Məhkəmə qərarları › İş №2(102)-3790/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3790/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3790/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-931/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-11445/2020 nömrəli, 10.03.2020ci il tarixli qərarından görünür ki, Cavabdeh1 cavabdehlər X9, İddiaçı1 və X1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(021)-1008/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh1 uşağı X10 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX1330348 saylı çıxarışa əsasən cavabdeh İddiaçı1 mülkiyyətində olan Bərdə rayonu, Qaraməmmədli kəndində 0,15 ha həyətyanı torpaqda yerləşən ümumi sahəsi 77,5 kv.m olan evinə köçürülməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak ın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Qaraməmmədli kəndində 0.15 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 77,5 m2 olan fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. "xxxx" Bərdə şəhər X4 Birliyinin mütəxəssisi X2 tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayonu, Qarməmmədli kəndində yerləşən 1 mərtəbəli, 3 otaq, 1 mətbəx, yaşayış sahəsi 47,5 kv.metr, torpaq sahəsi 0,15 ha olan fərdi yaşayış evinin 1 aylıq kirayə qiyməti 50 manat təşkil edir. "xxxx" MMC-nin 25.08.2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bərdə rayonu, Qarməmmədli kəndində 0.15 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 77,5 m2 olan fərdi yaşayış evinin real bazar dəyəri 25.000 manat, aylıq kirayə haqqısı 80 manat təşkil edir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1800 manat kompensasiya ödənilməklə, onun Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, iki az yaşlı uşağı ilə birlikdə Bərdə rayonu Qaraməmmədli kəndində yaşayır. Hal-hazırda yaşadığı evi anası X5 və qardaşı X6 ona olan borcu əvəzində almışdır. Hal-hazırda həmin ev onun mülkiyyətindədir. Lakin Cavabdeh1 məhkəmədə ona qarşı evə köçmə tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 iddia tələbi təmin edilmişdir. Bərdə rayon məhkəməsinin qətnaməsindən narazı qalaraq apel lyasiya və kassasiya şikayətləri versə də hər iki şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hal-hazırda cavabdehin ona məxsus olan evə köçüb yaşamasını istəmir. Buna görə də cavabdehə 1800 manat kompensasiya ödənilməklə evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. Yaşadığı Bərdə rayonu Qaraməmmədli kəndində evlərin aylıq kirayə haqqı 40-50 manat təşkil edir. Odur ki, məhkəmədən 1800 manat kompensasiya ödənilməklə cavabdeh İddiaçı1 Bərdə rayonu Qaraməmmədli kəndində yerləşən evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.V.Kərimov, ş № 2(021)-1934/2020) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəm əsi hesab etmişdir ki, təklif olunan kompensasiya məbləği yaşayış sahəsinin bazar qiyməti və ya istifadə hüququna xitam verilməsi tələb edilən şəxsin həmin məbləğə ayrıca yaşayış sahəsi ala bilməsi ilə şərtləndirilmir, lakin iddiaçı tərəfindən cavabdehə həmin kompensasiya hesabına istifadəçinin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradan kompensasiya təklif edilməli olduğu halda, 1800 manat məbləğində kompensasiya belə imkan yaratmır. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci qətnaməsi (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə, iş № 2(104)-931/2021) ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna 5.000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi və o, evdən çıxarılması, cavabdehin evdən çıxarılması ilə ona kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bərdə rayonu, Qaraməmmədli kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 77,5 m2 olan fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. Cavabdeh1 cavabdehlər X9, İddiaçı1 və X1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddiası Bərdə R ayon Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(021)-1008/2019 saylı qətnaməsi ilə təmin edilərək, iddiaçı Cavabdeh1 uşağı X10 ilə birlikdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX1330348 saylı çıxarışa əsasən cavabdeh İddiaçı1 mülkiyyətində olan Bərdə rayonu, Qaraməmmədli kəndində 0,15 ha həyətyanı torpaqda yerləşən ümumi sahəsi 77,5 kv.m olan evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.07.2019-cu il tarixli, 2(104)-2627/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(102)11445/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçis inin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bərdə rayonu, Qaraməmmədli kəndində bir otaqlı evin kirayə haqqının 80-100 manat, satış qiymətinin isə 4.500-5.000 manat aralığında olmasını nəzərə alaraq iddiaçının təklif etdiyi 5.000 manat məbləğində kompensasiya məbləği cavabdehi n başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, həmçinin özünə həmin ərazidə yaşayış evi və ya torpaq sahəsi alıb ev tikdirmək imkanı verir. Həmçinin, tərəflərin bir evdə yaşamaları qeyri-mümkün olduğundan, ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnun ayrı-ayrılıqda reallaşdırması iddiaçı ilə yanaşı, cavabdehin də maraqlarına cavab verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)931/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, başqa yaşayış yeri yoxdur, eyni ərazidə oxşar şəraitli evlə təmin edilsə onda evdən çıxa bilər. Məhkəmə isə hazrkı işə mahiyyəti üzrə baxarkən prossesual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin fakt iki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kə s məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülkü Məcəlləsi 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. Kollegiya dəlillərə münasibətdə qeyd edir ki, mülkiyyətçi tərəfindən təklif olunan kompensa siya məbləği cavabdehin ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Bu baxımdan təklif olunan kompensasiyanın məbləği ağlabatan olmaqla cavabdehin özünə müəyyən müddət üçün davamlı olaraq yaşamaq üçün şərait yaratması üçün kifayət edən məbləğdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırı cı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstə rməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-931/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il ta rixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar