Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3805/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)946/2020 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-7733/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və 3-cü şəxslər Bakı Şəhəri N Notariat Kontoru və Yasamal Rayon İcra və Probasiya şöbəsinə qarşı öhdəliy in icrasına xitam verilməsi tələbinə dair iddiası və eləcə də Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov, iş № 2(103)2836/2019) Bağırovların apelyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh apelyasiya şikayəti isə qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən -qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilib, qarşılıqlı iddianın təmin edilməklə İddiaçı1 və İddiaçı2 40.000 manat alınaraq Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegi yasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)5288/2019) İddiaçı1 kasasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) tərəflərin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilərək Bağırovların Cavabdeh və üçüncü şəxslərə qarşı öhdəliyin icrasına xitam verilməsi tələbinə dai r iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında xx xxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixlərdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda təsdiq olunmuş iki kredit müqaviləsi bağlanmışdır. Birinci kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən Na xx xxxx 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 30.000 manat, ikinci kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən Bağırovlara xx xxxx 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində müəyyən olunmuş öhdəliyin icra müddəti başa çatdıqdan sonra xx xxxxxxxx 2018-ci il tarixdə notarius tərəfindən icra qeydi verilmiş və icra edilməsi üçün Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx xxxx xxxx 2018-ci il tarixdə İcra və Probasiya şöbəsi tərəfindən borclu İddiaçı1 icra sənədinin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların 2016-cı ilin iyun ayından başlayaraq hər ay 1800 manat olmaqla Cavabdeh olan borcu tam ödəmələrini əsas göstərməklə öhdəliyin icrasına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək notariatda təsdiq olunmuş 01 iyun və xx xxxx 2016-cı il tarixli kredit müqavilələri üzrə verdiyi 50.000 manatdan (30.000+20.000=50.000) əlavə Na xx xxxx 2016-cı il tarixdə 15.000 manat, xx xxxx 2016cı il tarixdə 15.000 manat, xx xxxx 2016-cı il tarixdə 20.000 manat – cəmi 50.000 manat məbləğində borc verməsini və həmin borcların verilməsinin cavabdehlər tərəfindən verilmiş qəbzlərlə təsdiq olunmasını, cavabdehlərin həmin puldan cəmi 10.000 manat qaytarıb qalan 40.000 manatı qaytarmaqdan boyun qaçırmalarını, həmin pul məbləğini bankın depozitinə illik 10-12% dərəcəsi ilə qoyacağı təqdirdə 4000 manat məbləğində gəlir əldə etmək imkanına malik olmasını, pulun vaxtında qaytarılmasının təmin olunmaması nəticəsində 4000 manat məbləğində fayda götürmək imkanından məhrum olmasını əsas göstərməklə cavabdehlərdən əsas borca görə 40.000 manat, əldən çıxmış faydaya görə 4000 manat, hüquqi yardıma ödədiyi pula görə 300 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 44.330 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qət namələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddiaçı Cavabdeh kasasiya şikayəti verərək Na borc verməsinin iş materialları ilə təsdiq olunmasına baxmayaraq məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən onun qarşılıqlı iddia tələbinin rədd olunmasını əsas göstərməklə qətnamənin qismən ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı1 və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, N qarşılıqlı iddia ərizəsində Na 50.000 manat notariatda təsdiq olunmuş iki müqavilə əsasında, 50.000 manat isə sadə yazılı qəbzlərlə öz evində borc verməsini, həmin borcdan 10.000 manatın qaytarıl ıb qalan 40.000 manatın isə qaytarılmamasını göstərsə də həmin tələbində Ndan notariatdan kənar verdiyi borclara görə 40.000 manatın tutulmasını xahiş etmiş və işə birinci instansiya məhkəməsində baxıldıqda da həmin tələbini müdafiə etmişdir. Apelyasiya instansiyası məhkəməsi Nların iddia tələbini rədd edərkən Cavabdeh onlara notariatda təsdiq olunmuş müqavilələr əsasında 50.000 manat məbləğində borc verməsini, lakin Nların həmin borcu ödəmədikləri üçün notariat kontoru tərəfindən həmin borclara dair icra qeydinin verilməklə Nın Cavabdeh qarşısında icra edilməmiş öhdəliklərinin qalmamasını əsas göstərmişdir. Qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edərkən apelyasiya instansiyası məhkəməsi notariatda təsdiq olunmuş borc müqavilələrinin bağlandığı ərəfədə Cavabdeh Na qəbzlər əsasında eyni məbləğdə (50.000 manat) borc verməsinin inandırıcı olmamasını əsas göstərmişdir. Kollegiyaya görə N tərəfindən imzalanmış həmin qəbzlər notariatda təsdiq olunmuş müqavilələrdə müəyyən olunmuş pul məbləğlərinin verilməsinin təsdiqi məqsədi ilə tərtib edilmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, hazırkı işə birinci dəfə apelyasiya qaydasında baxılarkən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edilib iş yeni apelyasiya b axışına qaytarılarkən iş üçün əhəmiyyəti olan halların tam və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması əsas göstərilmişdir. Kasasiya instansiyası məhkəməsinə görə işə apelyasiya qaydasında baxılarkən tərəflər arasında xx xxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək müxtəlif məbləğlərə dair notarial qaydada, eləcə də sadə yazılı formada bir neçə borc müqaviləsinin bağlanmasının səbəbləri, həmin müqavilələrin eyni borc məbləğinə dair bağlanıb-bağlanmamasını, borc müqavilələrində göstərilən məbləğlərin Cavabdeh tərəfindən bilavasitə Na verilib-verilməməsi, onların həmin müqavilələr üzrə Cavabdeh bütövlükdə hansı məbləğdə borc pul almaları araşdırılmamış, Cavabdeh qarşılıqlı iddia ərizəsində kredit müqavilələrində göstərilən cəmi 50.000 m anat məbləğində pulu Bağırovlara notariatda verməsini iddia etdiyi halda müqavilələri bilavasitə təsdiq etmiş notariusun məhkəmə iclasında iştirakı təmin edilib onun mübahisəyə münasibəti öyrənilməmişdir. Kasasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarında həmçinin göstərmişdir ki, iş üzrə hər üç qəbz üzrə 50.000 manat məbləğində pulun qaytarılmasının son müddətinin xx xxxx 2016-cı il göstərildiyi halda Cavabdeh tərəfindən həmin tarixdən 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət olunmasının səbəbləri araşdırılmamış, xx xxxx 2017-ci il tarixli qəbzin həqiqiliyi yoxlanılmamışdır. Ali Məhkəmənin həmin göstərişlərinin icrası Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən məcburi olmasına baxmayaraq, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi həmin göstərişləri yerinə yetirməməklə qanunun göstərilən normasının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddia tələbləri biri-biri ilə əlaqəli olduğundan kollegiya hesab edir ki, qətnamə bütövlükdə ləğv olunmalı və iş yeni apelyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3805/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3805/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver