Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3770/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:ipoteka müqaviləsinin etibarsız hesab edilməsi 04.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)2362/2022 saylı qətnaməsindən cavabdeh X kassasiya şikayəti üzrə işə 04 oktyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı ASC məhkəmədə cavabdehlər X, Cavabdeh2 və X qarşı iddia qaldıraraq, Cavabdeh2la Cavabdeh1 ASC arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 16-cı km-də ünvanda İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı ASC iddiasını onunla əsaslandırıb ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km-də ünvanda mülkiyyətində 16.958,3 kv.metr qeyri-yaşayış sahəsi və 3,72 ha torpaq sahəsi vardır. 1970-ci ildə inşa edilib istismara verilmiş bu müəssisənin ərazisində 0,0375 ha (375 kv.metr) torpaq sahəsində metaldan quraşd ırılmış 6 saylı yeməkxana olub və həmin obyekt ƏMDDK-nin İstehsal və Xidmət müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilib. 1990-cı ilin sonunda metaldan quraşdırılmış yeməkxana sökülüb. Bundan sonra, Abşeron rayon Xırdalan bələdiyyəsinin 29 noyabr 2006-cı il tarixli, 396 saylı sərəncamı ilə İddiaçı ASC-nin ərazisində və istifadəsində olan 0,0375 ha torpaq sahəsini Cavabdeh2 satıb və onlar arasında 05 dekabr 2006-cı il tarixli alqı-satqı Aktı bağlanıb. Sözügedən torpaq sahəsi 23 fevral 2007-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. 08 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 sözügedən torpaq sahəsini Cavabdeh1 ASC-nin xeyrinə kredit borcunun təminatı kimi ipoteka ilə yüklü edib. İddiaçı ASC-nin iddiası əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, sözügedən əqdlər etibarsız hesab edilib. Bu iddia verilərkən, mövcud torpaq sahəsinin Cavabdeh1 ASC-də ipoteka ilə yüklü edilməsi barədə İddiaçı ASC məlumatsız olub. Yalnız X 22 avqust 2019-cu il tarixdə apellyasiya şikayəti verdikdən sonra bu fakt İddiaçı ASC məlum olub. Odur ki, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasının ləğv edilməsi, onun hüquqi nəticəsi olan ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Deməli, ipotekanın dövlət qeydiyyatına əsas olmuş Cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı və onun adına verilmiş Çıxarış etibarsız hesab edildiyi üçün, bu Çıxarışın əsasında mövcud torpaq sahəsinin ipoteka ilə yüklülüyü barəd ə müqavilənin dövlət reyestrində qeydiyyatı da özü-özlüyündə etibarsızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qənaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) iddia təmin edilərək, Cavabdeh2la Cavabdeh1 ASC arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km-də ünvanında "xxxx" ASC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinin və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km-də ünvanında İddiaçı ASC-nin istifadəsində olan 0,0375 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 29 noyabr 2006-cı il tarixli, 396 saylı sərəncamı, həmin sərəncam əsasında bağlanmış alqı-satqı barədə 05 dekabr 2006cı il tarixli Aktı, o cümlədən X tərəfindən 0,0375 ha torpaq sahəsinin Cavabdeh2 adına apalmış qeydiyyat və bu barədə onun adına verilmiş 23 fevral 2007-ci il tarixli Çıxarış ləğv edilib. Belə olan halda, ipotekanın dövlət qeydiyyatına alınmasına əsas olmuş Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində aparılmış qeydiyyat və onun adına verilmiş Çıxarış ləğv edildiyi üçün, bu Çıxarış əsasında həmin torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli ipoteka müqaviləsi və daşı nmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269, 324.2, 337.1, 337.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh X apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1-269.3, 337.1, 337.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi q iymətləndirilməməlidir. Cavabdeh X kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarından tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 16-cı km-də 0,0375 ha torpaq sahəsində 1970-ci ildə metaldan quraşdırılımış 06 saylı yeməkxana olub, sonradan həmin yeməkxana X balansına verilib və sonradan sökülüb. Abşeron rayonu, Xırdalan bələdiyy əsinin 29 noyabr 2006-cı il tarixli, 396 saylı sərəncamı ilə sözügedən yeməkxananın altında yerləşən 0,0375 ha torpaq sahəsi Cavabdeh2 satılıb və onlar arasında 05 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi (Aktı) bağlanıb. Həmin müqaviləyə əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə onun adına 23 fevral 2007-ci il tarixli Çıxarış verilib. Bundan sonra, 08 aprel 2008-ci il tarixli ipoteka müaviləsinə əsasən Cavabdeh2 sözügedən torpaq sahəsini Cavabdeh1 ASC-nin xeyrinə kredit borcunun təminatı kimi ipoteka ilə yüklü edib. 01 dekabr 2009-cu il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km-də, mülkiyyətdə olan 3,72 ha torpaq sahəsində yerləşən “Əmlak kompleksi kimi müəs sisə” daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına qeydə alınıb. Daha sonra, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021ci il tarixli qərarı ilə İddiaçı ASC-nin iddiası təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km-də ünvanında yerləşən, İddiaçı ASC-nin istifadəsində olan 0,0375 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Abşeron rayonu, Xırdalan bələdiyyəsinin 29 noyabr 2006-cı il tarixli, 396 saylı sərəncamı, həmin sərəncam əsasında bağlanmış alqı-satqı barədə 05 dekabr 2006-cı il tarixli Akt, habelə X 0,0375 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Cavabdeh2 adına aparılmış qeydiyyat və bu barədə onun adına verilmiş 23 fevral 2007-ci il tarixli Çıxarış ləğv edilib. Hazırda İddiaçı ASC, qanuni qüv vəyə minmiş məhkəmə aktı ilə sözügedən sənədlər ləğv edildiyi üçün, Cavabdeh2 adına verilmiş sözügedən Çıxarış əsasında mübahisəli torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız hesab edilməsini iddia edir. Cavabdeh X isə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etdiyini, İddiaçı ASC-nin sözügedən ipoteka müqaviləsinin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində ipoteka müqaviləsini mübahisələndirmədiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, İddiaçı ASC-nin mübahisəli 0,0375 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ, həmin topaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yükl ü edildikdən sonra əmələ gəlib və işdə, Cavabdeh1 ASC-nin xeyrinə mübahisəli 0,0375 ha torpaq sahəsi ipoteka ilə yüklü edilərkən, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiq liyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair döv lət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şəra it yaradır. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə ipoteka saxlayan kimi Bankın mübahisəli 0,0375 ha torpaq sahəsinə münasibətdə İddiaçı ASC-nin mümkün iddiasından xəbərdar olub-olmadığı, onun vicdanlı əldə edən, ipoteka saxlayan sayılıb-sayılmadığı, habelə İddiaçı ASC-nin 08 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılmasına əsas verən halları nə vaxtdan bildiyi və ya bilməli olduğu barədə heç bir araşdırma aparmayıb. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsi r etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərarda əks edilən hüquqi mövqeyə görə mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən iddia müddətinin tətbiqi ilə bağlı tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Göründüyü kimi Mülk i Məcəllənin 354-cü maddəsinin tələblərininin tətbiqi baxımından qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ümumi iddia müddəti kimi deyil, məhz kəsici iddia müddəti kimi çıxış edir. Bu hal məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinin mümkünlüyü barədə qaydanın tətbiqi imkanını da istisna edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməm əsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnam əsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)-2362/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3770/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3770/2022
04.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver