Məhkəmə qərarları › İş №2(102)-379/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-379/2020

15.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-379/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili Aslanov Elxan Tərlan oğlu və cavabdehin vəkili Heydərov Mərdan Xudayar oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2( 008)-2038/2019 saylı 18 aprel 2019cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-2038/2019 saylı mülki iş) iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən, məruzəçi), A.Hüseynov və E.Şamayev, 2(103)10405/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2038/2019 saylı 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzinə, x2 və x3 qarşı “vərəsəlik şəhadətnaməsinin, qeydiyyatın ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 09.09.2003-cü il tarixdə x4 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə, yəni 04.08.2015-ci il tarixdə “Opel Vectra” markalı, qara metalik rəngli avtomobil alınmışdır. Əri 17.01.2018-ci il tarixdə vəfat etmişdir. o, ərinin hüzr məclisi ilə məşğul olduğu dövrdə mərhumun birinci nikahdan doğulmuş oğlu - x2 xəbərsiz və icazəsiz avtomobili sürüb aparmış, Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzinə müraciət edərək, 18.07.2018-ci il tarixdə tam payda vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, “Opel Vectra” markalı, qara metalik rəngli avtomobil birgə nikah dövründə əldə edildiyindən həmin əmlakın miras kimi yarısı onun payına düşür. Mirasın yarısı ona məxsus olduğundan digər yarısı vərəsələr arasında bərabər bölünməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayəti nin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1, iddiaçının vəkili Aslanov Elxan Tərlan oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Heydərov Mərdan Xudayar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1 x4 ilə 09.09.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 02.05.2003-cü il tarixdə x5 doğulmuşdur. Birgə nikah dövründə Əlirza Məcidov tərəfindən “Opel Vectra” markalı 90-H D-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.08.2015-ci il tarixdən mərhumun adına qeydiyyata alınmışdır. Məcidov Əlirza 17.01.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh x2 Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzinə müraciət edərək, 18.07.2018-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin vərəsəlik şəhadətnaməsinin verilməsi ilə razı olmayan iddiaçı həmin şəhadətnamənin, qeydiyyatının ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən mübahisəli avtomobilin x1 tərəfindən miras əmlak olaraq qəbul edilməməsinə, mirasın açıldığı vaxtdan mirasın açıl dığı yer üzrə notariat kontoruna mirasın qəbulu barədə ərizənin verməməsinə, əmlaka faktiki sahiblik etməməsinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 1246-cı maddəsində qeyd edilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olun an şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1323-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar