Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3789/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X11 vəkili XX2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı 600 kv.m. torpaq sahəsinə vərəsəlik hüququnun tanınması, payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 2(104)-3621/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(044)-667 saylı qətnaməsi ilə (hakim Z.A.Hünmətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı ünvan 1 ünvanda yerləşən 600.kv.m. torpaq sahəsinə vərəsəlik hüququnun tanınmasına dair iddia tələbinin təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X11 iddia tələbinin təmin edilməsi, ünvan 1 mülkün tikili “A”-da yerləşən 37.4 m² yaşayış otağından, 10.6 m² mətbəxdən, 11.0 m² dəhlizdən və 15.9 m² örtülü eyvandan, 34.3 m² və 19.4 m² tikili “A” zirzəmidən və 0.024 ha torpaq sahəsindən ibarət olan miras əmlakın X6 ölümündən sonra vərəsələri X22 və X15 tərəfindən əmlaka sahiblik etmə və əmlakı faktik idarə etmək faktının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3621/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.N.Quliyev (sədrlik edən və məruzəçi), İ.Ə.Şəfiyev və Ç.B.Məmmədov), İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(044)-667 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinə vərəsəlik hüququnun tanınması, payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X15 və X22 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onları mübahisə premdeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi işə cəlb edilmələrini xahiş etmiş, məhkəmənin 04.02.2019-cu il tarixli qərardadı ilə X15 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs qismində işə cəlb edilmişlər. Mübahisə premdeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X3 Qədir Mansur oğluna qarşı iddia qaldıraraq ünvan 1 mülkün ikinci hissəsinə onlar tərəfindən əmlaka sahiblik etmə və əmlakı faktik idarə etmə faktının müəyyən edilməsi və həmin evə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələbinin dəqiqləşdiril məsinə dair ərizə verərək, ünvan 1 mülkün tikili “A”-da yerləşən 37.4 m² yaşayış otağından, 10.6 m² mətbəxdən, 11.0 m² dəhlizdən və 15.9 m² örtülü eyvandan, 34.3 m² və 19.4 m² tikili “A” zirzəmidən və 0.024 ha torpaq sahəsindən ibarət olan miras əmlakı X6 ölümündən sonra vərəsələr X22 və X15 tərəfindən əmlaka sahiblik etmək və əmlakı faktik idarə etmək faktının müəyyən edilməsi və həmin əmlaka mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mülkdə atasına məxsus olan 600 kv.m. torpaq sahəsindən birinci növbə vərəsə kimi pay almaq hüququ vardır. Sözügedən torpaq sahəsi onun bacı və qardaşları tərəfindən faktiki qəbul edilməmişdir. Qardaşı Cavabdeh1 ünvan 2 ünvanda yerləşən tikililə rə sahiblik və faktiki idarə etmək faktı müəyyən edilmişdir. Həmin ünvanda atasına məxsus olan 600 kv.m. torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən birinci növbə vərəsə kimi pay almaq hüququ vardır. Çünki bacı və qardaşlarından heç biri həmin torpaq sahəsinə dair vərəsəliklə bağlı hər hansı hərəkətlər etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 06.12.2018-ci il tarixli, **********43 nömrəli məktubundan görünür ki, X4 adına yalnız 600 kv.metr torpaq sahəsi vardır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X22 iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçının tələb etdiyi torpaq sahəsi və onun üzərində olan tikililər Ağayev Mansır Fətəli oğlundan qalmış miras mülkdür. Həmin mülk iki hissəyə bölünmüş və onun bir hi ssəsini Cavabdeh1 Mansır oğlu, digər hissəsini isə X16 faktiki olaraq qəbul etmişlər. Cavabdeh1 torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə ona aid hissədə mülkiyyət hüququ əldə etmişdir. Fərdi yaşayış evinin və torpaq sahəsinin onlara aid hissəsini mərhum X16 faktiki qəbul etmişdir. Z1 14.09.2016-cı ildə vəfat etmişdir. Onun faktiki olaraq qəbul etdiyi əmlakı arvadı A1və oğlu A2 faktiki qəbul etmişdir. Ev iki hissəyə bölünmüşdür. Onun bir hissəsini Cavabdeh1, digər hissəsini isə Z1 qəbul etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instan siyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Seyidli Səadət Mərhəmət qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mül ki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X11 vəkili XX2 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X11 vəkili XX2 oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellya siya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamas ına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Mülki iş materiallarında olan: -DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06.12.2018-ci il tarixli, **********43 saylı məktubdan görünür ki, Kirovabad şəhər Notariat Kontorunda Yerli Təsərrüfat şöbəsi ilə bağlanmış 13.08.1957-ci il tarixli, 64-19541 saylı müqaviləyə əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. -829903 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 14 sentyabr 2016-cı ildə vəfat etmişdir. -Doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X1 Zakir Mansur oğlunun övladıdır. -Nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X22 ilə nikaha daxil olmuşdur. -Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X17 22.02.1954-cü ildə doğulmuş, atası X12, anası isə X19 olmuşdur. -Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Dəyirmanlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 05 aprel 2016-cı il tarixli, 12 nömrəli məktubundan görünür ki, İddiaçı nümayəndəliyin 01 saylı təsərrüfatbaşına kitabın 21-ci səhifəsində qeydiyyatda durur və vətəndaşın adına 1956-cı ildə tikilmiş 40 kv.m. yaşayış evi və 0,25 ha həyətyanı, 0,46 ha pay torpaq sahəsi vardır. İddiaçı 1989-1990-cı illərdən daimi olaraq Goranboy rayonun Azad kəndində ailəsi ilə birlikdə yaşayır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20.11.2017-ci il tarixli, ******* nömrəli çıxarışdan gö rünür ki, ünvan 3 ünvanındakı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. -Yerli baxış barədə məhkəmə iclas protokolundan görünür ki, ünvan 1 mülkün tikili “A”da yerləşən 37.4 m² yaşayış otağından, 10.6 m² mətbəxdən, 11.0 m² dəhlizdən və 15.9 m² örtülü eyvandan, 34.3 m² və 19.4 m² tikili “A” zirzəmidən və 0.024 ha torpaq sahəsindən ibarət olan miras əmlak vardır. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, mübahisəli miras əmlaka aid qaz sayğacı X6 adına quraşdırılmışdır. -Elektrik enerjisinin satışı üzrə istifadə müqaviləsindən görünür ki, 08.02.2008-ci ildə müqavilə X17 ilə bağlanmışdır. -Gəncə şəhəri Nizami Bələdiyyəsinin tədiyyə bildirişlərindən görünür ki, əmlak vergiləri Ağayeva Arzunun adına göndərilmiş, müəyy ən edimiş vergilər də onun tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 600 kv.metr torpaq sahəsi Kirovabad şəhər Notariat Kontorunda Yerli Təsərrüfat şöbəsi ilə bağlanmış 13.08.1957-ci il tarixli 64-19451 saylı müqaviləyə əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, X13 08.05.1988-ci ildə vəfat etmişdir. Mənsur Ağayev vəfat etdikdən sonra onun X20, X25, İddiaçı Mansur oğlu, X18, X9, X17, X2, Cavabdeh1 və X8 adlı vərəsələri olmuşdur. Hazırda həmin torpaq sahəsində “A” literli yaşayış binasının 21,87 kv.metr və 25,9 kv.metr iki yaşayış otağı, 38,9 kv.metr örtülü eyvan, 11,7 kv.metr mətbəx, 4,2 kv.metr dəhlizdən və zirzəmi və anbarlardan ibarət olan və hazırda Cavabdeh1 mülkiyyətində olan ev, habelə Gəncə şəhəri, Ozan küçəsi, 4-cü dalan 2 saylı mülkün tikili ”A”-da yerləşən 37,4 kv.m. yaşayış otağından, 10.6 kv.m. mətbəxdən, 11,0 kv.m. dəhlizdən və 15,9 kv.m. örtülü eyvandan, 34,3 kv.m. və 19,4 kv.m. tikili “A” zirzəmidən və 0,024 ha torpaq sahəsindən ibarət olan mərhum Z1ə məxsus miras əmlak mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi 08.05.1988-ci ildə vəfat etmiş Mənsur Ağayevdən miras qalan əmlakdan düşən payın müəyyən olunmasından ibarət olduğundan baxılan iddia tələbi 01 sentyabr 20 00-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. 11 sentyabr 1964-cü il tarixli qanunla təsdiq edilmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin (bundan sonra əvvəlki Mülki Məcəllə yazılacaq) 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Miras qoyan Mənsur Ağayev 08.05.1988-ci ildə vəfat etdiyinə görə bu tarixdən onun əmlakı üçün vərəsəlik açılmışdır. Əvvəlki Mülki Məcəllənin: -527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiy yətlə dəyişdirilməsin. -530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. -532-ci maddəsinə görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -552-ci maddəsinə əsasən mi rası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. -553-cü maddəsinə görə mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Qanunvericilik vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verir. Belə ki, mirası qəbul etmə müddətinin uzadılması tələbinin hüquqi əsaslarını müəyyən edən keçmiş Mülki Məcəllənin 553-cü maddəsinə görə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kont oruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Mənsur Ağayev vəfat etdikdən sonra altı ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün oğlu İddiaçı notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır. İddiaçı tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi də araşdırılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirasın qəbul edilməsi müddəti ər zində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olubolmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı atasından miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları təqdim etməmiş, onun atasının ölümündən sonra miras əmlaka faktik sahibliyi həyata keçirməsi, miras əmlakda hər hansı abadlıq işləri aparması, mütəmadi olaraq miras əmlaka baş çəkməsi və onu əmlak kimi qoruyub saxlaması müəyy ən edilməmişdir. İddiaçı bu barədə məhkəmələrə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Dəyirmanlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 05.04.2016-cı il ta rixli, 12 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı nümayəndəliyin 01 saylı təsərrüfatbaşına kitabın 21-ci səhifəsində qeydiyyatda durur və vətəndaşın adına 1956-cı ildə tikilmiş 40 kv.m. yaşayış evi və 0,25 ha həyətyanı, 0,46 ha pay torpaq sahəsi vardır. İddiaçı 1989-1990-cı illərdən daimi olaraq Goranboy rayonu Azad kəndində ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan tərəflər arasında olan evə köçmə ilə bağlı başqa məhkəmə mübahisəsi üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2016-cü il tarixli, 2(104)-2662 saylı qətnaməsi ilə də müəyyən edilmişdir ki, “İddiaçı 1976-cı ildə Goranboy rayonu, Azad kəndindən ev alaraq mübahisəli ata mülkündən çıxmışdır. O atasının ölümündən sonra miras əmlakın idarə edilməsi i lə bağlı hər hansı hərəkətləri həyata keçirilməsini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İşin digər müəyyən edilmiş hallarından da göründüyü kimi İddiaçı nümayəndəliyin 01 saylı təsərrüfatbaşına kitabın 21-ci səhifəsində qeydiyyatda durur və onun adına 1956-cı ildə tikilmiş 40 kv.m. yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi, 0,46 ha pay torpaq sahəsi vardır. İddiaçı daimi olaraq 1989-1990-cı ildən ailəsi ilə Goranboy rayonu, Azad kəndində yaşayır.” Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunv ericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarı). Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X11 cavabdeh İddiaçı qarşı iddiası ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsi qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1243.1-ci maddəsinə görə miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.2-ci maddəsinə görə isə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. -1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X11 miras əmlakı faktiki olaraq qə bul edib-etməmələrini mübahisləndirmir. Digər tərəfdən X15 və X3 Zakir Mansur oğlunun ölümündən sonra Gəncə şəhəri, Ozan küçəsi,4-cü dalan 2 saylı mülkün tikili”A”-da yerləşən 37,4 kv.m. yaşayış otağından, 10.6 kv.m. mətbəxdən, 11,0 kv.metr dəhlizdən və 15,9 kv.metr örtülü eyvandan, 34,3 kv.metr və 19,4 kv.metr tikili “A” zirzəmidən və 0,024 ha torpaq sahəsindən ibarət olan miras əmlaka sahiblik edərək, əmlakı faktiki idarə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmələr mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3621/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3789/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3789/2020
02.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver