Məhkəmə qərarları › İş №2(102)-3784/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3784/2024

27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3784/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(103)3859/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri, Üçtəpə kəndi 371 ünvanında yaşamış İddiaçı məxsus (abunə kodu **********03710) abonent saldosunda qeyd edilmişdir ki, abonentin hesabına 2023-cü ilin mart ayı üzrə 5469,12 manat məbləğində borc hesablanmışdır. 2. “Təbii X1 pozulması haqqında” 06 mart 2023-cü il tarixli akt tərtib edilmiş, aktda sayğacdan kənar xəttin aşkar edilməsi barədə qüsur qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 45576 m3 olması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hes ablanmış cəmi 5469,12 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvana aid qaz sayğacından qanuna uyğun şəkildə istifadə etmişdir. Cavabdehin nümayəndələri tərəfindən akt tərtib edilərək ona heç bir məlumat verilmədən guya qaz xəttinə kənar xətt ilə qoşulduğu üçün cərimə yazılmışdır. Daha sonra ona məlum olmuşdur ki, onlar saxta akt tərtib etmiş və akta görə 5469,12 manat cərimə hesablamışdır. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdırılmış qaz sayğacına kimin müdaxilə etməsi barədə hər hansı məlumatı olmamışdır.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 7 mart 2024-cü il tarixli, 2(011)-1369/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Birliyi tərəfindən iddiaçının abunə koduna hesablanmış 5469,12 manat məbləğində borcun silinməsi, cavabdeh Birlikdən 74,69 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia əsaslıdır. Qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alğı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həya ta keçirilmişdir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sayğaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhədini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilir. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alğı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə düşmüşdür.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında nə qazın alğı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir.

8. Şərh edilənlərdən əlavə, məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin iddiaçıdan X1 pozulmasına görə birbaşa 5469,12 manat tələb etməsi də qanuna uyğun olmamışdır.

9. Məhkəmə onu da qeyd etmişdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanunsuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istif adə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.

10. Bundan başqa, məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir.

11. İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. “Qazdan istifadə Qaydaları”nın qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşmüşdür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində ol an plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

12. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Həmçinin iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. 1

3. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8, 5.2, 6.5-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.5ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh Birlik (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 7 mart 2024-cü il tarixli, 2(011)-1369/2024 nömrəli qətnaməsini ləğv edilərək iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi iddiaçı şəxsin öz öhdəliklərinin hər bir təqsirli poz untusu üçün məsuliyyət daşıdığını nəzərə almamış, iddiaçı tərəfindən mülki işə əlavə edilmiş “Təbii X1 pozulması” barədə akta və dəymiş maddi ziyanın hesablanması barədə tələbnaməyə nəzər yetirməmiş, iddia tələbini tam təmin etməklə qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmiş, nəticə etibarı ilə iddiaçı şəxs tərəfindən cavabdeh Birliyə vurulmuş maddi zərər məbləğinə münasibətdə iddiaçı şəxsi mülki məsuliyyətdən qanunsuz azad etmişdir. İddiaçının fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkar edildikdən sonra ona məxsus evdə quraşdırılmış məişət qaz cihazlarına yerində baxış keçirilmiş və həmin məişət qaz cihazlarının (Kombi 32 KW, QSQ, PQ 3, PQ 4) fotoşəkilləri çəkilmişdir. İddiaçının cavabdeh Birliyə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə qanunsuz q oşulmaqla hüquqi şəxsə maddi zərər vurmuş olduğundan, vurulmuş zərərin əvəzi zərər vuran iddiaçı tərəfindən tam həcmdə ödənilməli olduğunu. İddiaçı tərəfin yol verdiyi qanun pozuntusu faktı cavabdeh birlik tərəfindən aşkar edildikdən sonra, iddiaçı tərəfin XX/11/2023-cü il tarixindən XX/03/2024-cü il tarixinə kimi cəmi 5 aya ümumilikdə 990 manat pul ödənişi etdiyi müəyyən olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə) 30 iyul 2024-cü il tarixli, 2(103)- 3859/2024 saylı qətnaməsi ilə cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instans iya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. Digər tərəfdən apellyator şikayətində fotoşəkillərin sübut qismində araşdırılmamasına istinad etsə də, iş materiallarında cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə heç bir fotoşəkil və ya digər sübut təqdim edilməmişdir.

19. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin aktı tərtib olunmamışdan əvvəl cüzi ödəniş aparılması, sonradan isə ödənişlərin əhəmiyyətli dərəcədə artması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, lakin işin hallarından görünmüşdür ki, akt tərtib olunsa da, heç bir orqana müraciət olunmamışdır.

20. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas verməmişdir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Məhkəmə öz mövqeyini ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, 13.8-1, 13.9-cu; Azərbaycan Respublikası Nazirlər K abinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə Təsdiq edilmiş X1 4.2, 4.6-4.9, 6.5-6.7-ci; İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3 və 8-ci; Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2-ci; MPM-in 14.2, 77.1, 217.1, 217.3, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, cərimə aktın tərtibində iddiaçı tərəfin həyat yoldaşı (əri) Şahin Tağıyev də iştirak etmiş və o, aktı özünə məxsus imza ilə imzalayaraq aktın həqiqiliyini təsdiq etmişdir. Dəymiş ziyanın məbləği isə fərdi yaşayış evində faktiki mövcud olan və istifadə edilən məişət qaz qurğularına (Kombi 32 KW, QSQ, PQ 3P, Q 4) münasibətdə mütəxəssislər tərəfindən hesablanmış, iddiaçı tərəfindən qanunsuz istifadə edilməklə dəyəri ödənilməmiş təbii qazın sərfiyyatı müəyyən edilmiş və xx.xx.2023-cü il tarixində tələbnamə tərtib edilmişdir. Beləliklə, iddiaçı tərəf qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etmiş, cavabdeh qaz paylayıcı hüquqi şəxs Cavabdeh İB-yə dəyəri ödənilməyən maddi zərər vurmuş və ailə üzvü olan əri Şahin Tağıyev də bu faktı təsdiq etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri qətnamədə qeyd olunarkən, iddiaçı şəxsin əri Şahin Tağıyevin aktın tərtibində iştirak etməsi və ərinin də həmin aktı imzal aması faktı apellyasiya şikayətinin dəlilləri arasından qəsdli şəkildə məhkəmə tərəfindən çıxarılaraq qətnamədə göstərilməmişdir (qətnamənin 9-cu bəndi). Bakı Apellyasiya Məhkəməsi aktın tərtibində iddiaçı tərəfin ərinin iştirak etməsi və aktı imzalaması faktına münasibətdə apellyasiya şikayətində qeyd olunmuş arqumentinə hüquqi qiymət verməmişdir.

25. Məhkəməyə iddia ərizəsi təqdim etmiş iddiaçı tərəf mübahisə ilə əlaqədar məhkəmələrə çağırılıb dindirilməmiş, məhkəmələr tərəfindən açıq-aşkar himayə olunmuşdur. Bu hal və məhkəmələrin işə qeyri-obyektiv şəkildə qərəzli yanaşması cavabdeh Azəriqaz İB-nın nümayəndəsi qismində təəssüratında “məhkəmələrdə ədalətin bərqərar olmasına dair əsaslı şübhələr yaradaraq” məhkəmələrə inamı sarsıtmışdır. Fotoşəkillər iddiaçı tərəfindən də iddia ərizəsi nə əlavə edilməmişdir. Lakin sonradan cavabdeh tərəfindən həmin fotoşəkillər apellyasiya şikayətində apellyasiya məhkəməsinə təqdim edilmişdirsə, həmin fotoşəkillər sübut qismində qəbul edilməli və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olması (fotoşəkillərin iddiaçıya məxsus ünvana aid olması) məqsədilə araşdırma aparılmalı idi. Həmin fotoşəkillərin iddiaçıya məxsus ünvana aid olmasının dəqiqləşdirilməsi məqsədilə apellyasiya məhkəmə kollegiyası heç bir hərəkət etməmişdir. Fotoşəkilləri sübut qismində qəbul etməməsini isə maddi və ya prosessual hüquq normasına istinadən hüquqi qaydada əsaslandırmamışdır.

26. Abonent smart qaz sayğacı istifadəçisi olmuş və qazdan qanunsuz istifadəsinə görə barəsində hesablanmış borc məbləği tərəflərin razılığı ilə onun istifadəs ində olan smart qaz kartına köçürülmüşdür (kart vasitəsilə ödəniş etdikdə ödənişin bir qisminin borca tutulması məqsədilə). İddiaçı tərəf ilkin olaraq buna razı olsa da sonradan həmin borcun silinməsi məqsədilə məhkəməyə müraciət etmişdirsə, bu hal “qazpaylayıcının istehlakçıdan vurmuş olduğu zərəri tələb etməməsi anlamına gəlməməlidir”.

27. İddia tələbi təmin olunmayacağı təqdirdə cavabdeh Birlik tərəfindən borcun istehlakçıdan tutulması məqsədilə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət olunacaqdır. Qanunvericilikdə bu hüquqi imkan qazpaylayıcı hüquqi şəxs cavabdeh Birlik üçün məhdudlaşdırılmamışdır və borcun tələbi ilə əlaqədar iddia müddəti tərəfimizdən ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətb iq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

31. Maddə 4.2. Məişət qaz qurğul arının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir;

32. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır;

33. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır;

34. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar;

35. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə i stehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir;

36. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

37. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

38. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu

39. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb e tməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir;

40. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və də yişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qada ğandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əs aslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə

416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.

51. İş üzrə cavabdeh Birlik tərəfindən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, istehlakçının qazın talanması nda təqsirli olması müvafiq orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, lakin işin hallarından görünmüşdür ki, akt tərtib olunsa da, heç bir orqana müraciət olunmamışdır. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkib inin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə əhəmiyyətli olan faktiki hallarının araşdırılmamasına dair dəlillərinə hüquqi qiymət vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq v ə qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(103)- 3859/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar