Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3804/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X13 qarşı ilkin, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı, Cavabdeh1 İddiaçı qarşı tələbinə dair qarşılıqlı iddiaları barədə iş üzrə QƏRARİ (Açar sözlər: mirasın faktiki qəbulu ilə bağlı mübahisələr, vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı (maraqlı şəxs X17) “mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı “vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı, Cavabdeh1 İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müvafiq şəkildə bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-142/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrıayrılqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Həsəno v Mədət İsa oğlu ilə X1 xx.xx.1971-ci ildə nikah bağlamış, birgə nikahdan Cavabdeh2, Cavabdeh3 və X6 doğulmuşdur.
2. X2 xx.xx.2006-cı ildə vəfat etmişdir.
3. Həsənov Mədət İsa oğlu ilə X11 xx.xx.2008-ci ildə rəsmi nikah bağlamışlar. 4. xx.xx.2012-ci il tarixli vəsiyyətnaməyə əsasən, Həsənov Mədət İsa oğlu ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan qızı İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə verilərkən şahid qismində iştirak edən X14 öz ifadəsində göstərmişdir ki, həmin vəsiyyətnamə onun yanında Həsənov Mədət İsa oğu savadsız olduğundan və yazmaqda çətinlik çəkdiyindən onun sözlərindən notarius tərəfindən hamılıqla qəbul edilmiş texniki vasitədə - kompüterdə latın qrafi kasında tərtib edilib, ucadan oxunub və özü tərəfindən imzalanıb. Şahid qismində iştirak edən X12 təsdiq edib ki, həmin vəsiyyətnamə onun yanında imzalanıb.
5. Həsənov Mədət İsa oğlu xx.xx.2021-ci ildə Bərdə rayonun Qaradağlı kəndində vəfat etmişdir.
6. Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m sahəsi olan qeyriyaşayış binası daşınmaz əmlakın dövlət reyestrində Həsənov Mədət İsa oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır (reyestr nömrəsi **********57-06301, qeydiyyat nömrəsi **********).
7. İddiaçı Notariat Ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********334 nömrəli ərizəsində xx.xx.2021-ci ildə vəfat etmiş atasından qalmış miras əmlakı harada yerləşməsindən və nədən ibarət olmasından asılı qəbul etdiyini bildirmişdir.
8. Cavabdeh1 xx.xx.2022-ci il ta rixli, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, Cavabdeh2 isə xx.xx.2022-ci il tarixli ərizə ilə Notariat ofisinə müraciət edərək, Həsənov Mədət İsa oğlunun vərəsəsi kimi tanınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, X13, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Həsənov Mədət İsa oğluna hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşməklə ondan miras qalmış tikinti altı sahəsi 443,8 kv.m, əsas sahəsi 413,7 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlakdan ona vəsiyyətnamə üzrə ½ hissə, məcburi pay hüququ ilə qalan hissədə 2/4 hissə payın ayılmasına, digər vərəsələr olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onun miras payı müəyyən olunduqdan sonra qalan hissədən bərabər pay ayrılmasına, mirasdan ona düşən hissəyə mülkiyyət hüququnun tanınmasına və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək Həsənov Mədət İsa oğlu tərəfindən İddiaçı verilmiş 2V-01-580 nreyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların ba rabər olaraq ¼ hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək Həsənov Mədət İsa oğlu tərəfindən İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müvafiq şəkildə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, atasının vəfatından sonra tam xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmaqla Bərdə şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binası miras qalmışdır. Atasının vəfatından sonra, yəni 25 mart 2021-ci ildən etibarən miras olan sözüg edən qeyri-yaşayış binasını miras kimi qəbul etmiş, ona sahiblik və idarə etmişdir. Həmin miras əmlakı qəbul etməyinin rəsmiləşdirilməsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək və mirasın bölüşüdürülməsi məqsədi ilə Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə 22 iyul 2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Notariat ofisindən ona verilən cavabda miras əmlakın bölünməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələr arasında ixtilaf olunduğuna görə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, vərəsə olaraq sözügedən qeyri-yaşayış binasından onun vəsiyyətnaməsi üzrə ½ hissə, qalan hissədən isə vərəsə kimi məcburi pay olaraq 2/4 hissə ona ayrılmalıdır. Eyni zamanda analığı Cavabdeh1 həmin mirasda n ½ hissəsinin irs kimi, qalan hissədən isə vərəsə kimi məcburi pay olaraq ¼ hissəsinin ona ayrılması tələbini əsassız hesab edir. Çünki həmin miras əmlaka atasının adına xüsusi mülkiyyət sənədi (çıxarış və texniki pasport) 2022-ci ildə hazırlanıb verilmiş olsa da, sözügedən qeyri-yaşayış binası 2004-cü ildə tikilmişdir. Cavabdeh1 isə atası ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Odur ki, onun həmin mirasdan hər hansı bir pay tələb etməsini əsassız hesab etmişdir. Eyni zamanda qardaşları cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin miras əmlakdan onunla bərabər, yəni hər birinə 1/3 hissə payın bölünüb verilməsini tələb etmələrini əsassız hesab edir. Çünki, ortada atasının ona verdiyi 2012-ci il tarixli vəsiyyətnamə olmuş, həmin vəsiyyətnamədə isə göstərilmişdir ki, atası ona məxsus olan, harad a yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir.
13. Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, mərhum ataları Həsənov Mədət İsa oğlunun mülkiyyətində olan Bərdə şəhəri H.Əliyev prospektində yerləşən, tikinti sahəsi 443,8 kv.m, əsas sahəsi 413,7 kv.m olan qeyri-yaşayış sahəsindən həmişə onlar, yəni ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar istifadə edib, sahiblik hüquqlarını həyata keçirmişlər. Həmin qeyri-yaşayış sahəsi “Gülüstan” şadlıq evi kimi fəaliyyət göstərmişdir. Atalarının sağlığında da, vəfat etdikdən sonra da həmin şadlıq evini istifadə edərək əldə edilmiş gəlirdən ailələrini dolandırmışlar. Bu gün də, həmin obyekti icarəyə vermişlər və i carə haqqını da onlar alır. Ataları İddiaçı heç vaxt vəsiyyətnamə verməmişdir. Əgər versə idi, ən çox onları istədiyindən bu barədə onlara deyərdi. Özü də Bərdə rayonunda Regional “ASAN Xidmət” mərkəzi ola-ola, Ağdam rayonunda notariusda vəsiyyətnamə verməsi vəsiyyətnamənin saxta hazırlanmasından xəbər verir. Bundan başqa, həmin vəsiyyətnamə barədə xəbər tutduqdan sonra vəsiyyətnamənin verilməsində guya iştirak etmiş Sara Bəylərova və Akif Hüseynovdan bu barədə soruşduqda hər ikisi nə Ağdam rayon notariusunda olmadıqlarını, nə də vəsiyyətnamənin verilməsində iştirak emtəyərək imza atmadıqlarını bildirmişlər. Bu barədə məhkəmədə iştirak edib izahatlarını verə bilərlər. Məxmər Aslanova ilə aralarında hər-hansı problem yoxdur. Hesab edirlər ki, hazırda mübahisələndirdikləri vəsiyyətnamə saxta verildiyindən etibarsız sayılmalı və vəsiyyətnamənin doğurduğu hüquqi nəticələr ləğv edilməlidir.
14. Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, idiaçının iddia ərizəsində istinad etdiyi vəsiyyətnamə tam şəkildə əsassızdır. Qeyd olunan vəsiyyətnamənin hansı formada ortalığa çıxması və realizə olunması ümumiyyətlə müəyyən olunmamışdır. Buna əsasən hesab edir ki, hazırki qarşılıqlı iddia üzrə iddiaçı ilə, yəni Cavabdeh1 ilə nikahda olan tarixdə belə vəsiyyətamənin mövcud olması, yaranması mümkün olmamışdır. İddiaçının bu barədə məlumatı olmamış və vəsiyyətnamə mövcud olmamış, yəni etibarsız olmuşdur.
15. İddiaçı vəkili vəsatət verərək, mübahisələndirilən vəsiyyətnamədə şahid kimi iştirak etmiş X14 və X3 adları qarşısında olan imzaların onlar tərəfin dən icra edilib edilməməsinin müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yalnız Akif Hüseynovun imza nümunələri təqdim edilmiş, həmçinin vəsiyyətnamənin əsli təqdim edilməmişdir.
16. Bərdə Rayon Məhkəməsinin e2(021)-711/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X13 qarşı “mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, mir as əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilərək, miras üzrə payların müvafiq şəkildə bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi tam şəkildə təmin edilmiş, Həsənov Mədət İsa oğlu tərəfindən İddiaçı verilmiş və Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş bütün əmlakının vəsiyyət edilməsinə dair xx.xx.2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş və qüvvədən düşmüş sayılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr indən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Həsənov Mədət İsa oğlundan miras qalan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən birmərtəbəli 413.7 kv.m. qeyri-yaşayış binası üzərində 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh3 miras (vərəsəlik) payları tanınmış, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X13 qarşı ilkin və Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan Həsənov Mədət İsa oğlu Cavabdeh1 ilə 15 yanvar 2008-ci ildə nikah bağlamışlar. Miras qoyan Həsənov Mədət İsa oğlunun vəfatından sonra, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413. 7 kv.m qeyri-yaşayış binası miras qalmışdır ki, həmin bina Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi Həsənov Mədət İsa oğlunun adına ********** nömrə ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin miras predmeti Həsənov Mədət İsa oğlu ilə Cavabdeh1 birgə nikah dövründə, yəni 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və daşınmaz əmlak üzərində hüquqlar onların qeydiyyatı tarixindən yarandığından, həmin əmlakın 1/2 hissəsinə miras açılmış, qalan ½ hissə isə Cavabdeh1 mülkiyyətidir. Miras qalan ½ hissə isə, 4 nəfər vərəsələr arasında bərabər qaydada bölünməli və nəticədə Cavabdeh1 birgə nikah dövründəki payı da nəzərə almaqla 5/8 pay, digə r vərəsələr olan İddiaçı, Cavabdeh3 və Cavabdeh2 hər birinə 1/8 pay miras (vərəsəlik) payları müəyyən edilməlidir.
18. Bundan başqa, Həsənov Mədət İsa oğlu tərəfindən İddiaçı bütün daşınar və daşınmaz əmlakının vəsiyyət edilməsi barədə verilmiş 29 iyun 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir. Belə ki, vəsiyyətnamədə iştirak edən şahidlərdən Akif Hüseynov məhkəmədə verdiyi ifadəsində və məhkəməyə təqdim etdiyi yazılı izahatında (ərizəsində) mərhum Mədət Həsənovu tanımadığını və onunla hər hansı vəsiyyətnamə tərtibində iştirak etmədiyini bildirmişdir. Digər şahid Sara Bəylərovanın məhkəmədə iştirakını təmin etmək və mövqeyini öyrənmək mümkün olmamışdır. Lakin vəsiyyətnamə tərtibi ilə bağlı şübhəli məqamlar sırasına vəsiyyətnamənin nəyə görə şəxsin yaşadığı yer olan Bərd ə rayonunda deyil, Ağdamda tərtib edilməsi, bundan başqa vəsiyyətnamənin bir nüsxəsinin İddiaçı olmaması həmin vəsiyyətnamənin etibarlılığı və hüquqi qüvvəsini şübhə altına almışdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 139.1, 146.1, 146.2, 225.1, 354.2, 1133.1, 1132.1, 1134.1, 1151.1, 1159.1.1, 1225.1, 1225.3, 1229, 1230, 1231.1, 1243.1, 1243.2, 1243.3, 1255, 1274, 1291-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin l əğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddiaların təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə mübahisə predmeti olan vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edilmişdir. Yəni, mübahisələndirilən vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notarius tərəfindən iki şahidin yanında tərtib edilmiş, vəsiyyət edən və şahidlər tərəfindən imzalanmış, daha sonra isə notarius tərəfindən təsdiq edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisələndirilən vəsiyyətnaməni tərtib etmiş və təsdiq etmiş Ağdam rayon Dövlət Notariat Kontorunun notariusu E.A.Əliyev və həmin vəsiyyətnaməni şahid kimi imzalamış X12 dindirilməmişdir. Vəsiyyətnaməni şahid kimi imzalamış X14 isə məhkəmə iclasında dindirilərkən vəsiyyətnamədəki imzanın ona məxsus olmadığını və həmin vəsiyyətnamənin verilməsində şahid kimi iştirak etmədiyini bildirsə də, məhkəmə onun imza nümunələrini götürməklə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Digər tərəfdən, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, həmin tikili 2004-cü ildə tikilmişdir. Bu isə o deməkdir ki, artıq həmin dövrə qədər tikili üçün lazım olan sənədləşmə işləri aparılmış, tikintinin tamamlanması üçün xərclər çəkilmişdir. Lakin DƏDRX tərəfindən verilən arayışda onun həmin tikintinin xx.xx.2009-cu ildə reyestrdə qeydiyyata alınması, onun birgə nikah dövründə əldə edilmiş gəlir hesabına tikilməsi demək deyildir. Hazırki iş üzrə Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi 413.7 kv.m qeyri-yaşayış binasının bu cür statusa malik olduğu müəyyən olunmamışdır.
22. Apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 4/1993 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin İİ cildinin 22-ci vərəqində olan 29 iyun 2012-ci il tarixli Vəsiyyətnamənin “Şahidlər” hissəsindəki imza və “Hüseynov” soyadı - X14 tərəfindən icra olunmuşdur
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-142/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə qəbul edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin olunmuş, mərhum Həsənov Mədət İsa oğlundan miras qalan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyriyaşayış binası üzərində 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh1, 5/8 hissədə İddiaçı miras payının müəyyən edilməsi və iddiaların qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işə baxmış məhkəmə vəsiyyətnamənin etibarsız sayılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, həmin vəsiyyətnamədə adı və imzası olan və məhkəmədə şahid qismində dindirilən X14 məhkəmə iclasında verdiyi i fadəsində və məhkəməyə ünvanlanmış ərizəsində sözügedən vəsiyyətnamənin 29 iyun 2012-ci il tarixdə Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.H.Əliyev tərəfindən tərtib olunub təsdiqlənməsində şahid qismində iştirak etmədiyini, onun adından çəkilən imzanın ona məxsus olmadığını və həmin vaxt ümumiyyətlə notariat kontorunda olmadığını bildirmişdir. Digər şahid olan X3 isə məhkəmədə iştirakını təmin etmək və mövqeyini öyrənmək mümkün olmamışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəf qeyd edilən vəsiyyətnamənin miras qoyan tərəfindən imzalanmasını mübahisələndirmiş, bu baxımdan iddiaçının nümayəndəsi iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizsasının keçirilməsi barədə yazılı vəsatət vermiş, həmin vəsiyyətnamənin tərtib edilməsin də şahid kimi iştirak etmiş X7 imza və xətt nümunələri götürülmüş, lakin məhkəmə həmin ekspertizanın keçirilməsindən əsassız olaraq imtina edilmişdir.
26. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli, 4/1993 saylı ekspert rəyini tədqiq edərək və digər sübutlarla yanaşı qiymətləndirərək, qeyd etmişdir ki, həmin rəyin əsaslılığı və qanuniliyi inandırıcı olmaqla, heç bir şübhə doğurmamışdır. Birinci instansiya məhkəməsi isə, işin qeyd edilən hallarını nəzərə almadan 2V-01-580 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnaməni etibarsız hesab etmişdir ki, həmin nəticə qanuni hesab edilə bilməz. Qeyd edilən vəsiyyətnamənin etibarsızlığına əsas verən hallar müəyyən edilməmişdir.Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissdə təmin edilməməlidir.
27. Apelly asiya instansiyası məhkəməsi qətnaməni əsaslandırmanı davam etdirərək qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Həsənov Mədət İsa oğlu xx.xx.2021-ci ildə vəfat etmiş və onun vəfatından sonra Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyri-yaşayış binası miras qalmışdır. Cavabdeh tərəf həmin əmlakın Həsənov Mədət İsa oğlu ilə X4 xx.xx.2008-ci ildə rəsmi nikahla evlənməsini qeyd edərək, onların birgə nikah müddətində, yəni xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmasını göstərsələr də, həmin hal öz təsdiqini tapmamış, iddiaçı tərəfin izahatı və iş materiallarında olan xx.xx.2022-ci il tarixli texniki pasportun surəti ilə müəyyən edilir ki, həmin qeyri-yaşayış binası 2004-cü ildə tikilmişdir. Mərhum Həsənov X20 rayon Dövlət Notariat Kontorunda təsdiq edilmi ş xx.xx.2012-ci il tarixli vəsiyyətnamə ilə, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan qızı İddiaçı vəsiyyət etmişdir. Həsənov Mədət İsa oğlunun xx.xx.2021-ci ildə vəfat etməsindən sonra, onun 4 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsələri, yəni uşaqları İddiaçı, Cavabdeh3, Cavabdeh2 və ikinci nikahdan olan arvadı Cavabdeh1 qalmış, yuxarıda qeyd edildiyi kimi, əmlakını isə İddiaçı vəsiyyət etmişdir.
28. Məhkəmə kollegiyası işin müəyyən olunan hallarına əsasən mirasdan payların bölünməsinə münasibət bildirərək bildirmişdir ki, miras əmlak üzrə vəsiyyətnamə olduğundan və mirasqoyanın qanun üzrə birinci növbəli vərəsəsi hesab edilən övladlarının və arvadının vəsiyyətnamənin m əzmunundan asılı olmayaraq mirasda məcburi payları olmaqla, bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən, (MM-in 1193-cü maddəsi) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 miras paydan qanun üzrə vərəsəlik zamanı çatası 1/4 hissənin yarısı qədər (1/8 hissəsini) müəyyən edilməlidir. Digər vəsiyyətnamə üzrə vərəsə İddiaçı miras əmlakdan çatası pay isə 5/8 hissə müəyyən edilməlidir (1/8+4/8 =5/8).
29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1159.1.1, 1170.1, 1193, 1225.1, 1225.2, 1225.3, 1256-cı, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci, MPM-in 97.1, 101.7, və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh1 (Vəkil3) k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd olunması və Həsənov Mədət İsa oğlundan miras qalan əmlak üzərində 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh3 miras paylarının müəyyən edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti Mülki Məcəllənin 1159.1, 1225-ci, MPM-in 14.1, 97.1, 101.7-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə vəsiyyətnamə etibarsız olmuşdur. Faktiki olaraq hər iki şahid qismində qeyd olunan şəxslər bildirmişdir ki, vəsiyyətnamənin imzalanmasında iştirak etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi formal bir ekspertiza keçirmiş və bununla da “həqiqət”ə nail olmuşdur. Maddi normaların pozuntusu məhz bu prosessual normanın pozuntusundan irəli gəlmişdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi halında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması ilə bağlı bütün maddi normalar pozulmuş, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Ekspertiza rəyi formal əsaslara söykənməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu rəyi tam şəkildə qəbul etmiş, imza nümunəsi alınmayan və iştirak etmədiyini bildirən şəxsin imzasının ona məxsus olduğunu bildirmişdir. Lakin buna baxmayaraq tərəfindən məhkəmə iclasında bildirilmiş mövqenin əlavə təkrar ekspertizaların aparılması ilə bağlı mövqe, vəsatətlər cavabsız qalmış, təmin edilməmişdir. Ekspert rəyi digər sübutlarla yanaşı deyil, birbaşa mütləq sübut kimi qəbul edilmiş, apelyasiya instansiyası məhkəməsi heç bir şübhəyə yer qoymadan ekspertiza rəyində qeyd olunanı tam şəkildə qətnamədə əks etdirmişdir.
32. Cavabdeh3 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, kassasiya şikayətini öz iddia tələbinin dəlillərinə uyğun əsaslandırmış, həmçinin göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsu tərəfindən maddi və prosessual normalar pozulmuş, işin hərtərəfli, tam, obyektiv araşdırılması təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi işi birtərəfli qaydada araşdıraraq yanlış nəticəyə gəlmiş, işin təkrar komisyon ekspertizaya göndərilməsini xahiş etsə də, işə baxa n apelyasiya instansiyası məhkəməsi vəsatəti təmin etməmişdir.
33. Cavabdeh3 kassasiya şikayətinə əlavədə həmçinin qeyd etmişdir ki, miras əmlaklan İddiaçı da pay ayrılmasına etiraz etmir. Lakin vəsiyyətnamənin etibarsız sayılması qanunsuzdur. Həmçinin hazırkı mübahisənin predmeti olan, xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışa malik obyekt atasının mülkiyyətində olmamışdır. Atası 2015-ci ildə təqaüdə çıxdıqdan sonra Bərdə Notariat Kontorunda obyekti rəsmi olaraq tam şəkildə ona verib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əs asla keçir.
36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
38. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
39. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bi lər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
40. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
41. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
42. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilmək lə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
43. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
44. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
45. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
46. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır.
47. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
48. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
49. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edil miş sayılır.
50. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
51. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
52. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdehlər tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
68. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
69. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanu n üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
70. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
71. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
72. Baxılan işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli halları bu qərarın 1-8-ci paraqraflarında əksini tapmışdır. Tərəflərin mirası qəbul etmələri ilə bağlı mübahisə yoxdur. Mübahisələndirilən hal, vəsiyyətnamənin etibarsız sayılmasına aid məhkəmənin gəldiyi nəticə və buna uyğun olaraq mirasın qanun üzrə vərəsəlik qaydasında deyil, vəsiyyət üzrə vərəsəlik əsasında bölünməsidir.
73. Belə ki, iddiaçıdan başqa digər vərəsələr, qeyd olunan vəsiyyətnamədə şahid kimi göstərilən şəxslərin vəsiyyətnamənin tərtib olunması və təsdiqlənməsi zamanı iştirak etmədiklərini, vəsiyyətnamədə olan imzaların onlar tərəfindən icra edilmədiyini bildirirlər.
74. Bu halın müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə apelyasiya instansiyası məhkəməsi iddiaçının vəsatəti əsasında ekspertiza təyin etmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, vəsiyyətnamədə şahid kimi göstərilən X7 adının qarşısında olan imza onun tərəfindən icra edilmişdir. Nəzərə alınmalıdır ki, ilkin olaraq notariat qaydada təsdiqlənmiş sənədin mötəbərliyi qəbul edilir. Lakin bu heç də vəsiyyətnamənin tərtib olunması zamanı yol verilən nöqsanlara görə onun etibarsız sayılmasını istisna etmir (Mülki Məcəllənin 1225.3-cü maddəsi). Lakin vəsiyyətnamədə olan imzanın şahid tərəfindən icra edilməməsi əsası ilə vəsiyyətnamənin etibarsız sayılması üçün, mötəbər sübutlar əsas ola bilər. Vəsiyyətnamənin etibarsız sayılmasını tələb edən şəxs, öz dəlillərini sübut etmə vəzifəsi daşıyır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
75. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinə vəsiyyət namənin etibarsız sayılmasına əsas verən bu cür sübutlar təqdim olunmamışdır.
76. Ümumiyyətlə nəzərə alınmalıdır ki, vəsiyyətnamənin etibarsız sayılması tələbinin maddi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1225.3-cü maddəsi, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla tərtib edilən hallarda vəsiyyətnamənin mütləq etibarsız sayılmasını tələb etmir, bu halda vəsiyyətnamənin etibarsız sayılması məhkəmənin mülahizəsinə buraxılır. Bu hal ona dəlalət edir ki, vəsiyyətnamənin etibarsız sayılması üçün, müəyyənləşdirilmiş qaydalar pozulmaqla yanaşı, vəsiyyət edənin tərtib edilən vəsiyyətnamədə əksini tapmış iradə ifadəsinin həqiqi olmasına əsaslı şübhələr yaranmış olsun.
77. MPM-in 97.1, 102.1 və 102.2-ci maddələrinin məzmunundan göründüyü kimi, əlavə və təkrar ekspertizanın təyi n edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin əlavə və təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. Kassatorlar işə apelyasiya instansiyası məhkəməsində baxılarkən əlavə və ya təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Buna görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən əlavə və ya təkrar ekspertiza təyin edilməməsi barədə kassatorların dəlilləri qətnamənin ləğvinə əsas hesab edilə bilməz.
78. Bundan başqa, miras əmlak kimi tərəflər arasında bölünmüş, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 4 13.7 kv.m qeyri-yaşayış binasının Həsənov Mədət İsa oğlunun mülkyyətində olmadığı barədə kassator Cavabdeh3 əlavə kassasiya şikayətində irəli sürdüyü dəlil əsassızdır.
79. Belə ki, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m sahəsi olan qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində Həsənov Mədət İsa oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır (reyestr nömrəsi **********5706301, qeydiyyat nömrəsi **********).
80. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
81. Miras kimi bölünmüş qeyri-yaşayış sahəsi miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə olan halda, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
82. Kassasiya şikayətlərinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayə t verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
83. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-142/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.