Məhkəmə qərarları › İş №2(102)-3783/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3783/2022

12.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3783/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, sübut etmək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2476/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abonent saldosuna əsasən **********00470 saylı abonent hesabına 14171.90 manat borc hesablanmışdır.

2. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Xəzər rayonu, Qala kəndində yerləşən istixanaya xx.xx.2013-cü il tarixli 055091 nömrəli akt tərtib olunaraq, 12909.60 manat dəymiş ziyan hesablanmaqla istehlakçı hesabına daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 14.171.90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-ci il tarixdə cavabdeh tərəfindən 055091 saylı akt tərtib edilməklə mərhum atası X1 adına olan qaz sayğacı ünvan 3 ünvandan çıxaralaraq aparılmışdır. Atası hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Mərhum atası xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra miras qalmış torpaq sahəsində abadlıq və təsərrüfat işləri aparmaqla bağlı yeni qaz sayğacının qoyulmasından ötrü cavabdeh təşkilata müraciət etmişdir. Ona bildirmişlər ki, atasının adına olan köhnə qaz sayğacında 14171,90 manat borcu olduğu üçün sayğacının bərpası mümkün deyil. Cavabdeh qaz sayğacına müdaxiləni sübuta yetirmədən və heç bir əsas olmadan mərhum atasının adına olan qaz sayğacına yüksək məbləğdə cərimə hesablamışdır. Müqavilə yə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır.

5. Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)3030/21 nömrəli mülki iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh tərəfindən **********00470 saylı abonent koduna hesablanmış 12909.6 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda olan istixananın təbii qaz təchizatına görə ümumilikdə 14171.90 manat məbləğində borc yazılmışdır. Həmin borcun 12909.60 manat məbləğində hissəsi akt əsasında tətbiq edilmiş borcdan, digər 1262,3 manat (14171.90 – 12909.60= 1262.3) hi ssəsi isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdan ibarətdir. Qeyd olunan məbləğdə borcun olması barədə iddiaçının məlumatı xx.xx.2021-ci il tarixli Bakı Regional Qazın Satışı Departamentinin ona ünvanlanmış məktubu əsasında olmuşdur.

7. Belə ki, ünvan 5 ünvanına dair cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların tərtib edilməsi və həmin aktlara uyğun iddiaçının abonent hesabına borcun hesablanması, həmin aktların tərtib olunması zamanı nə iddiaçı, nə də digər şəxslərin (evdə yaşayan şəxslərin, şahidlərin) iştirakının təmin edilməsi halı müəyyən edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində təbii qazdan istifadə qaydalarının pozulması səbəbi ilə cavabdeh quruma 12909.60 manat məbləğində zərərin dəyməsi halı müəyyən edilmədiyindən, iddiaçı həmin borcun silinməsinin tələb etməkdə haqlıdır.

9. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təbii qazın istifadəsinə görə yaranmış borcun (1262,3 manat) silinməsinin tələb olunmasını əsassız hesab etmiş, qalan məbləğ təbii qazdan istifadəyə əsasən hesablanmış borc (1262,3 manat) olduğundan həmin borcun silinməsi hissəsində iddianı rədd etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarının 6.5, 6.7 bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 384.0.1, 385.1, 425.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1.5, 14.2, 124.1-ci maddələrinə istinadla əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozub. İddiaçı öz iddiasını əsaslandırmalı olduğu halda, qətnamədə bu cavabdehə həvalə edilib. Məhkəmə işın faktiki halını müəyyən etmək məqsədi ilə ən azı yerində müayinə keçirə bilərdi.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2476/22 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instan siya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırki iş üzrə tərtib edilmiş akt əsasında dəymiş zərərin hesablanması və iddiaçıdan tələb olunması mövcud olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən 12909.60 manat məbləğində borcun tətbiq edilməsinin əsaslı olması barədə məhkəməyə sübutlar təqdim edilməmiş, o cümlədən mübahisəli akt cavabdeh tərəfindən birinci və apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarının 6.5, 6.7 bəndlərinə, MPM-nin 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi işi araşdırarkən iddiaçının subyektiv hüququnun olub-olmamasına diqqət yetirməmişdir. İddiaçının atası barəsində tərtib edilmiş akt 2013cü ildə tərtib edilmişdir. İddiaçının atası isə 2020-ci ildə vəfat etmişdir. İddiaçının bu aktda n xəbərinin olmaması sübuta yetirilməmişdir. 18. 2013-cü ildə akt tərtib edildikdən sonra istixananın qaz təchizatı borca görə dayandırılmış və istehlakçı ölənə qədər bu aktı mübahisələndirməmişdir. Belə ki, istixana qaz borcuna görə təbii qazla təmin edilməmiş, məhkəmə bu halı araşdırmamışdır.

19. Apellyasiya instansiya məhkəməsi qətnamədə cavabdeh tərəfindən tərtib edilmiş aktda nə iddiaçının, nə də digər şəxslərin iştirakının təmin edilməsi halının müəyyən edilmədiyini bildirmişdir. Belə ki, aktda istehlakçının aktı imzalamaqdan imtina etməsinin qeyd olunması şəxsin aktın tərtib olunmasında və qaz təchizatının dayandırılması prosesində iştirak etmədiyi anlamına gələ bilməz. Ən azından hadisənin üzərindən 8 il müddət ötmüşdür. Bu hal isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mötəbə r sübutlarla təsbit olunmalı idi.

20. Kassator şikayətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 4.1, 6.4, “Qaz təchizatı haqqında” Qanunun 6.2, Mülki Məcəllənin 385.1, 386.1, 1096.2, 1097.1, 1151.1, 1306.1, MPM-in 88, 217, 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi).

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qan unsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Mülki Prosessual Məcəllə

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qoruna n hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı abunə hesabına borc hesablanmış və hal hazırda ölmüş abonentin oğludur. İddiaçıya yeni abonent hesabının açılmasından məhz onun bu gün də yaşadığı ünvanda mərhum atasının adına qeydə alınmış qaz sayğacı üzrə borcun olduğu əsası ilə imtina edilmişdir. Bu baxımdan MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçı özünün qanunla qorunan hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna, yəni hazırkı i ddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur.

35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

36. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2476/2022 nömrəli mülki iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar