Məhkəmə qərarları › İş №2(102)-375/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-375/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-375/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, əmlak tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(103)6115/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 11 fevral 2019-cu il tarixli, MAS-688 saylı X2 ilə İddiaçı MMC “xxx minik” markalı, **AN-*** dövlət qeydiyyat nişanlı, 11650 manat dəyərində avtomobili mülkiyyətinə alıb Cavabdeh sahiblik və istifadəsinə vermiş, sonuncu isə avtomobilin dəyərini illik 17 % hesablanmaqla, 36 ay müddətində lizinq verənə qaytarmağı öhdəsinə götürmüşdür. Avtomobil həmin tarixli aktla Cavabdeh təhvil verilmişdir. 31 mart 2019-cu il tarixdə “xxx minik” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə ziyan vurulmuşdur. Avtomobil 23 may 2019-cu il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-nin 18 noyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh 11 fevral 2019-cu il tarixli, MAS-688 saylı X2 üzrə 23 may 2019-cu il tarixə 511,30 manat əsas borcu, 319,24 manat mükafat borcu, 42,79 manat cərimə olmaqla, cəmi 873,33 manat borcu vardır. İddiaçı MMC tərəfindən tərtib olunan Qüsur aktına görə “Khazar” minik markalı avtomobil, 99AN655 dövlət nömrə nişanlı avtomobilə dəyən ziyan 7525 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2019-cu il tarixli rəyinə əsasən İddiaçı MMC tərəfindən tərtib edilmiş 11 fevral 2019-cu il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı, “xxx” markalı, 99AN655 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7275,0 0 manat müəyyən edilir. O cümlədən: dəyişdirilməli hissələrinin qiyməti 5115,00 manat, təmir-bərpa işlərinin qiyməti 2060,00 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-ci maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 11 fevral 2019-cu il tarixli MAS-688 saylı “X2”nin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 may 2019-cu il tarixə 511,3 manat əsas, 319,24 manat mükafat və həmin günə hesablanmış 42,79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148,33 manat borcun və ödənilmiş 30 man at dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)76/2021 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2019-cu il tarixli MAS-688 saylı X1 ləğv edilməsi, Cavabdeh 11 fevral 2019-cu il tarixli MAS-688 X2nə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 may 2019-cu il tarixə 511,3 manat əsas, 319,24 manat mükafat və həmin günə hesablanmış 42,79 manat dəbbə pulu, 7275 manat avtomobilə dəymiş zərər, ümumilikdə 8148,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası M M-in 21.1, 442, 445, 747, 747-5.2, 748-1.12.4, 748-10.1, 750, 1096, 1097.1, 1115-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehin tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi və iddiaçıya məxsus lizinq obyektinə zərər vurması mülki iş üzrə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)-76/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(103)6115/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruz əsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)-76/2021 nömrəli qətnaməsi qismən, yəni avtomobilə dəymiş zərərə görə 7275 manatın alınması hissəsində dəyişdirilməsi və həmin məbləğin azaldılaraq 800 manat müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bundan əvvəl də mübahisə predmeti olan avtomobillə bağlı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 11 fevral 2019-cu il tarixli MAS688 saylı X2 ilə verilmiş “xxx” markalı avtomobilin dəyişdirilərək həmin markalı yeni avtomobil verilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması və 01 aprel 2019-cu il tarixdən yeni avtomobilin Cavabdeh verilməsi tarixədək, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tələb edilməsinin İddiaçı MMC-yə qadağan edilməsi barədə Cavabdeh iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 748-6.1-ci maddəsində lizinq obyektini sığortalamaq vəzifəsi satıcının üzərinə qoyulur və həmin maddənin 3-cü bəndinə əsasən sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Müqaviləyə əsasən əmlakın sığortalanması vəzifəsi müqavilə imzalandıqdan bir il sonra lizinq alanın üzərinə qoyulmuşdur. Müqaviləyə əsasən bir ilə qədər avt omobilin kim tərəfindən sığortalanması müqavilədə qeyd olunmamış və razılaşdırılmamışdır. Belə olan halda, müqavilənin 2.1-ci maddəsinə əsasən əmlakın mülkiyyətçisi olaraq əmlakın sığortalanmaması nəticələrinin riskini lizinq verənin özü daşıyır və qeyd olunanlara əsasən lizinq alanın tələbdə göstərilən əsaslara dayanaraq lizinq obyektinin yenisi ilə əvəzlənməsini və lizinq ödənişlərinin ödənilməsinin dayandırılmasını tələb etməsi qanunsuzdur. Tam eyni yanaşma həmin qətnaməni dəyişdirilmədən qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2020-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 748-6.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa əmlak sığortalanmalıdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.3-cü bəndində məhz lizinq müqaviləsi imzalandıqdan bir il ərzində lizinq obyektinə dəymiş zərərin aradan qaldırılmasının başqa qaydası nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.3-cü bəndində qeyd olunur ki, tərəflər razılaşırlar ki, “Daxili Lizinq” müqaviləsi imzalandıqdan bir il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə, avtomobilin tam məhv olması və bərpa olması üçün çəkilən xərc avtomobilin dəyərinin 70 faizindən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Baş verən hadisə zamanı lizinq obyekti olan avtomobil müddəti keçmiş etibarnamə ilə və ya heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilərsə, həmçinin lizinq alan avtomobilin bərpa edilməsi üçün 800 manatı ödəməzsə və bundan başqa X1 imzalanmasından bir il keçərsə, lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır. Lizinq obyektinin zədələnməsi bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir. Göründüyü kimi, iddiaçı avtomobilə dəymiş zərərə görə cavabdehdən 7275 manat tələb edərkən lizinq müqaviləsinin 5.3-cü bəndinin tələblə rini nəzərə almalıydı. Belə ki, həmin şərtlərə əsasən avtomobilin bərpa olması üçün çəkilən xərcin avtomobilin dəyərinin 70 faizindən çox olmaması həm qüsur aktı, həm də ekspert rəyi ilə təsdiq olunmuşdur. Avtomobilin heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməməsi də bəllidir. Başqa sözlə bunlar işin mübahisələndirilməyən halıdır. Tərəflər bu faktı mübahisələndirmirlər. Mübahisələndirilən hal dəymiş zərərin 800 manat məbləğinin lizinq alan tərəfindən lizinq verənə ödəməməsi və baş verən hadisə zamanı lizinq obyekti olan avtomobil müddəti keçmiş etibarnamə ilə idarə edilməsi ilə bağlıdır. Həqiqətən dəymiş zərərin 800 manat məbləğinin lizinq alan tərəfindən lizinq verənə ödəməməsi təsdiq olunur. Buna dair lizinq alan tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişd ir. Çünki, bu halı sübut etmək yükü lizinq alanın üzərinə düşür, ancaq lizinq alan bunu sübut edə bilmir. Əksinə apellyasiya baxışı zamanı avtomobilə dəymiş zərərə görə 800 manat ödəməyə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi lizinq obyekti olan avtomobili etibarnamə olmadan yaxud müddəti keçmiş etibarnamə ilə idarə edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən də müəyyən olunur ki, iddiaçı 23 may 2019-cu il tarixə, yəni avtomobilin servis mərkəzinə təhvil verildiyi vaxtadək cavabdehdən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 511,3 manat, mükafat kimi 319,24 manat, dəbbə pulu kimi 42,79 manat tələb etmişdir. İşdə olan ödəniş cədvəlindən aydın olur ki, bu məbləğlər 2019-cu ilin aprel və may ayları üçün nəzərdə tutulan əsas və mükafat məbləğləridir. Mart ayı üçün ödənişin edilməsi isə mübahisə doğurmur. Demək, ən azından mart ayı üçün edilmiş ödənişə görə lizinq alanın 11 aprel 2019-cu ilədək avtomobilə sahiblik etmək və ondan istifadə etmək səlahiyyəti olmuşdur. Bu cür vəziyyətdə lizinq alan avtomobili müddəti keçmiş etibarnamə ilə idarə etsəydi belə, yenə də baş vermiş hadisə ilə bağlı dəymiş zərər lizinq alanın vəsaiti hesabına aradan qaldırıla bilməzdi. Çünki, lizinq ödənişi edildiyi halda lizinq alana etibarnamə verilməmişdirsə, bu hal qeyd olunan müqavilənin həmin şərtinin lizinq alan tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Daha sonra, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, lizinq alan qeyd olunan avtomobili etibarnamə olmadan idarə etsəydi belə onun avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də iddiaçının müqavilənin o etibarsız şərtinə əsasən zərərin əvəzini tələb etmək hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmada n avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri də sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də lizinq və sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən lizinq və sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə olmadan avtomobi li idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının lizinq və sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla, o cümlədən lizinq müqaviləsi əsasında idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilmişdir. Lakin bu qadağaların lizinq və sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Demək mülkiyyətçinin yaxud digər qanuni sahibi n avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kimi qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil lizinq alan iddiaçının razılığı və lizinq müqaviləsi əsasında idarə edilmişdir. Lizinq alanın etibarnamə yaxud yol vərəqəsi olmadan avtomobili idarə etməsi də nə baş vermiş hadisə ilə əlaqədar təhqiqat araşdırması, nədə inzibati xəta haqqında iş üzrə aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hazırki işdə avtomobil mülkiyyətçi lizinq şirkətinin r azılığı ilə cavabdeh tərəfindən idarə edilməyə verilmişdir. Lizinq müqaviləsi olmasaydı belə avtomobildən istifadəyə dair şifahi müqavilə bağlanmışdır. Ən azından bunu hazırki iddiada belə iddiaçı mübahisələndirməmişdir. Yəni, iddiaçı avtomobilə dəymiş zərəri tələb edərkən ümumiyyətlə müqavilənin 5.3-cü bəndinin şərtlərinin lizinq alan tərəfindən pozulmasına istinad etməmiş və bu əsasla iddia irəli sürməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(103)-6115/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə ni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış “X2”nin şərtlərini düzgün təfsir etməmiş, cavabdehin lizinq obyektini idarə edərkən etibarnamənin müddətinin keçməsini və bu səbəbdən avtomobilə vurulmuş zərərin aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmalı olmasını nəzərə almamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini iddiaçı verdiyindən, ha zırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən (iddianın təmin olunmamış) hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə v ə ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi and an lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416. 2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən iddia tələbinə müfəssəl hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarına və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə yuxarıda qeyd olunan qaydada qiymət vermiş və hesab etmişdir ki, müqavilənin 5.3-cü bəndinə uyğun olaraq lizinq obyekti olan avtomobil 800 manat lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa olunmalıdır. Bu səbəbdən də iddiaçının avtomobilə vur ulmuş zərərin tam olaraq tələb edilməsi əsassız olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən zaman iddiaçı tərəfindən cavabdehə qüvvədə olan etibarnamə verilməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı da məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə tam razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, həmin zaman cavabdehin iddiaçıya lizinq müqaviləsi üzrə hər hansı borcu olmamış və bu səbəbdən onun avtomobildən istifadə üçün müqavilə üzrə əsasları olmuşdur. Yəni etibarnamənin iddiaçı tərəfindən verilməməsi cavabdehin ziyanına şərh olunmamalıdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv ar aşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(103)6115/2021 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar