Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-382/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehya qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, öhdəliyin icra edilməməsi 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehya qarşı “müqavilənin ləğvi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4028/2024 nömrəli, 8 oktyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı ilə Mustaphaeva Giulnara arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, tərəflər ünvan 1 ünvanında yerləşən mənzilin 7.2 kv.m.-ni 5.400 manata satılması razılığa gəlmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahənin dəyəri cavabdeh tərəfindən ödənilməmiş, cavabdeh əvəzində həmin mənzilə dair tərəflərin hər birinin adın a ayrıca çıxarışın alınması öhdəliyini götürmüşdür. Lakin müqavilənin bağlanmasından 5 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən Şahid ilə cavabdehin qardaşı X1 arasında telefon danışığının olduğu CD-yə nəzər yetirərkən məlum olmuşdur ki, tərəflər sözügedən əmlakın 7 kv.metr hissəsinin alğı-satqısını həyata keçirərkən ilk öncə 5400 manat məbləğində qiymətə razılaşmışdırlarsa da, sonradan cavabdeh həmin pulu ödəməməsi müqabilində sözügedən əmlaka dair tərəflərə ayrı-ayrı çıxarış alacağı barəsində iddiaçıya vəd vermiş və iddiaçı bu vədin zəmanəti kimi cavabdehdən 1000 manat pul alıb özündə saxlamışdır. Cavabdehin qardaşı iddiaçıya sözügedən 5400 manat pulu ödəmədiy ini bildirmişdir. İddiaçının əri əmlakın müqabilində cavabdehdən heç bir pul almadığını bildirdikdə cavabdehin qardaşı bununla razılaşmış və etiraz etməmişdir. Əksinə cavabdehin qardaşı bildirmişdir ki, sözügedən əmlaka dair tərəflərə ayrı-ayrı çıxarış alacağı barədə iddiaçıya vermiş olduğu vəd ondan asılı olmayan səbəblərdən yerinə yetirilə bilməmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, səs yazılarında hər hansı yeni bir sübut əks edilməmişdir. Tərəflər notariusun yanında müqavilə bağladıqdan sonra notarius tərəflərə bildirmişdir ki, 5.400 manat pulun alış-verişini öz aralarında da edə bilərlər və bunun üçün pulun notariusun depozit hesabına qoyulmasına ehtiyac olmamışdır. Bundan sonra cavabdehin qardaş ı notariusdan çıxarkən sözügedən məbləği iddiaçının ərinə vermişdir.
6. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, iddiaçının həyat yoldaşı olmuşdur. Hazırda yaşadıqları evi satın alıb rəsmiləşdirdikdən sonra qonşuları Mustafayeva Gülnarənin qardaşı onlara bildirmişdir ki, evin 7 kv metr sahəsi onlara məxsus olmuşdur. Qonşuluq münasibətləri olduğundan bildirmişdir ki, çıxarış məsələsini həll etdikləri təqdirdə 7 kv metr sahənin onlara verilməsinə etiraz etməyəcəkdir. Bunun qarşılığında 2000 manat vəsaiti ona girov qismində verməsinə razılaşmışdır. Ancaq notariatda olarkən yaxın qohumu Mustafayeva Gülnarənin qardaşı dostu olduğunu öyrənmişdir. Bu səbəbdən 2000 deyil, 1000 manat pulu girov qismində qəbul etmişdir. Notariatda alqı-satqı müqaviləsin i rəsmiləşdirdikdə notarius onlara 5400 manat pulun əlbəəl də verilməsinin mümkün olduğunu və rüsum ödənilməyəcəyini bildirmişdir. Orada cavabdeh ona hər hansı ödəniş etməmişdir. 1000 manat pulu müqaviləni bağlamamışdan əvvəl almışdır və hazırda da pul ondadır.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, cavabdehin qardaşıdır. 5400 manat pulu şəxsən o özü Şahid vermişdir. 1000 manat pulu alqı-satqı müqaviləsi bağlanan gün sonuncuya vermiş, 5400 manat pulu notariusun yanında qarışıqlıq olduğundan otaqdan çıxdıqdan sonra vermişdir. 1000 manat pulu Şahid evin sənədləşmə işlərini həll etməyi üçün girov kimi istəmiş və o da vermişdir ki, çıxarış alındıqdan sonra ona geri qaytaracaqdı. 1000 manat pul hələ də Məmmədtağıda qalmışdır. O çıxarış alacağı barədə öhd əlik götürməmişdir. Alınacağını düşünürdü, lakin obyektiv səbəblərdən mümkün olmamışdır.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(009)805/2024 nömrəli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin edilmiş, İddiaçı ilə Mustaphaeva Giulnara arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli alğısatqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilədə razılaşdırılan məbləği iddiaçıya ödədiyini bildirsə də, bunu məhkəmə iclasında sübut edə bilməmişdir. İş materiallarında olan iddiaçının əri Şahid ilə cavabdehin qardaşı X1 arasında telefon danışığının səsyazmasını özündə əks etdirən CD diski nəzərdən keçirərkən məlum olmuşdur ki, cavabdehin qardaşı müqavilə ilə razılaşdırılmış məbləğin iddiaçıya ödənilmədi yi ilə bağlı iddiaçının əri ilə razılaşır və buna etiraz etməmişdir. Həmçinin, cavabdehin qardaşı müqavilə ilə razılaşdırılmış məbləğin iddiaçıya ödənildiyini bildirsə də, CD diskdə əks olunan səs yazmasından görünür ki, iddiaçıya əmlaka dair tərəflərə ayrı-ayrı mülkiyyət hüquqlarını təsdiq edəcək çıxarış alacağı barəsində cavabdeh tərəfindən vəd verilmiş və cavabdeh girov kimi 1000 manat məbləğində pulu iddiaçıda saxlamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həqiqətən də iddiaçı və iddiaçının ərinin şahid qismində bildirdiyi kimi cavabdeh müqavilədə razılaşdırılmış məbləği iddiaçıya verməmiş, əvəzində başqa bir öhdəlik götürmüş, lakin yekun olaraq həmin öhdəliyi də yerinə yetirə bilməmişdir. Müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutul muş əsaslar hazırkı işdə mövcud olduğundan tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tarixli alğı-satqı müqaviləsi ləğv edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 421.1, 421.2, 424.2, 442 və 567-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübut kimi təqdim olunan səs yazısına qiymət verərəkən qətnamədə göstərmişdir ki, cavabdehin qardaşı 5400 manat pulu iddiaçıya ödəməmişdi r. Halbuki həmin səs yazısında pulun ödənilməməsi ilə bağlı ümumiyyətlə heç bir sübut olmamışdır. 1000 manat ödənişin olunması hissəsində də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin 1000 manat pul cavabdehin qardaşı ilə iddiaçının əri Məmmədtağı arasında olan çıxarışların paylı mülkiyyətdən çıxarılması ilə bağlı olmuş, Şahid həmin pulu çıxarışların ayrılmaması üçün qaytarmamışdır. 1000 manat pulun ümumiyyətlə bu müqaviləyə heç bir aidiyyatı olmamış və müqavilə tərəfləri arasında 1000 manatla bağlı heç bir razılaşma olmamışdır.
14. Məhkəmə kollegiyanın sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilə dair arxiv sənədləri təqdim edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov sədrlik edən və məruzəçi, Akif İs gəndərov və Məhəmməd Rüstəmli) 2(103)-4028/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqaviləyə görə ödənilməli olan 5400 manatın ödənilməmiş olması müqavilənin ləğvi üçün əsas hesab edilə bilməz. İddiaçı həmin pulun ödənilməsi ilə bağlı müstəqil iddia qaldıra bilərdi.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən əmlaka dair tərəflərə ayrı-ayrı mülkiyyət hüquqlarını təsdiq edəcək çıxarışın alınıb-alınmaması sözügedən müqavilənin ləğv edilməsi üçün əsas yaratmır. Yəni, iddiaçının tələbinin əsası kimi istinad etdyi hallar tərəflər arasında bağlanmış müqavilənin ləğvinə əsas verən hallar deyildir.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi tərəfindən ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, bəhs edilən mənzilə dair İddiaçı adına hazırlanmış ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış vətəndaş tərəfindən təhvil alınmadığı və arxivləşdirilmədiyi üçün həmin sənədin surətinin təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi mübahisəli mənzilə dair iddiaçının adına hazırlanmış çıxarış mövcud olmuş, lakin sonuncu tərəfindən alınması ilə bağlı müraciət olunmamışdır.
19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi rədd edilməlidir.
20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respu blikasının Mülki Məcəlləsinin 405.1, 421.1, 421.2 və 567-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası sübutları düzgün tədqiq etməmiş, işə bir tərəfli yanaşmış, hər tərəfli, qərəzsiz və obyektiv araşdırmamışdır. Notariat hərəkətlərinə dair qanunvericiliyin tələblərinə görə alğı-satqı müqaviləsinə dair minimum məbləğ 5500 manat müəyyən edilmişdir. Tərəflərin 5400 manat müqavilə məbləği müəyyən etməkdə məqsədi şahidlərin arasında olan telefon danışığında öz əksini tapmışdır. Müqavilə ilə razıla şdırılmış məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdirsə, 1000 manat girov nə üçün verilib bu müəmmalıdır. Apellyasiya instansiyası məhkəməsi də qətnamədə qeyd etmişdir ki, iddiaçı cavabdehin vermiş olduğu bu vədin zəmanəti kimi 1000 manat pulu alıb girov kimi özündə saxlamışdır. Məhkəmənin özü də bu qənaətə gəlmişdir ki, hazırkı mübahisə də məhz cavabdeh tərəfindən bu çıxarışlar alınmadığı üçün yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarlarındakı mövqeləri nəzərə alıb əqdin etibarsızlığı məsələs inə qiymət verməmişdir. Bu dəyərləndirmənin aparılmaması apellyasiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minəcəyi təqdirdə preyudisiya institutunun məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alacağı üçün iddiaçı bu əqdin etibarsızlığını mübahisələndirmək hüququndan məhrum olacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməy i öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktları bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən əmlaka dair tərəflərə ayrı-ayrı mülkiyyət hüquqlarını təsdiq edəcək çıxarışın alınıb-alınmaması sözügedən müqavilənin ləğv edilməsi üçün əsas yaratmır. Yəni, iddiaçının tələbinin əsası kimi istinad etdyi hallar tərəflər arasında bağlanmış müqavilənin ləğvinə əsas verən hallar deyildir. Mənzilə dair İddiaçı adına hazırlanmış ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış vətəndaş tərəfindən təhvil alınmadığı və arxivləşdirilmədiyi üçün həmin sənədin surətinin təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi mübahisəli mənzilə dair iddiaçını n adına hazırlanmış çıxarış mövcud olmuş, lakin sonuncu tərəfindən alınması ilə bağlı müraciət olunmamışdır.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət p rinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən baxılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2(103)-4028/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.