Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3766/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisinə və Gəncə şəhəri 1 saylı notariat ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 qarşı “etibarnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və evin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, əqdin təmsilçi vasitəsi ilə bağlanması, təmsilçinin öz xeyrinə əqd bağlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli, 2(104)- 1003/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanındakı 0,0376 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı Gəncə şəhəri 6 saylı notariat ofisində 7E-4908 reyestr nömrəsi ilə təsdiq edilmiş 26 may 2023-cü il tarixli etibarnamə ilə, ona məxsus ünvan 2 ünvanında yerləşən mülkiyyətdə olan 0,0376 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 168,50 kv.m olan fərdi yaşayış evini idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışlamaq, satmaq, müqavilənin ləğvinə dair müqavilə bağlamağı, pulunu almaq və s. kimi səlahiyyətləri 26 may 2028-ci il tarixədək Cavabdeh3 etibar etmişdir.
3. Əliyev X1 Aygün Soltan qızının adından göstərilən səlahiyyətləri Gəncə şəhəri 5 saylı notariat ofisində 7E-14165 reyestr nömrəsi ilə təsdiq edilmiş 19 iyun 2023-cü il tarixli etibarnamə ilə Cavabdeh4 ötürmüşdür.
4. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 7E-443 reyestr nömrəsi ilə təsdiq olunmuş 13 may 2023-cü il tarixli etibarnamə ilə İddiaçı Azərbaycan Respublikasında daşınmaz əmlak almağı, bununla əlaqədar bütün səlahiyyətli orqanlarda sənədləşmə işlərini aparmağı və s. kimi səlahiyyətləri Cavabdeh3 13 may 2033-cü il tarixədək etibar etmişdir.
5. İddiaçı 15 iyun 2023-cü il tarixdə notariat orqanına müraciət edərək, 13 may 2023-cü il tarixdə Cavabdeh3 verdiyi 7E-443 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir.
6. Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 19 iyun 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi 90000 manat dəyərində Cavabdeh3 satılmışdır. Müqavilə satıcının adından etibarnamə əsasında C avabdeh4 tərəfindən imzalanmışdır.
7. Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş 04 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsini 131000 manat məbləğində Cavabdeh5 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisinə və Gəncə şəhəri 1 saylı notariat ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli, 7E-14165 reyestr nömrəli etibarnamənin, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrəli və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş 04 oktyabr 2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş 16 oktyabr 2023-cü il tarixli **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki vəziyyətinə adına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olmuşdur. İddiaçı Cavabdeh3 ev alve rçisi – makler kimi tanımışdır. 2023-cü ilin may ayında iddiaçı cavabdehə 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri iddiaçının adına ev almaq üçün, digəri isə mülkiyyətində olan mübahisəli evə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdir. Lakin, etibarnamələri verdikdən bir müddət sonra cavabdehdən şübhələndiyi üçün, iddiaçı etibarnamələri ləğv etdirmək qərarına gəlmişdir. Bunun üçün iddiaçı iş üzrə digər cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə yaxınlaşaraq Cavabdeh3 verdiyi etibarnamələri ləğv etdirmək istədiyini bildirmişdir. Daha sonra, iddiaçıdan ərizə almış və ona etibarnamələrin ləğv olunduğunu bildirmişlər. İddiaçı da arxayın çıxıb evinə getmişdir. Lakin, üstündən bir müddət keçdikdən so nra iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan ev Cavabdeh3 öz adına keçmişdir. Məlum olmuşdur ki, Gəncə şəhəri 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirən zaman həmin etibarnamələrdən yalnız biri - iddiaçının adına ev almaq üçün verdiyi etibarnamə ləğv edilmiş, digər etibarnamə isə qüvvədə saxlanılmışdır. Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən suiistifadə edərək, evi öz adına keçirməsinə nail olmuşdur. Cavabdeh3 bu etibarnamə əsasında dostu və şəriki, iş üzrə digər Cavabdeh4 Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli etibarnamə vermiş, sonuncu isə bunun əsasında iddiaçıya məxsus evi elə həmin gün yenə də Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-614 reyestr nömrəli daşınmaz əml akın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 özünə satmışdır. Yəni, Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən iddiaçının iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. İddiaçının belə bir iradə ifadəsi olsaydı, elə həmin vaxt etibarnamə əvəzinə, alqı-satqı müqaviləsi imzalayardı. Bununla da, Cavabdeh3 sanki evi özü-özünə satmışdır ki, bu da yolverilməzdir. Evin satışından əldə olunan puldan isə iddiaçıya bir manat da çatmamışdır. Bütün bunlardan sonra, Cavabdeh3 izi tamamilə itirmək üçün Gəncə 1 saylı notariat ofisində təsdiq olunmuş 04 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sözügedən evi Cavabdeh5 satmışdır.
10. Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(125)-2093/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus fərdi yaşayış evini alqı-satqı yolu öz adına keçirmişdir. Halbuki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh4 özü də göstərmişdir ki, Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında ona köməklik etməsini xahiş etmişdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh5 mübahisəli fərdi yaşayış evini əldə edərkən vicdanlı alıcı olmuşdur. Ona görə də, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış 04 oktyabr 2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh5 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2, 182.1, 324, 337.3, 340.1, 359.3 və 362.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilmiş hiss əsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(104)-1770/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanov və İ.Həsənov) apellyasiya şikayəti təmin olunmuş, Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(125)-2093/2024 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş – Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı ödənilməsi hissəsində ləğ v edilərək, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh3 notariat qaydasında təsdiq edilmiş alğısatqı müqaviləsi əsasında əldə etmiş üçüncü şəxs Cavabdeh5 əmlakı vicdanlı əldə edəndir. Belə ki, o, həmin fərdi yaşayış evini notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında, həm də dəyərini ödəməklə əldə etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
17. İddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin əqdlərdə təmsilçilikdən bəhs edən 16-cı fəslində alqı-satqı müqaviləsinin etibarsızlığını müəyyən edən birbaşa norma yoxdur. Lakin, Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulan şərtləri pozmaqla bağlanmış əqd, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından onun etibarsızlığına səbəb ola bilər. Ona görə də baxılan iş üzrə mübahisə predmeti olan 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanuniliyinə təsir edən, Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilən iki mümkün variantı işin halları ilə müqayisəli təhlil olunmalıdır. Nəzərə alınmalıdır ki, t əmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət dairəsində başqa şəxsin marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən irəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan əqddən təmsilçinin bağladığı əqdin səciyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsi ilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs (məsələn alqı-satqı müqaviləsində alıcı və satıcı, kirayə müqaviləsində kirayəyə verən və kirayəçi, bağışlama müqaviləsində hədiyy ə verən və hədiyyə alan və s.) olur. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kənarda qalır.
18. Qanunvericilikdə təmsilçi vasitəsi ilə əqdlərin bağlanmasında bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 359.3-cü maddəsinin göstərişinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, əmlakı satmaq səlahiyyəti verilmiş təmsilçi həmin əmlakı özünə ala bilməz. Təmsilçi həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçi olduğu şəxs barəsində bu cür əqdləri bağlaya bilməz. Belə olsaydı təmsilçi həm satıcını, həm də alıcını təmsil etmiş olardı. Təmsilçi üçün bu məhdudiyyətlər müəyyən olunmasaydı müqavilələrin konstruksiyası pozulardı.
19. Qanunvericiliyin yuxarıda sadalanan hüquq normalarını baxılan mübahisə üzrə müəyyən olunan faktik hallarına tətbiq etməklə belə nəticəyə gəlmək olar ki, 19 iyun 2023cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 mülkiyyətçi İddiaçı təmsilçisi (etibarnamə üzrə nümayəndəsi kimi) kimi çıxış etməyib. Çünki, Cavabdeh3 13 may 2023-cü il tarixli etibarnamə əsasında İddiaçı ona verdiyi səlahiyyətləri 19 iyun 2023-cü il tarixdə tərtib olunmuş etibarnamə ilə Cavabdeh4 ötürmüş, bu andan onun nümayəndə kimi səlahiyyətlərinə xitam verilmişdir. Ona görə də, Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında öz adından çıxış etmiş alıcıdır. Bu halda Cavabdeh3 alqı-satqı müqaviləsini bağlayarkən hərəkəti Mülki Məcəllənin 359.3-cü maddəs inin təsiri altına düşmür və birinci instansiya məhkəməsinin Cavabdeh3 dolayısı ilə təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması barədə gəldiyi nəticə obyektiv həqiqətdən uzaq nəticədir.
20. Həmçinin, nəzərə alınmalıdır ki, hüquq normalarının müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır.
21. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə halında aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağla masına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
22. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, etibarnaməyə uyğun olaraq mübahisəli ev üzərində sərəncamverici hərəkətlərin həyata keçirilməsi İddiaçı iradə ifadəsinin göstəricisi olmuşdur. Bu halda etibarnamələrin, alqısatqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia tələbi də təmin oluna bilməz.
23. Apellyasiya kollegiyası iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi y aşayış evinə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. kimi dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində etibarnaməni fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması və lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi üçün verdiyini göstərmiş olsa da, onun həmin dəlili iş materialları ilə təkzib olunur. Belə ki, işdən göründüyü kimi həmin fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır və o barədə iddiaçının adına çıxarış da verilmişdir, yəni sənədləşmə tam başa çatmışdır. Odur ki, kollegiya iddiaçının həmin dəlilini əsassız saymışdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 6, 14.1, 152.1, 140, 324.1, 390.1, 337, 3 39.2, 331.1, 359.1, 359.3, 359.4, 362.1, 362.2-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
25. İddiaçı kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025ci il tarixli, 2(102)-937/2025 nömrəli qərarı ilə (hakim A.Abbasovun məruzəsi ilə, hakimlər Ə.Nurməmmədov və R.Həsənov) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(104)-1770/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kassasiya kollegi yası qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.
28. Təmsil olunanı qorumaq məqsədindən yan keçmək üçün süni surətdə yeni hüquqi vəziyyət yaratmaqla etibar edilmişi etibaretmə qaydasında təmsilçi tərəfindən səlahiyyətlərin digər şəxsə ötürülməsi və sonradan təmsil edilə n adından həmin şəxslə (yeni təmsilçi) ilə əvvəlki təmsilçinin müstəqil qaydada əqd bağlaması təmsilçinin şəxsən özü barəsində əqd bağlanması halını aradan qaldırmır.
29. Hazırki işdən də görünür ki, Cavabdeh3 səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, Cavabdeh3 iddiaçının adından bütün səlahiyyətləri Cavabdeh4 ötürmüş və Cavabdeh4 artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından Cavabdeh3lə mübahisələndirilən əqdi bağlamışdır.
30. Nəzərə alınsa ki, iddiaçının adından alqı-satqı müqaviləsi bağlaması səlahiyyətini Cavabdeh4 məhz Cavabdeh3 iddiaçının adından etibar edilmiş etibaretmə qaydasında ötürüb, belə olan halda, Cavabdeh3 təmsilçi olaraq təmsil edilən adından (iddiaçının) şəxsən özü barəsində əqd bağlamışdı r. Çünki, bu halda da maraqların toqquşması mübahisə doğurmur. Əks halda, yəni Cavabdeh3 həmin səlahiyyətləri Cavabdeh4 ötürməsi baş verməsəydi, əqdin bu qaydada bağlanması MM-in 359.3-cü maddəsinə görə istisna ediləcəkdi.
31. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin işin hallarına görə alqısatqı müqaviləsini bağlayarkən Cavabdeh3 hərəkətlərinin Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşməməsi barədə gəlinən nəticə həmin normaya formal yanaşmanı göstərir.
32. Eyni zamanda, məhkəmə kollegiyası onu da xüsusi olaraq diqqətə çatdırmışdır ki, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd heç də bütün hallarda etibarsız sayıla bilməz.
33. Belə ki, təmsilçinin özü barəsində əqd bağlamasına dair Mülki Məcəllənin 359.3-cü maddəsində qadağa məqsədinə zid d şəkildə də tətbiq edilməməlidir. Hüquq nəzəriyyəsində hakim olan mövqeyə görə də, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə, Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.
34. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipl ərinə zidd olardı.
35. Lakin, qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi iddianı qeyd edilən hissədə rədd edərkən, yalnız Cavabdeh3 hərəkətlərinin Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşməməsi ilə əsaslandırmaqla yetərlənmiş, daha da irəli gedərək, mübahisənin həllində Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqini istisna edən halların mövcud olub-olmamasına, yəni iddiaçının əmlakını satmaq istəyi, etibarnaməni verməkdə son məqsədinin nədən ibarət olması, bağlanan müqavilənin mahiyyəti etibarilə mənafe toqquşmasına gətirib-gətirməməsi, təmsil olunana zərər verən xüsusiyyətə malik olub-olmaması, eləcə də təmsil olunanın əqdi sonradan bəyənibbəyənməməsi kimi işin düzgün həllinə təsir göstərən mühüm məsələlərinə qiymət verməmişdir.
36. Halbuki, təmsilçinin şəxsən öz ü barəsində əqd bağlaması halında qeyd edilən xüsusatların yoxlanması Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqini istisna etməyə imkan verən və nəticədə mübahisənin qanuni və əsaslı həlli üçün zəruri xüsüsatlar olmuşdur.
37. Başqa bir hal ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində 2023-cü ilin may ayında Cavabdeh3 fərqli səlahiyyətləri (adına əmlak almaq və əmlaklarına sərəncam vermək) özündə əks etdirən iki etibarnamə verdiyini göstərsə də, həmin etibarnamələrin verildiyi günü konkret bildirməmişdir.
38. Cavabdeh apellyasiya şikayətində və apellyasiya baxışında verdiyi izahatında iddiaçının əmlaklarına sərəncam hüququ verən etibarnamənin tarixini 13 may 2023-cü il kimi qeyd etmiş və dəlillərini də həmin gün hər ikisinin notariusda olması, əmlakın dəyərini tam olaraq iddiaçıya vermə si, notariusda olan saatda bankın işləməməsi və s. üzərində qurmuşdur.
39. Birinci instansiya məhkəməsi əmlaklarına sərəncam vermək hüququnu özündə əks etdirən etibarnamənin iddiaçı tərəfindən hansı tarixdə rəsmiləşməsini müəyyən etməyib. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin bildirməsinə əsasən həmin etibarnamənin tarixini 13 may 2023-cü il kimi qeyd edib. Bu isə cavabdehin dəlillərinin ziddiyyətli olmasına, işin hallarının tam müəyyən edilməməsinə şərait yaratmışdır.
40. İşdən görünür ki, etibar edilmişi etibaretmə qaydasında tərtib edilən 19 iyun 2023-cü il tarixli etibarnamədə Cavabdeh3 iddiaçı tərəfindən ona verilən 26 may 2023-cü il tarixli etibarnaməyə istinad edilmişdir.
41. Belə olan halda, etibarnamənin verildiyi tarix dəqiq müəyyən edilmədən cavabdehin 13 may 2023-cü il tarixində iddiaçı ilə birgə notariusda olması, əmlakın pulunu tam şəkildə iddiaçıya ödəməsi, notariusda olan saatda bankın işləməməsi barədə dəlilləri etibarnamənin verilmə tarixi (26 may 2023-cü il) ilə müqayisə edildikdə anlaşılmazlıq doğurur, lakin apellyasiya instansiyası məhkəməsi buna aydınlıq gətirməmişdir.
42. Həmçinin, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın həddindən kənara çıxaraq, iddianın Cavabdeh3lə üçüncü şəxs Cavabdeh5 arasında bağlanan 04 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən hissəsini də yoxlamışdır.
43. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh3lə üçüncü şəxs Cavabdeh5 arasında bağlanan 04 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin etməmiş, həmin hissədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti vermiş, şikayətində də iddianın təmin edilən hissəsini, yəni onunla bağlanmış müqavilənin etibarsız sayılması hissəsini mübahisələndirmişdir. Həmçinin, iddia tələbləri bölünəndir
44. Apellyasiya baxışının predmeti iddianın təmin edilən hissəsi olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olmayan hissəni – iddianın təmin edilməyən, başqa sözlə mübahisə predmeti olmayan hissəni də yoxlayıb. Bu isə Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə zidd olub.
45. Kassasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 337.1, 359.1, 359.3, 404.1, 540.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya inst ansiyası məhkəməsindəki ikinci icraat
46. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli, 2(104)-1003/2025 nömrəli qətnaməsi ilə (hakim R.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Mustafayev və F.Mehtiyev) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(125)2093/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 19 iyun 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh3 etibarnamə verməkdə məqsədi əmlakının sonuncunun özünə satılması deyil, əml akın Cavabdeh3 tərəfindən üçüncü şəxsə satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına isə, özünün adına yeni əmlakın alınmasından ibarət olmuşdur. İddiaçının reyeltor fəaliyyəti ilə məşğul olan cavabdehə verdiyi iki etibarnamə üzrə səlahiyyətlərin qarşılıqlı təhlili bunu bir daha təsdiq edir.
48. Gəldiyi qənaətin məntiqi davamı olaraq, apellyasiya kollegiyası Cavabdeh3 apellyasiya şikayətində qeyd etdiyi “alqı-satqı 13 may 2023-cü il, saat 13.38-də baş tutub. O, satdığı evin pulunu bankdan çıxarıb, mübahisəli evi almaq üçün notariusa qayıdanadək bank bağlanmışdır, çünki həmin gün 6-cı gün olduğundan bank saat 14:00-dək işləmişdir. Bank bağlanmış olmasa idi, o, birbaşa iddiaçı ilə alqı-satqı edərək evi öz adına alardı. Həmin gün bankdan keçməklə alqı-satqı etmək mümkün olmaması səb əbindən və artıq o, evin pulunu (78000 manat) qarşı tərəfə verdiyindən onun adına etibarnamə verilməsinə razılaşmışlar. İddiaçı evin pulunu aldıqdan sonra elə həmin gün, yəni 13 may 2023-cü il tarixdə saat 14:51-də ona Zəngəzur küçəsi 9 saylı ünvana dair baş etibarnamə verib (səlahiyyətlərin başqa şəxsə verilməsi hüququ ilə)” arqumenti də əsassız saymışdır. Çünki, iddiaçının mülkiyyətində olan əmlakı cavabdehə satmaq, sonuncunun da həmin əmlakın dəyərinin ödənilməklə satın almaq niyyəti var idisə, habelə bu barədə artıq tərəflər arasında vahid iradə ifadəsi yaranmış idisə, onlar notariat kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaq imkanına malik idilər. Ağlabatanlıq meyarları baxımından nəzərə almaq lazımdır ki, bir şəxsin (iddiaçının) özünə məxsus əmlakını satmaq istədiyi ş əxslə bilavasitə alqı-satqı müqaviləsi bağlamaq imkanına malik olduğu halda, bu niyyətini digərinə etibarnamə verməklə həyata keçirməsi, 78000 manat ödəməklə əmlak əldə etmək istəyən alıcının da buna razılaşması inandırıcı və məntiqli deyildir.
49. Burada apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “mübahisəli ev Gəncə şəhərində notarius işləmiş Nəsib İmanova aid əmlak olmuş, formal olaraq qayını arvadı olan iddiaçının adına qeydiyyata alınmışdır. Evin alqı-satqısını o, Nəsib İmanovla danışıb, razılaşmışdır” barədə cavabdeh tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sa hibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbi qi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardaddakı hüquqi mövqe). İşdən aydın görünür ki, mübahisəsi gedən əmlaka dair iddiaçı tərəfindən cavabdehə etibarnamə verilən zaman, habelə etibar edilmişi etibaretmə qaydasında əmlakın özgəninkiləşdirilməsi zamanı əmlaka dair iddiaçının reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası mövcud olmuşdur. Bu halda, əmlakın başqa şəxsə məxsusluğundan söhbət gedə bilməzdi.
50. İşin sadalanan hallarını nəzərə alan və “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürən apellyasiya kollegiyası hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsini etibar edilmişi etibaretmə qaydasında bağlamış şəxslərin (iddiaçı ilə cavabdeh) arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyild ir. Eləcə də, iddiaçının həmin əqdi sonradan bəyənməsi kimi bir hal da mövcud deyildir.
51. Apellyasiya instansiyası məhkəməsi bir daha qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Cavabdeh3 səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, o, iddiaçının adından bütün səlahiyyətləri Cavabdeh4 ötürmüş və sonuncu artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından Cavabdeh3lə mübahisələndirilən əqdi bağlamışdır. Nəzərə alınsa ki, iddiaçının adından alqı-satqı müqaviləsi bağlaması səlahiyyətini Cavabdeh4 məhz Cavabdeh3 iddiaçının adından etibar edilmiş etibaretmə qaydasında ötürüb, belə olan halda, Cavabdeh3 təmsilçi olaraq təmsil edilən adından (iddiaçının) şəxsən özü barəsində əqd bağlamışdır. Çünki, bu halda da, maraqların toqquşması mübahisə doğurmur. Əks halda, yəni Cavabdeh3 həmin səlahiyyətləri Cavabdeh4 ötürməsi baş verməsəydi, əqdin bu qaydada bağlanması MM-in 359.3-cü maddəsinə görə istisna ediləcəkdi.
52. Mövcud və həqiqi vəziyyət isə ondan ibarətdir ki, İddiaçı (təmsil olunan), Cavabdeh3 özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək (əmlakın Cavabdeh3 tərəfindən üçüncü şəxsə satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına isə, özünün adına yeni əmlakın alınması məqsədilə) səlahiyyəti vermiş, Cavabdeh3 isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək əmlakı etibar edilmişi etibaretmə qaydasında öz adına rəsmiləşdirmiş, evin formal satı şından hər hansı pul vəsaiti əldə olunmayaraq əmlakın mülkiyyətçisi olmuş İddiaçı (təmsil olunana) verilməmişdir.
53. Digər tərəfdən, Cavabdeh3 90000 manata (yaxud 78000 manata) satın aldığı əmlakı, 4 aydan da qısa bir müddət sonra 131000 manata üçüncü şəxsə satması nəzərə alındıqda, mübahisələndirilən alqı-satqı müqaviləsinin təmsil olunan İddiaçı zərər vermə xüsusiyyətə malik olduğu şübhəsiz bir haldır.
54. Bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Cavabdeh3 etibarnamə üzrə ona verilən hüquqlardan qanunvericiliyin tələblərinə zidd şəkildə istifadə edərək öz xeyrinə əqd bağlamış təmsil edilən İddiaçı zərər vurmaqla hüquqdan sui-istifadəyə yol vermişdir.
55. Halbuki, Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçir ilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.
56. Göstərilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə zidd bağlanmış, bu isə əqdin etibarsızlığına gətirib çıxartmışdır. Odur ki, əqdin etibarsızlığı barədə iddiaçının tələbi qanuni əsaslara söykənir.
57. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusi ya) məsələsi də həll edilməlidir.
58. Lakin, baxılan işdə mübahisəsi gedən əmlak Cavabdeh3 tərəfindən əldə edildikdən sonra əmlak üçüncü şəxs Cavabdeh5 satılmış və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətə görə həmin şəxs vicdanlı alıcı sayılmışdır. Bu səbəbdən də Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq Cavabdeh3 münasibətdə restitusiyanın həyata keçirilməsi mümkün deyildir. Odur ki, iddiaçıya izah edilmişdir ki, alqısatqı müqaviləsinin etibarsızlığından dolayı əmlakın dəyərinin ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır.
59. Apellyasiya kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 152.1, 324, 337.1, 337.2, 337.4, 337.5, 359.1, 359.3, 362.1, 404, 405.1, 567-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinad la əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
60. Cavabdeh3 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 359.3, 404-cı, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
62. Belə ki, cavabdehə iddiaçı tərəfindən etibarnamə veriləndə iddiaçının niyyəti evin alqı-satqısını nəzərdə tutmuşdu. Ancaq notariusa yaxınlaşdıqları tarix 13 may 2023cü il həftənin 6-cü gününə düşdüyündən və cavabdeh digər evi satıb pulunu Bankd an çıxaranadək nahar fasiləsi olduğundan iddiaçıdan aldığı evi banka ödəniş etməklə alqısatqı edə bilməmişlər. 13 may 2023-cü il tarixdə saat 14:51-də ona Zəngəzur küçəsi 9 saylı ünvana dair baş etibarnamə verilmişdir (səlahiyyətlərin başqa şəxsə verilməsi hüququ ilə). Bundan sonra isə kassator iddiaçının etibarnamə ilə ona verdiyi səlahiyyətləri Cavabdeh4 adlı şəxsə vermiş, iddiaçının təmsilçiliyindən azad olmuşdur. Bundan sonra, 26 may 2023-cü il tarixdə alqı-satqı yolu ilə evi öz adına almışdır. Qeyd edilənlərə əsasən məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, təmsilçiliklə bağlı ona verilmiş səlahiyyətləri (etibarnaməni) başqa şəxsə ötürdükdən sonra (səlahiyyətlər başqa şəxsə ötürüldükdən sonra təmsilçi olaraq onda heç bir səlahiyyət qalmadığı üçün o, bundan sonra təmsil olun anın xeyrinə heç bir əməliyyat həyata keçirə bilmir) da, guya onun “təmsilçi” statusunun qaldığını əsas gətirmişdir. Mübahisəli mülkün alınması, satılması məsələlərinə qərar verən şəxs Nəsib İmanov olmuşdur. Nəsib İmanov notarius işlədiyi müddətdə onlar dəfələrlə bu kimi qaydada alqı-satqı etmişlər. X4 “işgüzar” münasibətləri pozulduğuna və Nəsib İmanova qarşı digər tələblər üzrə iddia qaldırdığı üçün, sonuncu da ona qarşı belə bir forma iddia qaldırmışdır.
63. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
64. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
65. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
66. Apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin olunan hissəsi olduğundan və məhkəmənin bu qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə bütövlüklə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçir ilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vas itəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci mad dəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
71. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 359.3-cü maddəsini bu mübahisəyə düzgün tətbiq etmişdir.
72. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumu “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 mart 2016-cı il tarixli Qərarında Mülki Məcəllənin 359.3-cü maddəsindəki normanı izah edərkən göstərmişdir ki, bu maddədə göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ə n üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
73. Hazırki halda, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli daşınmaz əmlaka dair etibarnamə verilərkən iddiaçı (təmsil olunan) kassatora bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh3 özünün maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.
74. Bu səbəbdən, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004 -cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli, 2(104)-1003/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.