Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3781/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı 1nın cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və AR ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3781/21 (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və mirasın paylara bölünməsi) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı 1nın, vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(104)-2321/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı 1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 1 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və AR ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vəəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın paylara bölünməsi, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən 1970-ci il tarixdə tikilmiş 2 mərtəbəli, 4 otaqlı, 107.3 kv.m yaşayış, 121.3 kv.m köməkçi, 228.6 kv.m ümumi sa hədən ibarət fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsindən onun payı hissəsinə, Torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə (JN-0006, KOD ********) 0.71 ha kənd təsərrüfatlı torpaq sahəsində olan payı hissəsinə vərəsəliyin müəyyən olunaraq paylarının anası ilə onun arasında bölünməsi, Ağstafa rayon dövlət notariat kontorundan 11.02.2008-ci il tarixli, 2v-12 reyestr nömrəsi ilə cavabdeh X4 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, AR DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən 18.03.20008-ci il tarixli, **********57-10301 reyestr nömrəsi ilə Seriya MH ******* nömrəli cavabdeh X4 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, Ağstafa rayon dövlət notariat kontorundan 11.04.2008-ci il tarixli, 4Ə-59 reyestr nöm rəsi ilə cavabdeh X4 adından Cavabdeh1 adına verilmiş bağışlama müqaviləsinin və AR DİDRX-nin 15 saylı Ərazi İdarəsindən 16.05.2008-ci il tarixli, **********5710301 reyestr nömrəsi ilə Seriya MH ******* nömrəli Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı 1 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X2 ilə anası X8 ailə qurmuşlar, nikahlarından dörd uşaqları anadan olmuşdur. X2 05 avqust 2006-cı il tarixdə vəfat etmişdir. X1 miras qalmış Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində 0,22 ha torpaq sahəsində yerləşən 1970-ci il tarixdə tikilmiş 2 mərtəbəli, 4 otaqlı, 10 7,3 kv.m yaşayış, 121,3 kv.m köməkçi, 228,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatı torpaq sahəsi miras qalmışdır. O, atası vəfat etdikdən sonra mirasın qəbulu müddətində əmlakına sahiblik etmiş, ondan miras qalmış evin idarə edilməsində anası ilə birgə iştirak etmişdir. Evin torpaq sahəsində yerləşən bağda meyvə ağacları əkmiş və bağın meyvəsini dərib satmışdır. Təsərrüfatı anası ilə birlikdə idarə etmiş və yaşlı anasına o, qulluq göstərmişdir. Atasının ölümündən sonra anası və digər uşaqlar onun xəbəri olmadan Ağstafa rayon Dövlət Notariat kontorunda vərəsəlik iş açdırmışlar. Ona bu hal 15.07.2019-cu ildə vəkil sorğusuna Cavabdeh2ndən gələn məktubdan və ona əlavə edilmiş sənədlərdən məlum olmuşdur. Bu sənədlərdən görünür ki, anası 11 fevral 2008ci il tarixdə Ağstafa rayon Dövlət Notariat Kontoruna ərizə verərək atasından miras qalmış evin vərəsəsi kimi yalnız özünü göstərmiş, digər qardaş bacıları imtina ərizələri vermiş, atasının ailə üzvləri olaraq icra nümayəndəliyindən alınmış arayışda atasının övladlarından birinin adı göstərilməmişdir. Bundan başqa həmin vərəsəlik işində nə anası ilə atasının nikahı barədə sənəd, nə də övladlarının doğum haqqında sənədləri yoxdur. Vərəsələrin dairəsi müəyyən edilməyib. Bununla da qanunsuz olaraq Ağstafa rayon Dövlət Notariat kontorundan 11 fevral 2008-ci il tarixli 2v-12 reyestr nömrəsi ilə cavabdeh X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bu şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən 18.03.2008-ci il tarixli, **********57-10301 reyestr nömrəsi ilə Seriya MH ******* nömrəli X4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmış və bu çıxarış əsasında Ağstafa rayon Dövlət notariat kontorunda 11 aprel 2008-ci il tarixli 4Ə-59 reyestr nömrəsi ilə X4 adından Cavabdeh1 adına bağışlama müqaviləsi verilmiş və bağışlama müqaviləsi əsasında Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən 16.05.2008-ci il tarixli, **********57-10301 reyestr nömrəsi ilə Seriya MH ******* nömrəli Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə atasının və digər şəxslərin birgə mülkiyyətində 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilm işdir. O və anası həmin mirası faktiki olaraq qəbul edib idarə etmişlər. Onu gizlətməklə miras işi açılmış və bu barədə aralarında mübahisə vardır. Bu sənədlər əsasında bağışlama edilmiş, əsassız bağışlama müqaviləsi bağlanmış və çıxarışlar alınmışdır. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 fevral 2020ci il tarixli 2(015)-140/2020 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia təmin edilə bilməz. Birincisi, miras 05.08.2006-cı il tarixində açılmış, mirasın qəbulu müddəti 05.02.2007-ci il tarixində bitmişdir. İddiaçı isə onun 05.02.2007-ci il tarixinədək miras əmlakı qəbul etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İki ncisi, iddiaçının əvvəllər həmin evdə yaşaması faktı öz-özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə yalnız yaşama evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Evdən təbii ki, yaşayış sahəsinə olan ehtiyacın ödənilməsi üçün istifadə edilir, lakin bu o demək deyil ki, mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Odur ki, mirasın qəbulu məhz qanunda qeyd olunan “faktiki surətdə idarəetmə” və “yiyələnmə” kimi hərəkətlərdə ifadə olunmalıdır. Əgər şəxs evdə yalnız yaşayırsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə, o, evi miras olaraq qəbul etmiş sayılmır. “ Mirasın qəbul edilməsi”nin mahiyyətinin dərk edilməsi üçün Mülki Məcəllənin 1243.2-ci maddəsinə nəzər yetirilməlidir: “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Göründüyü kimi, hazırkı qanuna görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Beləliklə, mirasın açılmasından sonra 6 ay müddətində, yəni 05.08.2006-cı il tarixindən 05.02.2007-ci il tarixinədək olan zaman kəsiyində iddiaçı miras evi faktiki surətdə idarəetmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir. Beləliklə, göstərilənlər əsasında məhkəmə hesab edir ki, vərə səlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız mləhdudlaşdırılmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında 11 fevral 2008-ci il tarixli şəhadətnaməsinin ləğv edilməsi hissəsinə də məhz göstərilən aspektdən yanaşılmalı, mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı ilə bağlı Konstitusion müddəalar da hazırkı mülki işə sözügedən hissədə tətbiq edilməlidir. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin əsassız hesab edilərək rədd olunması qət edilmişdir. Həmin qətnamədən apelyasiya instansiyası məhkəməsinə şikayət verilsə də, Ağstafa Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən iddiaçının narazı qalması hazırkı iş üzrə verilmiş tələbin təmin edilməsi üçün əsas ola bilməz. Qətnamədən narazı qalan cavabdeh 1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ədil Mə mmədov - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Fikrət Mehtiyev) 2(104)-2321/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Ağstafa rayon Məhkəməsinin 2(015)140/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu ( subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki. iddiaçı 1 mirasın açılmasından sonrakı dövr ərzində mirası faktiki surətdə idarə etməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinə dair məhkəməyə yetərli sübut təqdim edə bilməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə i craatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı 1 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Digər tərəfdən, X4 mirasın açılmasından, yəni 05 avqust 2006-cı il tarixdən təxminən 1 il 6 ay keçdikdən sonra, yəni 11 fevral 2008-ci il tarixdə iddiaçının xəbəri olmadan Ağstafa rayon Notariat Kontoruna mirası qəbul etdiyi barədə ərizə vermiş və çox maraqlıdır ki, elə həmin günü X6 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, icra nümayəndəliyindən alınmış və Notariat Kontoruna təqdim edilmiş arayışda mərhum X5 övladları barədə məlumat tam almamış, yəni sonuncunun övladlarından birinin adı arayışda ümumiyyətlə qeyd edilməmişdir. O cümlədən, nə atası mərhum X7 ilə anası X8 arasında nikah münasibətlərini təsdiq edən sənəd, nə də ki. onların övladlarının doğum haqqında şəhadətnamələri vərəsəlik işinə əlavə edilməmişdir. Əlavə olaraq, iddiaçıdan başqa digər vərəsələr (qardaş və bacıları) miras qalmış əmlakdan imtina barədə ərizə vermişlər, lakin iddiaçının varlığı ümumiyyətlə nəzərə alınmamış və məhkəmə qeyd olunan halları araşdırmadan, məsələyə səthi yanaşaraq qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Qanunvericilik vərəsələrin vərəsəliyə çağırılması barədə müvafiq tədbirlərin görülməsini birbaşa və ya dolayısı ilə özündə ehtiva etmişdir. Lakin, göründüyü kimi iddiaçı miras qalmış əmlaka fak tiki sahiblik etdiyi halda, onun xəbəri olmadan X8 tərəfindən Notariat Kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət olunmuş və müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Ağstafa rayon Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş et mişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı 1 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il t arixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərə sələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq h üquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində əsas dəlil olaraq miras əmlakı faktiki olaraq qəbul etməsini göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı miras əmlakı faktiki qəbul etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. İddiaçının miras əmlakı faktiki qəbul etməməsi ilə bağlı xüsusatlar isə işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası tərəfindən düzgün və əhatəli şəkildə izah edilmişdir. Kasasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının düzgün araşdırılmaması ilə əlaqədar olmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil edə bilməz. Göstərilənlərdən əlavə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsinə istinad edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kolle giyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı 1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2321/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul