Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-38/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-38/22 (Açar sözlər: lizinq obyektinin mülkiyyətinə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Nümayəndə1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)4541/2021 saylı qətnaməsindən Cavabdeh MMC kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh MMC qarşı iddia qaldıraraq, 28 avqust 2015-ci il tarixli lizinq müqaviləsi üzrə “X1” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “X1” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olub və sonu ncu 28 avqust 2015-ci il tarixli lizinq müqaviləsinə əsasən nəqliyyat vasitəsini iddiaçının sahibliyinə, istifadəsinə verib. Lakin, iddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün əsaslar əmələ gəlməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 421.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2 020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Eyni zamanda iddianın təmin olunması üçün əsaslar yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, E.R.Vəliyev və E.Y.Şamayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, E.C.Kazımov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, 2014-cü il buraxılışlı, boz rəngli, KPTA0A18SEP182915 ban nömrəli, universal tipli, **-AC-*** dövlət qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətinə vermək öhdəliyinin Cavabdeh MMC üzərinə qoyulması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “X1” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olub və sonuncu 28 avqust 2015-ci il tarixli lizinq müqaviləsinə əsasən nəqliyyat vasitəsini iddiaçının sahibliyinə, istifadəsinə verib. Lizinq müqa viləsinin 2.3-cü bəndində qeyd olunub ki, lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. O, cümlədən Mülki Məcəllənin 748-2.5ci maddəsinə görə maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Ona görə də iddiaçı, lizinq ödənişlərini tam ödədiyinə görə cavabdeh lizinq obyektini iddiaçının mülkiyyətinə verməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 748-2.5-ci maddəsinin və digər maddi, prosessual hüq uq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakç ılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh MMC və vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı sat ın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsində göstərilir ki, lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə görə, lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və li zinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 747-5.2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Həmin Məcəllənin 748-2.5-ci maddəsində göstərilir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: H əmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işdən görünür ki, “X1” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olub və sonuncu 28 avqust 2015-ci il tarixli lizinq müqaviləsinə əsasən nəqliyyat vasitəsini iddiaçının sahibliyinə, istifadəsinə verib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyə n etmişdir ki, tərəflər arasında 28 avqust 2015-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri əmələ gəlib. İddiaçı lizinq verən, cavabdeh isə lizinq alandır. Lizinq obyekti 2014-cü il buraxılışlı, boz rəngli, KPTA0A18SEP182915 ban nömrəli, universal tipli, **-AC-*** dövlət qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsidir. Lizinq müqaviləsində lizinq ödənişləri şərti vahidlə müəyyən olunub. Müqavilədə qeyd olunub ki, 1 şərti vahid öhdəliyin yaranma tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi, 1 ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğini təşkil edir, bütün ödənişlər ödəmə gününə 1 ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğdə manatla ödənilməlidir. Müqaviləyə görə, lizinq müddəti 3 il, yəni 28 avqust 2018-ci il tarixədək, lizinq ödənişlərinin cəmi isə 27.208 şərti vahiddir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Lizinq müqaviləsində “şərti vahid” ifadəsindən istifadə olunsa da əslində ödənişlərin məbləği dollar ilə müəyyən olunub. Hər iki tərəfin lizinq müqaviləsini imzalaması onlara əsas vermir ki, başqa ölkənin pul vahidindən ödəniş vasitəsi kimi istifadə etsinlər. Əvvəla, Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavi lə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Ödənişin manatla edilməli olduğuna dair şərt qanunda müəyyən edilib. Tərəflər müqaviləyə qanuna zidd şərtlər daxil edə bilməzlər, dollara aid olan şərt əhəmiyyətsizdir, dollar ilə ödənilən pul ödəniş tarixindəki valyuta məzənnəsinə uyğun olaraq manatla olan ödənişə bərabər hesab olunur. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəlləni n 747.3-cü maddəsində göstərilir ki, lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Digər tərəfdən, iş üzrə keçirilmiş mühasibat ekspertizasının rəyinə görə lizinq müqaviləsi üzrə öhdəliklər manatla olduqda iddiaçının cavabdehə 28 avqust 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 503 manat əsas borcu qalır, 01 avqust 2019-cu il tarixə borc qalığının tam ödənilməsi, 1.247 manat məbləğində artıq ödəniş həyata keçirildiyi müəyyən olunur. Ekspertin rəyindən görünür ki, 28 avqust 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 503 manat əsas borc olsa da 12 gün sonra, yəni 10 sentyabr 2018-ci il tarixdə iddiaçı daha 600 manat ödəyib. Apellyasiya icraatı zamanı həmin 600 manatın borcu tam bağlayıb-bağlamadığı barədə cavabdehin nümayəndəsinə sual verilsə də sonuncu suala cavab verməyib və bunun əksini, yəni 600 manatın borcu bağlamadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib. Ona görə də apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlilləri ilə razılaşıb belə qənaətə gəlmişdir ki, sözügedən lizinq müqaviləsi üzrə lizinq ödənişləri iddiaçı tərəfindən cavabdehə tam məbləğdə ödənilib. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin 2.3-cü bəndində qeyd olunub ki, lizinq in müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 747-5.1-ci maddəsinə əsasən, lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 747-5.2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsind ən irəli gələn alıcı hüquqlarına malikdir. Həmin Məcəllənin 748-2.5-ci maddəsində göstərilir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Kassasiya in stansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlir ki, iddiaçı sözügedən lizinq müqaviləsi üzrə lizinq ödənişlərini tam ödədiyinə görə lizinq obyektini iddiaçının mülkiyyətinə verməyi cavabdehin öhdəsinə qoymaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu, lizinq müqaviləsinin müddətinin bitdiyi tarixə iddiaçının lizinq ödənişlərini tam məbləğdə ödəmədiyini, lizinq obyektinin 2019-cu ilin avqust ayında iddiaçıdan geri alınaraq 19 sentyabr 2019-cu il tarixli lizinq müqaviləsi üzrə Maya Hüseynovaya lizinqə verildiyini, lizinq obyektinin sonuncunun mülkiyyətinə keçməsi üçün tələb olunan rəsmiləşdirilmənin aparıldığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi qeyd olunan dəlillərlə razılaşmır. Belə ki, əvvəla iddiaçının lizinq obyekti üzrə lizinq ödənişlərini tam məbləğdə ödəməsi ekspertin rəyi ilə tam təsdiq olunur və rəydən görünür ki, öhdəliklər manatla olduqda iddiaçının cavabdehə 28 avqust 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 503 manat əsas borcu qalır, 01 avqust 2019-cu il tarixə isə borc qalığının tam ödənilməsi, hətta 1.247 manat məbləğində artıq ödənişin həyata keçirildiyi müəyyən olunur. Digər tərəfdən, cavabdeh nə iddiaya etiraz ər izəsində, nə də kassasiya şikayətində lizinq obyektinin üçüncü şəxsin lizinqinə verildiyini göstərməyib və bu barədə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Hətta, cavabdeh sözügedən lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin ödənilməsinə dair iddiaçıya 06 sentyabr 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərib. Belə olan halda, cavabdehin lizinq obyektini 19 sentyabr 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Maya Hüseynovanın lizinqə verməsi, həmin müqavilənin sonradan geri tarixlə tərtib olunması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin mənasına görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının əsası kimi istinad etdiyi hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri yenidən araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-454 1/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-38/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-38/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver