Məhkəmə qərarları › İş №2(102)-3772/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3772/2019

03.06.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3772/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Şirkətinin vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli 2(103)11379/2018 nömrəli qətnaməsindən İddiaçı Şirkətinin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Ş.Məhərrəmova) 29.05.20 18-ci il tarixli 2(001)-237/2018 nömrəli qətnaməsi ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin neft xəttinin təhlükəsizlik zolağı və şirkətin ərazi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin onun hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Şamayev) 23.11.2018-ci il tarixli 2(103)-1137 9/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı Şirkətinin vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Şirkəti Cavabdeh qarşı “1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikili sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 18.01.2012-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılaraq cavabdehin hesabına söklüməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Şirkətinin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı Şirkət mübahisəli özbaşına tikilinin cavabdeh tərəfindən inşa edildiyini və həmin tikilinin ona məxsus olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək iş materiallarına əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikas ının MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Lakin apelyasiya məhkəməsi həmin maddələrin tələblərini iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, Şirkət işə birinci instansiya məhkəməsində baxılarkən mübahisəli tikilinin cavabdeh tərəfindən inşa edilməsini təsdiq edən bütün sübutlarını iş materiallarına əlavə etmişdir. Belə ki, Şirkət hələ 2009-cu ildə sözügedən ərazisi hüdudları daxilində mövcud olan qanunsuz tikililərlə bağlı monitorinq keçirən zaman 1 saylı mədənin ərazisində, 130259 və 130284 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində tikinti işləri aparıldığını aşkar etmiş və həmin tikililərin kimə məxsus olması müəyyən edilərkən hazırki iş üzrə cavabdeh torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsinin ****** saylı, 14.11.2007-ci il tarixli sərəncamı ilə vətəndaş X3 ayrıldığını, bundan sonra AR-İ ****** nömrəli, 05.02.2009-cu il tarixli etibarnamə əsasında onun tərəfindən satın alındığını bildirmiş, Bələdiyyə sərəncamının və etibarnamənin surətini təqdim etmişdir. Bundan sonra Şirkət həm inşa edilmiş tikilini Binəqədi rayon Məhkəməsində, həm də cavabdehin təqdim etdiyi torpaq sahəsinə dair Bələdiyyə sərəncamını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirmişdir. Hazırda Şirkətin iddia tələbi üzrə “Binəqədi qəsəbə X1 torpaq sahəsinin ayrılması haqqında 2632 saylı, 14.11.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi”nə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2643/2012 saylı, 16.11.2012-ci il tarixli qanuni qüvvəsini almış Qərarı mövcuddur. Göründüyü kimi, Şirkət prosessual qanunvericiliklə üzərinə düşən vəz ifələri yerinə yetirmiş və iddiasını əsaslandırmışdır. Apellyasiya məhkəməsi cavabdehin birinci instansiya məhkəməsində iştirak etməməsini üzrlü səbəb olmayan hal kimi qəbul etmiş, birinci instansiya məhkəməsində çəkişmə prinsipinə riayət edilməsi nəticəsinə gəlmişdir. Belə olan halda apellyasia məhkəməsinin cavabdehin apelyasiya baxışında irəli sürdüyü yeni dəlilləri və sübutları əsas kimi qəbul edərək iddianın rədd edilməsi qənaətinə gəlməsi əsassızdır və Azərbaycan Respublikasının MPM-nin 371-ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə, apelyasiya məhkəməsi maddi hüquq pozuntusuna da yol vermiş, cavabdehin formal mülahizələri əsasında Qanunla Şirkətin istifadəsinə verilmiş Saziş ərazisinin cavabdeh tərəfindən mənimsənilməsinə göz yummuşdur. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli 2(103)-11379/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şirkətinin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstəril ən qaydada həll edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti bu hissədə əsaslıdır. Belə ki, işin mübahisəsiz hallarından biri ondan ibarətdir ki, mübahisəli ərazi cavabdehin mülkiyyətində olmamışdır. Lakin mülkiyyətində olmayan ərazidə məhz cavabdehin tikinti işləri aparması, mövcud tikilinin məhz cavabdehə aid olması və orada məhz cavabdehin yaşaması hazırda tərəflər arasında mübahisə doğurur. Bu səbəbdən də, iddiaçı Şirkət sübut etməlidir ki, 1) özbaşına tikili cavabdeh tərəfindən inşa etdirilmişdir; 2) həmin tikilidə hal-hazırda cavabdeh yaşayır; 3) iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmışdır. İddiaçı şirkət isə məhkəmələrə bu halları təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Halbuki, öz iddiasının əsası kimi istinad etdiyi bu halları sübuta yetirmək bilavasitə iddiaçının üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, müəyyən olunur ki, Mülki Məcəllənin 180-ci maddəsində nəzərdə tutulmuş əsaslar yaranmamışdır. İddiaçı Şirkətin mülkiyyət hüququnu pozan şəxsin Cavabdeh olması iş materialları ilə təsdiq edilmir. İddia əsassızdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məccəlləsinin 180-ci və Azərbaycan Respublikasının MPM-nin 14.2 və 77.1-ci maddələri ilə əsas landırmışdır. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, nəticədə cavabdehin iddiaçının hüququnu pozmaması əsası ilə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki, iş materiallarından da görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 2362/1 saylı, 14.11.2007-ci il tarixli sərəncamı ilə vətəndaş X3 Binəqədi qəsəbəsinin ərazisində istifadəsində olan 250 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış, H1 isə öz növbəsində həmin torpaq sahəsini 05.02.2009-cu il tarixdə etibarnamə əsasında Cavabdeh etibar etmiş, ona həmin etibarnamə ilə özünə ayrılmış 250 kv.m torpaq sahəsindən təyinatlı istifadə etməyi, DƏDRX-nin Bakı şəhər ərazi idarəsində nümayəndəsi olmağı, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 05.02.2029-cu il tarixədək etibar etmişdir. Binəqədi qəsəbə Bələdiyyəsinin ***** saylı, 14.11.2007-ci il tarixli sərəncamı ilə vətəndaş X3 ayrılmış torpaq sahəsinin iddiaçının göstərdiyi ****** və ******* saylı neft quyularının təhlükəsizlik zolağı daxilində yerləşməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2643/2012 saylı, 16.11.2012-ci il tarixli qanuni qüvvəsini almış Qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehə verilmiş etibarnamə üzrə səlahiyyətlərdən də görünür ki, torpaq sahəsi cavabdehə təyinatı üzrə istifadə etmək və daha geniş səlahiyyətlər vermişdir. Torpaq sahəsinin təyinatı da fərdi yaşayış evinin tikintisi olmuşdur. Buradan da aydın olur ki, cavabdeh etibarnamə əsasında həmin torpaq sahəsində tikinti aparmaq səlahiyyətinə malik olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin mübahisəli torpaq sahəsinin onun istifadəsində olmadığı, qeyd edilən ərazidə tikinti işləri aparmadığı, orada yaşamamadığı bildirməsi ilə kifayətlənmiş, onun iddianın rədd edilməsi barədə tələbinin əsasını təşkil edəcək hər hansı sübuta istinad etməmişdir. Bununla da apelyasiya instansiya məhkəməsi həm Azərbaycan Respublikasının MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuş, tətbiq edilməli olan maddi hüquq normalarını isə tətbiq etməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Binəqədi qəsəbə Bələdiyyəsinin 2362/1 saylı, 14.11.2007-ci il tarixli sərəncamı ilə torpaq sahəsi ayrılmış X4 işə cəlb etməmiş, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin tərəfindən inşa edilibedilmədiyini onun iştirakı ilə araşdırmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı he sab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərar ı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X5rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirkətinin vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli 2(103)-11379/2018 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar