Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3769/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X19 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Cavabdeh MMC (şirkət) ilə X18 (sakin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 37 saylı müqaviləyə əsasən X18 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən qeydiyyatda olmaqla, Kommunal xidmətlər Müəssisəsi MMC-nin 252036 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlarından Şirkətin xeyrinə imtina edir. Müqavilənin 2-ci bəndinə əsasən sakin X18 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 13 saylı evdə, istifadə və sahiblik hüququ üzrə ona məxsus, fak tiki 52,01 kv.m. sahədən ibarət olan mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəməyi, müqavilə təqdim olunduğu gündən 10 gün müddətində mənzili tamboşaldaraq (döşəmə, tavan, qapı, pəncərə saxlanılması şərti ilə) təhvil verməyi, Cavabdeh MMC isə həmin evi sökmək məqsədi ilə sakin X5 təhvil almağı və əvəzində müəyyən edilmiş qaydada sakin X9 ona məxsus "xxxx" ASC-də olan bank hesabına (B\H: AZ52BRES********************, M\H: AZ80NABZ********************) köçürmə yolu ilə 130.000 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.3-cü yarımbəndinə əsasən sakin X18 bu müqavilə üzrə təhvil verdiyi mənzilə dair 3-cü şəxslər (vərəsələr, ailə üzvləri, kirayəçi və icarəçilər və s.) tərəfindən ediləcək bütün iddialara dair məsuliyyət daşımaq, yaranacaq hər hansı tələbi qarş ılamaq öhdəliyini üzərinə götürmüşdür.
3. Səlahiyyətli orqanlara ünvanlanmaqla xx.xx.2021-ci il tarixdə X20, X21 və X2 tərəfindən ayrı-ayrılıqda yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş ərizələrə əsasən qeyd edilən şəxslər ayrı-ayrılıqda ünvan 5 saylı fərdi yaşayış evinin sökülməsinə, satılmasına razıdırlar və kompensasiyanın X18 tərəfindən alınmasına etiraz etmirlər. 4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, İT0000007 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən X8 həmin bankda olan hesabına 130.000 manat məbləğində pul köçürülmüşdür.
5. Təhvil verən N.Y.Ağamalıyev və təhvil alan Cavabdeh MMC-nin direktor müavini R.Mirzəyev, menecerləri R.Bünyadov və A.Əhmədov tərəfindən imzalanmış xx.xx.2021-ci il tari xli akta əsasən, X8 ünvan 1 ünvanında yerləşən mülkünə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu ünvanda faktiki sahəsi 52.01 kv.m olan mənzildən bütün əşyalar “Sakin” tərəfindən daşınmışdır. Mənzil giriş qapısı, həmçinin daxili pəncərəsi ilə birlikdə təhvil verilmişdir. Sanitar qovşaqdakı aksesuarlar “Sakin” tərəfindən götürülmüşdür. Su sayğacı müvafiq orqanın əməkdaşı tərəfindən təhvil götürülmüşdür. Su və qaz sayğacının təhvil götürülməsi üçün müvafiq orqanın əməkdaşlarına müraciət olunmuşdur. “Sakin” X18 bu mənzili bu vəziyyətdə sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verir. Mülkün video çəkilişi tam şəkildə akta əlavə olunur. 6. ünvan 2 ünvanında qeydiyyatda olan X10, X13 və Ə.Ələkbərov küçəsi 13 ünvanında qeydiyyatda X6 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələ rə əsasən onlar ayrı-ayrılıqda İddiaçı doğulduğu gündən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşamasını təsdiq etmişlər.
7. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022ci il tarixli, 64 saylı arayışına əsasən ünvan 1 ünvanında İddiaçı, oğlu X23, qızı X14 və digər oğlu X15 qeydiyyatdadırlar.
8. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında” sərəncamından çıxarışa əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə qəsəbə daxilində boş istifadəyə yararsız olan sahələrdən X3 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış v ə yaşayış evi tikməyə icazə verilmişdir.
9. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin surətinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış sahəsi 67,4 kv. m, köməkçi sahəsi 44,3 kv.m olan 4 otaq xx.xx.1999-cu il tarixdə, 39 saylı qeydlə mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı Cavabdeh MMC-yə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə X18 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilən in etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə ünvan 3 ünvanda doğulmuş, orada böyüyüb həddi buluğa çatmış, evləndikdən sonra da ailə üzvləri ilə (oğlu – X23, qızı -X14 və kiçik oğlu - X15, yoldaşı rəhmətə gedib) həmin ünvanda qeydiyyatda olmaqla, yaşamışlar. Qardaşı Nazim də onlarla bir həyətdə qonşu olsa da, evlərinin giriş-çıxışı ayrı olmuşdur. Onun evinin təmirə ehtiyacı olduğundan məcburən ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq köçüb başqa ünvanda kirayədə yaşamağa başlamışlar. 2021-ci ilin oktyabr ayında evini təmir etdirmək istəyərkən cavabdehin işçiləri tərəfindən ona bildirilmişdir ki, pilot layihə var, onun evi də (həyətləri) plana düşür. Həmin vaxt onlar bildirmişdilər ki, evləri plana düşənlərlə müqavilə bağlayaraq ya mənzillə təmin edəcəklər, ya da qarşılıqlı razılıq əsasında evin pulunu ödəyəcəklər. Həmin vaxt cavabdehin işçiləri onu özünü şirkətin müdiri kimi təqdim edən Rəfail Mirzəyev adlı şəxsin qəbuluna aparmışdılar. Rəfail Mirzəyev də onu qəbul edərkən o, bildirmişdir ki, Nazim adlı qardaşı ilə bir həyətdə yaşayır, lakin onunla münasibəti yoxdur, onunla danışmır, aralarında nifaq var, bu kimi səbəblərdən hətta onunla üzbəüz gəlmək, onu görmək belə istəmir. Rəfail Mirzəyev onu dinləmiş, sonra isə bildirmişdir ki, ailə üzvlərinin sənədlərini onlara təqdim etsin. O da özünün və ailə üzvlərinin sənədlərini onlara təqdim etmişdir. Sənədlərə baxıldıqdan sonra onların surəti çıxarılaraq, götürülmüşdür. Həmçinin, onun əlaqə nömrələri götürülmüş və ona da əl aqə nömrəsi verilmişdir. Rəfail Mirzəyev ona bildirmişdir ki, onların evinə növbə çatanda onun işçiləri onu da dəvət edəcək, onun yetkinlik yaşına çatan və qeydiyyatda olan ailə üzvlərinin hamısının imzası olmadan onların evinə dəyməyəcəklər. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun xəbəri olmadan cavabdehin işçiləri qonşuluqda yaşayan, onunla heç bir münasibəti olmayan qardaşı X18 ilə razılığa gələrək, faktiki olaraq X8 evini aldıqdan sonra, Nazimin evi ilə onu evinin arasında olan arakəsməni sökərək, onun evinə müdaxilə etmişlər. Belə ki, o, qardaşı X18 ilə bir həyətdə, iki ayrı-ayrı çıxışları olan evlərdə yaşamışlar. X8 evinin onun, onun evinin isə X8 evinə heç bir aidiyyəti olmamışdır. Vəkilinin sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş cava bdehlə X18 arasında 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilə ikinci tərəf birinci tərəfin xeyrinə ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 52,01 kv.m olan mənzilə dair bütün hüquqlardan imtina etmək niyyəti ilə bağlanmışdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış müqavilə onun maraqlarını, mülkiyyət hüquqlarını (istifadə, sahiblik və sərəncam) əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də onun həmin müqaviləni mübahisələndirmək hüququ yaranmışdır. Tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Bakı şəhəri, Yasamal rayon MKTB-nin 64 saylı MKİS-nin xx.xx.2011-ci il tarixli arayışına əsasən o, ailə üzvləri, oğlu – X23, qızı - X14, oğlu - X15 ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 13 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar, "xxxx" MMC tərəfindən tərt ib olunmuş Memarlıq Planlaşdırma layihə sənədindən görünür ki, ona məxsus hissə 1 mərtəbəli olmaqla, 1-otaqdan və mətbəxdən, həyətdə hamam və tualetdən ibarət olmaqla cəmi 29 kv.m təşkil edir. O, cavabdehin hərəkətləri barədə bütün dövlət orqanlarına, o cümlədən, hüquq-mühafizə orqanlarına müraciətlər, şikayətlər etmiş, qəbullarda olmuş, hər dəfə ona haqlı olduğu bildirilmiş, lakin məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göstərilənlərə əsasən onun hüquqları tikinti şirkəti tərəfindən kobudcasına pozulmuşdur.
12. Cavabdehin nümayəndəsi X29 məhkəmə iclasında iddianı qəbul etməmiş, iddiaçı mübahisəli evdə yaşamasını göstərsə də, bunu təsdiq edən sənədləri şirkətə təqdim etmədiyindən, şirkət orada faktiki olaraq yaşayan Nazim Ağamalıyevlə müqavilə bağlayaraq onun bank hesabına 52 kv.m s ahə üçün kv.m 2500 olmaqla 130000 manat pul köçürmüşlər. Əlavə olaraq izahatında bildirdi ki, ünvan üzrə qeydiyyatda çox şəxslər ola bilər və bu o demək deyildir ki, qeydiyyatda olanlara pul verilməlidir. Əsas meyar evdə yaşamaq və faktiki istifadə etməkdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X26) iddia təmin edilərək, Cavabdeh MMC ilə X18 arasında bağlanmış 37 nömrəli, 10 noyabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması X18 tərəfindən Cavabdeh MMC-yə 130.000 manat pulun qaytarılması qət edilmişdir.
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində qeydiyyatda olmuş, həmin ev statusuna görə özbaşına tikintidir, cavabdeh tərəf bu tikintinin iki otaqdan və bir girişdən ibarət olmasını göstərsə də, özünün tərtib edərək, razılaşdırdığı sxemə əsasən həmin ünvanda faktiki olaraq iki ayrı-ayrı ev, onların arasında isə giriş qapısı deyil, pəncərə formasında arakəsmə vardır. Ünvanda iki sanitariya qovşağının olması, birinin evin içində, digərinin isə həyətdə olduğu göstərilmişdir. Bu hallar məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakı ilə nümayiş etdirilmiş fleş kart və CD-də olan görüntülərlə də öz təsdiqini tapır. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə təqdim edilmiş fleş kartı və SD diskdə olan görüntülərə baxış keçirilərkən ya şayış üçün yararsız vəziyyətdə olan evin bir ev deyil, faktiki olaraq 2 ev olması müşahidə edilmişdir. Cavabdeh tərəf sözügedən ünvanda iki sanitariya qovşağının olmasının orada iki ayrı-ayrı ev olmamasına dəlalət etmədiyini bildirsə də, məhkəmə bunu subyektiv mülahizə sayaraq hesab etmişdir ki, cavabdeh tərəf sökülən və söküldüyünə görə X12 verilən kompensasiyanı məhz bir evə görə olmaması ilə bağlı iddiaçı tərəfin dəlillərini təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən verilən vəsatət üzrə dəfələrlə cavabdehdən təhvil-təslim aktında əksini tapmış N.Ağamalıyevlə çəkilişi olan SD diskinin təqdim olunması tələb edilsə də, təqdim edilməmişlər. Qeyd edilən ünvan üzrə yalnız su sayğacı X7 adına olmuş, lakin digər xidmətlər, qaz və işıq onların atası Yaşar Ağ amalıyevin adına olmuşdur. Cavabdeh tərəfindən X8 yalnız kommunal xidmətlərin ödənilməsi barədə qəbzləri və yaşayış yerinin qeydiyyatı ilə bağlı sənədləri təqdim etməklə kifayətlənərək yeganə olaraq onun həmin evdən istifadə və sahiblik hüquqlarının olmasını qəbul edərək, müqaviləni onunla bağlamağa üstünlük vermişdir. Cavabdeh X5 başqa iddiaçının da ailə üzvləri ilə orada qeydiyyatda olması barədə məlumatı olmuş, direktor müavini R.Mirzəyev bununla bağlı hətta 3-cü şəxslə də şifahi söhbət etməsini etiraf etmiş, sonuncunun qardaşı Fazilə torpaq sahəsi alaraq onun başqa yerdə yaşamasını onlara bildirsə də, buna dair sənədləri MMC-yə təqdim etməməsini də göstərmişdir. R.Mirzəyev bu iddiaçı ilə də bununla bağlı müəyyən söhbətlərinin olduğunu və evlə bağlı sənədlərin gətirməsini ona təklif etm əsini də etiraf etmişdir. Tərəflər hansı sənədlərin təqdim edliməsi barədə müəyyən anlaşmanın olmasını göstərsələr də, iddiaçı müəyyən sənədləri təqdim etməsini, cavabdeh tərəf isə iddiaçını bir neçə ay gözləmələrinə baxmayaraq heç bir sənəd təqdim etməməsini, buna görə də müqaviləni 3-cü şəxslə bağlamağa üstünlük vermələrini göstərmişlər. Həmçinin, MMC-nin direktor müavini izahatında hansı meyarla 3-cü şəxsə sökülən evin dəyərinin 3 qatını verməsinin səbəblərini izah edə bilməmişdir. Cavabdeh tərəfin izahatına əsasən 3cü şəxsə sökülən ev üzrə hər kv.m. üçün 2.500 manat olmaqla, 130.000 manat ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddianın əsassız olmasına dair izahatları inandırıcı olmamaqla bununla bağlı irəli sürülən dəlillər iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Cavabdeh tərəfin iddiaçının sökülməsi nəzərdə tutulan evlə bağlı onun evə aidiyyatının olmasına dair söhbətlərinin, danışıqlarının olmasını və sonuncunun da 3-cü şəxslə aralarında mübahisəli vəziyyət olmaqla ünsiyyətlərinin olmaması barədə tam məlumatlı olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. 3-cü şəxsin təqdim etdiyi sənədlər də mübahisəli ünvanda tək onun istifadə və sahiblik hüququnun olmasını zənn etməyə belə kifayət etmirdi. Təqdim edilən sənədlərdən yalnız su sayğacı faktiki onun adına olması həmin ünvanda olan hər iki evin də ona aid olması anlamına gəlməyə əsas vermir. Digər kommunal xidmətlər isə onun adına olmasa da onun bu xidmətlərə görə ödəniş aparması da bu qənaətə gəlmək üçün kifayət olmamışdır. 3-cü şəxs digər kommunal xidmətlər adına olan şəxs barədə belə MMC-yə rəsmi sənədlər təqdim etməmişdir. ən azı cavabdeh su sayğacından başqa digər xidmətlər üzrə abonent kimi adı qeyd edilən Yaşar Ağamalıyevin kim olmasını müəyyənləşdirməmiş, onun ölümü barədə şifahi məlumatı olsa belə, heç olmazsa ölümünü təsdiq edən sənədi 3-cü şəxsdən tələb etməmişdir. İddiaçının təqdim etdiyi sənədlər və mübahisəli ünvanla bağlı illər əvvəl ödənilən çoxsaylı ödəniş qəbzlərinin əslinin onda olması onun göstəricisidir ki, onun həqiqətən də sözügedən evlə birbaşa bağlılığı, aidiyyatı olmuş və sökülməsinə baxmayaraq, hüquq baxımından hazırda da vardır. 2016-cı ilə qədər iddiaçı ailəsi ilə faktiki ola raq mübahisəli ünvanda yaşamış və həmin ilin aprel ayında həyat yoldaşının vəfatı ilə əlaqədar, uşaqlarına baxılması ilə əlaqədar məcbur olaraq, qayınanasıgildə yaşamağa başlamışdır. Başqa sözlə, 2016-2017-ci illərdən sonra iddiaçının mübahisəli ünvanda daimi yaşaması faktı olmaması onun həmin evlə bütün əlaqələrinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçının və 3-cü şəxsin aralarında mübahisəli vəziyyət olması barədə tam məlumatlı olduğu halda sonuncu ilə mübahisələndirilən müqaviləni bağlamaqda bir növ tələsmiş, sökülən evlərin faktiki kimə aid olmasını müəyyən etməkdə səhvə yol vermiş, bununla da iddiaçının onun istifadəsində olan evi sökməklə həmin evin söküntüsü ilə bağlı kompensasiya məbləğini 3-cü şəxsə verməklə hüquqlarını pozmuşdur. Halbuki, cavabdeh müqavilə bağla maqda tələsməməli, hər iki qardaşın mübahisəli ünvanla bağlı istifadə və sahiblik hüquqlarının tam təsdiq edilməsi ilə əlaqədar öz aralarında müəyyən araşdırmalar aparmaq və ya onlara bu mübahisənin məhkəmə yolu ilə həll etmək təklifini verməli idi. Qeyd edilən təklif qəbul edilmədiyi təqdirdə, sonda yekun məhkəmə qərarının nəticəsi ilə müəyyən edilmiş şəxs və ya şəxslərlə müqaviləni bağlaması daha ədalətli və obyektiv olardı. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin X18 ilə aralarında bağladıqları 10 noyabr 2021-ci il tarixli, 37 nömrəli müqavilə nəticəsində İddiaçı istifadə və sahiblik hüququ ilə ona məxsus, istifadə və sahiblik hüququ olan evinin sökülməsi nəticəsində almağa ümid etdiyi kompensasiyadan məhrum olmuşdur. Onun hüququnun pozulmasında mə suliyyəti məhz cavabdeh MMC yuxarıda ətraflı sadalanan şəraitdə tələsik və iddiaçının evinə hüququ olmayan şəxslə müqavilə bağlamaqla pozmuşdur. Məhkəmə cavabdeh tərəfin mübahisələndirilən müqaviləni 3-cü şəxsə üstünlük verərək bağlamaları və əslində iddiaçının tələblərini 3-cü şəxsə yönəldilməli olmasına dair mövqeyinə də qiymət verərək hesab etmişdir ki, cavabdeh bu mövqeyi ilə də faktiki olaraq iddiaçının sökülən evlərə aidiyyatının olmasını təsdiq edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının sökülən evə aidiyyatı olmadığı təqdirdə 3-cü şəxsə qarşı hər hansı iddia qaldırmağı özü-özlüyündə əhəmiyyətsizdir. Lakin aidiyyatı olduğu təqdirdə belə 3-cü şəxsə qarşı iddiası olarsa bu da əhəmiyyətsizdir. Çünki işin araşdırılımış halları ilə sökülən evə birbaşa aidiyyatı təsdiq edilmiş idd iaçının hüquqlarının məhz cavabdeh tərəfindən 3-cü şəxslə mübahisələndirilən müqaviləni bağlamaqla və sökülən evlərə görə kompensasiya məbləğini də bütünlüklə sonuncuya verməklə kobud surətdə pozması tam təsdiq edilir. Başqa sözlə, iddiaçının hüquqlarını 3-cü şəxs MMC-ni düzgün olmayan məlumatlar verməklə, MMC isə bu məlumatlar və natamam sənədlər əsasında iddiaçının da hüquqlarını nəzərə almadan mübahisələndirilən müqaviləni bağlamaqla pozulmuşdur. Buna görə də iddiaçı müqavilənin məzmunu ilə rəsmi qaydada əldə edərək tanış olduqdan sonra hazırkı iddianı qaldırmaqda tam haqlı olmuşdur. Göstərilənlərlə əsasən, məhkəmə mübahisələndirilən müqavilənin etibarsız olması və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gəlmişdir. Bununla bağlı, məhkəmə hesab etmişdir ki, tərəflər əvvəl ki vəziyyətə qayıtdıqdan sonra cavabdeh artıq sökülməsinə baxmayaraq, iş materiallarında olan evlərin sxemlərinə və təqdim ediləcək, digər aidiyyatı və müvafiq sənədlər əsasında kompensasiyanın ədalətli surətdə ödənilməsi ilə bağlı istifadə və sahiblik hüququna malik şəxslərlə razılıq əldə etməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13-cü, 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 6.3-cü, 16.1-ci, 152.6-cı, 180-ci, 337-ci, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76cı, 77-ci, 80-ci, 88-ci, 106-cı, 217-ci, 218-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100.3-cü maddəsinə, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası nın 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına, “İnsan hüquqlarının və X17 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X17 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3901/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən işin hallarına qiymət verilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə mülki qanunvericiliyin tələblərini pozmaqla iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçının iddiasına əsasən o, ünvan 5 ünvanında onun sahiblik və istifadə hüququnun olmasını bildirsə də, məhkəmə sözügedən hüququn olub-olmamasını araşdı rmamış və yalnız iddiaçının mülahizəsinə əsaslanmışdır. Halbuki, iddiaçı özü etiraf etmişdir ki, həmin ünvanda 2016-cı ildən etibarən yaşamamış hazırda başqa ünvanda yaşayır. Məhkəmə qətnamə qəbul edərkən yalnız ərizəçi tərəfin təqdim etdiyi əsassız sənədlərə əsaslanmış və maraqlı tərəf kimi 3-cü şəxsin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Bununla da birtərəfli qaydada obyektiv olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində qanunvericiliyin mülkiyyət hüququ ilə bağlı normalarına əsaslanmışdır ki, halbuki hazırki iş üzrə məsələ istifadə hüququ ilə bağlı olmaqla yanaşı, iddiaçının istifadə hüququnun həmin mənzildən köçdüyü an bitməsinə əhəmiyyət verilməmişdir. Məhkəmə qətnaməsində müqavilənin etibarsız hesab edilməsinin təmin olunmasını qeyd edərək iddiaçının sahiblik və istifadə hüququn olmamasına diqqət yetirilməmişdir. Halbuki əvvəlcə iddiaçının iddianı qaldırmaq üçün hüququnun olub-olmaması araşdırılmalı idi. Həmçinin, məhkəmə iddia predmetindən kənara çıxaraq iddia ərizəsində tələb edilməyən məbləğ məsələsini də həll etmişdir. Onlar tərəfindən sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
19. Məhkəmə kollegiyasının qənaətinə əsasən iddiaçının irəli sürdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır, Belə ki, ünvan 5 ünvanında olan və artıq sökülmüş fərdi yaşayış evi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Həmin tikinti bir neçə otaqdan ibarət olmuş və vahid bir tikinti kimi istifadə edilmişdir. Sonradan həmin tikintinin otaqlarının iddiaçı və üçüncü şəxs arasında bölünməsi, habelə aparılmış bölgüyə uyğun yeni giriş qapısı olması, orada iki müstəqil tikintinin olması anlamına gəlmir. İddiaçı tərəfindən tikinti söküləndən sonra, yəni 2022-ci ildə aparılmış layihələndirmənin də hər hansı hüquqi əsası yoxdur. İddiaçı, onun qardaşı olan üçüncü şəxs və onların ailə üzvləri həmin evdə pasport qeydiyyatında ol muşlar. Bu səbəbdən iddiaçının hazırki iddia ilə müraciət etmək hüququnun olmasına onun həmin tikintiyə istifadə və sahiblik hüququnun olması prizmasından hüquqi qiymət verilməlidir.
20. Məhkəmə bildirmişdir ki, tərəflər mübahisələndirmirlər ki, sözügedən evdə məhz X18 və onun ailəsi yaşamış, evin söküldüyü dövrdə ona sahiblik etmiş və evin sökülməsinə öz razılıqlarını vermişdilər. Həmin dövrdə iddiaçı orada yaşamamışdır. İddiaçı özünün bildirməsinə görə, o, mübahisəli evdən həyat yoldaşı dünyasını dəyişəndən sonra (2016-cı il) köçmüş, lakin evə gəlib-getmişdir. 2021-ci ilin oktyabr ayında isə evini təmir etdirmək istəyərkən evin sökülməsi barədə ona məlumat verilmişdir. Lakin iddiaçının özü tərəfindən təqdim edilmiş və kommunal ödənişləri əks etdirən sənədlərdə 2007-ci ilədək aparılmış öd ənişlər əks etdirilmişdir. İddiaçının həyat yoldaşına aid ölüm haqqında şəhadətnamədə onun ölüm yeri kimi Abşeron rayonu, Saray qəsəbəsi göstərilmişdir. Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr də (su təchizatı istisna olmaqla. Belə ki, su sayğacı X8 adınadır) iddiaçının atası ilə bağlanmışdır. Evin sökülməsi ərəfəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda da sakin kimi X18 göstərilmiş və evdə olan bütün əşyaların onun tərəfindən daşındığı, bəzi əşyaların (giriş qapısı, daxili pəncərələr, sanitar qovşaqda olan aksessuarlar) ona təhvil verildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən ötən dövr ərzində evin sökülməsi zamanı ona məxsus olan hər hansı əşyanın məhv olunması da iddia edilməmişdir. Bununla belə, iddiaçı uzun illər bundan əvvəl (istisna deyil ki, 2007-ci ildən etibarən) daimi əsaslarla həmin evi tərk etmiş, onun evlə hər hansı hüquqi və fiziki bağlılığı qalmamışdır. Ev sökülən zaman da mövcud olmamışdır.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının həmin tikili üzərində 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş müddəalarına əsasən istifadə hüquqlarının yarandığı qəbul edilsə belə (hüququn anologiyasına əsasən), sonradan həmin evi daimi əsaslarla tərk edib, başqa ünvana yaşamağa getdiyindən, onun və ailə üzvlərinin bu evə olan hüquqları, o cümlədən istifadə və sahiblik hüququ itirilmişdir. Hazırda da mövcud deyildir. Bu baxımdan iddiaçı cavabdehlə üçüncü şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləni mübahisələndirmək üçün ümumiyyətlə hər hansı subyektiv hüquqa malik deyil. Bu da iddianın əsassız olduğunu şərtləndirir.
22. Məhkəmə kolegiyası o halı da qeyd etmişdir ki, iddiaçının subyektiv hüququnun olması halı da müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, əqdin etibarsızlığı ilə bağlı qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
23. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə if adəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
24. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
25. Aldatma iki formada həyata keçirili r: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
26. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;
3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
27. İşin hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilə bağlanarkən müqavilə tərəflərinin aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir. Müqavilənin 3.3.3-cü yarımbəndi isə müvafiq müqavilənin aldatma yolu ilə bağlanması deyil, X8 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edibetmədiyi müzakirə oluna bilər.
28. Kollegiya öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.2, 164.1, 165.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339.2, 339.3, 390.5, 404, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, 87-ci maddələrinə, “X41 haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayəti və qarşı etiraz. Kassasiya şikayətinin dəlilləri:
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnaməni n ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sökülməsi nəzərdə tutulan və artıq sökülmüş ünvan 1 ünvanında yerləşən evdə həmçinin X24, oğlu X23, qızı X14 və digər oğlu X15 qeydiyyatda olmuşlar və hazırda qeydiyyatdadırlar. Mübahisəli yaşayış sahəsi statusuna görə özbaşına tikili olmuşdur. Cavabdeh tərəf tikilinin iki otaqdan və bir girişdən ibarət olmasını göstərsə də, özünün tərtib edərək razılaşdırdığı 13 saylı evin sxemindən görünür ki, həmin ünvanda faktiki olaraq iki ayrı-ayrı evin olması, onların arasında isə giriş qapısının deyil, pəncərə formasında arakəsməsinin olması aydın görünür. Daha sonra ünvanda iki sanitariya qovşağının olması da qeyd edilmişdir ki, bunlardan biri evin içində, digəri isə həyətdədir. İddiaçı sanitariya qovşağının həyətdə göstərilən hissəsinin ona məxsus olmasını və onun evinin sahəsini qardaşının evinin sahəsindən daha artıq olmasını bildirmişdir. 31. “İnsan hüquqlarının və X17 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs özəmlakından məhrum edilə bilməz. MMC ilə üçüncü şəxs arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Apelyasiya məhkəməsi Mülki Məcəllənin 157.8 ci maddəsinə istinad etmiş bu maddədə açıq-aydın qeyd edilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavi lədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; burada onun həmin evdə daimi qeydiyyatda olmağı, orada kommunal xidmətlərin ödənişlərini həyata keçirməyi, yararsız vəziyyətə düşənə qədər yəni 2016-cı ilədək yaşamağı (bunu 3-cü şəxs və digərləridə təsdiq etmişdirlər) özünə aid otaqlarının olması (bunu cavabdeh etiraf da etmiş və sxemində də göstərmişdir) ona aid şəxsi əşyalarının olması və oradan istifadə etməyi əmlaka sahiblik etmək deməkdir. O bildirmişdir ki, məhkəmə MM-in 158.2-ci maddəsinə istinad etmiş, ancaq tamamilə əsassız olaraq tətbiq etmişdir. Burada mübahisəli əmlak özbaşına tikili olsa da orada valideynləri ailəsi yaşayıblar və sökülənə qədər də yaşamışlar.
32. İddiaçının qanunsuz müqavilə əsasında sökülməsi nəticəsində kompensasiya ala bilmədiyi yaşayış s ahəsi statusuna görə özbaşına tikili olsa da, onun həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqların da cavabdeh tərəfindən pozulmasını nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisə ləndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülk iyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibar sız olan əqddir.
41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
44. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamə t am mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
53. Baxılan işdə İddiaçı üzərində onun da əmlak hüquqlarının olduğunu iddia etdiyi yaşayış sahəsinə sərəncam verilməsinə dair cavabdeh MMC ilə üçüncü şəxs arasında bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edir (§ 10-11).
54. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının zəruri sənədləri təqdim etmədiyi və tikilidə üçüncü şəxs yaşadığı üçün sonuncuya üstünlük verdiklərini, bu səbəblərdən müqaviləni üçüncü şəxslə bağladıqlarını bildirmişdir (§ 12).
55. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərini haqlı sayaraq, yaşayış sahəsinin faktiki olaraq iki ayrı evdən ibarət olmaqla, onlardan birinin iddiaçıya aid olduğuna, bu faktların, eləcə də idd iaçının üçüncü şəxslə münasibətlərinin yaxşı olmadığının cavabdehə əvvəlcədən bəlli olduğuna və tikilinin sökülməsi ilə bağlı iddiaçı ilə danışıqlar aparmasına baxmayaraq tikilinin tamamına dair üçüncü şəxslə müqavilə bağlamasının iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasına dəlalət etdiyi qənaətinə gəlmiş və iddianı təmin etmişdir (§ 13-15).
56. Apellyasiya məhkəməsi bu məsələni mənzildən istifadə hüququ kontekstində qiymətləndirərək hesab etmişdir ki, iddiaçının belə bir hüququnun yarandığı qəbul olunsa belə, bu hüquq onun 2016-cı ildən başqa ünvana köçməsi səbəbilə itirilmişdir. Odur ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur, müqavilənin aldatma səbəbilə etibarsız olması qənaətinə gəlmək mümkün deyil (§ 18-28).
57. Bununla belə məhkəmə nəzərə almamış dır ki, sözügedən yaşayış sahəsi üçüncü şəxsin öz vəsaiti ilə ərsəyə gətirdiyi bir iqtisadi dəyər olmayıb, daha əvvəl Fazil və Nazim Ağamalıyevlərin atası Yaşar Ağamalıyevə məxsus olmuş, sonuncunun sağlığında və hətta 2007-ci ildə ölümündən sonra iddiaçı ailəsi ilə birgə orada qeydiyyatda olmaqla yaşamışdır. Bu hallar işdə mübahisələndirilmir. Eyni zamanda birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, adları çəkilən qardaşlar orada yaşadıqları dövrdə ayrı girişləri ilə faktiki olaraq iki ev mövcud olmuş, iddiaçı evin müvafiq hissəsindən özünə məxsus ayrıca sahə kimi istifadə etmişdir. Cavabdehin nümayəndəsi də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tikilinin 29 kv.m. hissəsinin iddiaçı tərəfin olduğunu bildirmişdir.
58. Belə olan halda iddiaçının mübahisəli evə münasibətdə hansı əm lak hüquqlarının mövcudluğu və bu hüquqların sonrakı vəziyyəti işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
59. Təcrübədən də bəlli olduğu kimi, ilkin sənədləri vəfat etmiş şəxsin adına olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirildikdə həmin sənədləşmədə potensial vərəsələrin əmlak hüquqları nəzərə alınır. Əgər bir şəxsin dövlət reyestrindən qeydiyyatdan keçəcək daşınmaz əşyaya gözlənilən mülkiyyət hüququ təsbit olunarsa, həmin əşyaya əvəzli şəkildə sərəncam verilməklə onun başqa bir əmlaka çevrilməsindən əldə olunan iqtisadi dəyərə də (məsələn, hazırkı işdə olduğu kimi evin sökülməsi müqabilində ödənilən pula) eyni hüququnun olduğu qəbul edilməlidir.
60. Belə bir hüquq təsbit olunduğu təqdirdə həmin hüquqa və ya əşyaya sərəncam vermək səlahiyyəti hüquq sah ibinə məxsusdur, əgər söhbət iki və ya daha artıq şəxsin birgə hüquq sahibliyindən gedirsə sərəncam onların birgə razılığı ilə mümkündür. Qabaqcadan verilmiş razılıq və ya sonradan bəyənmə halları istisna olmaqla, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncamı etibarlı sayıla bilməz.
61. Belə ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur (§ 43-44).
62. MM-in 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (§ 39).
63. Apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxar ıda göstərilən hüquqi mövqelər istiqamətində araşdırmamış, iddia tələbini qeyd olunan maddi hüquq normaları əsasında yoxlamamış və məsələyə bu aspektdə hüquqi qiymət verməmişdir.
64. Həmin məhkəmə iddianın qanuni əsası kimi MM-in 339-cu maddəsini də tətbiq edərək, müqavilənin aldatma səbəbilə etibarsızlığını təhlil etmiş və bu etibarsızlıq şərtinin təsbit edilmədiyi nəticəsinə gəlmişdir.
65. MM-in 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər.
66. Halbuki, iddiaçının tələbi sözügedən müqav ilənin aldatma səbəbilə bağlanmasına deyil, onun razılığı olmadan bağlanmış müqavilə ilə əmlak (mənzil) hüquqlarının pozulmasına söykənir.
67. Yuxarıda qeyd olunan normadan göründüyü kimi aldatma, bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən aldadıcı davranış edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı.
68. O da nəzərə alınmalıdır ki, əqdin aldatma səbəbilə mübahisələndirilməsi, həmin əqdin tərəfi olan şəxsə bağlı hüquqdur. Bu baxımdan şəxsin bilavasitə özü və ya təmsilçisi vasitəsilə tərəfi olmadığı və iradə bəyan etmədiyi müqaviləni aldatma səbəbilə mübahisələndirməsi hüquqi baxımdan mümkün deyil. Çünki, aldatma müqavilə tərəfinin ortaya qoyduğu iradəsinin qarşı tərəfin onu qəsdən yanıltması nəticəsində zədələnməsidir. Belə bir iradə ümumiyyətlə mövcud deyilsə, onun (aldatma ilə) zədələnməsindən də söhbət gedə bilməz.
69. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
70. Göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2344/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.