Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3808/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5305/2023 nö mrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 281981 nömrəli aktının etibarsız hesab edilməsini və akt əsasında ona müəyyən edilmiş 1.348,14 manat cərimənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1700/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının **********50533 nömrəli abonent koduna hesablanmış borc məbləğindən 1.278,52 manat borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5305/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və M.Məmmədov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “Apellyasiya şikayətində (Mülki Prosessual Məcəlləsinin 361.1.4-361.1.6-ci maddələrinə əsasən) barəsində şikayət verilən məhkəmə aktına münasibətd ə Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də müəyyən edilmiş formaya uyğun şikayəti verən şəxsin məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafaların məzmununu müəyyən edən əsaslar təsbit edilməmişdır.”
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual M əcəlləsinin (MPM) 361.1, 361.2, 361.3, 361.4, 366.2 və 372.6-cı maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
7. Qərardadla razılaşmayan cavabdeh iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin konkret maddi hüquq normasının yəni “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-ci maddəsini düzgün tətbiq etmədiyi hallar dəqiq olaraq qeyd olunmuşdur. Belə ki, apellyasiya şikayətində iddiaçının sayğacına baxış zamanı aşkar olunmuş müdaxilə faktına görə müvafiq aktın tərtib olunması və akta əsasən itirilmiş elektrik enerjsinin dəyərinin hesablanması zamanı məhkəmə tərfindən “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-ci bəndinə istinad edilməli olduğu halda səhvən 8.16-cı maddəsinə istinad edilməsi, hətta itirilmiş elektrik enerjisinin birinci instansiya məhkəməsi tərəfindən düzgün hesablanmaması ilə bağlı mövqe “Əlavə 2”nin “prosessual hüquq normasının pozuntusuna və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” qrafasında ətraflı şəkildə qeyd edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinə təqdim olunmuş sayğaca müdaxilə faktını özündə əks etdirən R № 281981 nömrəli akt və abunə haqqında məlumat apellyasiya şikayətində istinad etdiyi sübut kimi göstərilmişdir. Lakin apellyasiya məhkəməsi apellyasiya şikayətinin müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilmədiyi, (qra faların göstərilən konkret tələblərinə müvafiq) tamlığına, məğzinə və ardıcıllığına riayət edilmədiyi qənatəinə gəlmişdir. Halbuki, apellyasiya şikayəti verilərkən şikayəti verən şəxs tərəfindən hətta təkcə bir hüquq normasının pozuntusuna (hazırki iş üzrə EEİQ-nin 8.17-cı maddəsi) istinad edilməsi kifayət edir ki, şikayət prosessual qanunveriliciliyin tələblərinə uyğun tərtib edilmiş hesab olunsun. Ümumiyyətlə hesab edir ki, Əlavə 2-də müəyyən olunmuş formanın bütün qrafalarının məzmununa dair qeydlərin ardıcıl olaraq mütləq şəkildə şikayətdə qeyd olunması barədə qanunvericilkdə hər hansı bir imperativ norma nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
10. MPM: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsin ə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
11. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
13. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyasının məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
16. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq g östərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkil də izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. 17. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən aydın olur ki, həmin Əlavə həm məhkəmə qətnamələr inə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.
18. Göründüyü kimi, apellyasiya şikayətinin sözügedən 2 saylı Əlavədə nəzərdə tutulan formada verilməsi, məhz MPM-in 361.1-ci maddəsinin tələbidir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadında həmin məhkəmənin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinin əsasları konkret olaraq göstərilməmiş, ümumi ifadələrlə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin tələblərinə əməl olunmadığı qeyd edilmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmır. Belə ki, apellyasiya şikayətində qətnamənin iddia təmin olunan hissədə ləğv edilib, iddianın tam rədd edilməsi xahiş edilmiş, bu xahişin qanuni əsası kimi “Elektrik enerjisindən istifad ə Qaydaları”nın 8.17-ci bəndinin yerinə 8.16-cı bəndinin məhkəmə tərəfindən mübahisəyə səhvən tətbiq edilməsinə dair dəlil irəli sürülmüşdür.
21. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşır və onun dəlillərini əsaslı sayır.
22. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsaslı, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz olduğu üçün, qərardad ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5305/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qərardadı ləğv edils in, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.