Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3780/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar Məmmədov Vidadi Musa oğlu, Nəbiyev Əbdürrəhim Səməd oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə Rayon X11 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi və yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, İddiaçı1 Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-673/2023 saylı iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə kəndin ümumi yoluna cavabdehlərin qanunsuz müdaxilə etmələri iddiası ilə bağlıdır.
2. İddiaya mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
3. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 372, 373 və 374 saylı arayışlara əsasən, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bərdə rayon Yeni Əyricə kəndində yaşayırlar.
4. Həmin Nümayəndəliyin xx.xx.2021ci il tarixli, 401 saylı arayışına əsasən, Quliyeva X10 rayon Yeni Əyricə kəndində yaşayır.
5. Cavabdeh1 onun qaynatasıdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 Hafis qızının tam mülkiyyətindədir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 11 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: İddiaçı1 İsa oğlunun iddia ərizəsində qeyd edilən yol hal-hazırda naturada mövcuddur; Cavabdeh1 mülkiyyətinə **********66-10301 reyestr nömrəli Çıxarışla 0.15 torpaq sahəsi verilsədə fakt natur ada istifadəsində 0.1733 ha torpaq sahəsi vardır. Cavabdeh naturada mübahisəli yolla istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında mövcud olan su arxına tərəfə artıraraq yarımçıq tikili və mişar daşı ilə hasar çəkmişdir; cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri, koordinatları naturada təyin edilərək Hüquqi subyekt kimi Cavabdeh2 **********66-10301 reyestr nömrəsi ilə adına qeydiyyata alınmış Texniki pasportdakı həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri ilə müqayisə edildi. Texniki pasportda koordinat göstəriciləri əks olunmadığından yalnız mübahisələndirilən həyətin faktiki en və uzunluq ölçüləri ilə Texniki pasportda göstərilən həyətin en və uzunluq ölçüləri arasında fərqi təyin etmək mümkündür. Belə ki, Texniki pasportda göstərilən həyətin şimal i-qərb hissəsi 30.15 m göstərilib, lakin naturada isə həmin həyətin şimali-qərb tərəfinin uzunluğu 35.0 m-dir. Texniki pasportdakı planda göstərilən həyətin cənub-şərq tərəfinin uzunluğu 31.2 m-dir, lakin naturada həmin tərəfin uzunluq ölçüsü 36.10 m-dir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayon Yeni əyricə kəndində yerləşən torpaq sahəsində tikilən tövlənin 4.70 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən kənara çıxmışdır.
9. X6 məhkəməyə ünvanlanmış məktubundan görünür ki, mübahisəli yol iddiaçıların hərəkətinə maneçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur. a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulmasına, cavabdehin qanunsuz olaraq tikmiş olduğu tikilinin dayandırılmasına, sökülməsinə və yolun açılmasına dair qanuni qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onlar Bərdə rayon Yeni Əricə kəndində yaşayırlar. Yeni Əyricə kənd Bələdiyyəsi tərəfindən onların mülkiyyətinə, ümumi istifadəsinə verilmişdir. Lakin Bərdə rayon Yeni Əyricə kənd sakini hazırki iş üzrə Cavabdeh1 uzun müddətdir ki, onların istifadəsində olan torpaq sahəsinin 130 kv.m yolunu zəbt etmiş və hal-hazırda orada qanunsuz tikinti iş ləri aparır. Cavabdehin ailə üzvlərinin adına 15 sot torpaq sahəsi olmasına baxmayaraq əlavə olaraq da yola aid olan hissənin 130 kv.m hissəsini zəbt etmişdir. Cavabdeh1 onların icazəsi olmadan orada qanunsuz olaraq tikinti işləri aparır. Dəfələrlə belə bir hərəkətin etməməsini bildirsələr də heç bir faydası olmamışdır. Cavabdehin etdiyi hərəkət nəticəsində isə onların gediş-gəliş yolunda maneçilik yaranmışdır. Onlar gediş-gəliş yolundan rahat istifadə edə bilmirlər. Bundan əlavə, yolda suvarma məqsədi ilə istifadə olunan arxın mövcudluğu və torpaq sahəsinin yol kəsişməsində yerləşməsi həmin yolda avtomobillərin, yük maşınlarının, kənd təsərrüfatı texnikalarının və mal-qaralarının təhlükəsiz hərəkətlərinə mane olur. Hər hansı bir hadisə baş verərsə iki avtomobilin hərəkətində maneçilik yar anır. Kənd bələdiyyəsinə isə bu barədə məlumat verdikdə “mənlik heç bir şey yoxdur ne edirsiz özünüz edin” deyə bildirir. Bununla bağlı Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdə isə heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələri Təşkili üzrə Dövlət Dövlət Komitəsi yanında X1 Agentliyi tərəfindən baxılmış, həmin ərazinin ümumi istifadə olan yola aid olduğu təyin edilmiş, yerli icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə qanunsuz zəbt və tikinti faktının aşkarlanması ilə bağlı AKT tərtib edilmişdir.
12. Bərdə rayon Məhkəməsinin 2(021)151/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Bərdə rayon X11 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur.
13. Məhkəmə iclasında Cavabdeh1, habelə Cavabdeh 2 nümayəndəsi X8 iddianın rədd olunmasını xahiş etmişdir.
14. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 sədri Z.Əhmədovun məhkəməyə ünvanlanmış məktubundan görünür ki, mübahisəli yolun iddiaçıların hərəkətinə maneçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur.
15. Yerli baxış protokoluna əsasən, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsində yarımçıq tikili olan tövlə tikilmişdir. İddiaçılar iddia edirlər ki, həmin tikiliyə görə yol daralmışdır. Məhkəmə müəyyən etdi ki, həmin yol ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhədinin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır.
16. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, gedən yol kifayət qədər geniş olmaqla gediş-gəliş istiqamətində hər iki maşın yanaşı olduğu təqdirdə rahatlıqa hərəkət edə bilərlər.
17. Bərdə rayon Məhkəməsinin (hakim Q.M. Əbilov) 2(021)-151/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon X4rşı “tikilinin sökülməsi və yolun açılması” tələbinə dair iddiaları təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəyə aid olan torpaqlardır. Bu iddianın irəli sürülməsi üçün birbaşa subyektiv hüquq bələdiyyə məxsusdur. Məhkəmə iddiaçıların iddia tələbinə münasibətdə qeyd edir ki, onlar neqator iddia hüququndan istifadə edərək hazırkı iddianı irəli sürmüşlər. Yeni Əyricə kəndində həmin yoldan təkcə iddiaçılar deyil, bütün kənd əhalisi istifadə edir. Digər hər hansı şəxslərin həmin iddia ilə bağlı müraciətləri olmamışdır. Belə olan halda məhkəmə Cavabdeh1 məhkəmə iclasında verdiyi ifadəsini də işin hallarına münasibətdə qiymət verməyi zəruri bilir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, həmin torpaq sahəsini təzə almışlar. Onlar həmin kənddə amma başqa ərazidə yaşayırlar. İddiaçılardan İddiaçı1 da ona bildirmişdir ki, həmin torpağı o almaq istəyib, lakin bələdiyyə ona satmadığından İddiaçı1 onlara orada məskunlaşmağa imkan verməyəcəyini bildirmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 7-ci maddəsinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasinin Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 152.1, 170.1, 170.2, 157.4, 425.1, 560.1, 560.2, 560.3-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 106.1, 115.0.1-ci maddəsinə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti verərək, Bərdə rayon Məhkəməsinin 2(021)-151/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L. S. Süleymanov və A. H. Hüseynzadə) 2(104)-673/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların tikilinin sökülməsi və yolun açılmasını tələb etdiyi ümumi istifadədə olan yolun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Şəxslər mə hkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Bu baxımdan araşdırılmalı olan hallardan biri də iddiaçının müvafiq iddia ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasıdır. Burdan belə nəticəyə gəlmək olur ki, mübahisəli torpaq sahəsinin buraxılması barədə iddia vermə hüququ bələdiyyəyə məxsusdur. Lakin bələdiyyə tərəfindən iddia qaldırılmaması, tikilinin sökülməsi və yolun açılması üçün iddiaçının özü tərəfindən iddia verməsinə mane olan hal deyildir. Mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması üçün mülkiyyətçinin məhkəmə müdafiəsindən istifadə etməsi üçün hər hansı məhdudiyyət qoyulması yolverilməzdir. Bu cür məhdudiyyətlər yalnız qanunvericilikdə bilavasitə mü əyyən olunduğu hallarda nəzərdən keçirilə və mülkiyyət hüququnun konstitusiya əhəmiyyəti baxımından qiymətləndirilə bilər. İşdə cavabdehlər tərəfindən iddiaçılara məxsus hər hansı torpaq sahəsinin zəbt olunması və ya kəndin ümumi istifadəsində olan yola maneələr törədilməsi sübut olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edib ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 170.2-ci maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47 -ci maddəsinin 3-cü və 7-ci hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İ. Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası MPM-nin 4.1, 14.2, 77.1, 106.1 maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçılar İddiaçı1, İddiaçı3 (nümayəndəsi və vəkili X12) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-673/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya işə baxarkən iddia tələbinin əsaslandırıldığı və məhkəmə araşdırmasına təqdim edilmiş sü butları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da iddiaçıların qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. İş materiallarında cavabdehin X6 mülkiyyətində olan 0.225 ha torpaq sahəsini qanuni yollla əldə edilməsi ilə bağlı heç bir sənəd yoxdur əksinə həmin yolun bələdi yyənin mülkiyyətində olması ilə bağlı kifayət qədər sübutlar mövcuddur. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Qanunvericiliyin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır lakin məhkəmə heçbir ciddi əsaslandırma etmədən sadəcə cavabdehin formal mülahizələrə əsaslanıb qiymət verərək qərar çıxarmışdır. Məhkəmə bir tərəfdən, yalnız cavabdehin formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb. Digər tərəfd ən, qanunvericiliyin tələblərini pozaraq, iddiaçıların istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib.
26. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 6.6, 7.2, 16.1,16.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan “Avtomobil yolları haqqında” Qanunun 13-cü maddəsinə, MPM-nin 14.1,14.2, 88, 217.1,217.3, 220.4, 418-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
28. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verili r. İnsan Hüquqlarının və X5 X3:
29. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikint i normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəti cələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
37. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam ol madıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
38. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
39. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Kollegiya aşağıdakılara əsasən hesab edir ki,iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməmişdir.
46. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitəl ərinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. İddiaçılar tələblərini iddia ərizəsində belə əsaslandırmışlar ki, cavabdehlərin qanunsuz tikililərlə kəndin yoluna aid hissəni zəbt etməsi nəticəsində onların gediş-gəliş yollarında maneçilik yaranmış, həmin yoldan rahat istifadə edə bilmirlər. Yolda su arxının mövcudluğu və mübahisəli sahənin yol kəsişməsində yerləşməsi orada avtomobillərin, yük maşınlarının, kənd təsərrüfatı texnikası və mal-qaranın təhlükəsiz hərəkətinə mane olur (§ 11).
48. Cavabdehlər və üçüncü şəxs mübahisəli tikilinin yerləşdiyi sahənin bələdiyyəyə məxsus olmaqla kə ndin yoluna aidiyyəti olmadığını və iddiaçıların hüquqlarını pozmadığını bildirirlər (§ 13-14).
49. İşin yuxarıda qeyd olunan halları nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4 və 180.4-cü maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaş ına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (§ 30-32).
50. Belə olan halda, hazırkı mübahisənin düzgün həlli üçün mübahisəli tikililərlə ümumi istifadədə olan yola müdaxilə edilib-edilməməsinin ixtisaslı şəxslərin rəyi ilə müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb etmişdir.
51. Bu məqsədlə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edərək sözügedən yolun zəbt olunub-olunmaması, əgər olunmuşsa yolun nə qədər sahəsinin, kim tərəfindən zəbt edilməsini müəyyənləşdirməyi Əmlak Məsələləri Dövlət Xidmətinə h əvalə etmişdir.
52. Həmin Xidmətin "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 11 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən yol hal-hazırda naturada mövcuddur, Cavabdeh1 mülkiyyətinə **********66-10301 reyestr nömrəli çıxarışla 0.15 torpaq sahəsi verilsə də, fakt naturada istifadəsində 0.1733 ha torpaq sahəsi vardır. Cavabdeh naturada mübahisəli yolla istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında mövcud olan su arxına tərəfə artıraraq yarımçıq tikili və mişar daşı ilə hasar çəkmişdir.
53. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayon Yeni əyricə kəndində yerləşən torpaq sahəsində t ikilən tövlənin 4.70 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən kənara çıxmışdır.
54. Beləliklə, yuxarıda qeyd olunan rəylərlə, cavabdehin mülkiyyətində olan sahədən yola tərəf 4.70 metr hissədə artırma edərək tikili inşa etdiyi təsdiqlənsə də, həmin sahənin bələdiyyə torpağı olması, tikililərin yola aidiyyətinin olmamasına dair bələdiyyənin məlumatına, yolun kifayət qədər geniş olması barədə yerli baxış protokoluna istinadən iddia rədd edilmişdir.
55. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, yolun zəbt olunub-olunmaması, əgər olunmuşsa yolun nə qədər sahəsinin kim tərəfindən zəbt edilməsi barədə ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Bu hal iddiaçıların tələblərinin əsası kimi irəli sürdükləri dəlillərə mötəbər və kifayətedici sübut larla hüquqi qiymət verilmədiyinə dəlalət edir.
56. Halbuki, ekspertin rəyinin zəruri olmasına baxmayaraq, həmin rəy kifayət qədər aydın və ya tam olmadıqda, ekspertin rəyi ilə razılaşmadıqda məhkəmə əlavə ekspertiza keçirməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi digər şəraiti yaratmalı, zəruri olduqda mütəxəssisin məsləhəti və şərhini dinləməli, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır (§ 33, 35-41).
57. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
58. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 28-29).
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi a rqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
60. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar ə laqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
61. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
62. Təkrar apellyasiya baxışında işin düzgün həlli üçün mübahisəli tikilinin yerləşdiyi yerdə yolun müvafiq kadastr və plan-cizgi sənədlərindəki ölçüləri (eni və digər göstəriciləri) müəyyən edilməli, mübahisəli tikililərin yolu zəbt edib-etməməs i, əgər etmişsə yola müdaxilənin hansı həcmdə olması, iddiaçıların irəli sürdükləri dəlillərin təsdiq olunubolunmaması və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı və təqdim etdikləri sübutlar əsasında, çəkişmə prinsipinə uyğun qaydada tam və hərtərəfli araşdırılmalı, zəruri olduqda əlavə ekspertiza keçirilməsi, mütəxəssis dəvət olunması müzakirə edilməli, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla iddia tələblərinə və cavabdeh tərəfin etirazlarına əsaslandırılmış şəkildə hüquqi qiymət verilməlidir.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-673/2023 saylı iş üzrə 11 apre l 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.