Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3797/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Əliyev Camal Mübariz oğlunun və Cavabdeh vəkili İsayeva Xalidə İsa qızının iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)xxx/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Məhkəməsinin (hakim M.Kazımov) xx.xx. 2017-ci il tarixli, 2(042)xxx/2017 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(042)-xxx/2017 saylı mülki işin icraatına “miras qalmış fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması” hissəsində işin icraatına xitam verilməsi qərara alınmışdır. Gədəbəy rayon Məhkəməsinin (hakim M.Kazımov) xx.xx.2017-ci il tarixli, 2(042)xxx/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “miras qalmış fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilərək, X3 ölümündən sonra miras qalmış Gədəbəy şəhəri, ünvan 1-də yerləşən ümumi sahəsi 53 kv.m olan fərdi yaşayış evinin İddiaçı və X4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı qızının, digər ½ hissəsinə X1 qanun üzrə vərəsəlik qaydasında vərəsəlik hüquqlarının tanınması, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin Cavabdeh qızından alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Muradov, L.Süleymanov, A.Bayramov) xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-xxx/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy şəhəri, ünvan 1-də yerləşən mərhum X5ndan miras qalmış fərdi yaşayış evinə onun və azyaşlı qızı X1 vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Əliyev Camal Mübariz oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya kollegiyası tərəfindən işin halları araşdırılmamış, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə çıxarmışdır. Belə ki, Gədəbəy şəhəri, ünvan 1-də iddiaçının mərhum qaynatası X5 tərəfindən 1967-ci ildə fərdi yaşayış evi tikilmiş və 1987ci ildə onun adına texniki pasport alınmışdır. Həmin vaxt mülkiyyət hüququnu təsdiq edən sənəd kimi vətəndaşlara yalnız texniki pasport verilirdi. Lakin bu o demək deyildir ki, onun hüquqları qeydə alınmamışdır. Çünki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 1.11-ci bəndinə görə, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzrəində hüquqların əldə edilməsini təsdiq edir. Həmçinin həmin Siyahının 2.3-cü bəndinə görə, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəblərin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olan qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Göstərilənlərə əsasən onlar Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsi ni xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Əliyev Camal Mübariz oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili İsayeva Xalidə İsa qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsinin də yişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdiril miş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı X7 ilə xx xxxxxxx 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından xx xxxxxx 2007-ci il tarixdə "X8" adlı uşaqları anadan olmuşdur. İddiaçı ailə qurduqdan sonra X17 yaşadığı evə, yəni mərhum qaynatası X2 faktiki istifadəsində olan Gədəbəy şəhəri ünvan 1-də yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Qaynatasının ölümündən sonra da iddiaçı əri ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçının əri Arzu Əsədov xx xxxxxx 2016-cı il tarixdə vəfat etdiyindən o, hazırki, iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, iş ə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qənaətin ilə razılaşmayaraq qeyd etmişdir ki, Gədəbəy şəhəri ünvan 1-də yerləşən fərdi yaşayış evi mülkiyyət kimi X2 adına qeyd olunmamışdır. Belə olan halda sözügedən fərdi yaşayış evi miras kütləsi hesab olunmur. Belə olan təqdirdə iddiaçının mərhum əri X17 da mərhum atasından miras əmlak kimi həmin fərdi yaşayış evini qəbul etməsi, sonuncunun ölümündən sonra isə iddiaçının həmin əmlakı miras kimi qəbul etməsi istisna olunur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlak a) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd edilən normanın tələblərindən də göründüyü kimi, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları miras əmlak (miras aktivi)hesab edilir. Əmlak hüququnun yaranması üçün də həmin əmlaka miras qoyanın hüququ dövlət qeydiyyatına alınmalıdır. Bu hal isə Mülki Məcəllənin 139.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İşin hallarında da məlum olduğu kimi, qanunvericilikdə müəyyən edilmiş daşınmaz əmlak barədə hər hansı hüquq dövlət qeydiyyatına alınmamışdır. Odur ki, apelyasiya kollegiyası düzgün hüququ mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Bu səbəbdən kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçü n əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3797/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3797/2020
28.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver