Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3761/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı2 vəkili X5 oğlunun, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Səid oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Maraqlı şəxsnə qarşı “ciddi hesabat blanklarının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrə li, 27 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən tərtib edilən 01.05.2012-ci il tarixli AUS seriyalı 590960 nömrəli, 01.05.2012-ci il tarixli AUS seriyalı 590961 nömrəli, 06.06.2012-ci il tarixli AUS seriyalı 590962 nömrəli, 03.07.2012-ci il tarixli AUS seriyalı 590963 nömrəli, 16.07.2012-ci il tarixli AUS seriyalı 590964 nömrəli, 17.08.2012-ci il tarixli AUS seriyalı 590965 nömrəli, 17.08.2012-ci il tarixli AUS seriyalı 590966 nömrəli, 11.09.2012-c i il tarixli AUS seriyalı 590969 nömrəli, 13.10.2012-ci il tarixli AUS seriyalı 590970 nömrəli, 02.10.2012-ci il tarixli AUS seriyalı 590974 nömrəli, 04.10.2012-ci il tarixli AUS seriyalı 590971 nömrəli, 05.11.2012-ci il tarixli AUS seriyalı 590972 nömrəli, 19.11.2012-ci il tarixli AUS seriyalı 590973 nömrəli, 16.12.2012-ci il tarixli AUS seriyalı 590975 nömrəli, 18.01.2013-cü il tarixli AUS seriyalı 590976 nömrəli, 05.02.2013-cü il tarixli AUS seriyalı 590977 nömrəli, 24.02.2013-cü il tarixli AUS seriyalı 590978 nömrəli, 13.03.2013-cü il tarixli AUS seriyalı 590979 nömrəli, 03.04.2013-cü il tarixli AUS seriyalı 590980 nömrəli, 20.04.2013-cü il tarixli AUS seriyalı 590981 nömrəli, 06.05.2013-cü il tarixli AUS seriyalı 590982 nömrəli, 20.06.2013-cü il tarixli AUS seriyalı 590983 nömrəli, 03.07.2013-cü il tarixli AUS seriyalı 590986 nömrəli, 01.08.2013-cü il tarixli AUS seriyalı 590987 nömrəli, 14.09.2013-cü il tarixli AUS seriyalı 590988 nömrəli, 10.10.2013-cü il tarixli AUS seriyalı 590989 nömrəli, 15.11.2013-cü il tarixli AUS seriyalı 590990 nömrəli qaimə-fakturaların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim A.Mahmudov) 27.11.2017-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər İ.Şəfiyev - sədrlik edən və məruzəçi, A.Hüseynzadə və R.Mamedov) 27 noyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli, X5 saylı qətnaməsi ləğv edilərək iddia tə ləbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qaimə-fakturalarda göstərilən malların iddiaçılara faktiki olaraq verilməməsi, qaimə-fakturaların bir gündə imzalanması, onların əvvəlcədən alıcılar tərəfindən imzalanması barədə qənaətə gəlməsi yalnız maraqlı şəxslər olan iddiaçıların ifadələri əsasında yaranmış mülahizə kimi qiymətləndirilə bilər və iddianın təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Malların iddiaçılara faktiki olaraq verilməməsi, qaimə-fakturaların bir gündə imzalanması, onların əvvəlcədən alıcılar tərəfindən imzalanması heç bir mötəbər sübutlarla təsdiq olunmur və yalnız mülahizə olaraq qalmaqdadır. Məhkəmə qaiməfakturaların eyni qələmlə icra olunmasını qeyd edərkən ekspert rəyinə əsaslanmaqla yanlışlığa yol vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.04.2019-cu il tarixli 8600 saylı rəyindən görünür ki, mülki işin 8-35 səhifələrində olan «X2 LTD» MMC tərəfindən tərtib edilmiş qaimə-fakturalarında olan mətnlərin və imzaların eyni və ya müxtəlif diyircəkli qələmlə icra olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda ekspert rəyində mətnlərin və yazıların rən gləyici maddələrinin kimyəvi tərkibinin eyni olmasını göstərsə də, onların eyni qələmlə tərtib olunması anlayışını vermir. Bəzi qaiməfakturaların bazar günü tərtib olunması və onların tərəflərin arasında müqavilə olmadığı dövrdə tərtib olunması da iddianın təmin olunması üçün əsaslardan biri kimi qəbul edilə bilməz. Belə ki, «X2 LTD» MMC və iddiaçıların özləri də sahibkarlıq sahəsində çalışan hüquqi və fiziki şəxslər olmaqla, ölkə ərazisində ümumilikdə qəbul olunmuş qaydalara görə öz iş günlərini və vaxtlarını tənzimləməkdə, malların alış verişində sərbəstdilər və ilk növbədə kommersiya maraqlarından irəli gələn halları rəhbər tuturlar. Qaimə-fakturalar tərtib edilərkən forma və rekvizitlərin qanunvericiliyə uyğun tərtib edilməməsi, həmin qaimələrdən üçündə sonradan düzəlişlər edilməsi, yə ni ağardıcıdan istifadə edilməklə əvvəlki yazının üzərinin örtülməsi və yeni yazıların əlavə edilməsi barədə məhkəmənin qətnaməsində iddianın təmin olunması üçün əsas kimi göstərilməsi məhkəmənin bu qənaətə hansı məntiqə görə gəlməsi bilinmir və yalnız təəccüb doğura bilər. Forma və rekvizitlərin qanunvericiliyə uyğun tərtib edilməməsi, həmin qaimə-fakturaların üçündə sonradan düzəlişlər edilməsi habelə ciddi hesabat blankına olan tələblərə riayət edilməməsi malların faktiki olaraq iddiaçılar tərəfindən qəbul edilməməsinin sübutu kimi qəbul edilə bilməz. Ümumiyyətlə də iddiaçıların mübahisə etdirdikləri qaimə-fakturalar müqavilə əsasında tərəflər arasında tərtib edildiyindən və tərəflərin imzası ilə təsdiq edildiyindən, onların etibarsızlığına heç bir şübhə yarana bilməz. İddiaçılar iddia ərizəsində göstərilmiş qaimə-fakturalarının etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədləri birinci və apellyasiya instansiya məhkəmələrində məhkəmə baxış zamanı təqdim edə bilməmiş, hazırki mübahisə ilə əlaqədar olaraq iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları dəstəkləyən sübutları təqdim edə bilməmişlər. İddiaçıların özlərinin verdikləri izahatlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1 maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmamış və onlara düzgün qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçılardan biri - İddiaçı1 bütün səlahiyyətli orqanlara ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək qaimə-fakturala r əsasında ona buraxılmış malların ümumi dəyərindən «X2 LTD» MMC-yə olan 92200 manat borcunun olmasını etiraf etmişdir. Hazırki iddianın qaldırılmasının səbəbi də məhz «X2 LTD» MMC-nin İddiaçı1 qarşı pul tələbinə dair, yəni MMC-dən aldığı mallara görə borcunun yaranması səbəbindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsi olmuşdur. Həmin iddiaya dair başlanmış mülki iş hal hazırda Azərbaycan Respublikası MPM-nin 254.1.4 maddəsinə əsasən dayandırılmışdır. Buna görə hazırki iddianın məqsədi iddiaçıların 92.200 manat borcun ödənilməsindən boyun qaçırmaqdan ibarətdir, məhkəmə isə bu xüsusatı nəzərdən qaçıraraq ona qiymət verməmişdir. İddiaçı1 bütün səlahiyyətli orqanlara notarial qaydada təsdiq olunmuş ərizənin və «X2 LTD» MMC-nin İddiaçı1 qarşı pul tələbinə dair iddia ər izəsinin əsli Gəncə şəhəri Nizami Rayon Məhkəməsində olan mülki işin içindədir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamış, qətnamə çıxarıldıqda sübutlar düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyil. Bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1. 217.3. 217.4. 218.1, 385.1.4 maddələrinin tələblərinin pozulmasına və nəticədə qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Həmçinin birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4, 560.2 maddələrində nə zərdə tutulmuş normaları düzgün tətbiq etməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrində iştirak edə bilmədiyi üçün məhkəmə prosesləri onun iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən də iddiaçıların əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianı qaldırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1 maddəsində nəzərdə tutulan bir il müddətinin buraxılmasını mübahisələndirə bilməmişdir. Hesab edirəm ki, bu hal da işə kassasiya qaydasında baxılarkən nəzərə alınmalıdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin faktiki halları kimi müəyyən edilmiş hallardan görünür ki, satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və alıcılar İddiaçı1, İddiaçı2 arasında bağlanmış 30 may 2012-ci il tarixli və 28 avqust 2013-cü il tarixli müqavilələr üzrə satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə A sənədində və qaimə-fakturalarda nəzərdə tutulan adda və qiymətdə malların alıcıl ar İddiaçı1 və İddiaçı2 verməyi, alıcılar isə həmin malları müəyyən vaxtda fərdi qaydada düzənli şəkildə topdan, pərakəndə, nağd və kredit yolu ilə satmaqla, satışdan qəbul edilən və ya qəbul ediləcək pulu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrdən birincisi 14.02.2013-cü il tarixədək, ikincisi isə 01.07.2014-cü il tarixədək qüvvədə olmuşdur. Hazırda mübahisələndirilən qaimə-fakturalar isə müqavilə üzrə nəzərdə tutulmuş malların cavabdehlərə verilməsi barədə tərtib olunmuşdur. Həmin qaimələrin etibarsız sayılması barədə iddiaçının irəli sürdüyü dəlilləri ondan ibarətdir ki, bu qaimələr mallar veriləndən əvvəl iddiaçılara bir gündə imzalatılmışdır və imzalanan vaxtı qaimələrdə malların adları qeyd olunmamışdır. Həmin qaimələrdə göstərilən mallar onla ra faktiki olaraq verilməmişdir. Qaimələrin bir gündə tərtib olunmasını o fakt təsdiq edir ki, qaimələr 01.05.2012-ci ildən 15.11.2013-cü il tarixədək dövrü və 27 əməliyyatı əhatə etdiyi halda onların nömrələri ardıcıldır. Həmçinin qaimlər eyni qələmlə icra olunmuşdur. Bundan başqa, müəssisədə bazar günü qeyri-iş günü olduğu halda bəzi qaimələr bazar günlərində tərtib olunmuşdur. Həmçinin bu qaimələrin bəziləri ümumiyyətlə onların arasında müqavilə olmadığı dövrdə tərtib olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 24.02.2013-cü il tarixli AUS seriyalı 590978 nömrəli, 13.03.2013-cü il tarixli AUS seriyalı 590979 nömrəli, 03.04.2013-cü il tarixli AUS seriyalı 590980 nömrəli, 20.04.2013-cü il tarixli AUS seriyalı 5909 81 nömrəli, 06.05.2013-cü il tarixli AUS seriyalı 590982 nömrəli, 20.06.2013-cü il tarixli AUS seriyalı 590983 nömrəli, 03.07.2013-cü il tarixli AUS seriyalı 590986 nömrəli, 01.08.2013-cü il tarixli AUS seriyalı 590987 nömrəli ciddi hesabat blankları hesab edilən qaimələr müqavilənin qüvvədə olmayan dövrlərdə tərtib edilmişdir. Qaimələrin tərtib edildiyi tarixlər tərəflər arasında alqı-satqı üzrə müqavilələrin qüvvədə olmadığı, yəni onların aralarında hər hansı öhdəliyin olmadığı tarixlərdir. Tərəflərin arasında alqı-satqı fəaliyyəti olmadığı halda alqı-satqı üzrə satış qaimələrinin tərtib edilməsi ağlabatan deyildir. Eyni zamanda həmin qaimə fakturalardan ikisi 16.12.2012-ci il tarixli, AUS seriyalı 590975 nömrəli və 24.02.2013-cü il tarixli, AUS seriyalı 590978 qaimələr bazar günü tərtib edilmişdir. Qeyri-iş günü hesab edilən gündə tərəflər arasında hər hansı müqavilə üzrə alqı-satqının baş tutması və bu barədə qaimə fakturaların tərtib edilməsi ağlabatan deyildir. Həmçinin apellyasiya məhkəməsi qaimələrin eyni qələmlə icra olunduğu barədə dəlilləri araşdırmaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi ilə müəyyən edilmişdir ki, ciddi hesabat blankları hesab olunan qaimələrdə olan yazılar kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Hansı ki, eynilik təşkil edən qaimələrin tərtib edildikləri müddət arasında kifayət qədər zaman fərqi vardır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu fakt da qaimələrin orada göstərilən tarixlərdə tərtib edilmədiyi barədə nəticəyə gəlməyə tam etibarlı və təkzibolunmaz əsas verir. Lakin bu nəticəyə gələn m əhkəmə qeyd edilən qaimələrin müstəqil qaydada, ayrıca məhkəmə mübahisəsi çərçivəsində mübahisələndirilə bilməsinə hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan sənədin etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər. İş üzrə etibarsızlığı tələb edilən qaimə-fakturalar Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçının öz tələbini təsdiq edən sübutlar qismində birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı sənədlərdir. Həmin sənədlər özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) cavabdeh üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman cavabdeh tərəfin həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əkssübutlar təqdim etmək hüququ vardır. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, başqa bir iş üzrə iddiaçının öz tələbini təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özü-özlüyündə hüquqi nəticələrə səbəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti ola və məhkəmədə baxılmalı ayrıca tələb kimi qəbul edilə bilməz. MPM-ə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (261.0.1). Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gənc ə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 27 noyabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Maraqlı şəxsnə qarşı “ciddi hesabat blanklarının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3761/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3761/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver