Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3756/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, ər-arvadın ümumi əmlakı, miras kütləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-514/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs3 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X7 ilə Maraqlı şəxs1 xx.xx.1975-ci ildə nikah bağlamışlar, bu nikahda - Murad, Fatimə, Asiyat, Səkinət və Cəbrayıl adlı övladları doğulmuşdur. X14 Əmirova ilə faktiki nikah münasibətlərindən İddiaçı doğulmuşdur;
3. X7 18 may 2019-cu ildə vəfat etmişdir;
4. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 17 dekabr 2019-c u il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, mərhum X3 miras qalmış "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paydan arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar;
5. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1232 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” əsasən, mərhum X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilidən (uşaq sağlamlıq düşərgəsi) arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar;
6. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli "Qanun ü zrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, mərhum X3 miras qalmış "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmdən arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar;
7. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1234 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasən, mərhum X3 miras qalmış Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsindən arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar;
8. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1235 reyestr nömrəli "Qanun üzrə vər əsəlik hüququ haqqında” şəhadətnamə əsasən, mərhum X3 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsindən arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar; 9. xx.xx.2019-cu il tarixli, 3M-604 nömrəli “Mirasın bağışlanması” müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsi Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanmışdır; 10. xx.xx.2019-cu il tarixli, 3M-605 nömrəli “Mirasın bağışlanması” müqaviləsinə əsasən, "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan ik i) ədəd adlı səhmin qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsi Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu X2 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 dekabr 2019-cu il tarixli 2V1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019cu il tarixli 2V1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi və miras qalmış əmlaklar üzərində vərəsələrin paylarının yenidən müəyyə n edilərək miras qalmış əmlaklar üzərində onun payının 1/4 hissəsi olmasına dair və ya qeyd olunan şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına onun da adının daxil edilməsi ona da digər vərəsələr olan Havva, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlaklardan bərabər hissədə pay verilməsinə, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin ləğvinə, həmin şəhadətnamələr əsasında və mirasın bağışlanmasına dair bağlanmış müqavilələr əsasında Dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, atası vəfat edəndə onun 15 yaşı olmuşdur, o yetkinlik yaşına çatmayan və məhdud fəaliyyət qabiliyyətli olduğu üçün notariusa gedib vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Atasının birinci həyat yoldaşı və ondan olan övladları onun xəbəri olmadan notariusa müraciət edərək adı çəkilən əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Kebeloba kənd icra nümayəndəliyi tərəfindən verilmiş və onun adı qeyd olunmamış arayış əsasında verilmişdir. Notarius da öz növbəsində onun vərəsə olduğunu bildiyi halda vərəsəlik şəhadətnaməsi alarkən onu vərəsəliyə dəvət etməmiş və vərəsələr arasında mübahisənin olub-olmamasını araşdırmamışdır. Notariusun qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyəti hesab olunmalı əmlaklar başqa şəxsə verilmiş, beləliklə ona ziyan dəymişdir. Notarius öz vəzifələrini tamamilə yerinə yetirmədən ona düşən payı da onun yetkinlik yaşına çatmayan şəxs olmağından istifadə edərək digər vərəsələrə vermişdir. Atasının miras qalmış əmlakları barədə məlumat əldə etdikdən sonra notariusa müraciət etmişdir. Notariusdan mərhum atası Şamil Məmmədovdan miras qalmış əmlaklar barədə verilmiş vərəsəlik haqqında şəhadətnamələrinə onun da adının daxil edilməsini xahiş etmişdir. Lakin notarius ona imtina məktubu verərək mirasdan pay almaq üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Hazırkı vərəsəlik işində notarius vərəsəlik şəhadətnaməsini mirasın açıldığı gündən 6 ay bitdikdən sonra vermişdir və vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etmiş vərəsə Maraqlı şəxs1 notariusa təqdim etdiyi ərizədə yalnız 2 vərəsənin özünün və oğlan ları Murad və Cəbrayılın olduğunu bildirərək notariusa yalan məlumat vermişdir ki, guya onlardan başqa Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Eyni zamanda digər vərəsələr, yəni Murad və Cəbrayıl da onun miras qoyanın vərəsəsi olmasını notariusdan gizlətmişlər. Bundan başqa, vərəsələrin dairəsini müəyyən etmək üçün Zaqatala rayon İcra Hakimiyyəti Kebeloba kənd inzibati ərazi dairəsinin nümayəndəsi notariusa miras qoyanın vərəsələrinə dair xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Həmin arayışda onun adı vərəsələr sırasında yoxdur. Beləliklə, miras qoyanın digər vərəsələri, kənd icra nümayəndəsi və notarius birləşərək atasından ona düşən miras payın üzərində qanunsuz sərəncam verərək şəhadətnamə vermişlər. O isə məhdud fəaliyyət qabiliyyəti olduğ una görə aidiyyatı orqanlara müraciət edə bilməmiş, vərəsəlikdən ona pay düşəcəyi barədə məlumatı olmamışdır. Vərəsələr dairəsindən Səkinət, Asiyat və Fatma özlərinə düşən paydan imtina etdiklərinə görə onlara pay verilməməlidir. Vərəsələrin dairəsi 4 nəfərdən ibarət olduğuna görə hər birinə miras əmlakın 1/4 hissəsi olaraq paylar müəyyən edilməli idi. Bundan başqa vərəsəlik şəhadətnamələri alındıqdan sonra mirasın bağışlanması haqqında vərəsələr arasında müqavilə imzalanmışdır. Vərəsəlik şəhadətnamələri ləğv edildiyi halda mirasın bağışlanması haqqında müqavilə də ləğv edilməlidir. Bundan başqa vərəsəlik şəhadətnamələri əsasında aparılmış qeydiyyat və çıxarışlar da ləğv edilməlidir. Miras açılan zaman onun 15 yaşı olduğundan məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Məhdud fəaliyyət qa biliyyətli olduğundan mirası qəbul edə bilməmişdir. Qanuni nümayəndəsi isə bununla maraqlanmamışdır. Fəaliyyət qabiliyyəti isə xx.xx.2021-ci il tarixdə, yəni 18 yaşı bitəndən sonra olmuşdur. Həmin tarixdən notariusa müraciət edərək atasından miras qalmış əmlakların taleyi ilə maraqlanmışdır. Lakin ona rəsmi məlumat 1 il sonra xx.xx.2022-ci il tarixdə verilmişdir. Miras qalmış əmlaklardan ona da pay ayrılması ilə əlaqədar digər vərəsələrin etirazları olmamışdır. Ona görə ki, onlar dəfələrlə anasının yanına nümayəndələrini göndərərək miras əmlaklardan ona çatacaq payların veriləcəyini bildirmişlər. Onların bu hərəkətinə görə hesab etmişdir ki, miras əmlakdan ona da pay ayrılmasına heç bir etirazı olmamışdır. Hesab etmişdir ki, mirasın qəbul edilməsinin müddəti ona şamil edilməməlidir. Ona görə ki, onun fəaliyyət qabiliyyəti yaranan zaman artıq miras əmlaklar üzərində vərəsəlik şəhadətnamələri verilmiş digər vərəsələrə paylar müəyyən edilərək onun vərəsəlik hüququ kobud şəkildə pozulmuşdur. Notarius öz öhdəsinə düşən vəzifələri lazımınca yerinə yetirmədən miras qalmış əmlaka payları müəyyən edərək vərəsəlik şəhadətnamələri vermişdir. Onun da miras qoyanın vərəsəsi olmağına dair digər vərəsələrin heç bir mübahisəsi olmamışdır. Yəni, vərəsələr arasında hər hansı vərəsənin vərəsə olması mübahisə predmeti deyildir. Eyni zamanda miras əmlakdan onun da payının olmasını digər vərəsələr mübahisə etmirlər. Lakin onun adının da vərəsəlik şəhadətnamələrinə yazılması notariat qaydasında mümkün deyil, ona görə ki, bu əməliyyat vərəsəlik şəhadətnaməsi verilənədək aparılmalı idi.
13. Birin ci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin əsassız olduğunu, qanunvericilikdə vərəsələrin miras qoyanın vəfatından sonra altı ay ərzində Notariat orqanına müraciət etməli olduğunun aydın şəkildə qeyd edildiyini və iddiaçı qeyd edilən müddət ərzində vəfat etmiş atasından miras qalmış əmlakı faktiki qəbul etmədiyini və qanunvericilikdə nəzərdə tutulan qaydada da müraciət etmədiyini bildirmişdir. İddiaçı bu halı tam fəaliyyət qabiliyyətli olmaması ilə əsaslandırmış, lakin onun 2021-ci ildə 18 yaşı tamam olmuş və o bundan sonra da notariusa müraciət etməmişdir. Qanun tərəfindən vərəsənin susması onun miras əmlakdan imtinası kimi qəbul edilmişdir.
14. Zaqatala Rayon Məhkəməsinin 2(003)-51/2023 sa ylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli vərəsəlik şəhadətnamələrinin verilməsindən 2 ildən artıq müddət keçdikdən sonra, yetikinlik yaşına çatdıqdan (iddiaçı xx xxxx 2003-cü ildə anadan olub, 14 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır) təxminən 1 ildən artıq müddətdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində də hüquqlarından istifadə etməmişdir. Ona görə də, iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhk əmə qeyd etmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İddiaçı ərizəsində qeyd etdiyi dəlillər, yəni iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, şəhadətnamələrə qismən dəyişiklik edilərək iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” hissəsi də əsaslı sayıla və göstərilən dəlillər həmin tələbin təmin edilməsi üçün əsas ola bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29.7-ci, 28, 30, 33. 36, 337, 345, 1133, 1145, 1159, 1243, 1244, 1246, 1248, 1255, 1268, 1273-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə əl avə edilmiş Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünmüşdür ki, Mazıx kənd icra nümayəndəsinin verdiyi 93 nömrəli arayışda vərəsələrin dairəsi tam göstərilmədiyinə görə məhkəmə həmin arayışı saxta sənəd hesab etmiş və saxta arayış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni isə etibarlı sənəd hesab etmək olmaz qərarına gəlmişdir. Hazırki işdə də Kebeloba kənd icra nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 375 nömrəli arayışında mərhumun vərəsələrindən olan yetkinlik yaşına çatmamış olan hazırda İddiaçı adı həmin arayışa vərəsələrin dairəsinə daxil edilməyərək icra nümayəndəsi tərəfindən vərəsələrin dairəsinə dair arayışdakı məlumatlar saxtalaşdırılmışdır. Lakin məhkəmə bu arayışı saxta sənəd hesab etməmişdir. Ali Məhkəmənin mövqeyi də ondan ibarət olmuşdur ki, miras haqqında məlumat alan notarius vərəsələri dəvət etmək üçün öz vəzifələrini yerinə yetirməlidir. Hazırki işdə isə notarius öz vəzifələrini yerinə yetirməmişdir. Belə ki, Maraqlı şəxs3 tərəfindən notariusa təqdim edilmiş ərizədən və ərizənin arxasına əlavə edilmiş vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən verilmiş çıxarışdan görünür ki, notarius avtomatlaşdırılmış qeydiyyat sisteminə sorğu göndərərək miras qoyan şəxs X4 vətəndaşlıq vəziyyəti aktları barədə məlumat əvəzinə onun oğlunun ailə vəziyyəti barədə məlumat əldə etmişdir. Buradan görünmüşdür ki, notarius vəfat etmiş şəxsin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarış əldə etməklə onun vərəsələri barəsində, yəni övladları və arvadı barəsində məlumat əldə edə bilər. Lakin nədənsə notarius belə bir məlumat əldə etməsinə baxmayaraq avtomatlaşdırılmış sistemdən mərhumun ailə üzvləri barədə verilmiş çıxarışı vərəsəlik işinə əlavə etməmiş, həmin çıxarışın əvəzinə kənd icra nümayəndəliyinin məlumatları saxtalaşdırılmış arayışı vərəsəlik işinə əlavə etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünmüşdür ki, mərhum X8 vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparmaq və onun ailə üzvləri (arvadı və övadları barədə) məlumatlar aşkar etmək mümkün olmuşdur. Həmin arayışdan görünmüşdür ki, mərhumun oğlu İddiaçıadı da avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcuddur. Bu sənədlər onu deməyə əsas verir ki, notarius vərəsəlik işini hazırlayarkən miras qoyanın daha bir yetkinli k yaşına çatmayan vərəsəsi olduğundan məlumatlı olmuşdur. Ona görə ki, bu məlumatı əldə etmək notariusun vəzifə borcu olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə tamamilə qanuna zidd olmuşdur. Məhkəmə bir abzasda bir-birinə zidd fikirlər söyləməklə məşğul olmuşdur. Məhkəmə iddiaçının miras qoyana məxsus əmlaklarına sahiblik etmədiyini və onları idarə etməyə faktiki başlamadığını qeyd etmişdir. Miras qoyan vəfat edən günə onun vərəsələrindən biri yetkinlik yaşına çatmayan şəxsdirsə və o atasının ölümünə görə müavinət alırsa, atasının ölümünə görə müavinət alma hərəkəti miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkət hesab olunur. Məlum olmuşdur ki, İddiaçı mərhum atası Şamil Məmmədovun ölümünə görə onun öldüyü vaxtdan (xx.xx.2019-cu il) 2 ay sonradan, y əni xx.xx.2019-cu il tarixdən ailə başçını itirməsinə, yəni atasının ölümünə görə hal-hazıradək müavinət almaqdadır. Bu hallar isə iddiaçıın atasından miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunmuşdur. Məhkəmə isə iddiaçının sübut təqdim edə bilməməsinə və yetkinlik yaşına çatmayan biri üçün həyata keçirilməsi çətinlik yaradan hallara istinad etməklə məhkəmə araşdırmasının həyata keçirilməsi qənaətinə gəlmişdir. Hazırkı iş üzrə məhkəməyə təqdim olunmuş arayışdan da görünür ki, iddiaçı atasının ölümünə görə (pensiya arayışı anasının adına hazırlanmışdır) müavinət almaqdadır.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Ə.Məcidov - sədrlik edən və məruzəçi, M.Əsədli və E.Mehdiyev) 17 may 2023-cü il tarixli, 2(107)-498/2023 nömrəli qə tnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının atasının ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə ödənilən pensiyanı alması onun atasından qalan miras əmlakı qəbul etməsi olaraq dəyərləndirilə bilməz. Apellyatorun istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında baxılmış mülki işin halları hazırki işlə oxşarlıq təşkil etmədiyindən həmin qərardakı yanaşmanın hazırki işə tətbiq edilməsi düzgün olmazdı. Belə ki, apellyatorun istinad etdiyi işdə vərəsənin miras əmlakı faktiki olaraq qəbul etməsi konkret hərəkətlərlə ifadə olunmaqla aşkar olmuşdur. Miras əmlakın heç bir formada qəbul edilməsi yönündə hərəkətlər aşkar edilmədiyi h alda, sadəcə müavinətin alınmasına əsaslanılmaqla mirasın qəbul edilmiş hesab olunması halı mövcud deyildir.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin konkret işlər üzrə qərarları vahid məhkəmə təcrübəsinin formalaşmasında faydalılığı baxımından mühüm əhəmiyyət kəsb etsə də, preyudisial əhəmiyyət daşıdığı və sübut kimi istinad olunduğu hallar istisna olmaqla, başqa işlər üzrə məhkəmələr tərəfindən istinad edilə bilməz. Birinci instansiya məhkəməsinin hazırki iddianın rədd edilməsi ilə bağlı gəldiyini nəticənin haqlı olduğu sübuta yetirildiyindən, eyni zamanda apellyasiya şikayətinin həmin dəlilləri sadəcə formal mülahizələrə əsaslanmaqla, konkret sübut xarakteri daşımadığından məhkəmə kollegiyası həmin dəlillərlə bağlı araşdı rma aparmamışdır.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаmışdır.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 28, 30, 33. 36, 337, 345, 1133, 1145, 1159, 1243, 1244, 1246, 1248, 1255, 1268, 1273-cü, Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunu 55, 57, 58, 59, 6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respubl ikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti Mülki Məcəllənin 1300, 1318, 1325-ci maddələrinə, “Notariat haqqında” Qanunun 55-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəllənin 1291 və 1300. 1-ci maddələrinin MPM-nin 24.1-ci maddəsi ilə əlaqəlişəkildə şərh edilməsinə dair” qərarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırki işdə isə notarius öz vəzifələrini yerinə yetirməmiş, digər vərəsələr də notariusa ərziə verərkən iddiaçının da vərəsə olmasını gozlətmişlər, eyni zamanda icra nümayəndəsi saxta arayış vermişdir. Qətnamə ilə vərəsəliyə dair verilmiş arayışda vərəsələrin dairəsi tam olaraq göstərilmədiyi üçün, vərəsələrin adları arayışa tam olaraq yazılmadıgı üçün həmin arayış məhkəmə tərəfindən saxta hesab edilmiş və həmin arayış əsasında verilmiş qanunüzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. (Miras açıldığı vaxtdan 5 ildən çox vaxt keçmişdir). Hazırkı işdə də oxşar hal baş vermiş, iddiaçının adı vərəslərin dairəsinə dair arayışda qeyd olunmayıb, lakin birinci instansiya məhkəməsi bu işdə arayışı saxta hesab etməmiş və qanun üzrə vərəsəlik şəhadətnamələrini qanuni hesab etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-30/2024 nömrəli 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Ə.M.Xıdırov - məruzəçi, E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməyib birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən istinad etdiyi əsaslardan biri də bu olmuşdur ki, iddiaçı tərəfindən mirasın qəbul edilmiş hesab olunması halı mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə də istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmçinin həmin qərarla Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edilmişdir.
29. Məhkəmə kollegiyası qe yd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddianın bütün hissərinin uğurlu olub-olmaması məhz mirasın qəbul edilməsi ilə əlaqəli olduğundan (yəni mirasın qəbulu müəyyyən ediləcəyi təqdirdə iddianın digər hissələrinin əsaslı olub-olmaması araşdırılmalı olduğundan) kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 1131.1, 1133.2, 1145, 1255, 1256, 1159.1, 1301.1, 1301.2, 1301.3-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu madd əsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına, MPM-in 14.2, 77.1, 80, 88, 217.4, 407.2 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli, 2(107)514/2024 saylı qətnaməsi ilə (hakimlər G.İ.Cavadova - sədrlik edən və məruzəçi, E.Ş.Hüseynov və R.R.Rəfiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Mərhum X3 miras qalmış "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paya Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Za qatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikiliyə (uşaq sağlamlıq düşərgəsi)Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1232 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmə Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsinə Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1234 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsinə Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hi ssədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1235 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsininin Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanması barədə xx.xx.2019-cu il tarixli, 3M-604 nömrəli və "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmin qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsininin Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanması barədə xx.xx.2019-cu il tarixli, 3M-605 nömrəli “mirasın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədi əsasında tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs3 adına qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeyd, X6 məxsus 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmin 19 dekabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Maraqlı şəxs3 mülkiyyətinə keçirilməsi barədə Milli Depoz it Mərkəzi tərəfindən aparılmış qeyd və X4 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 payına 17 dekabr 2019-cu il tarixli, 2V1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında hüquqi şəxslərin dövlət reyestrində aparılmış dəyişikliyin ləğv edilaməsi, X3 miras qalmış, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paya, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikiliyə (uşaq sağlamlıq düşərgəsi), "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmə, Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsinə və Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsinə Maraqlı şəxs1, Maraqlı şəxs4, X13, X9, X1 0, Maraqlı şəxs3 və İddiaçı hər birinin 1/7 miras payının müəyyən edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onu ödəmiş tərəfə aid edilməsi qət edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi 3 hissədən ibarətdir:
1. Atası X3 miras qalmış əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin əmlaklara vərəsə kimi 1/4 payının müəyyən edilməsi,
2. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bağlanmış “mirasın bağışlanması” müqavilələrinin etibarsız hesab edilməsi(iddia ərizəsində tələb müqavilələrin ləğv edilməsi kimi qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sözügedən müqavilələrin etibarlılığını mübahisələndirir),
3. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və “mirasın bağışlanması” müqavilələri əsasında dövlət reyestrində aparılmış qeydiyyatların(çıxarışın) ləğv edilməsi. Birinci instansiya məhkəməsi iddia tələbini 1-ci hissədə rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, xx xxxx 2003-cü il tarixdə anadan olmuş iddiaçı miras qoyan X4 öldüyü məqamda məhdud fəaliyyət qabiliyyətli olmaqla onun birinci növbə vərəsəsi olmuşdur. Məhdud fəaliyyət qabiliyyətli vərəsə olan iddiaçının qanuni nümayəndəsi qanunla müəyyən edilmiş altı ay müddətində 18 may 2019-cu il tarixdə vəfat etmiş miras qoyan X4 ölümü ilə açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə ilə müraciət etməmiş və eyni zamanda miras qoyana mə xsus əmlaklara sahiblik etməklə və onları idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmamış, əksinə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına zidd olmuşdur. Bundan əlavə, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici mü ddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci m addəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Apellyasiya baxışının hazırkı araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X4 birinci növbə vərəsəsi olan iddiaçı mirasdan imtina etməmişdir.
35. İş materiallarından görünmüşdür ki, miras qoyanın qızları Fatimə Heraçiyeva, Asiyat Tatarayeva və Səkinət Pirimova xx.xx.2019-cu ildə ərizə ilə notariusa müraciət edərək miras əmlakdan imtina etdiklərini bildirmişlər.
36. Beləliklə müəyyən olunmuşdur ki, mirasdan imtina qanunla müəyyən olu nmuş müddətdə olmamışdır. Yəni miras əmlak 18 may 2019-cu ildə açılmasına baxmayaraq mirasdan imtina 2019-cu ilin dekabr ayında həyata keçirilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vərəsələrin mirasdan imtinası qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, notariat orqanı Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 miras əmlakın yeganə vərəsələri qəbul edərək yalnız sonuncuların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünmüşdür ki, mirasın açıldığı, yəni X4 öldüyü 18 may 2019-cu il tarixdə də onun birinci növbə vərəsələri - arvadı Maraqlı şəxs1, oğulları Maraqlı şəxs4, Maraqlı şəxs3, İddiaçı, qızları X11, X9 və X5maqla 7 (yeddi) vərəsədən ibarət olmuşlar.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması nəzərə alınmaqla miras qoyan X3 miras qalmış əmlaklara miras qoyanların bütün birinci növbə vərəsələrinin hər birinin 1/7 payı müəyyən edilməlidir.
40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 2-ci və 3-cü hissəsi, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bağlanmış “mirasın bağışlanması” müqavilələrinin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və “mirasın bağışlanması” müqavilələri əsasında dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) və "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmin qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsini Maraqlı şəxs1 və Maraqlı şəxs4 Maraqlı şəxs3 bağışlamışdır. Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi) 27 dekabr 2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 məxsus 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhm Maraqlı şəxs3 mülkiyyətinə keçirilmiş və bu barədə Milli Depozit Mər kəzi tərəfindən qeyd aparılmışdır. X4 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 payına 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında dəyişiklik xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin müzakirə olunan hissəsi qanun üzrə vərəsəlik hüququ əsasında yaranan(törəmə) tələbdir və ilkin tələb(qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi) əsaslı olduğundan iddiaçının həmin tələbdən törəyən digər tələbləri də əsaslı hesab edilməlidir.
42. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 1131.1, 1133.2, 1134.1, 1134.2, 1151, 1 159.1, 1160, 1255, 1256, 1268.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına, MPM-in 14.2, 77.1, 217, və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Üçüncü şəxs Maraqlı şəxs3 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
44. Üçüncü şəxs Maraqlı şəxs1 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
45. Kassasiya şikayətləri Mülki Məcəllənin 1151.1, 225, 1162-ci, Ailə Məcəlləsinin 32-ci, MPM-in 14.1, 76, 82.3, 88 və 217-ci maddələrinə istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi bütün miras əmlaklar miras qoyan X4 arvadıMaraqlı şəxs1 ilə birgə nikah müddətində əldə edilmişdir. Yəni, apellyasiya instansiyası məhkəməsi, iddiaçı və üçüncü şəxslərin miras əmlaka paylarını müəyyən edərkən, əmlaklarda miras qoyan X4 arvadı Maraqlı şəxs1 çatacaq ½ pay nəzərə alınmadan hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Halbuki, qətnamə qəbul edilən zaman Maraqlı şəxs1 çata caq ½ pay nəzərə alınmalı və yerdə qalan (miras qoyan X6 çatan pay) ½ hissə üzərində vərəsələrin payı müəyyən edilməli idi. Apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, kassasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” bölməsində də qeyd olunduğu kimi X3 miras qalmış, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paya, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikiliyə (uşaq sağlamlıq düşərgəsi),"xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhm faktiki olaraq özgəninkiləşdirilm işdir. Yəni, hazırda qeyd olunan əmlaklar başqa şəxslərin mülkiyyətində olmuş və miras əmlak hesab edilə bilməz. Bununla yanaşı, iddiada qeyd olunan əmlaklar miras qoyan X4 arvadı Maraqlı şəxs1 ilə birgə nikah müddətində əldə edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına qətnaməsində ümumiyyətlə münasibət bildirməmiş, bu məsələlər üzrə araşdırma aparmamışdır. Hansı ki, miras əmlaka payın müəyyən edilməsi tələbi, şəhadətnamənin etibarsız sayılması tələbindən bilavasitə asılı olmuş və şəhadətnamə etibarsız sayılmadan payın müəyyən edilməsi tələbinin təmin edilməsi qanunamüvafiq olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
49. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
50. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
51. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
52. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
53. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
54. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
55. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
56. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
57. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
58. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
59. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
60. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
61. Maddə 31.2.Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
62. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
64. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
66. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qə tnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
74. Baxılan işdə mübahisə 18 may 2019-cu ildə vəfat etmiş X4 miras qalmış əmlakına notariat orqanı tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin, onlar əsasında aparılmış sonrakı hüquqi əməliyyatların etibarsız sayılması, iddiaçı da nəzərə alınmaqla vərəsələrinin paylarının müəyyən olunması ilə bağlıdır.
75. Məhkəmələr müəyyən etmişlər ki, miras açıldığı anda Şamil Məmmədovun yeddi nəfər birinci növbə vərəsəsi olmuşdur: arvadı Maraqlı şəxs1, onunla nikahdan olan Maraqlı şəxs4, Heraçiyeva Fatima, Ta tarayeva Asiyat, Pirimova Səkinət və Maraqlı şəxs3, habelə digər övladı İddiaçı.
76. Məhkəmələr tərəfindən miras kütləsi kimi təsbit edilən əmlak isə aşağıdakılardır: "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 pay, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi), "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhm, Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsi və Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsi.
77. Apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir (§ 31).
78. Kassasiya şikayəti verən üçüncü şəxslər mirası vaxtında qəbul etmədiyi üçü n iddiaçının vərəsəlik hüququnu tanımırlar və hesab edirlər ki, mirasın kütləsinə daxil olan əmlak məhkəmə tərəfindən düzgün müəyyənləşdirilməyib. Belə ki, üzərində pay tanınmış əmlak Şamil Məmmədovun arvadı Maraqlı şəxs1 ilə nikahda olduğu dövrdə əldə edildiyi üçün yarısı sonuncunun mülkiyyəti olmuş, bəzi predmetlər isə miras açıldığı anda artıq başqa şəxslərin mülkiyyətində idi.
79. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
80. Əvvəla, iş materiallarından görünür ki, irəli sürülmüş iddia tələbiləri üzrə cavabdeh kimi yalnız Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 cəlb edilmişdir. Lakin nəzərə alınmamışdır ki, iddiada notariat orqanın verdiyi şəhadətnamələrin et ibarsız sayılması tələbi ilə yanaşı miras əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi, mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin, həmin əqdlər əsasında dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi tələb edilmişdir. Bu hal ona dəlalət edir ki, sadalanan tələblər üzrə Şamil Məmmədovun vərəsələrinin cavabdeh kimi işdə iştirakı vacib olmuşdur. Çünki, mirasda payların müəyyən olunması tələbi əslində bütün vərəsələrə, şəhadətnamələrin etibarsızlığı, müqavilələrin və qeydiyyatların ləğvi tələbləri isə həmin hüquqi əməliyyatların tərəfi olan vərəsələrə yönəlmişdir.
81. Qanuna əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (§ 65-66).
82. Belə olan halda, iddiaçıdan başqa dig ər vərəsələrin işə tərəf kimi cəlb edilməsi məsələsinin birinci instansiya məhkəməsində aparılan icraatda müzakirəsi prosessual hüquq normalarının tələbləri baxımından əhəmiyyətli olmuşdur.
83. Apellyasiya məhkəməsi bu xüsusata diqqət yetirməmiş, həmin pozuntunun aradan qaldırılması üçün əsasların və imkanların olub-olmamasını müzakirə edərək məsələyə münasibət bildirməmişdir.
84. Maddi hüquq normalarının pozulması ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Kon stitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun iddiaçının mirasdan imtina etməsi faktı aşkar edilmədiyi üçün miras əmlaka onun da digər vərəsələrlə bərabər payının olması barədə düzgün nəticəyə gəlsə də, miras kütləsi və hər predmet üzrə payların həcmi barədə gəlinən nəticə lazımi şəkildə əsaslandırılmamışdır.
85. Belə ki, Mülki Məcəllənin 1133.1-ci və 1255-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
86. Bu maddələrdə qeyd olunan miras əmlaka hansı maddi dəyərlərin daxil olduğuna həmin Məcəllənin 1151-ci maddəsində belə a çıqlıq gətirilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
87. Mirasın aktivinə daxil olan əmlak dedikdə, öldüyü andan miras qoyana məxsus olan, vərəsəliklə keçən əşya hüquqları (mülkiyyət, ipoteka, tikintiyə vərəsəlik hüququ və s.), tələb hüquqları (müqavilədən və ya qanundan irəli gələn alacaqlar); əqli mülkiyyət hüquqları və iqtisadi dəyər kəsb edən digər hüquqlar, sahiblik, miras kütləsinə daxil olan əşya və hüquqların təbii və hüquqi bəhərləri, onların yerinə keçən (çevrildiyi) dəyərlər başa düşülür. Miras açıldığı anda miras qoyanın deyil, başqasının mülkiyyətində olan iqtisadi dəyərlər mirasın aktivi kimi vərəsələrə keçə bilməz.
88. Bu səbəbdən miras kütləsinə daxil ola n əmlakla bağlı ixtilaf olduqda ölüm anında miras qoyana məxsus olan əmlakın dairəsi dəqiq müəyyənləşdirilməlidir. Bu zaman mübahisə predmeti olan əmlakın nikah dövründə əldə olunmasına görə ər-arvadın ümumi birgə mülkiyyətində olub-olmaması xüsusilə diqqətdə saxlanılmalı olan məsələlərdən biridir.
89. Qanunvericiliyə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (§ 60-62).
90. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarix li, 1/2024 nömrəli qərarının 3.6, 3.8 və 3.9-cu bəndlərinə əsasən, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya v ərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.
91. Belə olan halda, vərəsəlik mübahisəsinə baxan məhkəmə iddiada göstərilən predmetlərin hansı tarixdə (nikahdan əvvəl, yoxsa nikah müddətində) əldə edildiyini aydınlaşdırmalı, qeyd olunan prezumpsiyanın əksi iddia edildikdə göstərilən sübutetmə yükünə uyğun olaraq araşdırma aparılmalıdır. Bu araşdırma nəticəsində miras qoyanın ölümü anında məhz ona məxus olan əmlakın dairəsi müəyyənləşdirilməli və iddianın həlli üzrə sonrakı hərəkətlər yerin ə yetirilməlidir.
92. Baxılan işdə Şamil Məmmədov və Maraqlı şəxs1 xx.xx.1975-ci ildə nikah bağladıqları müəyyən edilsə də, miras əmlakın hansı dövrdə əldə edildiyi araşdırılmamış, bu çərçivədə əmlakın bir hissəsinin ona məxsus olması və miras kütləsinə aid olmaması barədə Maraqlı şəxs1 istinad etdiyi dəlillərə hüquqi qiymət verilməmişdir. Belə olan halda məhkəmənin miras əmlak və onun üzərindəki paylara dair gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
93. Odur ki, yuxarıda qeyd edilən hallar, o cümlədən iddiada göstərilən əmlakın miras açıldığı anda məhz Şamil Məmmədovun mülkiyyətində olub-olmadığı çəkişmə prinsipinə uyğun olaraq tərəflərin təqdim etdikləri sübutlar əsasında tam və hərtərəfli araşdırılmaqla miras kütləsinin dairəsi dəqiqliklə müəyyən edilməlidir.
94. Bununla yan aşı, miras şərikliyində qalan vərəsələrin və paylarının doğru şəkildə müəyyən edilməsi üçün Fatima Heraçiyeva, Asiyat Tatarayeva, Səkinət Pirimovanın xx.xx.2019-cu il tarixdə mirasdan imtina barədə verdikləri ərizələrin hüquqi nəticəsi aydınlaşdırılmalıdır.
95. Apellyasiya məhkəməsi qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün həmin ərizələri qanunsuz sayaraq, adları çəkilən şəxsləri vərəsələr sırasına qatmışdır.
96. Kollegiya razılaşır ki, mirasdan imtina Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulan (vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən) üç aylıq kəsici müddət ərzində edilməlidir. Bu baxımdan, mirasın açıldığı 18 may 2019-cu ildən hesabladıqda ərizələrin verildiyi xx.xx.2019-cu il tarixdə həmin müddət keçdiyi üçün Fatima Heraçiyeva, Asiyat Tat arayeva, Səkinət Pirimovanın ərizələrinin hüquqi baxımdan mirasdan imtina kimi qiymətləndirilməsinin mümkün olmaması barədə mövqe də doğrudur.
97. Bununla belə, nəzərə alınmalıdır ki, həmin ərizələr vərəslər tərəfindən bir hüquqi nəticə əmələ gətirmək niyyətilə notarial qaydada edilmiş iradə bəyanlarıdır. Qayda olaraq belə iradə bəyanları birtərəfli əqd hesab olunur (§ 48).
98. Bu səbəbdən (həmin əqdləri mirasdan imtina kimi qiymətləndirmək mümkün olmasa da) həmin iradə bəyanlarının əslində yönəldiyi hüquqi nəticəni əmələ gətirən digər bir əqd kimi təfsir edilməsi imkanları müzakirə edilə bilər.
99. Məlum olduğu kimi, Mülki Məcəllənin 1292.1-ci maddəsinə əsasən, hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir (§ 59).
100. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, mübahisə halında əqdin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən əqdin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır.
101. Təsadüfi deyil ki, qanunverici iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmununun təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olduğunu qeyd etmişdir (§ 50).
102. Göstərilənləri nəzərə alaraq Kollegiya bildirir ki, Fatima Heraçiyeva, Asiyat Tatarayeva, Səkinət Pirimovanın xx.xx.2019-cu il tarixli ərizələrinin hansı hüquqi nəticəni yaratmağa yönəldiyi, bu iradə bəyanlarının miras şəriklərinin öz paylarına sərəncam vermələri kimi təfsir edilməsinin mümkünlüyü, mümkün olduqda bu sərəncamın kimlərin xeyrinə edildiyi, vərəsələrin öz aralarındakı münsibəti və sonrakı davranışları da nəzərə alınmaqla, iddiaçı vərəsənin xeyrinə belə bir sərəncam verilməsinin mümkün olubolmaması, sərəncamlar notarial qaydada üçüncü şəxs olan vərəsələrin xeyrinə edilmişsə, ərizəçilərin hazırkı mübahisədə miras şəriki kimi qalmalarına əsaslar olub-olmaması və işin düzgün həlli üçün əhəmiyyət k əsb edən digər hallar aydınlaşdırılmaqla həmin xüsusatlara əsaslandırılmış hüquqi qiymət verilməlidir.
103. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 63-64, 67-70).
104. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
105. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kass asiya şikayətləri təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-514/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.