Məhkəmə qərarları › İş №2(102)-3754/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3754/2021

10.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3754/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh X qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3754/21 (Açar sözlər: mirasın qəbulu müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(105)-485/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 10 avqust 2021ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri Zeydulla Yaraliyevin ¼ hissə payının onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin paya vərəsəlik hüququ tanınmaqla miras payın ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.V.Kazımov) iddia təmin edilərək, mərhum Zeydulla Yaraliyevin miras kütləsinə daxil olan ünvan 2 ünvanda yerləşən 0,04 hektar torpaq sahəsinin və üzərində yerləşən 111,7 kv.metr fərdi yaşayış evinin ¼ hissəsinin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin əmlaklara dair iddiaçının vərəsəlik hüququ tanınmaqla miras payın ayrılaraq ona verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 23 aprel 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¼ hissəsi iddiaçının əri Zeydulla Yaraliyevin mülkiyyətində olub və sonuncunun 06 sentyabr 2011-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb. İddiaçı mirasın kütləsinə daxil olan payın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürüb. Belə ki, iddiaçı mərhum əri Zeydull a Yarəliyevlə bir müddət mübahisəli evdə yaşayıb və həmin evdə daimi qeydiyyatdadır. Lakin, əri Zeydulla Yarəliyevin ölümündən sonra cavabdehin maneçiliyinə görə iddiaçı mübahisəli evdə yaşaya bilməyib. Bu səbəbdən də miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin səbəbləri üzrlü sayılaraq bərpa edilməlidir. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1159.1, 1243.1, 1255-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Qusar Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 23 aprel 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¼ hissəsi iddiaçının əri Zeydulla Yaraliyevin mülkiyyətində olub və sonuncunun 06 sentyabr 2011-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb. Lakin, iddiaçı nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə, nə də ki, miras əmlaka sahibli k etməyə və ya həmin əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etməyib. Hazırki halda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülüb və işdə, müddətin ötürülməsinin səbəblərinin üzrlü sayılaraq uzadılması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1243.2, 1248.1, 1255-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassas iya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Nailə Yarəliyevin vəkili Tofiq Əliyarov, Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisi məh kəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 29 sentyabr 1989-cu il tarixdə Zeydulla Yarəliyev rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub və sonuncu ünvan 1 evdə daimi qeydiyyatdadır. 06 sentyabr 2011-ci il tarixdə Zeydulla Yarəliyev ölüb. 23 aprel 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 3 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111,7 kv.metr olan fərdi yaşayış evi hə r birinin payı ¼ hissədə olmaqla mülkiyyət hüququ üzrə Cavabdeh, Zeydulla Yaraliyev, Əmrulla Yarəliyev və Seyfulla Yarəliyevin adlarına qeydə alınıb. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, Zeydulla Yarəliyevin 06 sentyabr 2011-ci il tarixdə ölməsi ilə ondan miras qalmış ¼ hissəyə vərəsəlik açılsa da, iddiaçı nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə, nə də ki, miras əmlaka sahiblik etməyə və ya həmin əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etməmişdir. Yalnız mirası qoyan Zeydulla Yarəliyevin ölümündən 9 il sonra hazırki iddia ilə məhkəməyə müraciət edib. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edi lməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürüb. Bu faktı iddiaçı özü də hazırki iddia ilə məhkəməyə müraciət etməklə inkar etməyib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, miras açıldığı anadan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərə sələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Eyni zamanda, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vax t ərzində həyata keçirilməlidir. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edildiyi kimi, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın qəbulu və qəbulundan imtina müddətləri kəsici müddətlər sırasına aiddir. Kəsici müddətlər dedikdə- mülki hüquqların həyata keçirilməsi üçün qanunla müəyyən olunan müddətlər başa düşülür. Göstərilən müddət ərzində səlahiyyətli şəxs özü ona məxsus olan hüquqları həyata keçirə bilər və ya borclu şəxslərdən müəyyən hərəkətlərin yerinə yetirilməsini tələb edə bilər. Müddətin ötürülməsi isə səlahiyyətli şəxsin hüquqlarını həyata keçirə bilməsi imkanını məhdudlaşdırır. Həmçinin, iddia müddətindən fərqli olaraq bu hüquqların müdafiəsi imkanlarına xitam verir. Daha sonra, iddia müddətlərindən fər qli olaraq mirasın qəbulu müddətlərinə iddia müddətinin dayandırılması, kəsilməsi və bərpası qaydaları tətbiq olunmur. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin, Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur. Ona görə də kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, əgər mirasın qəbulu müddəti üç aydırsa və altı ay keçdikdən sonra qanun onun qəbuluna yol vermirsə, o, zaman ötürülmüş müddət üç aydan sonra altı ay tamamına qalan müddət ərzində uzadıla bilər. Mü lki Məcəllənin 1248.1-ci maddənin mənasına görə, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddət məhkəmə tərəfindən o, vaxt uzadıla bilər ki, gecikmə, müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermiş olsun. Hazırki işdə, iddiaçı vərəsəliyə çağırıldığını əri Zeydulla Yarəliyevin öldüyü vaxtdan, yəni 06 sentyabr 2011-ci il tarixdən bildiyi və ya bilməli olduğu halda, kəsici müddəti ötürüb məhkəməyə 22 iyun 2020-ci il tarixdə müraciət etməklə, əslində onun müddəti uzatmaq hüququnun müdafiəsi imkanlarına xitam verilib. Birinci instansiya məhkəməsi mirasın qəbulu ilə bağlı iddiaçının ötürdüyü müddəti üzrlü hesab edib, həmin müddəti qeyri-müəyyən müddətə uzatmaqla Mülki Məcəllənin 1248.1-ci maddəsinin təfsirində də səhvə yol verib. Həmin maddənin, o cümlədən Mülki Məcəllənin 1 246-cı maddəsinin mənasına görə, mirasın qəbulu müddəti üç ay müəyyən edildiyindən və altı ay keçdikdən sonra qanun onun qəbuluna yol vermədindən, iddiaçı tərəfindən ötürülmüş müddət üç aydan sonra altı ay tamamına qalan müddət ərzində uzadıla bilərdi. Hazırki halda iddiaçı, mərhum əri Zeydulla Yarəliyevdən miras qalmış əmlaka vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 9 ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət edib. İddiaçı, kassasiya şikayətində əri Zeydulla Yarəliyevin sağlığında bir müddət onunla birlikdə mübahisəli evdə yaşadığını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməs i tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddianın kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(105)-485/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar