Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-377/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyəti və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Ba kı ərazi idarəsi) qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4805/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı, Cavabdeh1 və X7 babaları X8 xx.xx.1973-cü il tarixdə ölmüş, miras əmlakı Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 41 (85) nömrəli fərdi yaşayış evinin 12/24 hissəsindən ibarətdir.
2. İddiaçı, Cavabdeh1 və X7 ataları X9 xx.xx.2019-cu il tarixdə, anaları Təvəkülova X12 xx.xx.2013-cü il tarixdə ölmüşdür. 3. xx.xx.2020-ci il tarixdə İddiaçı digər vərəsələr Cavabdeh1 və X1 0 barədə məlumatları göstərməklə xx.xx.2019-cu ildə vəfat etmiş atası X3 miras əmlakını qəbul etmək barədə Bakı şəhəri 13 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. 4. 31.03.2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi vasitəsilə digər vərəsələri göstərməməklə babası X1 miras əmlakını qəbul etmək barədə Bakı şəhəri 7 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, X11 notariat ofisinə ərizə verərək mirası qəbul etmək niyyətində olmadığını bildirmişdir.
5. Cavabdeh1 irsi transmissiya qaydasında babası X2 miras əmlakı - Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 41 (85) nömrəli fərdi yaşayış evinin 12/24 hissəsindən 1/4 hissədə pay alması barədə xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 3/4 hissədə pay açıq saxlanılmışdır.
6. Bakı şəhə ri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 41 (85) nömrəli fərdi yaşayış evinin 3/24 hissəsinə Cavabdeh1 mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı notariat ofisinin 2V-105 nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1349/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Əlizadə) iddia təmin edilmiş, Cavabdeh1 verilmiş Bakı şəhəri 7 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarış üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3/24 hissədə Cavabdeh1 mülkiyyətdə olmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli qeydin ləğv edilməsi, ünvan 1 ünvannda yerləşən fərdi yaşayış evi 3/24 hissədə mərhum X3 miras əmlakı hesab edilməklə V-06/2020 nömrəli vərəsəlik işi üzrə X3 vərəsələri arasında miras paylarına müvafiq hissədə bölünməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə qeyd edir ki, i ş materiallarına əsasən müəyyən olunur ki, X6 xx.xx.1973-cü il tarixdə, X9 isə 46 il sonra, yəni xx.xx.2019-cu il tarixdə mübahisə predmeti olan ünvan 2 ünvanında vəfat etmiş, vəfat edənə qədər həmin mənzildə yaşamışdır. Beləliklə, X9 mərhum atası X1 miras əmlakını (aktiv və passiv) öz payına müvafiq hissədə Azərbaycan SSR MM-in 552-ci maddəsinə əsasən faktiki olaraq qəbul etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mülkiyyət mənsubluğunu müəyyən etməməklə hüququn formal qeydiyyat əsası qismində çıxış edir. Nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan daşınmaz əmlak X1 adına qeydiyyatda olsa da, X9 həmin əmlakı miras əmlak qismində qəbul etmiş və Azərbaycan SSR MM-in 528-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı g ündən X3 mülkiyyəti sayılmalıdır. Məhkəmə qeyd edir ki, irsi transmissiya institutuna əsasən, vərəsə mirası qəbul etmədən öldükdə miras payın ölmüş vərəsənin vərəsələrinə keçir. Lakin, hazırki iş üzrə vərəsə X9 miras predmeti olan əmlakda 46 il yaşamaqla öz payına müvafiq olaraq miras əmlakı artıq qəbul etmişdir. Beləliklə, hazırki situasiyaya irsi transmissiya hüquq institutunun tətbiq olunması yolverilməzdir. Çünki, irsi transmissiya hüquq institunun dispozitiv şərtləri ilə hazırki mülki işin faktiki və hüquqi halları uyğun deyildir. Hüquq normasının aydın, müəyyən ifadə edilmiş şərtləri hər hansı mülahizəyə yol verilməməklə hüquq münasibətinə birbaşa tətbiq edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri xidmətində hüququn qeydiyyata alınmaması mirasın qəbul edilməməsinə, mülkiyyət hüququ nun yaranmamasına dəlalət edə bilməz. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın dövlət reyestrin olan qeydlər hüquq münasibətlərinin obyekti qismində daşınmaz əmlakların və mülkiyyətçilərin müəyyənliyini qorumaq məqsədilə tərtib edilir. Formal əsaslardan yanaşaraq sırf formal qeydiyyat əsası ilə faktiki mülkiyyət hüququ məsələlərini görməzdən gəlmək yolverilməzdir. Nəticə etibarilə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla 3/24 hissədə X5 məxsus hesab edilməklə sözügedən 3/24 hissədə olan pay sonuncunun vərəsələri arasında bölünməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan SSR MM-in 556-cı maddəsinə əsasən, mirasdan imtinanın prosedurası imperativ qaydada müəyyən edilsə də, X3 mirasdan imtina barədə iradə ifadəsi və ya müraciəti qeydə alınmamışdır. Mirasdan i mtina edilməmişdirsə, miras açıldığı andan qəbul edilmiş hesab olunur. Yuxarıda qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla, məhkəmə miras predmetinin X4 mənsub olması fikri ilə razı deyil. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 7 saylı Notariat Ofisinin qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən X2 isri transmissiya üzrə vərəsələri Cavabdeh1 və X11 vərəsə kimi prosesə cəlb edilsə də, digər vərəsə İddiaçı vərəsəlik işinə cəlb edilməmiş, nəticədə sonuncunun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, X3 vərəsəlik işin digər notariusda açılması nəzərə alınmaqla Bakı şəhəri 7 saylı Notariat Ofisi səlahiyyət hədlərindən kənara çıxmaqla mülki qanunvericiliyin normalarını pozaraq irsi transmissiya qaydasında X2 vərəsəsi qismində Cavab deh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Belə ki, müvafiq miras payı mərhum X3 vərəsəlik işi üzrə sonuncunun vərəsələri arasında bölünməli və paylarına müvafiq olaraq vərəsələrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Nəzərə almaq lazımdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 3 ay müddətində xx.xx.2019-cu ildə vəfat etmiş atası X3 mirasını qəbul etmək barədə Bakı şəhəri 13 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir və vicdanlı davranaraq ərizədə digər vərəsələrin adlarını da qeyd etmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4805/2023 nömrəli iş üzrə 18 senty abr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 3/24 hissədə mərhum X3 miras əmlakı hesab edilməklə V-06/2020 nömrəli vərəsəlik işi üzrə X3 vərəsələri arasında miras paylarına müvafiq hissədə bölünməsi” hissədə ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşdən məüyyən olunur ki, iddiaçının (eyni zamanda Cavabdeh1) babası X8 xx.xx.1973-cü il tarixdə, atası X9 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür. Notariat işində olan sənədlərə əsasən sonuncunun son yaşayış yeri ünvan 2 (85) olmuşdur. İd diaçı atasından qalan miras əmlak olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən bağ sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün digər vərəsələr barədə də məlumat göstərməklə qanunvericiliklə müəyyən edilmiş müddətdə Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsəlik işi açılmış, iddiaçıya mirasda digər vərəsələrin payı açıq saxlanılmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Cavabdeh1 babasından qalan miras əmlak olan ünvan 2-ə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün digər vərəsələr barədə məlumat göstərməməklə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsəlik işi açılmış, iddiaçıya mirasda ¾ hissədə pay açıq saxlanılmaqla qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmiş, şəhadətnamə əsasında qeyd olunan evə 3/24 hissədə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 2-ə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakın ¼ hissəsində pay irsi transmissiya qaydasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm hazırda qüvvədə olan mülki qanunvericiliyə, həm də X8 öldüyü vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü təqdirdə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X9 mərhum atası X1 miras əml akı olan evdə yaşamaqla həmin miras əmlakı öz payına müvafiq olaraq qəbul etmişdir. Belə ki, həmin vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, o mirası qəbul etmiş hesab olunur. Eyni zamanda, X3 mirasdan imtina etməsi barədə notariat orqanına müraciəti də qeydə alınmamışdır. Cavabdeh apellyasiya şikayətində Fərhad Təvəkgülovun ölümünədək miras qalmış evdə yaşayış yeri üzrə qeydiyyatda olmadığı, miras qalmış evdə deyil, daimi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 269 №-li evdə ölən günə qədər həmin evin onun daimi yaşayış yeri olduğunu bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, yuxarıda da qeyd olunduğu kimi, notariat işində olan sənədlərə əsasən sonuncunun son yaşayış yeri Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 41 olmuşdur. Odur ki, notarius tərəfindən tərəfindən irsi transmisiyya qaydasında miras əmlakın Cavabdeh1 adına rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 babasından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərkən digər vərəsələr barədə məlumatları göstərməsə də, notariat işində olan “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən olan çıxarışda Fərhad Təvəkgülovun ailə üzvü olaraq iddiaçının da barəsində məlumat göstərilmiş, lakin notarius iddiaçının da vərəsəliklə ba ğlı notariat orqanlarına müraciət edib-etməməsini “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlamamış, vərəsəlik işinin açılması ilə bağlı iddiaçıya hər hansı məlumat verməmişdir. Halbuki, vərəsəlik işinə digər vərəsə X7 X2 miras qalmış əmlakdan vərəsəliyi qəbul etməməsi barədə həmin notariat ofisində təsdiq edilmiş ərizəsi əlavə edilmişdir, beləliklə, digər vərəsəyə vərəsəlik işi ilə bağlı məlumat verilmişdir. Göründüyü kimi, notarius tərəfindən iddiaçının vərəsəlik işinə cəlb edilməməsi nəticəsində sonuncunun konstitusion hüququ pozulmuşdur. Belə ki, iddiaçı atasından qalan miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməklə vərəsə kimi miras əmlakın qəbul edilməsi ilə bağlı iradə ifadəsini artıq nümayiş etdirmişdir. Bununla belə kollegiya qeyd edir ki, b irinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh1 verilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 41 (işdə olan sənədlərdə evin nömrəsi 85 kimi də qeyd edilir) ünvanında yerləşən fərdi yaşayış evinin 3/24 hissədə Cavabdeh1 mülkiyyətdə olmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə almamış, iddiaçının tələbi olmadığı halda iddia tələbindən kənara çıxaraq miras əmlakı vərəsələr arasında bölmüşdür.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının atası mirası nə rəsmi, nə faktiki qəbul etməmişdir. Cavabdeh1 mirası tam qanuni əsaslarla qəbul etmiş, iddiaçının mirası qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi məhkəmələr tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə ü stünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” K onvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti h əyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 19. 11 sentyabr 1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin; Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur; Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar və rəsə ola bilərlər; Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir; Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mir ası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; Maddə
554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilir. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır; Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığ ı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir; Maddə
557. Vərəsə mirasdan imtina etdiyi halda və vəsiyyət edən tərəfin dən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda bölünür.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1 159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar; Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının ş ərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məh kəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqı nda Təlimat”: Bənd
83. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərar: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürül məsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul e dilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir.... Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması m irasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci mad dələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar: “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”
24. Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamənin iddia təmin olunan hissədə ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apel lylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
30. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şəra it yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən h issəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
31. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir.
32. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur.
33. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
34. Mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi tə minat prinsiplərini pozur.
35. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, X9 mərhum atası X1 miras əmlakı olan evdə yaşamaqla həmin miras əmlakı öz payına müvafiq olaraq qəbul etmişdir. Belə ki, həmin vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, o mirası qəbul etmiş hesab olunur. Eyni zamanda, X3 mirasdan imtina etməsi barədə notariat orqanına müraciəti də qeydə alınmamışdır. Odur ki, notarius tərəfindən tərəfindən irsi transmisiyya qaydasında miras əmlakın Cavabdeh1 adına rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh1 babasından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərkən digər vərəsələr barədə məlumatları göstərməsə də, notariat işində olan “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən olan çıxarışda Fərhad Təvəkgülovun ailə üzvü olaraq iddiaçının da barəsində məlumat göstərilmiş, lakin notarius iddiaçının da vərəsəliklə bağlı notariat orqanlarına müraciət edib-etməməsini “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlamamış, vərəsəlik işinin açılması ilə bağlı iddiaçıya hər hansı məlumat verməmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və bu mənada kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X9 mərhum at ası X1 miras əmlakı olan evdə yaşamaqla həmin miras əmlakı öz payına müvafiq olaraq qəbul etmişdir, Fərhad Təvəkgülovun mirası qəbul etməməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş, notariat işində olan sənədlərə əsasən də onun son yaşayış yeri Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 41 olmuşdur. Bütün bunlar da miras əmlakın notarius tərəfindən irsi transmissiya qaydasında Cavabdeh1 adına rəsmiləşdirilməsinin qanunvericiliyə zidd həyata keçirildiyi barədə apellyasiya instansiyası məhkəməsinin doğru qənaətə gəldiyini təsdiq edir.
37. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələnd irilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4805/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.