Məhkəmə qərarları › İş №2(102)-3804/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3804/2025

21.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3804/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda məcburi payların müəyyən edilməsinin və bağışlama müqaviləsinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras əmlakda məcburi payın pozulmasına görə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın vərəsələrə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1525/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh qardaşdırlar.

2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********3 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi və onun üzərindəki 104,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X1 adına dövlət qeydiyyatına alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan (Forma № 1) görünür ki, həmin tarixə olan məlumata əsasən **********3 qeydiyyat nömrəli Çıxa rışda qeyd edilən əmlaklar üzərində hüquq sahibi X1 tam (şəriksiz) payı olmuşdur.

4. Daşınmaz Əmlakın bağışlaması haqqında xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, X4 xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi və onun üzərindəki 104,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini hazırkı iş üzrə iddiaçı Cavabdeh bağışlamışdır (müqaviləyə Cavabdeh əvəzinə onun adından etibarnamə əsasında X6 (bacısı) imza etmişdir.

5. Notariat qaydasında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizələrdən görünür ki, Əliyeva (Məmmədova) Fərqanə Ağamoğlan qızı, X8, X10 və X11 adlı şəxslər, xx.xx.2017ci il tarixli ərizəyə əsasən İddiaçı adlı şəxs, xx.xx.2017-ci il tarixli ərizəyə əsasən X12 adlı şəxs, xx.xx.2017-ci il tarixli ərizəyə əsasən X7 adlı şəxs, xx.xx.2019-cu il tarixli ərizəyə əsasən X14 adlı şəxs, X2 məxsus olan, ünvan 1 nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etiraz etmədiklərini bildirmişlər. 6. 05.08.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020ci il tarixdə ölmüşdür.

7. Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, hazırkı iş üzrə İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Lənkəran Rayon Məhkəməsinin 2(049)-488/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh İddiaçı və X5 qarşı mülkiyyətdə olan 0,04 hektar torpaq sahəsi üzərindəki evdən cavabdehlərin yaşayış-istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılması və evin sahibliyinə qaytarılması tələbinə dair 2(049)-488/2025 nömrəli mülki işin icraatı İddiaçı vəsatəti əsasında, hazırkı iddia tələbi üzrə mülki işə baxılana, həmin məsələ üzrə qəti qərar qəbul edilənə və qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, miras əmlakda məcburi payın pozulmasına görə xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın vərəsələrə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onun la əsaslandırılmışdır ki, iddiaçının atası X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. X4 2019cu ildə ağır xəstə olmuş, həmin dövrdə atası, oğlu Cavabdehla qeyd olunan evə dair bağışlama müqaviləsi bağlamışdır. Bu müqavilənin bağlanması ilə vərəsələrin miras əmlakda məcburi pay hüququnun pozulması baş vermiş və buna görə vərəsələrin mirasdan məcburi pay almaq hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1192/2022-ci il tarixli qərarında qeyd olunur ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümlə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanı n) qanunla məhdudlaşdırılmasıdır. Qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəstdir. Belə ki, o, öz vərəsələrindən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və qanunla onlara çatacaq minimum payla bağlıdır. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanılan) hər əmlakdan vərəsələrin məcburi payı bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlir. X4 öz ölümündən beş ay əvvəl belə bir sərəncam vermişdir ki, b u da məcburi payı pozan akt hesab edilməlidir.

11. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, onun mərhum atası Ağamoğlan Məmmədov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Atası vəfat etməzdən 1 il 5 ay əvvəl - xx.xx.2019-cu il tarixdə 8 saylı “SəyyarASAN xidmət” mərkəzinin notariat ofisində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,04 hektar olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə özünə məxsus olan hissini ona bağışlaması ilə bağlı müqavilə imzalamışdır. Həmin vaxt o, Rusiya Federasiyasında olduğuna görə qeyd olunan əmlakın onun adından qəbul edilməsi üçün bacısı X3 rəsmi şəkildə etibarnamə verilmişdir. Bundan əlavə, həmin əmlakın bağışlanması zamanı ailənin digər üzvləri, o cümlədən, hazırkı iş üzrə iddiaçı onlara düşən paydan rəsmi surətdə imtina etmişlər və bununla bağlı ərizələrini 8 saylı “Səyyar-ASAN xidmət” mərkəzinə təqdim etmişlər. Qeyd edilənlərə əsasən hesab edir ki, ona qarşı olan hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk növbədə iddia ərizəsini nəzərdən keçirdikdə də müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlandığı tarixdən etibarən bundan xəbərdar olmuşdur. Belə olan halda isə həmin müqavilənin bağlanmasından 6 il 2 ay keçəndən sonra müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələblə ri üzrə iddia müddəti isə altı ildir. Hazırkı iş üzrə iddia tələbi müqavilənin bağlanmasından 6 il 2 ay keçəndən sonra verildiyi üçün iddia müddəti ötürülmüş hesab edilir. Bundan əlavə, iddia ərizəsində göstərilmişdir ki, “sözü gedən müqavilənin bağlanması ilə vərəsələrin məcburi pay hüququnun pozulması baş vermişdir və buna görə vərəsələrin məcburi pay almaq hüququ məhdudlaşdırılmışdır.” Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Belə olan halda, nəzərə almaq lazımdır ki, mərhum atası vəfat etməzdən əvvəl həmin əmlakı ona bağışlamışdır. Yuxarıda da qeyd etdiyi kimi, bağışlama zamanı iddiaçı rəsmi olar aq öz payından imtina etmişdir. Həmin müqaviləyə əlavə edilən sənədlərdə iddiaçının öz payından rəsmi surətdə imtina etməsi açıq-aşkar göstərilmişdir. Belə olan halda, həmin bağışlama müqaviləsi ilə hər hansı vərəsənin mirasdan məcburi pay almaq hüququ məhdudlaşdırılmış hesab edilə bilməz. Bundan əlavə, iddiaçı iddia ərizəsində mərhum atalarının ölüm tarixini də düzgün qeyd etməyərək onun həmin bağışlama müqaviləsini ölümündən 5 ay əvvəl imzalamasını göstərmişdir. Qeyd etdiyi kimi atası xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həmin bağışlama müqaviləsi isə xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Belə olan halda, həmin müqavilənin bağlanması atasının vəfat etməsindən 1 il 5 ay əvvələ təsadüf edir. Həmin dövrdə atası hər hansı xəstəlikdən əziyyət çəkməmiş və tam fəaliyyət qabiliyyətli şəxs olmu şdur. Bağışlama müqaviləsində də atasının şəxsən öz foto görüntüsünün qeydə alınması bunu sübuta yetirir. İddiaçı öz tələbini əsaslandırmalı və sübut etməli olduğu halda bunu etməmişdir. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı hesab olunur. Mövcud müqavilə notariat qaydasında təsdiqləndiyi üçün onun etibarlılığı şübhə doğurmur. O, mülkiyyətində olan, ünvan 1 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsinin üzərində yerləşən 104,80 kv.metr yaşayış sahəsindən cavabdeh İddiaçı və onun arvadı Xanım Məmmədovanın çıxarılması və əmlakın onun qanuni sahibliyinə qaytarılması barədə xx.xx.2024-cü il tarixdə Lənkər an Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə cavabdehlər məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş, daha sonra isə həmin iş üzrə cavabdeh İddiaçı məhkəməyə hazırkı məzmunda iddia qaldırmış, eyni zamanda, hazırkı iddia üzrə yekun məhkəmə qərarı qəbul edilənədək onun iddiasına dair əvvəlki işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun iddiasına dair əvvəlki işin icraatının dayandırılması qərara alınmışdır. Buradan da görünən odur ki, onun həmin iddiası əsaslı olduğuna görə hazırkı iş üzrə iddiaçı buna qarşı çıxmaq üçün belə bir yola əl ataraq ona qarşı əsassız iddia qaldırmaqla, bir növ vaxt qazanmağa çalışmışdır. Qeyd etdiklərinə əsasən ona qarşı olan ha zırkı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin iddia tələbinə etirazı əsassızdır. Bağışlama müqaviləsinin predmeti olan əmlak mərhum Ağamoğlan Məmmədova məxsus olmuş və ondan miras qalmış əmlakdır. Qeyd olunan əmlakın bağışlanmasında sonra 2 il keçmədən Ağamoğlan Məmmədov vəfat etmişdir. Ona görə də həmin əmlakda digər vərəsələrin də məcburi payı vardır və müqavilə bağlanmaqla onların məcburi pay hüququ pozulmuşdur. Ona görə də bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda, cavabdehin etiraz ərizəsində iddia müddəti ilə bağlı qeyd etdikləri il ə əlaqədar bildirir ki, mülkiyyət hüququndan irəli gələn mübahisələrə iddia müddəti tətbiq edilmir. Qeyd etdiklərinə əsasən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(049)-1587/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qətnaməsi ilə (Hakim-Elvin Ələsgərov) iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özünün xüsusi mülkiyyətində olan əmlakları cavabdehə qanunun tələblərinə cavab verən müqavilə ilə bağışlamış, həmin müqavilə əsasında əmlakı bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməmişdir. Eyni zamanda, həmin müqavilə bağlanarkən onun digər ailə üzvləri, o cümlədən, hazırkı iş üzrə iddiaçı da qe yd olunan əmlakın bağışlanmasına etiraz etmədikləri barədə notariat qaydasında təsdiq edilmiş ərizələr vermişlər.

15. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin tərəfi olmamış, habelə, həmin müqavilənin predmeti olmuş əmlaklar (və ya onların bir hissəsi) iddiaçıya məxsus olmamışdır. İddiaçı yalnız müqavilədə qeyd olunan əmlakların - fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) müqavilə üzrə hədiyyə verən tərəfin onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvü kimi etiraz etmədiyini bildirmişdir.

16. Məhkəmə daha sonra qeyd etmişdir ki, hazırkı işdə mərhum Ağamoğlan Məmmədovun özünün xüsusi mülkiyyətində olan əmlakı digər şəxsə bağışlamasından onun vəfat etdiyi günədək, yəni x x.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iki ildən az müddət keçmişdir və əgər bağışlanmış əşya mirasa daxil olsaydı, mirasda məcburi paya hüququ olan şəxsin (hazırkı vəziyyətdə iddiaçının) məcburi payı arta bilərdi. Bu baxımdan qanunvericilikdə məcburi paya hüququ olan şəxsin məcburi payın tamamlanmasını tələb etmək hüququ nəzərdə tutulsa da, hazırkı vəziyyətdə iddiaçının qeyd olunan tələbi bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edərək irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı qeyd olunan bağışlama müqaviləsinin bağlanması ilə onun mirasda məcburi pay hüququnun pozulduğunu iddia etsə də, Ağamoğlan Məmmədovun vəfatından sonra ondan qalan mirası (mirasın bir hissəsini) qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ve rmiş olduğu və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başladığı və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş olduğu, bununla da qanun üzrə vərəsə olaraq mirası qəbul edilmiş şəxs sayıldığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, mərhum Ağamoğlan Məmmədovun (hədiyyə verənin) əmlakı digər şəxsə bağışlamasından onun vəfat etdiyi günədək iki il müddət keçməsə də, o, mərhum Ağamoğlan Məmmədovdan qalan mirası (və ya onun bir hissəsini) sənəd üzrə və ya faktiki olaraq qəbul etdiyi barədə hər hansı sübut təqdim etmədiyindən onun mirası qəbul etmiş olduğu müəyyən edilmir. İddiaçının bağışlama müqaviləsinin bağlandığı vaxtdan sonra 6 ildən artıq müddət ərzində həmin müqaviləni mübahisələndirməmiş, yalnız hazırkı iş üzrə cavabde h ona və ailə üzvünə qarşı mənzildən yaşayış-istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin sahibliyinə qaytarılması tələbinə dair iddia qaldırdıqdan sonra hazırkı məzmunlu tələb irəli sürmüş, habelə, ona və ailə üzvünə qarşı olan iddia tələbi üzrə mülki işin icraatının hazırkı iş yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. İddiaçının hazırkı iddia tələbində qeyd etdiyi xüsusatlar da xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin qanuni əsaslarla tərtib edilərək təsdiq edildiyini və etibarlı olduğunu şübhə altına almağa əsas vermir.

18. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə və şərtlərdə mirası qəbul etdiyini açıq-aşkar şəkildə şəksiz nümayiş etdisəydi, miras qoyanın sağlığında qanunun bütün tələblərinə uyğun şəkildə bağl adığı bağışlama müqaviləsinin etibarsızlığını tələb etmək deyil, vərəsə kimi ona çatmalı olan miras əmlakdakı məcburi payının əskik hissəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilərdi. Ancaq iddiaçı miras əmlakı qəbul etdiyini sübuta yetirə bilmədiyindən onun belə bir tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Eyni zamanda, iddiaçı hazırkı mübahisənin predmetinə aid olan bağışlama müqaviləsi notariat qaydasında təsdiq edilməzdən əvvəl həmin müqavilədə qeyd olunan əmlakların özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etiraz etmədiyini notariat qaydasında təsdiq edilmiş yazılı ərizə vasitəsilə bildirməklə bağışlama müqaviləsinin bağlanmasına, başqa sözlə, həmin əmlakların özgəninkiləşdirilməsinə razılığını bildirmiş, bununla da, həmin vaxtda bağışlama müqaviləsinin eti barlılığına dair öz iradə ifadəsini nümayiş etdirmişdir. Hazırkı vəziyyətdə də qeyd olunan bağışlama müqaviləsinin etibarlılığını şübhə altına ala biləcək hər hansı səbəb, dəlil və ya sübut aşkar edilməmişdir.

19. Məhkəmə sonda qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbləri əsassız hesab edildiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə vəsatətinin araşdırılmasına və həmin vəsatətdə qeyd edilən hallara hüquqi qiymət verilməsinə hər hansı lüzum qalmamışdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 392.1, 392.2, 666.1, 668.1, 668.1.1, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1200, 1243.1 və 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhr əmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119 və 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, birinci i nstansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-1525/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən, məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə ümumən razılaşaraq öz mövqeyinə o cümlədən apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin tə rəfi olmamış, habelə, həmin müqavilənin predmeti olmuş əmlaklar (və ya onların bir hissəsi) iddiaçıya məxsus olmamışdır. İddiaçı yalnız müqavilədə qeyd olunan əmlakların - fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) müqavilə üzrə hədiyyə verən tərəfin onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvü kimi etiraz etmədiyini bildirmişdir.

25. Hazırkı işdə mərhum Ağamoğlan Məmmədovun özünün xüsusi mülkiyyətində olan əmlakı digər şəxsə bağışlamasından onun vəfat etdiyi günədək, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iki ildən az müddət keçməsi və bağışlanmış əşyanın mirasa daxil olması, mirasda məcburi paya hüququ olan şəxsin (hazırkı vəziyyətdə iddiaçının) məcburi payını arta bilər.

26. Hazırkı işdə isə iddiaçı, Ağa moğlan Məmmədovun vəfatından sonra ondan qalan mirası (mirasın bir hissəsini) qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermiş olduğu və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başladığı və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş olduğu, bununla da qanun üzrə vərəsə olaraq mirası qəbul edilmiş şəxs sayıldığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə mərhum Ağamoğlan Məmmədovun (hədiyyə verənin) əmlakı digər şəxsə bağışlamasından onun vəfat etdiyi günədək iki il müddət keçməsə də, o, mərhum Ağamoğlan Məmmədovdan qalan mirası (və ya onun bir hissəsini) sənəd üzrə və ya faktiki olaraq qəbul etdiyi barədə hər hansı sübut təqdim etmədiyindən onun mirası qəbul etmiş olduğu müəyyən edilmir.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, ikincisi iddiaçının bağışlama müqaviləsinin bağlandığı vaxtdan sonra 6 ildən artıq müddət ərzində həmin müqaviləni mübahisələndirməmiş, yalnız hazırkı iş üzrə cavabdeh ona və ailə üzvünə qarşı mənzildən yaşayış-istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin sahibliyinə qaytarılması tələbinə dair iddia qaldırdıqdan sonra hazırkı məzmunlu tələb irəli sürmüş, habelə, ona və ailə üzvünə qarşı olan iddia tələbi üzrə mülki işin icraatının hazırkı iş yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. İddiaçının hazırkı iddia tələbində qeyd etdiyi xüsusatlar da xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin qanuni əsaslarla tərtib edilərək təsdiq edildiyini və etibarlı olduğunu şübhə altına almağa əsas vermir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki M əcəllənin 6.1.1, 392.1, 392.2, 666.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1193, 1195, 1200, 1201, 1243.1, 1243.2, 1243.3 və 1246-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 2 9-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.4 və 385.2ci maddələrinə istinadən əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

29. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1200-cü maddəsinin imperativ xarakter daşıdığını qeyd etmiş olsa da apellyasiya şikayətini qəbul etməmiş və dəlilimizin əsassız olduğunu qeyd edərək qətnaməni qüvvəsində saxlamışdır.

31. İddiaçı Siyavuş Məmmədov miras əmlakı sayılan mübahisəli evi Ağamoğlan Məmmədovun ölümündən sonra faktiki olaraq qəbul etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Bu barədə məhkəməyə yaşayış yerindən arayış təqdim etmişdir. Hətta hədiyə alan Niyazi Məmmədov onun evdən çıxarılmasına dair məhkəmədə iddiada qaldırmışdır. 23 dekabr 2023-cü il tarixli Konstutsiya Məhkəməsinin Plenum qərarı ilə Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşməsi barədə qərar qəbul etmişdir. Bununla da məhkəmə iddianın rədd edilməsi üçün bütün qanunsuz vasitələrdən istifadə etmişdir.

32. Bundan başqa qanun, qanun üzrə vərəsələrin məlumatlandırılmasını digər vərəsələrin üzərinə vəzifə kimi qoyur. Lakin məhkəmə qanunun bu tələbini nəzərə almamışdır.

33. M əhkəmə sübutları obyektiv qiymətləndirməmiş, sübutları tam və hərtərəfli yoxlamadan qiymət vermiş həmçinin qətnamədə hansı sübutlara istinad edildiyi göstərilməmiş və bu hal qətnamədə əsaslandırılmamışdır.

34. Bundan başqa məhkəmə məhkəməni faktlar əsasında deyil öz mülahizələrinə əsasən həyata keçirmiş və nəticədə səhv qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin bərabərlik prinsipini pozmuş, cavabdehin verdiyi izahatları daha düzgün hesab etmişdir.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

35. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqav ilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Maddə 392.1. Sağ olan şəxsin miras əmlakı barəsində başqa şəxslərin bağladığı müqavilə etibarsızdır. Eyni qayda sağ olan şəxsin miras əmlakından məcburi paylar və (və ya) onun vəsiyyət tapşırığı barəsində bağlanmış müqavilələrə də tətbiq edilir.

39. Maddə 392.2. 392.1-ci maddənin qaydası qanun üzrə gələcək vərəsələrin qanun üzrə vərəsəlik zamanı onlardan birinin payı haqqında və məcburi pay haqqında bağladıqları müqavilələrə t ətbiq edilmir.

40. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

41. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

42. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasın da təsdiqləndikdə bağışlama etibarlıdır.

43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

44. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

45. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

46. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

47. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

48. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

49. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar.

50. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

51. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun ü zrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.

52. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

53. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

54. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

55. Madd ə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifa dələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegi yası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarə t olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hü quq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1525/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar