Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-381/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X6 və cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz aparılan tikintinin dayandırılması və obyektin əvvəlki vəziyyətinin bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvandakı 2-ci mərtəbədə aparılan qanunsuz tikinti işləri onun hüquqlarını kobud şəkildə pozduğundan dayandırılması, ərazinin cavabdeh tərəfindən təmizlənərək əvvəlki vəziyyətinə gətirilməsinə və ona dəymiş 10000 (on min) manat ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvandakı 2-ci mərtəbədə aparılan qanunsuz tikinti işlərinin onun hüquqlarını kobud şəkildə pozduğundan dayandırılmasına, mənzildə və giriş sahədə aparılmış tikinti işlərinin cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə gətirilməsinə, ona dəy miş 10000 (on min) manat maddi ziyanın və 15000 (on beş min) manat mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(004)202/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 2 ünvanında 2-ci mərtəbədə Cavabdeh tərəfindən mənzildə və giriş sahədə aparılmış tikinti işlərinin Cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh maddi ziyanın əvəzi kimi 1107 (bir min yüz yeddi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) (100+50) manat ekspertiza xərcinin 50 faizi yəni, 75 (yetmiş beş) manatının İddiaçı, digər 50 faizi yəni, 75 (yetmiş beş) manatının Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir h esab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və X.Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(004)-202/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməyib birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməd ən saxlanılması barədə qətnamə qəbul edərkən apellyasiya şikayətinin dəlillərini nəzərə almamışdır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında tərəflərin nümayəndələri tərəflərin arasında olan mübahisəyə son qoyulduğunu bu səbəbdən də barışıq sazişi bağlandığını bildirdilər, ona görə də barışıq sazişinin təsdiq edilməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair müvafiq qərarın qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini, eləcə də t əqdim edilmiş 16 avqust 2019-cu il tarixli barışıq sazişini araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya məhkəməsinə təqdim edilmiş 16.08.2019-cu il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni aşağıdakı qaydada həll etmişlər: 1. ünvan 1 ünvanda Cavabdeh tərəfindən mənzilində və ümumi giriş sahəsində aparılan təmir-tikinti və yenidənqurma işləri nəticəsində həmin ünvanda, ikinci mərtəbədə ümumi sahəsi 83,4 kvm. olan İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dəymiş ziyan ümumi razılıq əsasında 10 000 (on min) manat müəyənləşdirilməklə Cavabdeh tərəfindən İddiaçı etibarnamə əsasında nümayəndəsi X7 nəğd şəkildə ödənilir. 2. ünvan 1 ünvanda Cavabd eh tərəfindən mənzilində və ümumi giriş sahəsində aparılan təmir-tikinti və yenidənqurma işləri nəticəsində giriş hissədə və pilləkəklərdə dağılmış döşəmələrin təzələnməsi, İddiaçı məxsus ikinci mərtəbədə ümumi sahəsi 83,4 kvm. olan qeyri-yaşayış sahəsinin daxilində baş vermiş uçma və yaranmış çatların aradan qaldırılması və tavan hissədə tol örtüyünün döşənməsi Cavabdeh tərəfindən təmin edilir.
3. X qarşı ünvan 3 ünvandakı 2-ci mərtəbədə aparılan qanunsuz tikinti işlərinin dayandırılması, mənzildə və giriş sahədə aparılmış tikinti işlərinin cavabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə gətirilməsinə, dəymiş 10000 (on min) manat maddi ziyanın və 15000 ( on beş min) manat mənəvi ziyanın ödənilməsinə dair (hazırda Bakı Apellyasiya Məhkəməsində hakim V.Həsənovun icraatında olan) iddiasını geri götürməyi öhdəlik olaraq qəbul edir.
4. Barışıq sazişi bağlandıqdan sonra tərəflər hazırkı mübahisə ilə əlaqədar hər hansı iddia ilə məhkəmə və ya digər orqanlara müraciət etməmək və barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü şəkildə icra edilməyəcəyi halda onun şərtləri barədə məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün məhkəmə tərəfindən İcra Qurumuna göndəriləcək İcra vərəqəsinin icra edilməsi barədə öhdəlik götürürlər.
5. Barışıq sazişi eyni qüvvəyə malik olan 3 (üç) nüsxədə- Bakı Apellyasiya Məhkəməsi və hər tərəf üçün bir nüsxədə tərtib edilmişdir. Barışıq Sazişinin şərtlərini tərəflər qarşılıqlı razılıq-anlaşma ilə qəbul etmişlər, Saziş təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5 2, 191, 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq bu Sazişi imzalamışlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən Barışıq Sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasından xahiş edirlər. Barışıq sazişinin şərtlərini nəzərədən keçirərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi qəbul olunmaqla təsdiq edilməli və prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələblərinə müvafiq olaraq hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-25 9.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qəbul olunmaqla təsdiq edilməli və prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 262, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və İddiaçı etibarnamə əsasında nümayəndəsi X4 barışıq sazişi təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10438/2019 nömrəli 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin mülki işin icraatına xitam ver