Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-38/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 22 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin bağlanmış hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 22 saylı Dövlət Notariat Kontoruna və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləs inin bağlanmış hesab edilməsi, mənzilə onun mülkiyyət hüququnun tanınması” tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3836/2008 nömrəli, 31 oktyabr 2008-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1974-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Perevalnaya 182 ünvanda 82,4 kv.m torpaq sahəsində yerləşən 39,6 kv. ümumi sahəsi olan 2 otaqlı yaşayış evi Cavabdeh məxsus olmuşdur.
2. Cavabdeh və İddiaçı arasın da Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda notarial qaydada xx.xx.1989-cu il tarixli borc müqaviləsi bağlanmış, İddiaçı G.İsraelyana 1 ay müddətinə 9000 rubl borc vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən borc göstərilən müddətdə qaytarılmadıqda İddiaçı borcun ödənilməsi üçün onu Bakı şəhəri, 4-cü Perevalnaya 182 nömrəli evlə əvəzləşdirmək hüququna malikdir. 3. xx.xx.1989-cu ildə Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda qeydiyyata alınmış etibarnamə ilə Cavabdeh özünə məxsus bütün əmlakı üzərində sərəncam vermək, həmin əmlakın satmaq, bağışlamaq, bağışlamanı qəbul etmək, dəyişmək hüququna dair iddiaçıya 6 ay müddətinə etibarnamə vermişdir.
4. İddiaçı mübahisə predmeti olan həmin evdə qeydiyyatsız yaşayır və 1989-cu ildən kommunal xərclərini özü ödəyir. Həmin ünvan bundan başq a dörd ayrı-ayrı mənzillərdən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 22 saylı Dövlət Notariat Kontoruna və DƏDRX-yə qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları(keçmiş 4-cü Perevalnaya) küçəsində yerləşən 182 saylı fərdi yaşayış evinə dair alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və mənzilə dair onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 1989-cu ilin yanvar ayının sonunda evi satmaq arzusunda olan cavabdehlə tanış olaraq evə baxmış, evi bəyənərək aralarında evin alqısatqısı barədə sövdələşmə olmuş, lakin evin mülki yyət hüququnu təsdiq edən sənəd hazır olmadığından onun rəsmiləşdirilməsini Cavabdeh 1 ay müddətinə keçirəcəyini vəd etmişdir. Razılaşdırılmış pul məbləğini cavabdehə ödəmişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı tərəflər arasında xx.xx.1989-cu il tarixdə borc müqaviləsi bağlanmış, evə dair isə etibarnamə verilmişdir. Cavabdeh pul məbləğini qəbul edərək evi və evə dair sənədləri ona təhvil vermiş və Azərbaycan Respublikasını tərk etmişdir. Məlum hadisələrlə əlaqədar cavabdeh Azərbaycan Respublikasını tərk etmiş və bir daha qayıda bilməmişdir. Borc müqaviləsinin 4-cü bəndinin şərtinə əsasən o borc qaytarılmadığı üçün cavabdehə məxsus evə faktiki mülkiyyət hüququ qazanmışdır. Cavabdehin ona verdiyi etibarnamənin müddətinin başa çatdığından və Qanunda olan dəyişikliklə əlaqədar o, hazırda al qı-satqını rəsmiləşdirə bilmir. Nəticədə isə onun hüquqları pozulur.
7. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehdən aldığı evin Səriyə Əhmədovaya məxsus olan evə bitişik ev olduğunu, Hər iki evin nömrəsinin 182-dir. Ümumiyyətlə onların küçələrində 182 ünvanda 5-6 evin yerləşir.
8. Şahid qismində dindirilmiş X7 və X1 bildirmişdirlər ki, iddiaçı evi 20 il bundan əvvəl cavabdehdən almış və həmin vaxtdan etibarən ailə üzvləri ilə birlikdə evdə yaşayır.
9. X14 əlavə olaraq bildirmişdir ki, onun yaşadığı və qeydiyyatda olduğu 182 nömrəli ev Novruzov Qardaşları küçəsində yerləşir. İddiaçının aldığı evin nömrəsi də 182dir. Ümumiyyətlə həmin küçədə 5-6 ev 182 nömrə altındadır. Lakin bu evlərin bir-birinə aidiyyəti yoxdur.
10. Məhkəmə mübahisə predmeti olan evin y erləşdiyi küçəyə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də Novruzovlar Qardaşları küçəsində 182 nömrəli ünvanda 5 ev mövcuddur. Səriyyə Əhmədova evdə olmadığından onu dindirmək mümkün olmamış, məhkəmə onun övladı X4 şahid qismində dindirmiş, Lətif Əhmədov bildirmişdir ki, iddiaçının yaşadığı 182 saylı evin onun anasının mülkiyyətində olan 182 saylı evə aidiyyəti yoxdur. İddiaçı 1989-cu ildə evi cavabdehdən almış və həmin vaxtdan etibarən ailə üzvləri ilə birlikdə evdə yaşayır. Yerli baxış zamanı şahid qismində dindirilmiş 181 saylı evdə yaşayan X2 bildirmişdir ki, cavabdeh özünə məxsus evi 1989-cu ildə iddiaçıya sataraq Azərbaycanı tərk etmişdir. İddiaçı həmin vaxtdan etibarən evdə yaşayır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 2(006)350/2008 s aylı, 12 may 2008-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Novuzov qardaşları küçəsində yerləşən 182 nömrəli fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında alqı-satqı əqdi xx.xx.1989-cu il tarixdən bağlanmış hesab edilmiş, qətnamədə əqdin notarial qaydada təsdiqlənməsinin tələb olunmadığı, qətnamənin İddiaçı adına evə dair Hüquqların dövlət eydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olduğu göstərilmişdir.
12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə mənzilin mülkiyyətçisi olan cavabdeh arasında mənzilin alqı-satqısı barədə razılıq əldə olunmuş, alıcı tərəf satıcı tərəfə razılaşdırılmış pul məbləğini ödəmiş, satıcı tərəf həmin pul məbləğini qəbul edərək mənzili sənədl əri ilə birlikdə alıcının sahibliyinə vermiş,və bütün əmlakı üzərində sərəncam vermək, o cümlədən əmlakın satılması hüququnu iddiaçıya etibarnamə əsasında vermişdir. Bundan sonra cavabdeh satıcı daimi yaşayış yerini dəyişmiş, alıcı ilə əlaqə saxlamamış, alqı-satqı əqdi ilə üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, yəni satılan mənzili alıcının mülkiyyətinə deyil, sahibliyinə vermişdir.
13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin tələbləri iddiaçının hüquqi vəziyyətini pisləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
14. Məhkəm ə tərəflər arasında alqı-satqı öhdəliyi yaranan zaman Azərbaycan Respublikasında qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinin tələbindən çıxış edərək hesab etmişdir ki, alıcı tərəf əqdi tamamilə icra etdiyindən və əqd qanuna zidd əməl olmadığından qeyd olunan alqı-satqı əqdi, əqdi icra etmiş tərəfin tələbi üzrə bağlanmış hesab edilməlidir. Cavabdeh isə ötən müddət ərzində mülkiyyətin müdafiəsi, yəni iddiaçının mənzildən çıxarılması və yaxud mənzilə dair sən tərəflər arasında alqı-satqı öhdəliyinin ədlərin əslinin cavabdehdən götürülməsi üçün məhkəməyə iddia verməmiş və ya digər tədbirlər görməmişdir. Bu isə mənzilin cavabdeh tərəfindən iddiaçıya satılmasına dəlalət edir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 43.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları tam araşdırılmamış, mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri pozulmaqla həll edilmişdir. Belə ki, məhkəmə özbaşına tikilinin dolayısı yolla qeydə alınması üçün qanunsuz əsas yaratmışdır.
18. Üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, Mülki Məcəllənin 180.1- ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarının ciddi pozulması ilə tikilmiş ev, digər tikili özbaşına tikinti sayılır. Qüvvədə olan Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən əqdin bağlandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 105-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Novruzov Qardaşları 182 ünvanda ayrı-ayrı şəxslərə məxsus bir neçə mənzil vardır, həmin mənzillərdən bir neçəsi əvvəllər qanuni əsaslarla özəlləşdirilmişdir, iddiaçının qeyri-rəsmi aldığı mənzil isə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməmişdir.
19. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı 1989-cu ilin yanva r ayının sonunda evi satmaq arzusunda olan erməni milliyyətindən olan cavabdehlə razılaşaraq pul məbləğini cavabdehə ödəmişdir. Həmin vaxt onlar alqı-satqını lazımi qaydada rəsmiləşdirməmişlər. Cavabdehdən öz adına mənzilə dair etibarnamə almaqla kifayətlənmişdir. Cavabdeh pul məbləğini qəbul edərək evi və evə dair sənədləri ona təhvil vermiş və Azərbaycan Respublikasını tərk etmişdir. Cavabdehin ona verdiyi etibarnamənin müddəti başa çatdığından iddiaçı qanuni əsaslarla yaşadığı tikiliyə mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməyərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini təmin etmişdir. Həmin qətnamə 3-cü şəxs olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin maraqlarına toxunmadığı halda apellyasiya şikayəti heç bir əsas olmadan verildiyindən apel lyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.Əsədov (sədrlik edən və məruzəçi), M. Tağızadə və T. Səmədov) 2(103)-3836/2008 saylı, 31 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan normanı tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Qanunvericiliyin tələbinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. ünvan 2 ünvanındakı tikilinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməmişdir.
22. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 382, 385.1.1, 392-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair icraat
23. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, həmçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə vermişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3836/2008 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
25. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3789/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3836/2008 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3836/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmılş prosessual müddət İddiaçı münasibətdə bərpa edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi qərara alınmışdır. Qətnamədən verilmiş kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətçisi olduğu mənzildən qanunsuz əsaslarla məhrum edilməsi üçün bütün vasitələrə əl atılmış, mənzili ilə bağlı üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin maraqlarına xidmət edən əsassız qətnamə qəbul edilmişdir. Qətnamədə 3-cü şəxsin nümayəndəsinin izahatına uyğun olaraq mənzil dəfələrlə özbaşına tikili kimi nəzərdən keçirilir. Lakin həmin şəxs həmçinin həmin ünvanda bir neçə mənzil olduğunu və onlardan bəzilərinin qanuni əsaslarla mülkiyyət hüququnun qeydə alındığını bildirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində sadalanan sübutlar və hallar onu göstərir ki, iddiaçı 1989-cu ildən mənzildə yaşamış, kommunal xərclər i ödəmiş, mənzilə sahiblik etmiş, alıcı tərəf qismində öz öhdəliklərini tam şəkildə icra etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən halları nəzərə almamış, hüquqi əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 13 (bənd İ). Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29 (bənd İİİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərən cam vermək hüquqlarından ibarətdir. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə
42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.
32. Maddə
43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notaria tda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
33. Maddə
230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarı
34. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən ünvan 3 ünvanda 82,4 kv.m torpaq sahəsində yerləşən 39,6 kv. ümumi sahəsi olan 2 ota qlı yaşayış evi Cavabdeh məxsus olmuşdur.
47. Tərəflər arasında həmin evin alqı-satqısına dair razılıq əldə olunmuş, lakin evə dair mülkiyyəti təsdiq edən sənədlər olmadığından Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda notarial qaydada xx.xx.1989-cu il tarixli borc müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh 1 ay müddətinə 9000 rubl borc verdiyi, borc göstərilən müddətdə qaytarılmadıqda İddiaçı borcun ödənilməsi üçün onu Bakı şəhəri, 4-cü Perevalnaya 182 nömrəli evlə əvəzləşdirmək hüququ olması razılaşdırılmış və xx.xx.1989-cu ildə Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda qeydiyyata alınmış etibarnamə ilə Cavabdeh özünə məxsus bütün əmlakı üzərində sərəncam vermək, həmin əmlakın satmaq, bağışlamaq, bağışlamanı qəbul etmək, dəyişmək hüququna dair iddiaç ıya 6 ay müddətinə etibarnamə vermişdir. Həmin əqd icra edilərək yaşayış evi İddiaçı təhvil verilmişdir.
48. Birinci instansiya məhkəməsi hazırkı iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü maddəsinin təşkil etdiyi qənaətinə gəlmiş və iddianı təmin etmişdir.
49. Lakin apellyasiya məhkəməsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə istinad edərək mübahisə predmeti olan evin özbaşına tikili olduğu qənaətinə gəlmiş və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olmadığına görə özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının mümkünsüz olması qənaətinə gələrək iddianı rədd etmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin 180-ci maddəsini tətbiq etmklə Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 217.2-ci maddəsinin tələblərini pozmuşdur.
51. Həmçinin apellyasiya məhkəməsi tərəfindən mübahisəli evin və yerləşdiyi torpaq sahəsinin hüquqi statusu düzgün müəyyən edilməmiş, onun özbaşına tikili deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikili olması, qüvvədə olan qanunvericiliyə əsasən belə tikililərə qanuni gözlənti hüququnun mövcud olması, evə dair 1974-cü ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verən sənəd olmasını nəz ərə almamışdır.
52. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci maddəs inə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.
54. Göründüyü kimi, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınması üçün qanuni əsaslar mövcuddur. Buna görə də, həmin daşınmaz əmlakın özbaşına tikinti olması və buna görə də, ona dair əqdin bağlanmış hesab edilməsinin mümkünsüzlüyü barədə apellyasiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.
55. Əqd bağlanarkən qüvvədə olmuş Mülki Məcəllənin 44-cü maddəsinə əsasən qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
56. İşdə olan Cavabdeh və İddiaçı arasında Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda notarial qaydada bağlanmış xx.xx.1989-cu il tarixli borc müqaviləsinin şərtlərindən də görünür ki, əslində niyyət evin (ona dair sahiblik və istifadə hüquqlarının) alqı-satqısı olmuş, tərəflər bunu başqa qaydada rəsmiləşdirə bilmədiklərindən borc müqaviləsi bağlayıb, borcun 1 ay müddətində qaytarılmaması halında evlə əvəzləşdirilməsini razılaşdırmışdırlar.
57. Hazırda iddiaçının 1989-cu ildən bəri sahiblik və istif adəsində olduğu, qüvvədə olan qanunvericiliyə əsasən həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqların qeydə alınmasına qanuni gözlənti hüquqi olan əvvəlki sahibin 1989-cu ildə evin dəyərini alaraq evi alıcıya təhvil verməsi, məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası ərazisini tərk etməsi və bu əqdin mülkiyyət hüququ qeydə alındıqdan sonra bağlanmasının yuxarıda göstərilən səbəblərdən mümkün olmamasına görə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Novruz qardaşları küçəsində yerləşən 182 nömrəli, 39,6 kv.m. ümumi sahəsi olan, 2 otaqlı yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında alqı-satqı əqdi xx.xx.1989-cu il tarixdən bağlanmış hesab edilməlidir.
58. Məhkəmə kollegiyası iddianın mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakı n dövlət reyestrindən çıxarış verilməsi hissəsində hesab edir ki, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə hazırkı məhkəmə qətnaməsi əsasında iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etməsi ilə göstərilən məqsədə nail olmaq mümkündür. Müvafiq inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınmasında imtina etdiyi hallarda isə həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə kollegiyası hesab edir ki, bu tələblər üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veril miş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2008-ci il tarixli, 2(103)-3836/2008 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Novruz qardaşları küçəsində yerləşən 182 nömrəli, 39,6 kv.m. ümumi sahəsi olan, 2 otaqlı yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında alqı-satqı əqdi xx.xx.1989-cu il tarixdən bağlanmış hesab edilsin. İddianın mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi hissəsində isə iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.