Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3779/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı vəkilləri X2 və Qasımov Sərdar Qədir oğlunun iştirakı ilə, Cavabdeh1 və üçüncü şəxs x3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2(011)8908/2017 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddianın qismən təmin olunması, Cavabdeh1 ilə MTK arasında mübahisəli qeyri-yaşayış sahələrinə dair ba ğlanmış 11.06.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mübahisəli qeyri-yaşayış sahələrinin MMC tərəfindən iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, MMC-dən 343.400 manatın alınaraq Cavabdeh1 ödənilməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5228/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, E.Nağıyeva, H.Həmidov) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5228/2018 saylı, 21 yanvar 2019-cu il tarixli əlavə qətnaməsi ilə (hakimlər: M.Məmmədov, E.Nağıyeva, H.Həmidov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və x3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC ilə x2 arasında Cavabdeh2 MTK tərəfindən inşa edilmiş, ünvan 1 yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 202 kv.m ölçülü sahənin alğı-satqısı barədə 29.07.2016-cı il tarixli “xxxx müqaviləsinin” etibarsız hesab edilməsi, 29.07.2016-cı il tarixli “xxxx müqavilə” üzrə x2 tərəfindən Cavabdeh2 MMC-yə ödənilmiş 440.400 manat məbləğində pulun MMC-dən tutularaq Ə.Əskərova ödənilməsi qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5228/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia t ələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Əsgərov Ələsgər Əziz oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5228/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, Cavabdeh2 Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK) ilə Cavabdeh1 arasında MTK-nın inşa etdirdiyi, ünvan 1 yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 128 kv.m və 74 kv.m ölçülü (ümumilikdə: 20 2 kv.m) sahələrin alğı-satqısı barədə 11.06.2008-ci il tarixli “xxxx müqavilənin” etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi və onun bu qeyri-yaşayış sahələrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MTK arasında 30.12.2010-cu il tarixdə bağlanmış “xxxx müqaviləyə” əsasən mübahisəli 128 kv.m qeyri-yaşayış sahəsi MTK tərəfindən iddiaçıya verilməli, iddiaçı isə həmin sahənin dəyəri olan 217.600 manatı MTK-ya ödəməlidir. Bundan başqa, iddiaçı ilə MTK arasında 24.06.2011-ci il tarixdə bağlanmış “xxxx müqaviləyə” əsasən mübahisəli 74 kv.m qeyri-yaşayış sahəsi MTK tərəfindən iddiaçıya verilməli, iddiaçı isə həmin sahənin dəyəri olan 118.400 manatı MTKya ödəməlidir. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib qeyri-yaşayış sahələrinin dəyərini MTK-ya tam həcmdə ödəmişdir. Bu hal MTK tərəfindən verilmiş maliyyə sənədləri ilə təsdiq edilir. Bundan bir müddət sonra MTK MMC-yə çevrilmişdir. MTK-nın hüquqi varisi cavabdeh MMC-dir və onun direktoru X1r. Bina hazırda tam tikilmişdir və mənzillərində yaşayış vardır, qeyri-yaşayış sahələrindən də istifadə olunur. İddiaçı da mübahisəli qeyri-yaşayış sahələrində təmir-tikinti işlərini görərək bu sahələrə köçmək istəyərkən ona məlum olmuşdur ki, naməlum şəxslər və cavabdeh tərəfindən ona məxsus sahədə özbaşına olaraq təmir-tikinti işləri aparılır. İddiaçının MMCnin direktor u x4a bir neçə dəfə müraciət etməsinə baxmayaraq, heç bir nəticə verməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ilə MTK arasında 11.06.2008-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanmış və həmin tarixli xxxxna əsasən sahənin müqavilə üzrə dəyəri olan 343.400 manat məbləğində pul onun tərəfindən tam ödənilmişdir. Cavabdeh1 MTK üzvlərinin 20.09.2017-ci il tarixli ümumi iclasının qərarına əsasən kooperativ üzvlüyünə qəbul olunmuşdur. İddiaçı hesab edir ki, Cavabdeh1la bağlanmış müqavilə etibarsızdır və saxta olaraq arxa tarixə tərtib olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5228/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Əsgərov Ələsgər Əziz oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5228/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkilləri İbrahi mov Taleh Vəli oğlu və Qasımov Sərdar Qədir oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İşdə olan MTK-nın sədri X.Bağışov ilə İddiaçı arasında bağlanmış 30.12.2010-cu il tarixli “xxxx” görünür ki, MTK dəyəri 217.600 manat müəyyən edilmiş 128 kv.m sahəsi olan mübahisəli qeyri-yaşayış sa həsini İddiaçı verməyi öhdəsinə götürmüşdür. İşdə olan 30.12.2010-cu il, 07.03.2011-ci il və 20.06.2011-ci il tarixli “Maliyyə arayışları” ilə 128 kv.m sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən MTK-ya tam olaraq ödənilməsi öz təsdiqini tapır. İşdə olan MTK-nın sədri X.Bağışov ilə İddiaçı arasında bağlanmış 24.06.2011-ci il tarixli “xxxx” görünür ki, MTK dəyəri 118.400 manat müəyyən edilmiş 74 kv.m sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İşdə olan 13.08.2011-ci il, 03.12.2011-ci il və 12.03.2014-cü il tarixli “Maliyyə arayışları” ilə 74 kv.m sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən MTK-ya tam olaraq ödənilməsi öz təsdiqini tapır. İşdə olan MTK-nın sədri x4 ilə Cavabdeh1 arasınd a bağlanmış 11.06.2008-ci il tarixli “xxxx” görünür ki, MTK dəyəri 343.400 manat müəyyən edilmiş 202 kv.m sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsini Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür. İşdə olan 11.06.2008-ci il tarixli “xxxx” ilə mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh1 tərəfindən MTK-ya tam olaraq ödənilməsi öz təsdiqini tapır. İşdə olan “MTK-nın üzvlüyünə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə” kooperativ üzvlərinin ümumi yığıncağının 20.09.2008-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 kooperativ üzvlüyünə qəbul olunması, ona razılıq yolu ilə MTK-nın mübahisəli qeyriyaşayış sahəsinin ayrılmasının təmin edilməsi qərara alınmışdır. İşdə olan 29.07.2016-cı il tarixli “xxxx” xxxx görü nür ki, bu müqavilə MMC-nin sədri x4 ilə Ə.Əskərov arasında eyni 202 kv.m ölçülü qeyri-yaşayış sahəsinə dair bağlanmışdır. Bu müqaviləyə əsasən Ə.Əskərov üzərinə öhdəlik götürmüşdür ki, qeyri-yaşayış sahəsinin dəyəri olan 444.400 manat məbləğində pulu MMC-yə ödəməlidir. MMC isə üzərinə öhdəlik götürmüşdür ki, qeyd edilən pul məbləği MMC-yə ödənildikdən sonra həmin sahəni Ə.Əskərova təhvil verməlidir. İşdə olan 29.07.2016-cı il tarixli “xxxxndan” görünür ki, Ə.Əskərov 202 kv.m ölçülü qeyri-yaşayış sahəsinin dəyəri olan 444.400 manat məbləğində pulu MMC-ya ödəmişdir. İşdə olan Ə.Əsgərov ilə MTK arasında bağlanmış müqavilədə göstərilən 202 kv.m sahə, iddiaçının tələb etdiyi 128 kv.m və 74 kv.m ölçülü (ümumilikdə: 202 kv.m) sahələr ilə eyni qeyri-yaşayış sahələridir. İddiaçı ilə MTK arasında 3 0.12.2010-cu il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir və iddiaçı həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı və cavabdeh MTK arasında müqavilənin bağlandığı 30.12.2010-cu il tarixdən həmin əmlak MTK-ya məxsus olmamışdır. Belə olan halda hesab edilməlidir ki, qeyd edilən tarixdən MTK, özünə məxsus olmayan əmlak üzərində sərəncam vermək hüququnu da itirmişdir. Çünki, Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə, yalnız mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa malikdir. Ə.Əsgərovla müqavilə bağlanan zaman MTK ona məxsus olmayan əmlaka sərəncam vermək, onu satmaq hüququna malik olmadığından, başqasına məxsus əmlakla əlaqədar bağlanmış müqavilə etibarsızdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-715/14 saylı cinayət işinin materiallarından surəti çıxarılmış sərbəst auditor A.Nuriyev, MTK-nın sabiq sədri x4, MTK-nın sabiq baş mühasibi Z.Səfərov və MTK-nın təsisçisi E.Bağırov tərəfindən tərtib edilmiş 26.02.2014-cü il tarixli aktdan və həmin şəxslər tərəfindən təsdiq edilmiş 07.10.2005-01.01.2014-cü illəri əhatə edən cədvəlin surətindən görünür ki, həmin cədvəldə 128 kv.m sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsini 30.12.2010-cu il tarixli müqavilə üzrə, sahəsi 74 kv.m olan mübahisəli qeyri-yaşayış sahəsini isə 24.06.2011-ci il tarixli müqavilə üzrə İddiaçı aldığı göstərilmişdir. İşdə olan iddiaçı ilə MMC-nin sədri x4 arasında bağlanmış 10.08.2017-ci il tarixli “xxxx” görünür ki, MTK mübahisəli qeyri-yaşayış sahələrini İddiaçı istifadəsinə və sahibliyinə verməyi, iddiaçı isə bunun əvəzində 404.000 manat məbləğində pulu və ya 1 tonu 110 manat olmaqla 3672 ton “Norm” və ya “Holcim” istehsalı olan klinkerini yüksək keyfiyyətli “550” marka keyfiyyət sertifikatı ilə birlikdə və ya 1 tonu 100 manat olmaqla 4.040 ton olan “500” marka keyfiyyət sertifikatı ilə birlikdə sement məhsulunu çatdırılma da daxil olmaqla 90 gün müddətində sözügedən qeyri-yaşayış sahələrinin əvəzinə MTK-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 ilə MTK arasında bağlanmış müqavilədə göstərilən 202 kv.m sahə, iddiaçının tələb etdiyi 128 kv.m və 74 kv.m ölçülü (ümum ilikdə: 202 kv.m) sahələr ilə eyni qeyri-yaşayış sahələridir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.01.2008-ci il tarixli, 1632 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş MTK-nın Cavabdeh1 adına 11.06.2008-ci il tarixli müqavilədə və eyni tarixli xxxxnda, 20.09.2008-ci il tarixli Protokolundan çıxarışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş MTK-nın Cavabdeh1 adına 11.06.2008-ci il tarixli müqavilədə və eyni tarixli xxxxnda, 20.09.2008-ci il tarixli Protokolundan çıxarışda olan “x4” sözünün qarşısındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş MTK-nın Cavabdeh1 adına 11.06.2008-ci il tarixli müqavilədə və e yni tarixli xxxxnda, 20.09.2008-ci il tarixli Protokolundan çıxarışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş MTK-nın möhürünün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi 11.06.2008-ci il tarixli “xxxx müqavilədə”, “xxxxnda”xxxx“MTK-nın üzvlüyünə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 20.09.2008-ci il tarixli iclasının 06 nömrəli protokolundan çıxarışda” olan möhürün əkslərinin MTK-ya həmin ərəfədə məxsus möhür ilə eynilik təşkil edib-etməməsinin araşdırılmasının tərəflər arasındakı mübahisənin həlli üçün əhəmiyyətli olmasını nəzərə alaraq 27.08.2018-ci il tarixdə qəbul etdiyi qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizasının təyin olunmasını qərara almış və Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə 07.12.2018-ci il tarixli 27684 saylı rəyini almışdır. Həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş 11.06.2008-ci il tarixli müqavilə, xxxx və protokoldan çıxarışda olan möhür əksi relyef klişe vasitəsilə vurulmuşdur. Həmin möhür əksləri ekspertizaya təqdim olunmuş MTK-nın üzvlərinin 02.05.2008-ci il tarixli qərarında, 20.11.2008-ci il tarixli qərarında, MTK üzvlərinin Ümumi Yığıncağının 20.11.2008-ci il tarixli protokolunda, 07.11.2005-ci il tarixdə, 0105-P16444122 nömrə ilə Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə Bakı Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış (indiki dövlət qeydiyyat nömrəsi – VÖEN **********) MTK-nın nizamnaməsinə edilmiş dəyişikliklərdə, Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizəni n davamında olan «AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi “Yüksəliş – C.”» məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxtdan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etibarsızdır (maddə 337.4.). Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci ma ddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. MPM-nin 77.1 maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən olunur ki, MTK tərəfindən Cavabdeh1 adına verilmiş 11.06.2008-ci il tarixli müqavilə üzrə möhür əksləri ekspertizaya təqdim edilmiş MTK-nın möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. İddiaçı ilə MTK arasında 30.12.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir və iddiaçı həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi MTK ilə Cavabdeh1 arasında b ağlanmış 11.06.2008-ci il tarixli müqaviləni etibarsız hesab etməklə, qeyri-yaşayış sahələrinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı maneələrin aradan qaldırılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində iddianı təmin etməkləxxxxqeyri-yaşayış sahələrinə köçürülmə hissəsində isə yaşayış sahəsi olmadığı üçün rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, 11.06.2008-ci il tarixli müqavilə üzrə MTK-nın Cavabdeh1 343.400 manat alması müəyyən olunduğundan tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə normalar tətbiq olunmalıdır. Bununla bağlı Rayon Məhkəməsi müqavilə üzrə ödənilmiş 343.400 manat məbləğində pulu MTK-dan Cavabdeh1 xeyrinə tutmaqla qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh olunanları nəzərə alan m əhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və x3 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3779/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3779/2019
30.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver