Məhkəmə qərarları › İş №2(102)-3758/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3758/2023

22.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3758/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 41 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil t ələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 41 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2479/2021 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə verərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarış (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 nömrəli evin 42 saylı mənzili üzərində iddiaçının adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-187/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinin əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 nömrəli evin 42 saylı mənzili üzərində iddiaçının adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması qət edilmişdir.

3. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yen i qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3860/2022 saylı 09 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsinin təmin edilməsi hissəsində ləğv edilərək və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli mülki iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyd a Məhərrəmova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsi”nin təmin edilməsi hissələrində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4669/2022 saylı 30 avqu st 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-87/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2479/2023 nömrəli mülki iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günay Axundova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi işə baxarkən qərəzli yanaşma sərgiləyərək cavabdehin müraciətlərini və ifadələrini nəzərə almadan, heç bir dəlil və sübut olmadan həmçinin, məhkəmə təcrübələrini və qanunun tələblərini pozaraq qətnamə çıxarmışdır. Məhkəmə iddiaçı tərəfindən ərizə ilə məhkəməyə mü raciət edilən zaman 1 illik kəsici müddətin nəzərə alınmaması faktını göz ardı etmişdir. Həmçinin Məhkəmə Kollegiyası mübahisəyə işin hallarını əhatə etməyən bir hissədən yanaşaraq müqavilənin predmeti fərdi müəyyən əşya olduğunu qeyd etmiş, buna görə 1 illik müddətin tətbiq edilə bilməyəcəyini əsassız olaraq qeyd etməklə bu faktı nəzərə almayaraq nəticəyə gəlmişdir. Halbuki, iddiaçı etibarnaməni cavabdehə hansı məqsədlə verdiyini, onlar arasında rəsmi nikah olmadığını və evin ona məxsus olmadığını ən başından bəri bilirdi və bu fakt cavabdeh tərəf olaraq təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. İşin hallarından açıq-aşkar surətdə görünmüşdür ki, iddiaçı faktiki olaraq cavabdehə məxsus olmuş, lakin müəyyən səbəblərə görə onun mülkiyyətində göstərilmiş ona aid daşınmaz əmlak üzərind ə qanunla icarə verilən formada, qanuni etibarnamə əsasında sərəncam vermiş və bu hal 15 ildən artıq müddət əvvəl baş vermiş, iddiaçı da bundan xəbərdar olmuşdur. Apellyasiya Məhkəməsi heç bir əsas olmadan cavabdehin etirazlarını təmin etməmişdir. Həmçinin, əgər cavabdeh həqiqətən etibarsız əqd üzrə daşınmaz əmlaka dair sərəncamverici addımlar atsa idi, etibarsız əqdin bağlanıldığı andan, bir il müddət hesablanaraq Məhkəmə tərəfindən müəyyən edilmiş etibarsız əqd üzrə MM-in 354.1-ci maddəsində göstərilən müddət elə Məhkəmə tərəfindən tətbiq edilərək iddia rədd edilməli idi. Çünki, burada göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edi lmiş müddətdir. Həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda 337.5ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Mübahisəli məsələ ilə bağlı etibarsızlığın ayrı nəticələrinə dair heç bir hal nəzərdə tutulmamışdır.

11. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 386-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1, 9, 14, 76, 77, 80, 88, 217, 372, 384, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qə rardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

15. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

16. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apell yasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələb lərinə zidd olaraq icraata qəbul edilmişdir.

19. Belə ki, Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

22. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə digər Cavabdeh2 apellyasiya şikayəti vermiş, onun şikayəti əsasında apellyasiya icraatı başlanılmış və apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilərək qətnamə dəyişdirilmədən saxlanılmışdır.

23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının eyni zamanda Cavabdeh1 yönəlmiş tələbi təmin olunmuş, o, qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti vermədiyi halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiy a şikayəti vermişdir.

24. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, onun kassasiya şikayətinə kassasiya qaydasında baxıla bilməz.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən verilən kassasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edildiyinə görə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2023-cü il tarixli, 2(102)-3758/2023 nömrəli q ərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2023cü il tarixli 2(102)-3758/2023 nömrəli qərardadı ləğv edilsin. İş kassasiya baxışından çıxarılsın və apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar