Məhkəmə qərarları › İş №2(102)-3756/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3756/2022

18.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3756/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və 3-cü şəxs X11 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3756/2022 (Açar sözlər: vərəsəlik hüququ əsasında müqavilənin dəyişdirilərək iddiaçı ilə bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin bağlanması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-87/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «AAAF-İnşaat” MMC- ilə X10 arasında bağlanan 22 fevral 2011-ci il tarixli, OB-013 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat metr (qeyri-yaşayış sahəsi 1200 kv.m. və zirzəmi 600 kv.metr) əmlak üçün alqı-satqı müqaviləsi bağlanmışdır, həmin əmlakın ümumi dəyəri 540.000 manat müəyyən edilmiş, alıcıya həmin pulun ödənilməsi barədə eyni tarixli maliyyə arayışı verilmişdir.

2. X10 18 oktyabr 1991-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur, nikah bağlandıqdan sonra qadına H əmidova soyadı verilmişdir.

3. X10 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İddiaçı X7 qanun üzrə vərəsəsidir.

4. X15 qızı tərəfindən yazılmış və notariat qaydada 27 mart 2020-ci ilatixdə təsdiq edilmiş ərizəsindən görünür ki, 01.12. 2015-ci il tarixdə vəfat etmiş Həmidov Sakit İlyas oğlundan miras qalmış Abşeron rayonu,Xırdalan şəhərində,M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat qeyri-yaşayış sahəsini Hımidova Gülər Əhədağa qızının adına sənədləşdirilməsinə etiraz etmir.

5. Göyçay rayon Notariat ofisi tərəfndən verilən 16 iyun 2019-cu il tarixli 666 saylı məktubdan müəyyən edilir ki, Həmidova Gülər Əhədağa qızı 10.06. 2019-cu il tarixdə ərizə ilə onlara müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş Həm idov Sakit İlyas oğlundan miras qalmış Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat qeyri-yaşayış sahəsinə onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin həmin qeyriyaşayış sahəsinin hüquq-müəyyənedici sənədi olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Notariat ofisinə təqdim edilən sənədlərdən görünür ki, Həmidova Gülər Əhədağa qızı xx.xx.2015-ci il tarixdə vəfat etmiş Həmidov Sakit İlyas oğlunun qanun üzrə vərəsəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh «AAAF-İnşaat” MMC-yə (bundan sonracavabdeh) qarşı müqavilənin bağlanması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum əri X10 ilə cavabdeh arasında bağlanmış 22 fevral 2011-ci il tarixli, OB-013 saylı müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində cavabdehin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat metr (qeyri-yaşayış sahəsi 1200 kvadrat metr və zirzəmi 600 kvadrat metr) əmlak üçün 22 fevral 2011-ci il tarixli, D/015 saylı maliyyə arayışı əsasında 540 000 manat ödənilməsi və borc qalığının olmaması səbəbindən cavabdeh tərəfindən müqavilənin qanun üzrə vərəsəlik hüququ əsasında dəyişdirilərək iddiaçı ilə bağlanmasına dair məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməkl ə tələbini belə əsaslandırmışdır ki, ərinin ölümündən sonra həmin sənədləri cavabdehə təqdim etmiş və məlum müqavilənin bir vərəsə olaraq onunla bağlanmasını xahiş etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını pozmuşdur.

8. Abşeron Rayon Məhkəməsinin (hakim C.İ.Səfiyeva) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1531/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Həmidov Sakit İlyas oğlu ilə "xxxx" MMC-nin arasında Abşeron rayonu, Xırdalan şəhərində, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi 3 saylı yaşayış binasının 1-2 mərtəbəsində yerləşən ümumi sahəsi 1800 kvadrat metr (qeyri-yaşayış sahəsi 1200 kvadrat metr və zirzəmi 600 kvadrat metr) əmlakın a lqı-satqısına dair bağlanmış 22 fevral 2011-ci il tarixli, OB- 013 saylı müqavilənin qanun üzrə vərəsəlik hüququ əsasında dəyişdirilərək Həmidova Gülər Əhədağa qızı ilə bağlanması qət edilmişdir.

9. Birinci instansiya məhkəmə hesab etmişdir ki, mübahisəli qeyri –yaşayış sahələrinə dair hüquqlar miras əmlak hesab olunurlar digər vərəsə olan miras qoyanın qızı vərəsə olan iddiaçının xeyrinə payından imtina edib. Miras əmlakın mövcudluğu iddiaçıya 2019-cu ilin may ayında məlum olmuş və iş materiallarından göründüyü kimi iddiaçı bu barədə hüquqlarını rəsmiləşdirmək üçün aidiyyatı yerlərə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1151.1, 178.8, Mülki Pro sessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məlumat bazasında və arxivində idddiaçının istinad etdiyi müqavilə və maliyyə arayışı aşkar edilməmişdir. Cavabdeh həmin binanın 1-2 mərtəbəsində yerləşən 2064 kv.m ( qeyriyaşayış sahəsi 1376 kv+ zirzımi 688 kv.m) qeyri-yaşayış sahəsini tam dəyərini ödəməklə X2. İddaçı isə mübahisəli daşınmaz əmlakla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi almamışdır.

13. Apellyasiya məhkəməsinə təqdim edilmiş xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, binanın 1-2 mərtəbəsində yerləşən 2064 kv.m ( qeyri-yaşayış sahəsi 1376 kv+ zirzımi 688 kv.m) qeyri-yaşayış sahəsi tam dəyərini ödəməkləl X1. Müqavilə satıcı qısmində cavabdehin direktoru X14 tərəfindən imzalanmışdır.

14. X6 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. X6 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq qeyri-yaşayış sahəsini aldığını, müqaviləsinin qüvvədə olduğunu, həmin əmlakı icarəyə verməklə ödəniş əldə edərək faydalandığını göstərmiş, ədalətli qərar verilməsini xahiş etmişdir.

15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli №4/888-5/684 rəyinə əsasən ekspertizaya təqdim edilmiş X7 adına olan 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin sonunda cavabdehin direktoru kimi “S.Ə.Cavadov” yazılarının qarşısın dakı imza və X7 adına olan 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışında “S.Ə.Cavadov” yazılarının qarşısındakı imza – X14 tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş ekspertizaya təqdim edilmiş X7 adına olan 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin əlyazma mətni və X7 adına olan 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışının əlyazma mətni – X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş “X7 adına 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin və 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışının blankları və çap mətni axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş X7 adına 22 fevral 2011-ci il tarixli OB-013 nömrəli mənzilin alqısatqısı haqqında müqavilədə və 22 fevral 2011-ci il tarixli D/015 nömrəli maliyyə arayışda olan möhür əksləri, X3 adına 3 iyul 2011-ci il tarixli OB017 nömrəli müqavilənin surətində olan möhür əksinin təsviri öz aralarında eynilik təşkil edir.

16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli №10/3182 məhkəmə mühəndis-texniki ekspertiza rəyinə əsasən 22 fevral 2011ci il tarixli, OB-013 saylı müqavilədə göstərilən sahəsi 1800 kv.m. olan (1200 kv.m. q/s, 600 kv.m. zirzəmi) əmlaka dair eskiz-layihə sənədi təqdim edilmədiyindən, müqavilədə göstərilən qeyri-yaşayış sahəsi ilə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçülərinin üst-üstə düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. 03 iyul 2011-ci il tarixli OB-017 sayl ı müqavilədə göstərilən sahəsi 2064 kv.m. olan (1376 kv.m. q/s, 688 kv.m. zirzəmi) əmlakın eskiz-planında göstərilən ölçülərlə ilə isə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçülərinin üstüstə düşdüyü müəyyən edilmişdir.

17. Bununla əlaqədar iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə kollegiyasının iclasında dindirilən iş üzrə rəy vermiş ekspert Teymur Məmmədov da iddiaçının təqdim etdiyi müqavilədəki qeyri-yaşayış sahəsinin ölçülərinin faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə üst-üstə düşmədiyi, lakin üçüncü şəxs M.Şıxəliyevin adına olan müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin ölçülərinin isə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə tam üst-üstə düşdüyünü bir daha təsdiq etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-87/2022 saylı mülki iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmiş, iddiaçıdan məhkəmə tikinti-texniki və xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı ekspertiza xərci 250 (200+50=250) (iki yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbi müqavilənin dəyişdirilərək iddiaçı ilə bağlanması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcə llənin 421-ci maddəsi təşkil edir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin müqavilə azadlığı, müqavilə bağlamağa məcburetməyə yol verimədiyini və müqavilənin dəyişdirilməsi üçün qanunla müəyyən edilmiş əsasların mövcud olmadığına istinad edərək, iddiaçının mövcud müqavilənin dəyişdirilərək onunla bağlanması barədə iddia qaldırmaqda haqlı olmadığı qənaətinə gəlmişdir.

21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçının təqdim etdiyi müqavilədəki qeyri-yaşayış sahəsinin ölçülərinin faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə üst-üstə düşmədiyi, lakin üçüncü şəxs M.Şıxəliyevin adına olan müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin ölçülərinin isə faktiki təqdim olunmuş qeyri-yaşayış sahəsinin ölçüləri ilə tam üst-üstə düşdüyü ekspert rəyi ilə t əsdiq edilmişdir. Buna görə də, iddia rədd edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 390.3, 421.1, 421.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və və ayrı ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

25. Sumqayıt apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun və qanuni mənafelərinin pozulmaması barədə irəli sürülən dəlillərə əhəmiyyət verməmiş və nəticədə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 390.3 Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

29. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

30. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlar ının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. M əhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin ekspert rəyinə istinad edərək, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mərhum əri ilə bağlanmış və dəyəri ödənilmiş sahə olmaması əsası ilə müqavi lənin iddiaçının adına dəyişdirilməsi barədə iddianın rədd edilməsi, dolayısı ilə iddiaçının həmin sahəyə heç bir hüququnun olmaması barədə gəldiyi nəticə əsassız olduğundan qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia aşağıdakı əsaslarla təmin edilməməlidir.

42. Belə ki, məhkəməyə əsli təqdim edilmiş və məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə cavabdehin direktoru tərəfindən imzalanması və cavabdehin möhürü ilə təsdiq edilməsi müəyyən edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin əmalkın dəyərinin ödənilməsi barədə maliyyə arayışına əsasən iddiaçının mərhum ərinin cavabdehin inşa etdiyi 3 saylı binanın 1-2 mərtəbəsində 1200 kv.m və zirzəmidə 600 kv.m sahəyə istifadə və sahiblik hüququ yaranmışdır. Müqavilədə göstərilən sahənin binada olan faktiki sahədən az olması və həmin sahəyə dair iddiaçının mərhum ərinə eskiz layihəsinin təqdim edilməməsi iddiaçının həmin əmlaka vərəsə kimi hüquqlarının mövcud olmaması üçün yetərli əsas deyil.

43. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü hazırki iddia tələbi mərhum ərinin qanun üzrə vərəsəsi kimi həmin əmlaka dair hüquqlarının həyata keçirilməsi üçün düzgün hüquqi müdafiə vasitəsi hesab edilə bilməz.

44. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir.

45. Həmin Qanunun 8.0.1, 8.0.6-cı maddələrində göstərilir ki, mənzil-tikinti kooperati vi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

46. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

47. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 saylı qərarı təsdiq edilmiş “2 saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir.

49. Həmin Tə limatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.

50. Göründüyü kimi, iddia ərizəsində göstərilən məsələnin həlli qaydası qanunvericilikdə yuxarıda göstərilən qaydada müəyyən edilib. Odur ki, bu məsələ müqavilənin vərəsənin adına dəyişdirilməsi yolu ilə həll olunmur və qaldırılan iddianın qanun əsasını təşkil edən Mülki Məcəlləsinin 421-ci maddəsinin dispozitiv şərtlərinə cavab vermir.

51. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlaka dair müqavilə vərəsənin adına dəyişdirilmədən də vərəsənin miras aktivinə daxil olan həmin əmlaka dair müqavilə öhdəliklərinin icra edilməsini və ya əmlakın başqasının qanunsuz sahibliyindən tələb etmək, həmin əmlaka dair hüquqlarının müdafiəsi üçün digər hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları vardır.

52. Göstərilənlərə əsasən, məhkəmə kolegiyası hesab edir ki, iddiaçının mübahisəli əmlaka dair müqavilə vərəsənin adına dəyişdirilməsi barədə iddia tələbi Mülki Məcəllənin 421-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olmadığına, həmçinin həmin əmlaka dair cavabdehlə 3-cü şəxs arasın da başqa bir müqavilənin mövcud olmasına, həmçinin həmin əmlaka dair iddiaçının hüquqarının həyata keçirilməsi üçün müqavilənin onun adına dəyişdirilməsinə ehtiyac olmamasına görə təmin edilməməli, iddiaçıya yuxarıda qeyd edilən hüquqlarından istifadə etmək hüququ izah edilməlidir.

53. Məhkəmə kollegiyası heab edir ki, apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.

54. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(105)-87/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin vərəsənin adına dəyişdirilərək iddiaçı ilə bağlanması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar