Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3818/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-467/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Ölkənin sosial–iqtisadi inkişafı sahəsində qəbul edilmiş Dövlət proqramları çərçivəsində abadlıq–quruculuq işlərinin görülməsi üçün Xətai rayonunun ərazisində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 iyun 2013-cü il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. 23 dekabr 2006-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X2 məxsus olan 0,03227 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi köçürmə zonasına düşdüyü üçün Xətai Rayon İcra Hakimiyyəti ilə X3 arasında 01 avqust 2017-ci il tarixdə razılaşma imzalanmı şdır. Razılaşmaya görə N Xətai Rayon İcra Hakimiyyətindən 833,830 manat məbləğində kompensasiya alınmaqla 1092,9 kv.metr fərdi yaşayış evindən İcra Hakimiyyətinin xeyrinə imtina edir. Razılaşmadan sonra Nə məxsus fərdi yaşayış evi sökülmüş, lakin onun dəyəri razılaşmaya uyğun olaraq mülkiyyətçiyə ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında X3 Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 01 avqust 2017-ci il tarixli razılaşma üzrə öhdəliyinə əməl etməməsini, ona məxsus evin isə sökülməsini əsas göstərməklə Xətai Rayon İcra Hakimiyyətindən 833,830 manat məbləğində kompensasiyanın əlavələrlə (faizlərlə) birlikdə alınaraq ona verilməsinə dair qətnamə çıxarılm asını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7550/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: P.M.Zamanlı) iddia tələbi təmin olunaraq Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətindən 833,830 manatın əlavələrlə birlikdə tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək iddiaçıya ödənilməsi qət olunmuş kompensasiyanın məbləğinin lazımi araşdırma aparılmadan müəyyən olunmasını, Nazirliyin 3-cü şəxs qismində işə cəlb edilməməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 2(103)-467/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(011)-7550/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilib Xətai Rayon İcra Hakimiyyətindən X1 xeyrinə 833860 manat tutulması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayəti verərək iddiaçının adına verilmiş Reye strdən Çıxarışda ona məxsus daşınmaz əmlakın sahəsinin 593,5 kv.metr olması göstərildiyi halda, onun evinin sahəsinin 1092,9 kv.metr olması göstərilməklə kompensasiya verilməsini, yəni qeydiyyatdan keçməmiş sahəyə görə də ona kompensasiya ödənilməsini, məhkəmə kollegiyasının işin həmin hallarını qanunun tələblərinə uyğun əsaslandırmadan iddianı təmin etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Madd ə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləş dirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin txxxxim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kolle giya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 iyun 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar köçürməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş komissiya yaradılmışdır. Bununla əlaqədar “xxxx” Qiymətləndirmə MMC tərəfindən ərazi nin qiymətləndirilməsi aparılmış və “Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 32, 56, 58, 59 və 66-cı maddələri nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20 faiz əlavə ödənilmək şərti ilə orta qiymətlər yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.metri üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.metri üçün 750 manat, həyətdə əlavə tikililərin 1 kv.metri üçün 50-350 manat müəyyən olunmuşdur. Həmin qiymətlərə əsasən X2 məxsus 317,8 kv.metr yaşayış sahəsi üçün 317.800 manat, 630 kv.metr köməkçi sahə üçün 472500 manat, 145,1 kv.metr əlavə yardımçı sahə üçün 50,75 manat, cəmi 833830 manat hesablanmaqla komissiya tərəfindən ra zılaşma aktı tərtib edilmişdir. M.H.Quliyevə məxsus fərdi yaşayış evi sökülmüş, lakin maliyyə vəsaitinin çatışmazlığı ilə əlaqədar ona kompensasiya ödənilməsi indiyə kimi təmin olunmamışdır. İddiaçıya məxsus əmlakın qiymətləndirilməsi zamanı onun faktiki istifadəsində olan tikililərin ölçüsünün 1092,9 kv.metr olması müəyyən olunmuş və qiymətləndirmə ona uyğun olaraq aparılmışdır. Çıxarışa daxil olmayan tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində, onun vəsaiti hesabına inşa edildiyindən, eləcə də onun faktiki sahiblik və istifadəsində olduğundan həmin sahəyə dair iddiaçıya kompensasiyanın ödənilməli olmaması barədə kassasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Müəyyən olunduğu kimi, tərəflər arasında razılaşma onların iradəsinə uyğun, “Torpaqların Dövlət ehtiyacları üçün a lınması haqqında” Qanunun 32, 56, 58, 59 və 66-cı maddələrinin tələblərinə uyğun bağlanmış, onun qanuniliyi razılaşmanın iştirakçıları tərəfindən mübahisələndirilməmiş və yalnız maliyyə vəsaitinin kifayət qədər olmaması səbəbindən həmin kompensasiya iddiaçıya ödənilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3cü maddəsinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İş üzrə cavabdeh müqavilə üzrə öhdəliyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinin tələblərinə uyğun olaraq icra etmədiyindən, kollegiya iddianın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə, müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən qanunların tələblərinə uyğun əsaslandırıldığından dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-467/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3818/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3818/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver