Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3803/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X3, kassatorun vəkili X1, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-3766/2018 hakim R.Ə.Səmədov) iddiaçılar İddiaçı1, "İddiaçı6" MMC, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi XXXna qarşı iddiası təmin edilmiş, 25.11.2013-cü il tarixdə "X5" ASC ilə İddiaçı1 arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin tarixdə "X5" ASC ilə İddiaçı1 və "İddiaçı6" MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Qusar rayonu, Ləzə kəndində yerləşən əmlak kompleksinin ipotekadan azad olunması, 19.11.2013-cü ildə ləğv prosesində olan "X5" ASC ilə İddiaçı3 arasında bağlanmış hesab edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi, 19.11.2013-cü il tarixli "X5" ASC ilə İddiaçı3 və İddiaçı5 arasında bağlanmış ipoteka müqavilə sinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3420 a nömrəli bağ evinin ipotekadan azad edilməsi, 19.11.2013-cü ildə "X5" ASC ilə İddiaçı2 arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, 19.11.2013-cü il tarixli "X5" ASC ilə İddiaçı2 və İddiaçı4 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində olan 0,12 ha torpaq sahəsində yerləşən bağ evi-əmlak kompleksinin ipotekadan azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12204/2018 hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi XXXnun ape llyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “X5” ASC ilə İddiaçı2 Sabeli (Əli) oğlu arasında 19 noyabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank İddiaçı2 Sabeli (Əli) oğluna bağ evinin əsaslı təmiri, mebellərin təchiz edilməsi və məişət avadanlıqlarının alınması məqsədilə 24 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 600.000 manat məbləğində kredit kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdələri nə götürmüşdür. “X5” ASC ilə İddiaçı3 arasında 19 noyabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank İddiaçı3 bağ evinin əsaslı təmiri, mebellərin təchiz edilməsi və məişət avadanlıqlarının alınması məqsədilə 24 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 800.000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdələrinə götürmüşdür. “X5” ASC ilə İddiaçı1 arasında 25 noyabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank İddiaçı1 istirahət mərkəzinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə 24 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 900.000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdələrinə götürmüşdür. Kredit müqavilələrinin təminatı kimi “X5" ASC ilə İddiaçı3 və İddiaçı5 Günyaşevıç arasında 19.11.2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3420 a nömrəli bağ evi ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 1.200.000 manat məbləğində qiymətləndirilmişdir. “X5" ASC ilə İddiaçı4 və İddiaçı2 Sabeli (Əli) oğlu arasında 19.11.2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində olan 0,12 ha torpaq sahəsində yerləşən 3418 saylı bağ evi-əmlak kompleksi ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 900.000 manat məbləğində qiymətləndirilmişdir. “X5” ASC ilə İ ddiaçı1 və İddiaçı6 MMC arasında 25.11.2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı6 MMC-nin mülkiyyətində olan Qusar rayonu, Ləzə kəndində icarəsində olan 5 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 1.350.000 manat məbləğində qiymətləndirilmişdir. 07.05.2018-ci il tarixdə İddiaçı1, "İddiaçı6" MMC, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 ləğv prosesində olan «X5» ASC-nin ləğvedicisi XXXna qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyas iya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, yalnız iddiaçıların izahatları əsasında cavabdeh hüquqlarının pozulmasına səbəb olan nəticəyə gəlinmişdir. Kassasiya şikayətinə 117 səhifədən ibarət hesabdan çıxarış məlumatlarını əks etdirən sənədər əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsi qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırılmışdır ki, kredit müqavilələrinin etibarsız hesab edilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunur. Belə ki, mübahisələndirilən müqav ilələrin bağlandığı dövrdə bilavasitə “X5” ASC-yə rəhbərlik etmiş şəxslərdən birinin məhkəmə iclasında şahid qismində verdiyi ifadəsi ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı müqavilə münasibətləri faktiki olaraq real olmamış, bankın rəhbərliyi həmin müqavilələrin bağlanmasında maraqlı olmuş, məqsəd isə bankın nizamnamə kapitalının süni surətdə artırılması olmuşdur. Bundan başqa tərəflər arasında mübahisələndirilən kredit müqavilələri imzalansa da, həmin müqavilələrin bağlanması üçün əsas olmuş ilkin sənədlər, o cümlədən borcalanların onlara kredit ayrılması barədə ərizələri, həmin müqavilələr üzrə ödənilməli faizləri və aylıq ödənişləri müəyyən edən, müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlləri, ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi barədə mütəxəssisin və ya qiymətləndiricinin rəyləri, bankın 2013cü ilin noyabr ayını əhatə edən dövriyyə sənədləri, 2013-cü ilin 19 və 25 noyabr tarixlərində bankın xəzinədarlığından məxaric olunan pulların təyinatını, məbləğini göstərən müvafiq sənədlər mövcud deyildir. Birinci instansiya məhkəməsində bankın nümayəndəsinə həmin sənədləri məhkəməyə təqdim etməsi dəfələrlə təklif edilsə də, cavabdeh tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa kredit müqavilələri üzrə ödənişlər həyata keçirilməsə də, cavabdeh bank 4 il ərzində ödənişlərin həyata keçirilməsini borc alanlardan tələb etməmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən kredit müqavilələri Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız əqd kimi qiymətləndirilsə də, həmin maddənin üçüncü cümləsində gö stərilən müddəanın tətbiq edilməsinə zərurət mövcud deyildir. Çünki kredit müqavilələri üzrə pul vəsaitləri bankın hesabından çıxarılmış və nizamnamə kapitalına yerləşdirilmişdir. Göründüyü kimi həmin pul vəsaitləri hələ də bankın aktivindədir və bank ləğvetmə prosesində həmin pul vəsaitlərindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir. Məhz bu səbəbə görə də hazırkı iş üzrə xüsusi qərardad çıxarılması üçün heç bir əsas yoxdur. Çünki, mübahisələndirilən kredit müqavilələri üzrə pul vəsaitləri hər hansı bir şəxs tərəfindən mənimsənilməmiş və bankın hesabından nizamnamə kapitalına keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçılar cavabdehin ləğvedicisi təyin edi ldiyi bankla 19.11.2013-cü il və 25.11.2013-cü il tarixlərdə bağlanmış kredit və ipoteka müqavilələrin etibarsız hesab edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi barədə hazırki iddia tələblərini irəli sürmüşlər. İddia ərizəsində iddiaçılar tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 339.3 və 347.1-ci maddələrinə istinad etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilələr saxta olmaqla hər hansı borc öhdəliyi yaranmamış, kredit müqavilələrinin təminatını təşkil edən əmlakların mülkiyyətçilərinin həmin müqavilələrdən ümumiyyətlə məlumatı olmamışdır. Bank rəhbərliyi iddiaçılara müraciət edərək bankın kapitalının artırılması məqsədilə onlardan əmlaklarının surətlərinin təqdim edilməsini xahiş etmişdir. İdd iaçılar müqavilələrin mahiyyətini tam anlamayaraq əmlaklara dair sənədlərin istifadə edilməsinə razılıq vermişlər. Kredit müqavilələrinə və digər təqdim edilmiş sənədlərə imza edilməsinə baxmayaraq həmin pul məbləğləri müqavilələri imzalayan şəxslərə verilməmişdir. Hər hansı kredit məbləği verilmədiyi halda həmin müqavilə etibarlı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. İddiaçıların istinad etdikləri Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən şəxs əqd bağlanması məqsədilə ald adıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddənin məzmunundan görünür ki, aldatma yolu ilə bağlanmış əqdlərdə maraqlı tərəf özünün arzuladığı və öz iradəsinə uyğun olan, lakin digər tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Eyni zamanda aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. İddiaçılar iddia ərizələrində kredit və ipoteka müqavilələri barədə məlumatları olmadıqlarını, müqavilələrin saxta olduğunu bildiməklə bərabər, etibarlılığını mübahisələndirdikləri müqavilələri formal olaraq imzaladıqlarını da göstərmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə aldatmadığını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşməməklə, əksinə, tələbinin əsası kimi istinad etdiyi halları- aldadıldığını sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Apellyasiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, əqdlərin pərdələnmiş əqd olduğu barədə nəticəyə gəlsə də, hansı əqdin pərdələndiyini ümumiyyətlə göstərməmişdir. Bununla bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddənin məzmunundan göründüyü kimi həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməldiir. İş materiallarından göründüyü kimi mübahisələndirilən əqdlər 2013-cü ilin noyabr ayında bağlanıldığı halda, həmin əqdlərin etibarsızlığına dair hazırki iş üzrə iddia tələbi ilə 07 may 2018ci il tarixdə müraciət edilmişdir. Apellyasiya məhkəməsi işin qeyd edilən halınaP ümumiyyətlə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğv edilməli, iş yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3803/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3803/2019
23.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver