Məhkəmə qərarları › İş №2(102)-3809/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3809/2024

13.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3809/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4210/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İstehlakçı İddiaçı barəsində xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmiş, aktda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir. Aktlara əsasən abonent İddiaçı 12548,96 manat məbləğində borc hesablanmış, 396,59 manat məbləğində pul borca görə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi, aktdan irəli gələn 12197,45 manat məbləğində borcun silinməsi, qeyri-qanuni tutulmuş 351,59 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində cavabdehin əməkdaşları guya onun ünvanında sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar etmiş, foto şəkillər çəkmiş, kənar xəttin hansı ünvana aid olduğunu müəyyən etmədən xx.xx.2023-cü il tarixdə akt tərtib etmişlər. Tərəfindən nə sayğaca, nə dəki, küçədəki qaz xə ttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilənin abonent tərəfindən edilməsi aşkarlanmamışdır.

4. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, evində 2018-ci illərlə təbii qazdan rezin boru vasitəsilə istifadə etsə də, həmin hal Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edildikdən sonra bir daha təkrarlanmamışdır.

5. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı Cavabdeh İB tərəfindən tərtib edilmiş akta əlavə olunmuş fotogörüntülərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid olduğu, həmin evdə yerləşən fərdi yaşayış evində dörd gözlü qaz piltəsi dəmir sobasının olduğu müə yyən edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-459/2024 nömrəli iş üzrə 1 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən ünvan 1 ünvan üzrə abonent İddiaçı (abonentkodu: **********00111) hesablanmış 11459,04 manat məbləğində borcun silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) 2(011)-459/2024 nömrəli, 1 may 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində aşağıdakı düzəliş edilməklə,

1. Qətnamənin əsaslandırma hissəsində “1,4x12x726=10454,4” sözü “1,4x12x726=12196,8” sözü ilə, “m3=13939,23 ” sözü “m3=15 681,6”sözü ilə, “1393,92 manat” söz ü “1 568,16 manat” sözü ilə, “304” sözü “396.59” sözü ilə, “1089,92 manat” sözü “1171,57 manat” sözü ilə, "5337,68 manat" sözləri isə "5256,03 manat" sözləri ilə əvəz edilmiş, qətnamənin nəticə hissəsində “11459,04 manat” sözləri 11377,39 manat” sözləri ilə əvəz edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 6427,6 manat məbləğində borcun silinməsi barədə iddia tələbinin hüquqi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada) maddələri təşkil etmişdir. İstinad edilən qanunvericilik müddəalarına əsasən iddiaçının izahatı, yerində müayinə və təqdim edilmiş fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvanda təbi i qazdan sayğacdan kənar xətt vasitəsilə qanunsuz istifadə edilmişdir. Belə olan halda, Cavabdeh İB tərəfindən həmin müddətə görə iddiaçıya borcun hesablanması əsaslı olmuşdur. Lakin cavabdeh tərəfindən dəymiş ziyanın həcmi iddiaçının evində mövcud olmayan qaz qurğusu (QSSQ) və 24 saat üzrə hesablanmışdır ki, məhkəmə qeyd edilən hesablamanı ağlabatan hesab etməmişdir. İddiaçı tərəfindən Cavabdeh İB-nə vurulmuş zərər, iddiaçının evində quraşdırılmış 4 göz qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3 /saatvə 4 saat günlük iş rejimi, dəmir sobanın isə maksimal saatlıq qaz sərfi 1.4 m3 /saatvə 12 saat günlük iş rejimi və iddiaçı tərəfindən həmin dövr üzrə aparılmış ödənişlər nəzərə alınmaqla hesablanaraq (1,2x4x726=3484,8 m3, 1,4x12x726=10454,4 m3, 10454,4 m3+3484,8 m3=13939,23 13939,23 m3 x0,10=1393,92 manat 1393,92304=1089,92 manat) 1089,92 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış qalan 5337,68 (6427,6 -1089,92 = 5337,68) borc məbləği əsassız hesab edilərək silinməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İB tərəfindən iddiaçıya 2022-ci ilin fevral ayından sonra hesablanmış 6121,36 manat məbləğində borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Qanunun 13 maddəsinin 9-cu hissəsinin 25 fevral 2022-ci il tarixədək qüvvədə olan redaksiyası və “X1”nın müvafiq müddəalarını təşkil etmişdir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanı lması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talamasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən, dəymiş zərərin məbləği qanunvericiliyin tələblər inə riayət edilmədən istehlakçıdan tələb edilmişdir.

10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”na və Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus evə baxış keçirilərkən abonentə məxsus mənzildə qazdan qeyri-qanuni istifadə faktı həm iddiaçının özünün etirafına əsasən, həm də təqdim edilmiş ş əkillərlə və digər sənədlərlə öz təsdiqini tapmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4210/2024 nömrəli mülki iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-459/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin olunması, Azəriqaz” İB tərəfindən ünvan 1 ünvan üzrə abonent İddiaçı (abonent kodu: **********00111) hesablanmış 11.248 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin möv qeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus ünvan üzrə 2018-2023-cü illər ərzində ümumilikdə 12 akt tərtib edilmiş, aktlara əsasən hesablanan ümumi zərər məbləği 12549,04 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi 2018-2021-ci illərə aid aktlar üzrə cavabdeh tərəfindən aparılmış hesablamanı ağlabatan hesab etməməklə yenidən hesablama aparmış, 2022-2023-cü ilə aid aktlar üzrə isə “Qaz təchizatı haqqında” Qanunun 13 maddəsinin 9-cu hissəsinin 25 fevral 2022-ci il tarixədək qüvvədə olan redaksiyası və “X1”nın müvafiq müddəalarına istinad edərək göstərmişdir ki, Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi “Qaz təchizatı haqqında” Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 25 fevral 2022-ci il tarixdə qəbul edilsə də, 1 may 2022-ci il tarixdə qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət t ərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan üzrə tərtib edilmiş aktlardan yalnız biri- 31 yanvar 2023-cü il tarixli akt həmin dəyişiklikdən sonrakı dövrə aiddir. Odur ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilmədiyindən həmin akta əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilmişdir.

17. Digər aktlara münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərtib edilmiş aktlara əsasən cavabdeh tərəfindən dəymiş ziy an məbləği düzgün hesablanmamışdır. Belə ki, Birlik tərəfindən: xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 4985 m3 - 997 manat (1 m3 20 qəpikdən); xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 648 m3 - 129,60 manat (1 m3 20 qəpikdən); xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 387 m3 - 77,40 manat (1 m3 20 qəpikdən); xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 972 m3 - 194,4 manat (1 m3 20 qəpikdən); xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 7884 m3 - 788,40 manat (1 m3 10 qəpikdən); xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 26568 m3 - 2656,8 manat (1 m3 10 qəpikdən); xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 3960 m3 - 396 manat (1 m3 10 qəpikdən); xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 11880 m3 - 1188 manat (1 m3 10 qəpikdən); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 13500 m3 - 1620 manat(1 m3 12 qəpikdən); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 4500 m3 - 540 manat (1 m3 12 qəpikdən); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 2484 m3 - 298,08 manat (1 m3 12 qəpikdən); xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 30528 m3 - 3663,36 manat (1 m3 12 qəpikdən) dəymiş ziyan hesablanmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvanda keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evində dörd gözlü qaz piltəsi və dəmir soba vardır. Cavabdeh tərəfindən tərtib edilmiş aktlara görə hesablanmış 12,549.04 manat cərimə məbləğindən hesablanmış sərfiyyat məbləği çıxılmalı (12,549.04-1.301,04=11.248) və iddiaçıya məxsus abonent kodu üz rə silinməli olan məbləğ 11.248 manat müəyyən edilməlidir.

19. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılmış ödənişlərdən 396,59 manat məbləğində pul borca görə tutulmuşdur, yəni borca görə tutulmuş bu məbləğ istifadə olunan sərfiyyat məbləğini təşkil edən 1.301,04 manat məbləğdən çıxılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qanunsuz hesablanmış borcun silinməsi ilə bərabər aktın ləğvinidə tələbində qoysa da, həmin akt hər hansı hüquqi nəticə doğurmadığından onun ləğvi heç bir əhəmiyyət kəsb etməmişdir. Akt bu və ya digər halın baş verib-verməməsi ilə bağlı tərtib edilir və həmin hal üzrə nəticəyə gəlmək üçün əsaslardan biri hesab olunur.

21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinet inin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3, 1.4, 3.4.1, 4.1, 6.5-6.7-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(103)-4210/2024 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəm əsi iddiaçı tərəfin təqsirli və qanuna zidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmilə şdirilmiş, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”

25. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və h üquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.

26. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir.

27. Bənd 3.4.1. Özbaşına qaz q urğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

28. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Bənd 6.6.Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazpaylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayə tinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi ü çün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

40. Belə ki, apellyasiya instansiya məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya məxsus ünvan üzrə 2018-2023-cü illər ərzində ümumilikdə 12 akt tərtib edilmiş, aktlara əsasən hesablanan ümumi zərər məbləği 12549,04 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi 2018-2021-ci illərə aid aktlar üzrə cavabdeh tərəfindən aparılmış hesablamanı ağlabatan hesab etməməklə yenidən hesablama aparmış, 2022-2023-cü ilə aid aktlar üzrə isə “Qaz təchizatı haqqında” Qanunun 13 maddəsinin 9-cu hissəsinin 25 fevral 2022-ci il tarixədək qüvvədə olan redaksiyası və “X1”nın müvafiq müddəalarına ist inad edərək göstərmişdir ki, Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuna görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamə tləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan üzrə tərtib edilmiş aktlardan yalnız biri, yəni 31 yanvar 2023-cü il tarixli akt sözügedən Qanuna dəyişiklik edildikdən sonra tərtib edilmişdir. Digər aktlara münasibətdə isə qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evində dörd gözlü qaz piltəsi və dəmir soba vardır. Cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış 12,549.04 manat cərimə məbləğindən hesablanmış sərfiyyat məbləği çıxılmalı və iddiaçıya məxsus abonent kodu üzrə silinməli olan məbləğ 11.248 manat məbləğdə müəyyən edilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılmış ödənişlərdən 396,59 manat pul borca görə tutulmuşdur, yəni borca görə tutulmuş bu məbləğ istifadə olunan sərfiyyat məbləğini təşkil edən 1.301,04 manat məbləğdən çıxılmalıdır.

44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyas iya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(103)-4210/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar