İnzibati Ə razi Dairəsi Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 78 saylı məktubundan görünür ki, xx.xx.2008-ci il tarixli vəsiyyətnamə tərtib edilən vaxta aid olan sənədlər arxivə göndərilmişdir, nümayəndəlikdə mövcud olan sənədlərin araşdırılması zamanı arxivdə sorğu edilən vəsiyyətnaməyə rast gəlinməmişdir.
34. Xaçmaz rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Nərəcan İnzibati Ərazi Vahidi nümayəndəliyinin sənədləri arxivə verilməmişdir.
35. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2018-ci il tarixli, 28356 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 61-ci vərəqəsində X4 adından olan xx xxx 2008-ci il tarixli, 19 saylı reyestrlə qeydiyyatdan keçmiş vəsiyyətnamədə “imza” qrafasındakı imzanın-XİX-ЖГ seriyalı, 567077 saylı pasportda fotoşəki lin aşağı hissəsindəki imza ilə eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən və X8 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 71-ci bəndinə görə vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsinin təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə d üşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı oğlu tələbinin əsaslandırdığı halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericlikdə nəzərdə tutulan əsasların olmasına dair məhkəməyə hər hər hansı sübut təqdim etməmişdir.
42. Vəsiyyətnamə xx xxx 2008-ci il tarixdə Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Nərəcan İnzibati Ərazi Dairəs i üzrə nümayəndəliyi tərəfindən mülki qanunvericiliyin tələblərinə uyğun təsdiq edilmişdir.
43. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, vəsiyyətnamənin keçərsiz sayılması üçün əqdin etibarsızlığına əsas olan hallar iddiaçı tərəfindən sübuta yetirilməlidir.
44. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları baxımından Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş xx xxx 2008-ci il tarixli, 19 reyestr nömrəli vəsiyyətnamənin etibarsızlığını (vəsiyyət edən tərəfindən imzalanmadığını, qanunun məcburi tələblərinin pozulduğunu, əqdin etibarsız sayılmasına dəlalət edən digər halları) təsdiqləyən mötəbər və kifayətedici sübutların olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi prosessual hüquq normalarına uyğundur.
45. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-991/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.