Məhkəmə qərarları › İş №2(102)-3776/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3776/2019

03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3776/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(005)4880/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 17 iyun 2014-cü il tarixli AL-665 nömrəli daxili lizinq müqaviləsi üzrə hesablanmış 01 noyabr 2016-cı il tarixə 2716,28 manat məbləğində əsas borc, 1462,89 manat məbləğində mükafat borcu, 500 manat dəbbə pulu və 580 manat maddi zərər olmaqla, cəmi 5259,17 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2(103)-13292/2018 saylı qətnaməsi ilə (hakimlər R.Qurbanov sədrlik edən, məruzəçi, E.Nəbiyev və A.Hüseyn) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4880/2018 saylı mülki iş üzrə qəbul etdiyi 24 oktyabr 2018-ci il tarixli q ətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 iyun 2014- cü il tarixli AL-665 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 noyabr 2016-cı il tarixə 2716,28 manat əsas, 1462,89 manat mükafat və həmin günə hesablanmış 1993,61 manat dəbbə pulu, 580 manat dəymiş zərər olmaqla, cəmi 6752,78 manat borc vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şi kayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə bir sıra maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, iş üzrə mühüm əhəmiyyətli olan faktiki halları araşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlllərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildir iş göndərilmiş olsa da, tərəflər tərəf üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstə rə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17 iyun 2014-cü il tarixli **** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan və dəyəri 9500 manat təşkil edən “Samənd SE” markalı avtomobili 48 ay müddətinə Cavabdeh lizinqə vermişdir. İddiaçı bildirir ki, cavabdeh lizinq müqaviləsinə aid ödəniş cədvəli üzrə ödənişləri aparmamış və öz üzərinə düşən öhdəlikləri pozmuşdur. 01 noyabr 2016-cı il tarixdə avtomobil geri qaytarılmış və həmin tarixə onun əsas borcu 2716,28 manat, faiz borcu 1462,89 manat, cərimə borcu 1993,61 manat təşkil edir. Həmçinin avtomobili yararsız vəziyyətdə təhvil vermiş və onun təmirinə 580 manat pul vəsaiti tələb olunur. Apellyasiya instan siyası məhkəməsinin gədiyi nəticədən görünür ki, iddiaçının təqdim etdiyi servis mərkəzinin 20.02.2018-ci il tarixli qüsur aktına əsasən lizinq obyektinin təmiri üçün cəmi 580 manat pul vəsaiti tələb olunur. İddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsalıdır. Çünki Cavabdeh lizinq müqaviləsi üzrə müəyyən edilmiş qaydada ödənişlər etmədiyindən və lizinq predmetinin zərərdən qorunması öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı qeyd olunan normalara əsasən yaranmış borcun və zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, iddiaçının istinad etdiyi hallar lizinq müqaviləsinin şərtləri, müqaviləyə aid ödəniş cədvəli, maliyyə arayışı və qüsur aktında olan məlumatlarla təsdiq o lunur. Cavabdeh isə borcunun olmadığını və zərərin düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən, ilkin sübutları təqdim etməmişdir. Bundan başqa daxili lizinq müqaviləsinin 15.1.4-cü bəndinə əsasən, bu müqavilə lizinq verənin təşəbbüsü ilə o zaman pozula bilər ki, lizinq alan lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödəməsin. Bəndin məzmunundan da göründüyü kimi həmin bənd imperativ (məcburi) deyil, dispozitiv qaydada müəyyən edilmişdir. Yəni lizinq alan lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödəmədikdə lizinq verənin müqaviləni ləğv etmək vəzifəsi deyil, hüququ yaranır. Həmçinin məhkəmə bildirişləri cavabdehin rə smi qeydiyyatda olduğu ünvana göndərilmişdir.Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğundur. Mülki Məcəllənin 747.1 -ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın alma q hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-7.1 -ci maddəsinin tələblərinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Belə ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar