Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3791/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Üçüncü şəxs X5 vəkili X8 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müsəqil tələb irəli sürməyən Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mülkiyyət hüququnun ta nınması, mülkiyyət hüququ haqqında dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim A.Hüseynzadə) xx xxxx 2017-ci il tarixli, xqətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, xqətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İspəndiyar Şəfiyev) xx xxxxxxxx 2017-ci il tarixli qətn aməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Aslan Kalbalıyev və Vəfaddin İbayev) xx xxxx 2018-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), x və Şamil Rzaquliyev) xx xxxx 2018-ci il ta rixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Əhməd Əhmədov) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), S.Hüseynov və T.Muxtarov) xx xxxx 2019-cu il ta rixli, x nömrəli qətnaməsi ilə, iddiaçı İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv və yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilərək İddiaçı anası X3 miras qoyduğu Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 1, 22 nömrəli mənzilə dair mirasın qəbul edilməsi faktı müəyyən edilmiş, X1 miras qalmış ümümi sahəsi 90.6 kv.m olan, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 1, 22 nömrəli mənzilə Cavabdeh adına verilmiş xüsusi mülkiyyət hüququna dair xx xxxx 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, X1 miras qalmış ümumi sahəsi 90.6 kv.m olan, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 1, 22 nömrəli mənzilə vərəs əlik əsasında 2/1 hissəsinə İddiaçı, 2/1 hissəsinə Cavabdeh payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Üçüncü şəxs X2 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, x mübahisəli mənzildə yaşamışdır, onun da vərəsəlik payı tanınmaqla müəyyən edilməli idi. Apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almayaraq iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası, qətnaməni üçüncü şəxsin mübah isələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İşdə olan xx.xx.1992-ci il tarixli, 187 nömrəli orderin surətindən görünür ki, Gəncə şəhəri, 4-mikrorayon, ev 1, mənzil 22 X3 adına qeydə alınmışdır. Onun ailə üzvləri X11, X9 və Cavabdehdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 4mikrorayon, ev 1, mənzil 22 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın xx xxxxx 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı və X7 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi təmin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Birliyi Kooperativ binalar üzrə Xidmət sahəsinin xx xxxx 2018-ci il tarixli 1450 saylı məktubundan görünür ki, 4-cü mikrorayon 1 saylı bina «xxxx» MTK-ya məxsusdur. Həmin binanın 22 saylı mənzili xx xxxxxxx 1985-ci il tarixli 48 saylı mənzil dəyişmə orderi ilə X4 verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, hazırda kooperativ binalarla dövlət mənzil fonduna məxsus binaların özəlləşdirilməsi eyni qaydada həyata keçirildiyindən mənzil Cavabdeh a dıan özəlləşdirilmişdir. «xxxx» kooperativ binası 30 faiz dövlət, 70 faiz kooperativ üzvlərinin vəsaiti hesabına tikilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 1, mənzil 22 kooperativ mənzil olmaqla İddiaçı, Cavabdeh və üçüncü şəxs Bəhrəm Əliyevin sağlıqlarında atası X12 və anası X6 tərəfindən pay haqqı bütövlüklə ödənilməklə əldə edilmişdir. Atası 1984-cü ildə vəfat etmişdir. Anası isə xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra onun mənzili miras qalmış və həmin mənzilə görə İddiaçı Cavabdeh ilə mübahisəsi başlamışdır. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli qətnaməsi ilə iddiaçının və digər qardaşı Bəhrəmin istifadə hüququnun itirilmiş hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi xx xxxxxxx 2016-cı il tarixli qətnamə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxx 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı və X7 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi təmin edilmişdir. Bundan sonra cavabdeh anasının mənzilində yeganə qeydiyyatda olan şəxs kimi həmin mənzili öz adına özəlləşdirmişdir. Belə ki, xx.xx.2016-il tarixdə ********** qeydiyyat nömrəsi ilə mübahisəli mənzil tam pay hüquq ilə Cavabdeh adına qeydiyyata alınmış və bu haqda ona ******* nömrəli «Çıxarış» verilmişdir. İddiaçının bildirməsinə görə yuxarıda göstərilənləri hələ bilmədən o, anası vəfat etdiyi ərəfələrdə mənzilə olan hüquql arını gerçəkləşdirmək üçün cavabdehdən mənzilin açarlarını tələb emiş və mənzilə onu buraxmağını tələb etmişdir. Cavabdeh isə bunun qarşısını almışdır. Birinci instansya məhkəməsi hesab etmişdir ki, İddiaçı anasının ölümündən sonra mirasın qəbul edilməsi üçün maneələr olduğundan evə köçürülmə barədə məhkəmədə iddia qaldırsa da özü məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, məhkəməyə getmədiyindən ərizə baxılmamış saxlanılmışdır. Bu da onu göstərir ki, iddiaçının mirasın qəbul edilməsinə marağı itmişdir. Bununla belə iddiaçının notariat orqanına mirasın qəbul edilməsi barədə müraciət etməsi barədə də sübutlar mövcüd deyildir. İddiaçı artıq onun həmin evə istifadə hüququnun itirilməsi barədə məhkəmə qətnaməsinin və mübahisənin məhkəmə müstəvisində olmasından xəbərdar olaraq bu hərəkət ləri etmiş. Onun mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etməsinı maneə olmamışdır. Lakin o, 14 (on dörd) il bundan əvvəl getdiyini və həmin evdə başqa şəxslərin yaşadığını nəzərə almayaraq qapını sındırıb mənzilə daxil olmuşdur ki, məhkəmə bunu mirasın qəbul edilməsi kimi qəbul etməmişdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, vərəsə mirasın qəbul edilməsi üçün onu idarə etməlidir. İddiaçının isə mirasın idarə etməsini təsdiq edən sübut iş materiallarında aşkar edilməmişdir. Çünki, məhkəmə araşdırmaları zamanı iddiaçının orada 2-3 həftə olması müəyyən olunmuşdur. Həmin müddətdə isə evin saxlanılması üçün hər-hansı addımların atılması görünmür. Bununla belə, birinci instansiya məhkəməsi gösətənlərə əsaslanaraq iddiaçının sadəcə mənzilə daxil olmağı mirasın qəbul edilməsi kim i qiymətləndirilməmiş və nəticədə iddia təlbini təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. MM-in 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay almaq hüquqlu vərəsələrdir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilri ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal və qeyri-formal üs ullar. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsini nəzərdə tutur. İş materiallarından iddiaçıların mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməsi görünmür. Qeyri-formal üsul isə, mirasın faktiki cəhətdən qəbul edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi « xanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilm ir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Azərbaycan Respublikası MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmla kın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxaırda qeyd olunanlara əsasən vərəsə mirası faktiki surətdə idar ə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. İddiaçı iddia tələbi mirasın qəbul edilməsi faktının müəyyən edilməsindən, həmin mənzilə qardaşı Cavabdeh adına verilən özəlləşmə sənədlərinin (qeydiyyatın etibarsız və çıxarışın ləğv) mübahisələndirilməsindən ibarətdir. Ali Məhkəmənin göstərişi əsasında mənzilin statusu apelyasiya məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş və həmin mənzilin kooperativ üzvlərinin vəsaiti hesabına inşa edilməsi müəyyən olunmuşdur ki, həmin mənzil xnın mülkiyyəti hesab olunur. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə iddiaçı tərəfindən mirasın qəbul edilməsi barədə iddia təl əbinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı anası öldükdən sonra mirasın qəbul edilməsi üçün manelər olduğundan evə köçürülmə barədə iddia qaldırmış və məhkəmə iclasına getməməsi səbəbindən iddiası baxılmamış saxlanılmışdır. Bütün bunlarla yanaşı iddiaçı 2016-cı ilin iyun ayında qapını sındırıb evə daxil olmuş, bir müddət orada yaşamışdır. Göstərilənlərdən aydın görünür ki, iddiaçının mirası qəbul etməkdə marağı olmuş və mənzili faktiki idarə etməkdə israrlı olmuşdur. İddiaçı hətta anasının sağlığında mənzildən ona pay verilməsini tələb etmiş, bunu konkret hərəkətlər etməklə öz iradəsini ifadə etmişdir. Cavabdeh isə iddiaçının miras əmlakı faktiki idarə etməsinə mane olmuşdur. Məhkəmə bu halları mirasın qəbul edilməsi üsulu kimi qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçının mirası idarə etmək istəyi qeyd olunanlarla sübut olunur. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da nəzərə alır ki, kassasiya şikayəti verən üçüncü şəxs x mirası qəbul etməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, habelə apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında bildirmişdir ki, anası vəfat etdikdən sonra miras qalmış mübahisəli mənzilin mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etməmiş, uzun müddət həmin mənzildə yaşamamış və hazırda da yaşamamaqda davam edir. Onun miras mülkə dair heç bir tələbi yoxdur. Kassator izahatının protokolda doğru əks etdirilmədiyini bildirsə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, xin məhkəmə iclas protokoluna verdiyi qeydlər rədd edilmişd ir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3791/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3791/2020
05.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver