Məhkəmə qərarları › İş №2(102)-38/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-38/2023

10.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-38/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlikdən imtina barədə ərizənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1523/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 10 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddi açı atası (bundan sonra iddiaçı) X 16 fevral 2021-ci il tarixdə ölüb. İddiaçı və anası X1 26 fevral 2021-ci il tarixdə notariat ofisinə müraciət edərək, onların adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmişlər. Həmçinin, iddiaçı eyni tarixli ərizə ilə notariat ofisinə müraciət edərək, mərhum atası X qalmış mirasın ona çatası payından imtina etmişdir. Həmçinin, X3 və X2 11 avqust 2021-ci il tarixli ərizə ilə notariat ofisinə müraciət edərək, onların adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin verilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə və 3-cü şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası İX miras qalmış paydan imtina barədə notariat o fsində qeydə alınmış 26 fevral 2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, atasından miras kimi ünvan 1 ünvanda yerləşən mənzil, “MersedesBenz 160 minik” markalı və “BMW X-5 minik” markalı avtomaşınlar qalmışdır. Atası ilə anasının nikahı ikinci nikah olmaqla, atası əvvəlki nikahdan olan ailəsindən ayrılanda mülkiyyətində olan mənzili birinci ailəsinə vermiş və onlar həmin mənzildə yaşayırlar. Ona görə də yalnız avtomaşınlara dair vərəsəlik hüquqlarının qeydə alınması qərarına gəlmişlər. Onların ərizələri qeydə alındıqdan və vərəsəlik işi açıldıqdan sonra məlum olmuşdur ki, atasının birinci nikahdan olan uşaqları da həm mənzilə, həm də avtomaşınlara dair vərəsəlik paylarının qeydə alınması barədə notariat kontoruna müraciət etmişlər. Bu halda başa düşmüşdür ki, yanılıb, imtina edərkən payının anasına çatacağını düşünmüş, amma o, payından imtina etməklə və atasının digər övladları da həmin miras əmlaklara öz paylarını tələb etməklə, onun imtina etdiyi hissəyə də pay hüquqları yaranmışdır. Ona görə də imtina ərizəsinin etibarsız hesab edilməsi üçün notariat kontoruna müraciət etmək istəmiş, notariatda ona bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Hesab edir ki, miras əmlakdan imtina ərizəsini qeydə alarkən notarius vəzifəsini yerinə yetirməmiş, o, imtina ərizəsi verərkən nəzərdə tutduğu əsl niyyət və məqsədinə düzgün çatmağın qanuni yolla imtinanın bir başa anasının xeyrinə yazılmalı olduğunu, əks təqdirdə pa yının miras əmlakda payları olan digər vərəsələr arasında bölüşdürüləcəyini izah etməmişdir. Belə ki, Asan Xidmət Mərkəzində onlara izah etmişlər ki, avtomaşınları onun adına keçirmək üçün əvvəlcə vərəsəlik açılmalı, yalnız 6 aydan sonra avtomaşını ada keçirmək olar, amma bunun üçün gərək bir nəfərin adı ola, çünki avtomaşında iki adamın adı yazıla bilməz. O, notariusa izah etmişdir ki, atasından miras qalmış iki avtomaşın hazırda onun sahibliyində və istifadəsindədir, amma istəyir ki, avtomaşınlar tam olaraq anasının adına keçsin. Onda notarius demişdir ki, bunun üçün o, imtina ərizəsi verməlidir. O, razılaşmış və notarius imtina ərizəsini rəsmiləşdirmişdir. Lakin onun əsl niyyəti ilə bu hərəkətinin hüquqi nəticələri arasında yaranan fərqliliyi, onun imtinası nəticəsində payının digər v ərəsələr arasında bölünəcəyi, eləcə də imtinanın konkret vərəsənin xeyrinə ola biləcəyi ona izah edilməmişdir. Atasından miras qalmış hər iki avtomobil onun sahibliyində və istifadəsindədir. Belə olduğu təqdirdə o, həmin miras əmlakı atası ölən gündən faktiki olaraq qəbul etmiş hesab edilir və miras qəbul edildiyi gündən mirası qəbul etmiş vərəsənin mülkiyyəti hesab edilir. Bu halda onun yanılma nəticəsində, əslində nəzərdə tutduğu nəticəyə deyil, tam ziyanlarına olan nəticələrə səbəb olmuş imtina ərizəsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki hüquqi nəzəriyyəyə görə yanılma, son nəticədə təsəvv ürün həqiqətə uyğun olmaması halını ifadə edir. Geniş mənada yanılma həqiqəti bilməməyi də ehtiva edir. Aydın məsələdir ki, həqiqəti bilmədiyini bilən bir şəxsin həqiqət barəsində yanıldığından bəhs edilə bilməz. Yəni bu son halda faktiki olaraq “yanılma” halı olmur. Bütün yanılmalar hüquqi baxımdan əqdi əmələ gətirən iradə ifadəsinin zədələnməsinə səbəb olmur və bu səbəblə də hər cür yanılmalar əqdinetibarlılığına təsir etmir. Əgər hər cür yanılmalar əqdin etibarlılığına təsir etsəydi bu mülki dövriyyənin pozulmasına səbəb olardı. Bu səbəbdən də qanunvericilikdə bütün yanılmalar deyil, yalnız əsaslı yanılmaların əqdi əmələ gətirən iradə ifadəsinin sağlamlığını zədələyə biləcəyi qəbul edilir. Mülki Məcəllədə əqdi əmələ gətirən iradə ifadəsinin sağlamlığını zədələyən bu cür əsaslı yanılmala ra “vacib əhəmiyyətli yanılma” deyilmişdir. Əqdin etibarlılığına təsir edən yanılma hallarını diqqətlə nəzərdən keçirdikdə müəyyən edilir ki, yanılma- iradə ilə ifadə arasında uyğunsuzluq olan hallardakı yanılmalar (“iradənin ifadəsində yanılma” və ya qısaca “bəyanda yanılma’'’) ilə əqdin əsasını təşkil edən məsələyə (əsaslı amildə/motivdə yanılma) dair yanılmalar Mülki Məcəllədə vacib əhəmiyyətli yanılma hesab olunur. Şəxslərin iradə ifadəsinə hüquqi baxımdan əhəmiyyət verildiyi üçün bu iradə ifadəsi hüquqi bir məcburiyyət əmələ gətirir. Belə bir məcburiyyətin əmələ gəlməsinin başlıca məqsədlərindən biri şəxsin həmin hüquqi nəticə ilə bağlı istək və arzularını təmin etməkdir. Bu qeyd olunanlardan və ümumiyyətlə əqd anlayışının mahiyyətindən asanlıqla müəyyən etmək olar ki, şəxslərin ətraf a açıqladığı, bildirdiyi iradə ifadəsinin hüquqi əhəmiyyəti birbaşa ifadənin iradəni əks etdirməsinə görədir. Əgər ifadə iradəyə uyğun deyilsə, hətta həqiqi iradənin tam əksinədirsə, onda aydın məsələdir ki, bu ifadənin hüquqi baxımdan qorunmağa layiq bir dəyəri yoxdur. İradənin ifadəsindəki yanılma ilə əqdin əsasını təşkil edən məsələyə dair yanılma vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilə bilər. Bu baxımdan məhkəmənin qənaətincə araşdırılan mübahisə üzrə iddianın əsası olaraq istinad olunan halların vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilməsi qanunun mahiyyətinə uyğun deyil. Belə ki, şərh olunan halda şəxsin iradəsi mirasdan imtinaya yönəlmiş, bunun ifadəsi ərizədə əks olunmaqla ərizəni sərbəst şəkildə, heç bir təsir olmadan vermişdir. Buradan görünür ki, şəxsin iradəsi ilə i fadə arasında uyğunsuzluq olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı miras əmlakdakı payından imtina etməsini vacib əhəmiyyətli yanılma ilə baş verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. İddia ərizəsinin təmin edilməsi üçün iddiaçı tərəfindən miras əmlakdakı payından vacib əhəmiyyətli yanılma səbəbilə imtina etməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilə bilməz. Belə ki, iddiaçı könüllü olaraq notariat orqanına gedərək, heç bir kənar təzyiqə və məcburetməyə məruz qalmadan miras əmlakdakı payından imtina etmişdir. Ona görə də hazırkı halda iddia ərizəsinin təmin edilməsi üçün iddia ərizəsində qeyd edilən dəlillər kifayətedici hesab edilə bilməz. Bundan başqa, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi ilə bağlı müddət ötü rülmüşdür. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı 2021-ci ilin avqust ayından digər vərəsələr tərəfindən ərizə verildikdən sonra hüquqlarının pozulduğunu bildiyini göstərmişdir. İddiaçı 20 avqust 2021-ci il tarixdə mirasdan imtina ərizəsinin ləğv edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciə etmiş və tərəflər iştirak etmədiyinə görə iddia 19 noyabr 2021-ci il tarixdə baxılmamış saxlanılmışdır. Bundan sonra, iddiaçı 04 aprel 2022-ci il tarixdə araşdırılan mübahisə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülmüşdür. İddia tərəfinin mübahisələndirdiyi digər bir məsələ isə miras əmlaka faktiki sahibliyin edilməsi və ona görə də iddiaçının mirası qəbul etməsi göstərilir. Lakin Mülki Məcəllənin 1269-cü maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Qanunun müəyyənləşdirdiyi normadan müəyyən olunur ki, mirasa faktiki sahiblik ondan imtinaya maneə deyildir və şəxs mirasın qəbulundan imtina edə bilər. Eyni zamanda iddia tərəfinin istinad etdiyi digər bir hal isə iddiaçının mirasdan imtina barədə ərizə deyil, anasının xeyrinə mirasdan imtina barədə ərizə vermək istəyinin olmasıdır. İddiaçının başqa şəxsin xeyrinə imtina etməsi kimi imkanı oldu ğu halda iddiaçı təqdim etdiyi ərizədə hər hansı şəxsin xeyrinə deyil mirası ümumilikdə qəbul etməkdən imtina etmişdir. Mirasdan imtina barədə ərizənin müvafiq əsas olduğu vaxtdan 2 ay müddətinə mübahisələndirilməsi nəzərdə tutulduğu halda işin müəyyən edilmiş faktiki və mübahisəsiz hallarından göründüyü kimi iddiaçı həmin müddəti də ötürmüşdür. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 354.2, 375.2, 1243.1, 1243.2, 1243.3, 1261, 1262-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə sədrlik edən, məruzəçi, L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 354.2, 375.2, 1243.1, 1243.2, 1243.3, 1261, 1262-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya i nstansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, məhkəmənin iddia müddəti ilə bağlı gəldiyi bu nəticə səhvdir. Çünki məhkəmə qərardadı ilə ərizəsi məhkəməyə 10 dəqiqə gecikdiyi üçün baxılmamış saxlandıqdan sonra bu barədə qərardadı 10 gün sonra almış və bu zaman baxılmamış saxlanmadan xəbər tutmuş,həmin qərardadın ləğv edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş, məhkəmə b ir müddət sonra bu ərizəni təmin etmədiyi üçün dərhal ikinci dəfə ümumi əsaslarla məhkəməyə müraciət etmiş, məhkəmə isə bu halları araşdırmadan,bu barədə məhkəmənin son qərardadının nə vaxt qəbul edildiyini və ona təqdim edildiyini müəyyən etmədən iddia üçün müddətin ötürülməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmənin iddia müddətinin ötürülməsi ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə zidd olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbayc an Respublikasının Mülki Məcəlləsi Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: Maddə 347.2.1. Şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; Maddə 347.2.2. Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; Maddə 347.2.3. Tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağl anmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1268.1.Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kass asiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının atası X 16 fevral 2021-ci il tarixdə ölüb. İddiaçı və anası X1 26 fevral 2021-ci il tarixdə notariat ofisinə müraciət edərək, onların adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmişlər. Həmçinin, iddiaçı eyni tarixli ərizə ilə notariat ofisinə müraciət edərək, mərhum atası X qalmış mirasın ona çatası payından imtina etmişdir. Həmçinin, X3 və X2 11 avqust 2021-ci il tarixli ərizə ilə notariat ofisi nə müraciət edərək, onların adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəs ələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1268.1-ci maddəsində göstərilir ki, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1269-cu maddəsinə görə, Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Həmin Məcəllənin 1272-ci maddəsinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi günd ən iki ay ərzində açıla bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışdırıb qeyd etmişdir ki, mülki hüquqi nəzəriyyəyə görə yanılma, son nəticədə təsəvvürün həqiqətə uyğun olmaması halını ifadə edir. Geniş mənada yanılma həqiqəti bilməməyi də ehtiva edir. Aydın məsələdir ki, həqiqəti bilmədiyini bilən bir şəxsin həqiqət barəsində yanıldığından bəhs edilə bilməz. Yəni bu son halda faktiki olaraq “yanılma” halı olmur. Bütün yanılmalar hüquqi baxımdan əqdi əmələ gətirən iradə ifadəsinin zədələnməsinə səbəb olmur və bu səbəblə də hər cür yanılmalar əqdinetibarlılığına təsir etmir. Əgər hər cür yanılm alar əqdin etibarlılığına təsir etsəydi bu mülki dövriyyənin pozulmasına səbəb olardı. Bu səbəbdən də qanunvericilikdə bütün yanılmalar deyil, yalnız əsaslı yanılmaların əqdi əmələ gətirən iradə ifadəsinin sağlamlığını zədələyə biləcəyi qəbul edilir. Mülki Məcəllədə əqdi əmələ gətirən iradə ifadəsinin sağlamlığını zədələyən bu cür əsaslı yanılmalara “vacib əhəmiyyətli yanılma” deyilmişdir. Əqdin etibarlılığına təsir edən yanılma hallarını diqqətlə nəzərdən keçirdikdə müəyyən edilir ki, yanılma- iradə ilə ifadə arasında uyğunsuzluq olan hallardakı yanılmalar (“iradənin ifadəsində yanılma” və ya qısaca “bəyanda yanılma’'’) ilə əqdin əsasını təşkil edən məsələyə (əsaslı amildə/motivdə yanılma) dair yanılmalar Mülki Məcəllədə vacib əhəmiyyətli yanılma hesab olunur. Şəxslərin iradə ifadəsinə hü quqi baxımdan əhəmiyyət verildiyi üçün bu iradə ifadəsi hüquqi bir məcburiyyət əmələ gətirir. Belə bir məcburiyyətin əmələ gəlməsinin başlıca məqsədlərindən biri şəxsin həmin hüquqi nəticə ilə bağlı istək və arzularını təmin etməkdir. Bu qeyd olunanlardan və ümumiyyətlə əqd anlayışının mahiyyətindən asanlıqla müəyyən etmək olar ki, şəxslərin ətrafa açıqladığı, bildirdiyi iradə ifadəsinin hüquqi əhəmiyyəti birbaşa ifadənin iradəni əks etdirməsinə görədir. Əgər ifadə iradəyə uyğun deyilsə, hətta həqiqi iradənin tam əksinədirsə, onda aydın məsələdir ki, bu ifadənin hüquqi baxımdan qorunmağa layiq bir dəyəri yoxdur. İradənin ifadəsindəki yanılma ilə əqdin əsasını təşkil edən məsələyə dair yanılma vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilə bilər. Bu baxımdan məhkəmənin qənaətincə araşdırı lan mübahisə üzrə iddianın əsası olaraq istinad olunan halların vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilməsi qanunun mahiyyətinə uyğun deyil. Belə ki, şərh olunan halda şəxsin iradəsi mirasdan imtinaya yönəlmiş, bunun ifadəsi ərizədə əks olunmaqla ərizəni sərbəst şəkildə, heç bir təsir olmadan vermişdir. Buradan görünür ki, şəxsin iradəsi ilə ifadə arasında uyğunsuzluq olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı miras əmlakdakı payından imtina etməsini vacib əhəmiyyətli yanılma ilə baş verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. İddia ərizəsinin təmin edilməsi üçün iddiaçı tərəfindən miras əmlakdakı payından vacib əhəmiyyətli yanılma səbəbilə imtina etməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilə bilməz. Belə ki, iddiaç ı könüllü olaraq notariat orqanına gedərək, heç bir kənar təzyiqə və məcburetməyə məruz qalmadan miras əmlakdakı payından imtina etmişdir. Ona görə də hazırkı halda iddia ərizəsinin təmin edilməsi üçün iddia ərizəsində qeyd edilən dəlillər kifayətedici hesab edilə bilməz. Bundan başqa, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi ilə bağlı müddət ötürülmüşdür. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı 2021-ci ilin avqust ayından digər vərəsələr tərəfindən ərizə verildikdən sonra hüquqlarının pozulduğunu bildiyini göstərmişdir. İddiaçı 20 avqust 2021-ci il tarixdə mirasdan imtina ərizəsinin ləğv edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciə etmiş və tərəflər iştirak etmədiyinə görə idd ia 19 noyabr 2021-ci il tarixdə baxılmamış saxlanılmışdır. Bundan sonra, iddiaçı 04 aprel 2022-ci il tarixdə araşdırılan mübahisə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülmüşdür. İddia tərəfinin mübahisələndirdiyi digər bir məsələ isə miras əmlaka faktiki sahibliyin edilməsi və ona görə də iddiaçının mirası qəbul etməsi göstərilir. Lakin Mülki Məcəllənin 1269-cü maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Qanunun müəyyənləşdirdiyi normadan müəyyən ol unur ki, mirasa faktiki sahiblik ondan imtinaya maneə deyildir və şəxs mirasın qəbulundan imtina edə bilər. Eyni zamanda iddia tərəfinin istinad etdiyi digər bir hal isə iddiaçının mirasdan imtina barədə ərizə deyil, anasının xeyrinə mirasdan imtina barədə ərizə vermək istəyinin olmasıdır. İddiaçının başqa şəxsin xeyrinə imtina etməsi kimi imkanı olduğu halda iddiaçı təqdim etdiyi ərizədə hər hansı şəxsin xeyrinə deyil mirası ümumilikdə qəbul etməkdən imtina etmişdir. Mirasdan imtina barədə ərizənin müvafiq əsas olduğu vaxtdan 2 ay müddətinə mübahisələndirilməsi nəzərdə tutulduğu halda işin müəyyən edilmiş faktiki və mübahisəsiz hallarından göründüyü kimi iddiaçı həmin müddəti də ötürmüşdür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razıla şmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(105)-1523/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar