Məhkəmə qərarları › İş №2(102)-3771/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3771/2019

03.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3771/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçınun vəkili Vəkil, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X1, Cavabdehlər X18, onun və digər cavabdeh X11 vəkili X12, Cavabdeh X5 nümayəndəsi X13 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11043/2018 nömrəli iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən et di: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 51 saylı mənzilə dair X18 ilə “xxxx” MMC arasında bağlanmış 17.11.2014-cü il tarixli 133 saylı müqavilənin etibarsız hesab olunması, 51 saylı mənzilin boşaldılması, “xxxx” tərəfindən 51 saylı mənzilin müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya təhvil verilməsi, 67 saylı mənzilə dair X22 ilə “xxxx” arasında bağlanmış 18.11.2014-cü il tarixli 136 saylı müqavilənin etibarsız hesab olunması, 67 saylı mənzilin boşaldılması, 67 saylı mənzilin müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya təhvil verilməsi qət etmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmməd ov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Həmid Həmidov) 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı nun apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X9 apellyasiya şikayəti qismən, cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və X11 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri isə tam təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı nun cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, X10 və başqalarına qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” ilk iddia tələbi rədd edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı na qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiası təmin edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 06.11.2014-cü il tarixli 51 saylı, 06.11.2014-cü il tarixli 67 saylı, 10.12.2014-cü il tarixli 1A saylı, 30.04.2015-ci il tarixli 155a saylı müqavilələrin etibarsız hesab olunması qət edilmişdir. İşin halları: İddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə Xətai rayon məhkəməsinə müraciət etmiş İddiaçı cavabdeh X10 ilə “xxxx” arasında bağlanmış 17.07.2013- cü il tarixli 94 saylı müqavilənin, cavabdeh X30 ilə “xxxx” arasında bağlanmış 26.06.2014-cü il tarixli 1 “A” saylı müqavilənin, cavabdeh X18 ilə “xxxx” arasında bağlanmış 17.11.2014-cü il tarixli 133 saylı müqavilənin, cavabdeh X22 ilə “xxxx” arasında bağlanmış 18.11.2014-cü il tarixli 136 saylı müqavilənin, cavabdeh X6 ilə “xxxx” MMC arasında bağlanmış 11.01.2017-ci il tarixli 1 “Q” saylı, 2 “Q” saylı və 3 “Q” saylı müqavilələrin, cavabdeh X15 ilə “xxxx” MMC arasında bağlanmış 06.05.2017-ci il tarixli 94 “A” saylı müqavilənin etibarsız hesab olunması; ona (iddiaçıya) məxsus və ünvan 1 ünvanında inşa edilmiş 7 mərtəbəli binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən 128 kvadrat metr ümumi sahəsi olan 4 otaqlı 51 saylı mənzilin, həmin ünvanda inşa edilmiş 7 mərtəbəli binanın 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən 131 kvadrat metr ümumi sahəsi olan 4 otaqlı 67 saylı mənzilin, qeyd edilən ünvanda inşa edilmiş 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 171,77 kvadrat metr və zirzəmidə yerləşən 171,77 kvadrat metr sahəsi olan 2, 3 nömrəli qeyri-yaşayış sahələrinin, ünvan 2 ünvanında inşa edilmiş 7 mərtəbəli binanın 1-ci blokunun 6-cı m ərtəbəsində yerləşən 61 kvadrat metr ümumi sahəsi olan 1 otaqlı 11 saylı mənzilin boşaldılmasını, “xxxx” MMC-nin qeyd edilən mənzillərin və qeyri-yaşayış sahələrinin müqavilə ilə müəyyən edilmiş qaydada ona təhvil verməsinə məcbur edilməsi, onun və ailə üzvlərinin həmin mənzilə köçürülmələrini, vurulmuş zərərə görə “xxxx” MMC-dən 108000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 06.11.2014-cü il tarixli 51 saylı “Alğı-satqı müqaviləsi” üzrə 179200 manat ödəməklə 51 saylı mənzili, 06.11.2014-cü il tarixli 67 saylı “Alğı-satqı müqaviləsi” üzrə 183400 manat ödəməklə 67 saylı mənzili, 10.12.2014-cü il tarixli 1 “A” saylı “Alğı-satqı müqaviləsi” üzrə 601195 manat ödəməklə qeyri-yaşayış sahələrini, 30.04.2015-ci il tarixli 155 “A” saylı “Alğı-satqı müqaviləsi” ilə yenə 102500 manat ödəməklə 11 saylı mənzili almışdır. Əmlakların dəyərini tam olaraq ödəməsinə baxmayaraq MMC həmin mənzilləri və qeyri-yaşayış sahələrini iddiaçıya təhvil verməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh MMC onu aldatmış, iddiaçıya satdığı həmin əmlakları başqa şəxslərə, yəni digər cavabdehlərə sataraq təhvil vermişdir. Binanın inşa edilib tamamlanmasına baxmayaraq, MMC müqavilələr üzrə üzərinə götürdüyü əmlakları təhvil vermə öhdəliyini icra etməkdən yayınmışdır. MMC-nin mübahisəli əmlaklar barədə digər cavabdehlər ilə bağladığı müqavilələr iddiaçının müqavilələrindən sonra bağlandığı üçün etibarsız hesab olunmalıdır. Bundan sonra, cavabdeh “xxxx” MMC iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək onunla iddiaçı arasında bağlanmış 06.11.2014-cü il tarixli 51 saylı, 06.11.2014-cü il tarixli 67 saylı, 10.12.2014-cü il tarixli 1 “A” saylı, 30.04.2015-ci il tarixli 155 “A” saylı müqavilələrin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “xxxx” MMC-yə mənzillərin və qeyri-yaşayış sahələrinin alınması üçün ümumiyyətlə hər hansı məbləğdə pul vəsaiti ödənilməmişdir. Belə ki, iddiaçı ilə MMC-nin mərhum direktoru X19 arasında 20.12.2012-ci il tarixdə və 28.12.2012-ci il tarixdə girov müqavilələri bağlanmaqla X2 iddiaçıdan 500000 manat məbləğində pulu borc a lmış və həmin borcun qaytarılmasının təminatı kimi qeyd olunan mənzil və qeyri-yaşayış sahələri ilə bağlı girov qismində iddiaçı ilə həmin müqavilələr bağlanmışdır. Ona görə də, iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr uydurma əqdlər olduğu üçün etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi «xxxx» MMC tərəfindən öhdəliklərinin icra edilməməsinə, ona məxsus mənzillərin və qeyri-yaşayış sahələrinin başqa şəxslərə də satılmasını müəyyən edərək ilk iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad edərək onunla «xxxx» MMC arasında bağlanmış alqı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlər hesab edərək müqavilələri etibarsız hesab etmişdir. Əsas olaraq isə bağlanmış 20 dekabr 2012-ci il tarixli, 2 saylı və 28 dekabr 2012-ci il tarixli 3 saylı «Girov müqaviləsi» qeyd olunmuşdur. Bu girov müqavilələrinin hazırkı mübahisə predmetlərinə ümumiyyətlə aidiyyatı olmamışdır. Belə ki, qeyd olunan girov müqavilələrin də təqdim edilmiş pul vəsaitinin məbləği və bunun müqabilində qoyulmuş girov predmeti göstərilməklə bu müqavilələr 2012-ci ildə bağlanmışdır. İddia predmetini təşkil edən mənzillərlə və qeyri yaşayış sahələri ilə əlaqədar müqavilələr isə 06 noyabr 2014-cü il, 10 dekabr 2014-cü il, 30 aprel 2015-ci il tarixlərdə bağlanmışdır. Zahirən də göründüyü kimi apellyasiya məhkəməsinin gəldiyi qənaət həqiqəti əks etdirmir. Əgər əmlaklarla əlaqədar bağlanmış bu müqavilələr «Girov müqaviləsi» ilə əlaqəli idisə onda müqavilələrin dördü də eyni tarixdə bağlanmış olardı və eyni zamanda da bu müqavilələrdə də əmlakların girov predmeti olması qeyd olunardı.Apellyasiya məhkəməsi işə baxarkən «Ağ şəhər» layihəsi çərçivəsində «xxxx» MMC-nin «Mənzilim» monitorinq xidmətinin kordinatoru tərəfindən verilmiş məktu bu da hazırkı işin hallarını təsdiq edən sübut kimi qəbul etmişdir, baxmayaraq ki, məhkəmə iclaslarında dəfələrlə bu xidmətin monitorinq xidməti olmasını və könüllü müraciət əsasında qeyd apardığı bildirilmişdir. İddiaçı tərəfindən irəli sürülən iddia tələbi kifayət qədər əsaslı olsa da, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işə birtərəfli yanaşaraq, qərəzli olaraq Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərini pozaraq qəbul etdiyi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə tam uyğun əsaslandırmamışdır. Cavabdehlər X18 və X11 vəkili X23 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı nun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X7, cavabdehlər X18, onun və digər cavabdeh X11 vəkili X23 hər biri ayrı-ayrılıqda kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh X5 nümayəndəsi X24 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında ba ğlanmış 06.11.2014-cü il tarixli 67 saylı “xxxx” əsasən, MMC 67 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin 183400 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 06.11.2014-cü il tarixli AS seriyalı, 776 saylı “Mədaxil orderindən” görünür ki, İddiaçı 67 saylı mənzilin dəyəri olan 183400 manat məbləğində pul vəsaitini cavabdeh MMC-yə ödəmişdir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 06.11.2014-cü il tarixli 51 saylı “xxxx” əsasən, MMC 51 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin 179200 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 06.11.2014-cü il tarixli AS seriyalı, 776 saylı “Mədaxil orderindən” görünür ki, İddiaçı 51 saylı mənzilin dəyəri olan 179200 manat məbləğində pul vəsaitini MMC-yə ödəmişdir. “xxxx” MMC ilə İddiaçı aras ında bağlanmış 01.05.2015-ci il tarixli 155 “A” saylı “xxxx” əsasən, MMC 11 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin 102500 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 30.04.2015-ci il tarixli UA seriyalı, 3700 saylı “Mədaxil orderindən” görünür ki, İddiaçı mənzilin dəyəri olan 102375 (əslində mənzilin dəyəri müqavilədə 102.500 manat məbləğində müəyyən edilmişdir) manat məbləğində pul vəsaitini MMC-yə ödəmişdir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 10.12.2014-cü il tarixli 1 “A” saylı “xxxx” əsasən, MMC qeyri-yaşayış sahələrini İddiaçı verməyi, İddiaçı isə qeyri-yaşayış sahələrinin 601195 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 10.12.2014-cü il tarixli UE seriyalı, 3776 saylı “Mədaxil orderindən” görünür ki, İddiaçı qeyri-yaşa yış sahələrinin dəyəri olan 601195 manat məbləğində pul vəsaitini MMC-yə ödəmişdir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 20.12.2012-ci il tarixli 2 saylı “xxxx” əsasən, İddiaçı MMC-yə 300000 manat məbləğində vəsait ödəyir. Müqavilənin şərtlərinə əsasən, 31.12.2012-ci il tarixinə qədər MMC İddiaçı birinci altı ay ərzində ayda 2,5%, ikinci altı ay ərzində ayda 2,0% ödəməklə, qalan məbləğ (300000 manat) 31.12.2013-cü il tarixə qədər ödənilir (cəmi 381000 manat) və hər iki müqavilə öz qüvvəsini itirir. Girov kimi hal-hazırda inşaatı aparılan səkkiz bloklu yaşayış binasının 1-ci mərtəbəsində (İ və İİ bloklar) 634 kvadrat metr sahəyə 20.12.2012-ci il tarixli 23 nömrəli “Girov müqaviləsi” imzalanır. Vəsait göstərilən müddətdə və məbləğdə qaytarılmazsa, həmin sahə İddiaçı verilir. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 28.12.2012-ci il tarixli 3 saylı “xxxx” əsasən, İddiaçı MMC-yə 200000 manat məbləğində vəsait ödəyir. Müqavilənin şərtlərinə əsasən, 31.12.2012-ci il tarixinə qədər MMC İddiaçı birinci altı ay ərzində ayda 2,5%, ikinci altı ay ərzində ayda 2,0% ödəməklə, qalan məbləğ (200000 manat) 31.12.2013-cü il tarixə qədər ödənilir (cəmi 254000 manat) və hər iki müqavilə öz qüvvəsini itirir. Girov kimi hal-hazırda inşaatı aparılan doqquz bloklu yaşayış binasının 1-ci mərtəbəsində (Vİİİ və İX bloklar) 410 kvadrat metr sahəyə 28.12.2012-ci il tarixli 1/001 nömrəli “Girov müqaviləsi” imzalanır. Vəsait göstərilən müddətdə və məbləğdə qaytarılmazsa, həmin sahə İddiaçı verilir. İş materiallarına əlavə edilmiş əlyazma qəbzlərdən görünür ki, müxtəlif məbləğlərdə pul vəsaitlərini n MMC-dən alınmasına dair İddiaçı və X2 həmin qəbzləri imzalamışlar. “xxxx” MMC ilə cavabdeh X1 arasında bağlanmış 26.06.2014-cü il tarixli 1 “A” saylı “xxxx” əsasən, MMC Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 8 ünvanında inşa edilmiş 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 239 kvadrat metr və 238,61 kvadrat metr sahəsi olan 1, 2, 3 nömrəli qeyri-yaşayış sahələrini alıcı X28 verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahələrinin dəyəri 840000 manat məbləğində müəyyən edilmişdir. X25 MMC-yə ünvanladığı 01.01.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona məxsus qeyri-yaşayış sahələrindən imtina edir. “xxxx” MMC ilə X3 arasında bağlanmış 11.01.2017-ci il tarixli 3 “Q” saylı “xxxx” əsasən, MMC 3 nömrəli qeyri-yaşayış sahəsini X6ya verməyi, X6 isə qeyri-yaşayış sahəsinin 370000 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. “xxxx” MMC ilə X6 arasında bağlanmış 11.01.2017-ci il tarixli 2Q saylı “xxxx” əsasən, MMC 2 nömrəli qeyri-yaşayış sahəsini X6ya verməyi, X6 isə qeyri-yaşayış sahəsinin 235000 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. “xxxx” MMC ilə X6 arasında bağlanmış 11.01.2017-ci il tarixli 1Q saylı “xxxx” əsasən, MMC 1 nömrəli qeyri-yaşayış sahəsini X6ya verməyi, X6 isə qeyri-yaşayış sahəsinin 235000 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. “xxxx” MMC ilə X5 arasında bağlanmış 18.11.2014-cü il tarixli 136 saylı “xxxx” əsasən, MMC 67 saylı mənzili X22ya verməyi, X22 isə mənzilin 170000 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrin ə götürmüşlər. “xxxx” MMC ilə X6 arasında bağlanmış 17.11.2014-cü il tarixli 133 saylı “xxxx” əsasən, MMC 51 saylı mənzili X16 verməyi, X18 isə mənzilin 153600 manat təşkil edən dəyərini MMCyə ödəməyi öhdələrinə götürmüşlər. “xxxx” MMC ilə X7 arasında bağlanmış 17.07.2013-cü il tarixli 94 saylı “xxxx” əsasən, MMC 13 (11) saylı mənzili X8 verməyi, X10 isə mənzilin 54900 manat təşkil edən dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. X3 MMC-yə ünvanladığı 27.05.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona məxsus 11 saylı mənzildən imtina edir. X3 arvadı X8nın MMC-yə ünvanladığı 27.05.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X3 ona məxsus 11 saylı mənzildən imtina etməsinə etiraz etmir. “xxxx” MMC ilə X15 arasında bağlanmış 06.05.2017-ci il tarixli 94a saylı “xxxx” əsasən, MMC 11 saylı mənzili X15 verməyi, X9 isə mənzilin dəyərini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında mübahisəli əmlaklara dair müqavilələr bağlanmışdır. Lakin sonradan iddiaçının iştirakı olmadan, ona məxsus qeyd edilən əmlaklardan ikisinə - 51 saylı mənzilə dair MMC ilə X18 arasında 17.11.2014-cü il tarixli, 67 saylı mənzilə dair isə “xxxx” MMC ilə X22 arasında 18.11.2014-cü il tarixli müqavilələr bağlanmışdır. Qalan əmlaklara dair “xxxx” MMC ilə digər cavabdehlər arasında bağlanmış müqavilələr isə, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilələrdən daha əvvəl bağlanmışdır. Belə ki, cavabdehlərdən X6 və X15 arasında bağlanmış m üqavilələr iddiaçı ilə MMC arasında bağlanmış müqavilələrdən sonra bağlanmış olsa da, onlar qeyd edilən əmlakları iddiaçıdan daha əvvəl almış X30 və X3 öz paylarından imtina etmələri əsasında əldə etmişlər. Birinci instansiya məhkəməsi işin sadalan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, ilk iddia mübahisəli əmlaklardan yalnız ikisinə - 51 və 67 saylı mənzilə aid hissədə əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməm işsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müd dətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2.). Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız hesab etməsini isə belə əsaslandırmışdır ki, cavabdehin qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi 20.12.2012-ci il tarixli 2 saylı və 28.12.2012-ci il tarixli 3 saylı müqavilələrdən hazırki iş üzrə qeyd edilən müqavilələrin girov qismində qoyulması görünmür. Digər tərəfdən, qeyd edilən müqavilələrdən də görünür ki, həmin müqavilələr üzrə girov qismində İ, İİ, Vİİİ və İX bloklarda, o cümlədən qeyri-müəyyən sahələr qoyulmuşdur. Belə olan halda, cavabdehin qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi hallar əsassızdır. Çünki qeyd edilən müqavilələrin qarşılıqlı iddia ərizəsində göstərilən əsaslar üzrə etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və səhv nəticəyə gəlinmişdir. Çünki “xxxx” MMC ilə İddiaçı arasında bağlanması qeyd edilən müqavilələrin mövcud olması hələ o demək deyil ki, həmin müqavilələr görünüş üçün bağlanmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının onunla bağlanmış müqavilələrin digər şəxslərlə bağlanmış müqavilələrin tarixindən əvvəl olub-olmaması hallarını araşdırsa da, cavabdeh MMC-nin İddiaçıla bağlanmış müqavilələrin görünüş üçün bağlanması ilə bağlı dəlillərini hərtərəfli araşdırmamış, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmi şdir. Belə ki, Mülki Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Hazırki mübahisə üzrə “xxxx” MMC-nin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçıla bağlanmış müqavilələr MMC-nin mərhum direktoru X1 tərəfindən ondan götürülmüş 500000 manat pulun təminatı kimi qeyd olunan mənzil və qeyri-yaşayış sahələri ilə bağlı girov qismində imzalanmışdır. Yəni həqiqətdə tərəflərin mübahisəli əmlakların alğı-satqısı ilə bağlı iradə ifadələri olmamışdır. Mülki Məcəllənin 337-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etibarsızdır (maddə 337.4.). əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). İddiaçı müqavilələrin məhz mübahisəli əmlakların alğı-satqısı niyyəti ilə bağlandığını bildirərək “x xxx” MMC-nin dəlillərinə etiraz etmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məcəllənin 325.1-ci maddəsinə görə, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən xxxx qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, i şgüzar adətlər tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). İddiaçıla bağlanmış müqavilələrdən görünür ki, 67 saylı mənzilə dair bağlanmış müqavilənin nömrəsi 67, 51 saylı mənzilə dair bağlanmış müqavilənin nömrəsi isə 51-dir. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verərək qeyd etmişdir ki, müqavilələrə verilən nömrələrin onların bağlanma ardıcıllığı ilə verilməsi nəzərə alınarsa müqavilələrin nömrələri ilə mənzillərin nömrələrinin üst-üstə düşməsi çox çətin rast gəlinə biləcək və artıq şübhələrə yol verməmək üçün də MMC-nin rəhbərliyi tərəfindən bilərəkdən edilməyəcək böyük təsadüf kimi görünür. “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində alınmış daşınmaz əmlaka aid fərdi məlumatın əldə edilməsinə dair “Təlimata” əsasən, tikinti qurumunun vəzifəli şəxsi hər bir satılm ış yaşayış və qeyri-yaşayış sahəsi barədə müvafiq məlumatı dərhal Daşınmaz Əmlakın Monitorinq Xidmətinə təqdim edir. Monitorinq Xidməti satılmış sahə barədə məlumatı elektron bazaya daxil edir və bu məxfi məlumatın alıcı tərəfindən şəxsən əldə edilməsi məqsədilə hər bir alıcıya fərdi istifadəçi adı və şifrə təyin edərək, onları plastik kartda əks etdirilmiş halda alıcıya təqdim edir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzillər və qeyri-yaşayış sahələri hazırda iddiaçının deyil, cavabdehlərin istifadəsində və sahibliyindədir. Mənzillərin fərdi istifadəçisini və şifrəsini təsdiq edən plastik kartlar iddiaçıya deyil, cavabdehlərə verilmişdir. “Ağ şəhər” layihəsi çərçivəsində “xxxx” MMC-nin “Mənzilim” monitorinq xidmətinin koordinatoru Qüdrət Şıxəliyevin sorğuy a cavab məktubunda 67 saylı mənzilin İddiaçı satılması barədə “xxxx” MMC tərəfindən “Mənzilim” monitorinq xidmətinə heç bir məlumat daxil olmadığı göstərilmişdir. Bu hallar cavabdehlərin mövqeyinin əsaslı olmasını bir daha təsdiq etmişdir. Bütün bunlardan əlavə, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 29.01.2018-ci il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı ona satılan mənzillərin başqasına satılmaqla aldadılması barədə şikayəti əsasında idarədə araşdırma aparılmış, hadisə ilə bağlı lazımi şəxslərin izahatları alınmışdır. “xxxx” MMCnin təsisçilərindən biri olan X4, onun tanışı X2, X9un tanışı olan və iddiaçı ilə görüşdüyünü bildirən X29, “xxxx” MMC-nin keçmiş direktoru X1un oğlu X26 öz izahatlarında bildirmişlər ki, İddiaçı X1a 500000 ABŞ dolları borc vermiş və bunun müqabilində bir neçə mənzil və qeyriyaşayış sahəsi girov qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi girov müqavilələrinin mübahisə predmeti olan əmlaklarla bağlı bağlanmasının təsdiq olunmadığını göstərsə də, məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəf də onunla “xxxx” MMC arasında başqa əmlaklarla bağlı bağlanmış hər hansı müqavilə təqdim edə bilməmişdir. İş materiallarında iddiaçının verdiyi borcları X1dan geri alması barədə qeydlər əks olunmuş sənədlər var. Həmin sənədlərə əsasən, iddiaçıya 394550 ABŞ dolları və 100000 manat məbləğində pul vəsaiti geri ödənilmişdir. MMC tərəfindən İddiaçı pulların ödənilməsi sonuncu ilə mənzillər və qeyri-yaşayış sahələrinin alqı-satqısı müqaviləsi bağlanandan sonra həyata keçirilmişdir. İddiaçının ödədiyi pulları geri alması onun həmin pulları mübahisəli əmlakların alınması üçün ödədiyini şübhə altına almışdır. Digər tərəfdən, “xxxx” MMC-nin mərhum direktoru X1 29.06.2017-ci il tarixdə vəfat edənədək iddiaçının cavabdehlərə qarşı heç bir tələbi olmamışdır. Bütün bu qeyd edilənlər, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilələrin görünüş üçün bağlanması ehtimalını gücləndirir. Apellyasiya instansiyası məhkəməsi müqavilələrin tarixi ilə bağlı qeyd etmişdir ki, X22 ilə “xxxx” MMC arasında 67 saylı mənzilə dair müqavilə 18.11.2014-cü il tarixdə bağlansa da, həmin müqavilə əslində mövcud müqavilənin tərəfinin dəyişməsi qaydasında bağlanmışdır. Belə ki, “xxxx” MMC ilə X31 arasında bağlanmış 130 nömrəli 27.09.2014-cü il tarixli müqa vilədən görünür ki, 67 saylı mənzil 27.09.2014-cü il tarixdə X10ya satılmışdır. Daha sonra, X10 mənzildən imtina etdiyinə və mənzilin X11 adına dəyişdirilməsinə etiraz etmədiyinə görə mənzilə dair X22 ilə müqavilə bağlanmışdır. Göründüyü kimi “xxxx” MMC ilə iddiaçı arasında 06.11.2014-cü il tarixli müqavilə bağlanmazdan əvvəl X10 ilə belə müqavilə bağlanmışdır. Belə olan halda, iddiaçının müqaviləsinin tarixinin daha əvvəl olması ilə əlaqədar X22 ilə bağlanmış müqaviləni etibarsız hesab etmiş birinci instansiya məhkəməsi iş üzrə düzgün qənaətə gəlməmişdir. Eyni zamanda, iddiaçı ilə müqavilə bağlanan zaman artıq MMC-nin həmin mənzilə hüququ yox idi. Çünki 67 saylı mənzil artıq X10ya satılmışdı və onun məlumatı və razılığı olmadan mənzilin iddiaçıya satılması barədə müqavilə bağlana bilməzdi. Bu qanunvericiliyin tələblərinin pozulması deməkdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında mübahisəli əmlaklar barədə bağlanmış müqavilələr görünüş üçün bağlandığından və qanunvericiliyin tələbləri pozulmaqla bağlandığı üçün etibarsızdır. Qarşılıqlı iddia əsaslıdır. İlk iddia isə “müqavilələrin etibarsız hesab edilməsi” hissəsində əsassızdır. Belə ki, cavabdehlərlə “xxxx” MMC arasında ayrı-ayrı vaxtlarda bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin Mülki Məcəllənin 178-ci maddəsinə istinad edərək iddiaçının sahiblik və istifadə hüququ mənzillərə görə pulları ödədikdən sonra yarandığı üçün “iddiaçının və ailə üzvlərinin mənzilə köçürülm əsi” hissəsində ilk iddianı əsassız hesab etmişdir. Mülki Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2.). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (maddə 178.8.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin bu qətnaət i ilə bağlı qeyd etmişdir ki, ilk iddianı müzakirə edilən hissədə rədd etməkdə haqlı olsa da, bunu düzgün əsasla etməmişdir. Belə ki, ilk iddia müqavilələrin etibarsız hesab edilməsi hissəsində əsassız olduğu üçün, əksinə iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilələr etibarsız, cavabdehlər ilə “xxxx” MMC arasında bağlanmış müqavilələr isə etibarlı sayıldığından ilk iddia müzakirə edilən hissədə də əsassız hesab edilməlidir. Çünki iddiaçı ilə bağlanmış müqavilələr etibarsız hesab edildiyindən onun mübahisəli əmlaklara hər hansı hüququnun olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, ilk iddia ərizəsində iddiaçının hansı mənzilə köçmək istəməsi dəqiq göstərilmədiyi üçün ilk iddianın həmin hissəsi qeyri-müəyyəndir və məhkəmə tərəfindən eyni vaxtda bir neçə mənzilə köçürülməsi mümkün deyildir. Bundan başqa, iddiaçının ailə üzvlərinin əvəzindən mənzilə köçürülmə tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən ilk iddianın “mənzilə köçürülmə” hissəsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi bu qənaətini düzgün hesab etsə də, hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün qeyd olunan qeyri-müəyyənliyi iddiaçı tərəfdən aydınlaşdırmaq imkanına malik idi. Lakin artıq məhkəmə tərəfindən iddiaçının mübahisəli mənzillərə hər hansı hüququnun olmadığı müəyyən edildiyindən məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05. 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətl ərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, həm öz adından, həm də ailə üzvləri adından mənzilə köçürülmə bar ədə iddianı irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik olmadığından ilk iddia “mənzilə köçürülmə” hissəsində də əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdehlər tərəfindən 51 və 67 saylı mənzillər boşaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia “mənzilin ona təhvil verilməsinə məcbur edilməsi” hissəsi qismən əsaslıdır və yalnız 51 və 67 saylı mənzillər iddiaçıya təhvil verilməlidir, lakin Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məcburi xarakter daşıdığından mənzillər təhvil verilməli olsa da, “xxxx” MMC-nin üzərinə məcbur etmə vəzifəsinin qoyulmasına zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi bu mövqeyi ilə də razılaşmayaraq hesab etmişd ir ki, “mənzillərin boşaldılması və “xxxx” MMC-nin mənzillərin iddiaçıya təhvil verilməsinə məcbur edilməsi” hissəsində də ilk iddia iddiaçının mənzillərlə bağlı belə tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə tamamilə rədd edilməlidir. Birinci instansiya məhkəməsi aşağıdakı qanunvericilik normalarına istinad edərək ilk iddianın “vurulmuş zərərin əvəzinin ödənilməsi” hissəsini sübuta yetmədiyi üçün əsassız hesab etmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nü fuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda k ompensasiya edilir. Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın “vurulmuş zərərin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də, ilk iddianın müzakirə edilən hissəsini sübuta yetməməsi əsası ilə deyil, iddiaçının mübahisəli əmlaklara aidiyyətinin olmadığı müəyyən edildiyi üçün onun həmin əmlakları kirayə verib gəlir götürmək kimi bir imkanının da istisna olması əsası ilə rədd etməli idi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin qarşılıqlı iddia üzrə müqavilələrin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətinin keçməsi ilə bağlı mövqeyini də düzgün hesab etməyərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu and an bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.). Cavabdeh MMC tərəfindən irəli sürülmüş qarşılıqlı tələbdən görünür ki, həmin tələb müqavilənin etibarsız hesab olunması ilə bağlıdır. Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Mübahisələndirilən, yəni iddiaçı ilə bağlanmış müqavilələr “xxxx” MMC-nin həmin dövrdə təsisçisi olan X1 tərəfindən imzalan mışdır. X1 20.06.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçıya mübahisələndirilən əmlaklara görə formal müqavilələrin verilməsi MMC-nin hazırki təsisçisi Coşqun Nəcəfova 2017-ci ilin axırlarında məlum olmuş və bundan sonra 2018-ci ilin iyul ayında qarşılıqlı iddianı irəli sürmüşdür. Bu hal X11un Xətai RPİ-nin İstintaq Şöbəsinə verdiyi izahatda da öz əksini tapmışdır. Belə olan halda, “xxxx” MMC tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət keçməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçıla “xxxx” MMC arasında mənzillərin və qeyri-yaşayış sahələrinin alqı-satqısına dair bağlanmış müqavilələrin etibarsız hesab olunması, həmin müqavilələrin hüquqi nəticələrə səbəb olmaması haqqında apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı omuş, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun qənaətə gəlm işdir. Lakin bu hal İddiaçı “xxxx” MMC ilə bağlanmış borc müqavilələri üzrə öhdəliklərin icrasının tələb etmək hüququnu istisna etmir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı nun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11043/2018 nömrəli iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar