Məhkəmə qərarları › İş №2(102)-3815/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3815/2024

19.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3815/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Bakı şəhər Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, qonşu təsirinə dözmək vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər Cavabdeh2nə qarşı “mənzilə bitişik əlavə tikilinin sökülməsi, cavabdehin qeyd olunan əlavə tikiliyə dair hüquqlarının tanınmaması və yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsinin təmin olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4270/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 13-də yaşayır. Həmin mənzil onun anası X1 mülkyyətindədir (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 107859 nömrəli qeydiyyat vəsiqəsi).

2. Cavabdeh1 Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 14də yaşayır və yaşadığı mənzilə bitişik əlavə tikililər inşa etmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin İddiaçı Əliəkrəm oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan ünvana Birlik əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həqiqətən də müəyyən olunmuşdur ki, uzun illər öncə, yəni bina Birliyin balansına verilməmişdən əvvəl H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 14-ün mülkiyyətçisi tərəfindən yaşadığı mənzilə bitişik əlavə tikililər inşa edilmişdir. Qonşunuz tərəfindən mənzilinizə bitişik aparılmış tikinti işləri illər öncə inşa edildiyi üçün həmin tikiliyə müdaxilə edilməsinə yalnız məhkəmə qərarından sonra baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabd eh1 və Bakı şəhər Cavabdeh2nə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, H.Cavid prospektində yerləşən 6-cı evin 14 saylı mənzilə bitişik əlavə tikilinin sökülməsi, cavabdehin qeyd olunan əlavə tikiliyə dair hüquqlarının tanınmaması və yaşyış binasının əvvəlki vəziyyətə gətirilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında anası X2 məxsusdur və o həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayır. Cavabdeh Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən (ev 6) 14 saylı mənzilin mülkiyyətçisi Ca vabdeh1 onun qonşusudur. Cavabdeh1 12 metr sahəsində evini artıraraq tamamilə onun bayıra olan görüntüsünü bağlamışdır. Artırılma səbəbindən ümumiyyətlə onun mənzilinə yel-hava daxil olmur. Bundan başqa, Cavabdeh1 əlavə olaraq həmin qanunsuz tikilidə onun yataq otağına istiqamətdə iki pəncərə tikmiş və bu da onun mənzilinin cavabdehin mənzilindən tam görünməsinə səbəb olmuşdur. Bundan əlavə mənzilinin pəncərəsindən ümumiyyətlə istifadə edə bilmir, eləcə də qanunsuz tikilidə olan pəncərələrdən biri mətbəx olduğu üçün mətbəxin qoxusu mənzilinə yayıldığından o və ailə üzvləri yaşadıqları mənzildən istifadə edə bilmirlər. Qanunsuz tikilmiş mənzilə bitişik əlavə tikilinin tikilməsi onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Öz mənzili üzərində hüquqlarını tam həyata keçirə bilmir, ondan təyinatı üzrə stifadə edə bilmir. Bununla əlaqədar Cavabdeh1 bir neçə dəfə müraciət etmiş, lakin o əlavə tikilinin sökülməsinə etiraz etmişdir.

6. Cavabdeh1 məhkəməyə xx.xx.2023- cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, ona qarşı olan tələblə bağlı iddia müddəti bitmişdir. Belə ki, mənzilin artırılması 12 il əvvəl iddiaçının atası ilə razılaşdırılaraq icra olunmuşdur. Bu 12 il ərzində artırılma ilə bağlı heç bir şikayət olmamışdır. Bunu nəzərə alaraq qarşı tərəfin iddiasının rədd edilməsini xahiş edir. 7. 2023-cü il 7 noyabr tarixində keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, cavabdeh nəzərdə tutulan bir otaqlı evini qanunsuz olaraq artırıb dörd otaq etmiş və həmin tikiliyə dair müvafiq qurumlardan hər hansı icazə almamışdır. Belə olan halda cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili onun evinin qarşısına günəş işıqlarının daxil olmasına mane olur, havasızlıq yaranır və onun rahat şəkildə öz mənzilində hərəkət etməsini məhdudlaşdırır. Odur ki, qeyd olunan əlavə tikilinin sökülməsini xahiş etmişdir.

8. Həmin tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona qarşı irəli sürülən tələb qərəzlidir. Belə ki, qeyd olunan tikili qarşı tərəfin razılığı alınmaqla on iki il bundan qabaq inşa edilmiş və iddiaçının yaşadığı evə heç bir maneçiliyi yoxdur. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Məhkəmənin 2023-cü il 7 noyabr tarixli 2(002)-5117/23 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması qərara alınmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8805 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 14 saylı mənzilinə bitişik tikinti işlərinin aparılmasına dair icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun ol madığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 13 və 14 saylı mənzillərə giriş-çıxış ayrı-ayrı sahələrdən olduğunu nəzərə alaraq, həmin tikililər İddiaçı mənzilinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Lakin İddiaçı mənzilinin pəncərəsinin sol və sağ tərəfində cavabdeh və digər qonşu tərəfindən pəncərə hündürlüyündə əlavə tikililər inşa olunması nəticəsində iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığı müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza təqdiqatının dəyəri 100 manat müəyyən edilmişdir. 10. 2024-cü il 16 may tarixində keçirilmiş məhkəmənin baxış iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddiaçı İcra Hakimiyyətindən narazı qaldığı üçün müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2024 saylı işi üzrə 2024cü il 16 may tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Bakı şəhər Cavabdeh2nə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim: Kərim Xudayev).

12. Məhkəmə tərəfindən işin halları kimi müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının anası X2 məxsusdur və iddiaçı həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayır. Cavabdeh1 Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən (ev 6) 14 saylı mənzilin mülkiyyətçisi olmaqla onun q onşusudur. Uzun illər öncə, yəni bina Birliyin balansına verilməmişdən əvvəl H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 14-ün mülkiyyətçisi tərəfindən yaşadığı mənzilə bitişik əlavə tikililər inşa edilmişdir.

13. Məhkəmə, İddiaçı tərəfindən sökülməsi tələb edilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 14 saylı cavabdehə məxsus mənzilin qarşısında tikilmiş əlavə tikiliyə dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinmədiyini qeyd etmiş, lakin buna baxmayaraq inşa edilən tikilinin hər hansı bir hissəsinin iddiaçının özünə məxsus əraziyə daxil olmasına maneçilik törətmədiyini hesab etmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh artıq neçə illərdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və əlavə tikili dən istifadə edir. Qeyd edilən tikilinin uzun illər əvvəl tikilməsinə baxmayaraq, iddiaçının yalnız neçə ildən sonra belə bir tələblə məhkəməyə müraciət etməsi iddianın əsaslılığını şübhə altına alır.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8805 nömrəli ekspert rəyini nəzərə alan məhkəmə bu qənaətə gəlmişdir ki, mübahisəli əlavə tikili iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırsa da onun mənzilinin giriş-çıxışına, öz sahəsindən istifadəsinə maneçilik törətmədiyindən və iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmadığından belə pozuntu əhəmiyyətsiz dərəcədə pozuntu hesab edilməli və qonşu belə təsirə dözməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbayca n Respublikasının Mülki Məcəlləsinin 171.1, 171.2, 180; Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində qeyd olunanlar iddia tələbində göstərilənlərlə oxşarlıq təşkil etmiş və əlavə olaraq qeyd olunmuşdur ki, tikilinin uzun müddət əvvəl inşa edilməsinə dair mülki işin materiallarında hər hansı bir sənəd mövcud deyildir. Belə bir sənəd olsa belə bu tikilinin qeyd edilən tələb üzrə sökülməsini istisna edən hal kimi çıxış edə bilməz. O, 2020-ci ildən yaşadığı mənzildən istifadə edir, əvvəlki illərdə mənzil kirayədə olmu şdur.

19. Apellyasiya şikayətində qeyd olunan dəlillər Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 16-cı, Mülki Prosessual Məcəllənin 9.1, 77.1, 77.3, 88, 217-ci maddələrinə istinadən əsaslandırmışdır.

20. Məhkəmə iclasında apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və apelyasiya şikayətinin rədd olunmasını xahiş edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı mətbəxin yeri ilə bağlı iradını bildirdikdən sonra, ümumiyyətlə mətbəxi başqa istiqamətə köçürmüşdür. Hazırki mübahisənin səbəbi həmin ərazinin pilot layihə əsasında söküntü ərazisinə düşdüyündən iddiaçının əlavə sahə zəbt etmək məqsədi daşıyır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4270/2024 nömrəli, 2024-cü il 23 iyul tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini n təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2024 nömrəli iş üzrə 16 may 2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (hakimlər: Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Rüstəmli Məhəmməd ).

22. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası, məhkəmənin müəyyən etdiyi işin faktiki hallarına istinad edərək, ümumilikdə onun mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 171.1, 171.2, 180 -ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı qətnamədən (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsi. xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə hər hansı hüquqi qiymətləndirmə aparılmamışdır. Apelyasiya instansiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onun mövqeyini təkrarlamaqla, qətnaməni dəyişdirimə dən saxlayıb, apellyasiya şikayətini təmin etməmişdir.

26. Tikilinin uzun müddət əvvəl inşa edilməsinə dair mülki işin materiallarında hər hansı bir sənəd mövcud deyil. Belə bir sənəd olsa belə, bu tikilinin qeyd edilən tələb üzrə sökülməsini istisna edən hal kimi çıxış edə bilməz. Mübahisəli tikili özbaşına inşa olunmuşdur, hər hansı tikinti normalarına əsaslanmır, cavabdeh mənzil şəraitini yaxşılaşdırmaq üçün öz istəyinə uyğun, hər hansı norma və tələbləri, ən əsası isə maraqlarına toxuna biləcək şəxslərin mənafelərini nəzərə almadan onu inşa etmişdir. İddiaçının uzun müddət bu məsələdən xəbərdar olduğu halda özbaşına tikili ilə bağlı mübahisə qaldırmadığına dair məhkəmənin gəldiyi nəticə, həm prossesual, həm də maddi baxımdan əsassızdr. Belə ki, iddiaçı 2020-ci ildə yaşadığı mənzildən i stifadə edir, əvvəlki illərdə mənzil kirayədə olmuşdur. Həmin mənzildə yaşamağa başladıqdan sonra müvafiq olaraq icra hakimiyyətinə müraciət etmiş, lakin inzibati orqan heç bir tədbir görməmiş, bir müddət gözlədikdən sonra cavabdehlə danışıqlar nəticə vermədiyindən, iddiaçı məhkəməyə müracit etmək qərarına gəlmişdir. Özbaşına tikilinin iddiaçının yaşadığı mənzildən istifadəsinə mane törətməməsi, sadəcə mənzilə daxil olan günəş işığı və hava axınının qarşısını kəsməsi əhəmiyyətli dərədəcə pozuntu hesab olunmadığı barədə yanaşma, müasir həyat və mənzil təminatına dair tələblərə zidd olmaqla, heç bir texniki və hüquqi mülahizəyə dayanmır, sadəcə məhkəmənin mülahizəsindən ibarətdir. İddiaçının ailəsi 4-ü azyaşlı uşaq olmaqla 6 nəfərdən ibarətdir. Təsirə məruz qalan otaq iddiaçının yeganə yataq otağıdır və bu utağa il boyu hava axınının və təbii işğın zəif daxil olması sağlamlıq üçün əhəmiyyətli dərəcədə mənfi nəticələr yaradır və bu davamlı olacaqdır. Otağa daxil olangünəş işığının və hava axınının başqa formada kompensasiya edilməsi mümkün deyil, özbaşına tikili təbii prosesin qarşısını almışdır. Bu vəziyyətdə həmin mənzil sahəsindən istifadə edən şəxslərin samğlığının pozulması və bunun ciddi fəsadlara yol açması qaçılmazdır. Şəxsin mükiyyətində və istifadəsində olan mənzilində belə məhrumiyyətə məruz qalması qəbuledilməzdir və bunun heç bir əsaslandırması ola bilməz. Bundan başqa, məhkəmə qeyd edilən halın, yəni rəydə göstərilən xüsusatların mənzildən istifadəyə hansı səviyyədə və həcmdə maneə törətdiyini müəyyən etmək üçün müvafiq rəylər və ya əlavə məlumatların götürülməsi ni və işin digər halları ilə əlaqəli şəkildə araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

29. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət v ə torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.4. Əgə r mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

33. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

34. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

35. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

36. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

37. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

38. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır.

39. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasə n müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müyyən olunur.

40. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

41. Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.

42. Maddə 76.3 Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şə xslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2914-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” 43. 5-ci bənd: Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. 44. 6-cı bənd: Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. 9-cu bənd. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icra atı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1-ci maddəsinə əsasən kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Avropa İnsan Hüquqları Məhkəm əsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

57. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia tələbinin və apelyasiya şikayətinin dəlilləri ilə oxşardır və apel lyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyas iya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas t əşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4270/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar