Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3821/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər 12 saylı Notariat ofisinə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh6 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1680/ 2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğveidicisi Əmanətlərin Sığortalanması Fondu ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 03.09.2014-cü il, 23.10.2014-cü il və 10.08.2015-ci il tarixli kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 və Cavabdeh4 məxsus olan İsmayıllı şəhəri, H.Əİiyev prospekti, 7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 16.05.2019-cu il tar ixə 03.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat, 23.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 400000 manat əsas, 38133,34 manat, cəmi 438133,34 manat və 10.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat borc öhdəliyi olmaqla, ümumilikdə 1090333,34 manat borc öhdəliyi mövcud olmuşdur. Ləğv prosesində olan İddiaçı ASC Bakı şəhəri 12 saylı Notariat ofisinə göndərdiyi 16.05.2019-cu il tarixli məktubda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka qoyanlara məxsus olan əmlak kompleksinin ipotekada qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri v ə xərcləri çıxıldıqdan sonra borclu Cavabdeh2 MMC-nin kreditor İddiaçı ASC qarşısında bütün kredit müqavilələri üzrə 16.05.2019-cu il tarixinə olan ümumilikdə 1090333,34 manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq bankın hesablaşma hesabına köçürülməsi şərtilə razılıq vermişdir. 21.05.2019-cu il tarixdə satıcılar Cavabdeh3 və Cavabdeh4 ilə alıcılar Cavabdeh5 və Cavabdeh6 arasında İsmayıllı şəhəri, H.Əİiyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin 1090333,34 manata özgəninkiləşdirilməsinə dair alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 12 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuşdur. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra qeyd olunan əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh5 və Cavabdeh6 adlarına mülkiyyət h üququ üzrə bərabər paylarla qeydə alınmış və 01.07.2019-cu il tarixdə bu barədə müvafiq çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər 12 saylı Notariat ofisinə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, ipoteka predmeti olan ünvan, 7 ünvanında yerləşən əmlak kompleksi barədə Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 21.05.2019-cu il tarixli AN1 №0780029 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka predmeti nin satışından əldə olunacaq vəsaitin tam şəkildə, yəni 1090333,34 manatın tam olaraq borcun yönəldilməsinə razılıq verildiyinə baxmayaraq həmin məbləğin sadəcə 500000 manatı yönəldilmiş, qalıq 590333,34 manat borcun ödənilməsi öhdəliyi isə ipoteka predmetinin yeni alıcıları Cavabdeh5 və Cavabdeh6 üzərinə qoyulmuşdur. Göründüyü kimi, ipoteka predmetinə sərəncam vermə qaydaları pozulmuş, ipoteka saxlayanın iradə ifadəsinə uyğun olmayan, hüquq və kommersiya maraqlarının pozulması ilə nəticələnən qanunsuz alğı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)3176/2010 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan daşınmaz əmla kın özgəninkiləşdirilməsinə ipoteka saxlayan, yəni iddiaçı razılıq verdiyindən, alğı-satqı müqaviləsi məhz bu razılıq əsasında bağlandığından, alğı-satqı müqaviləsi bağlanarkən və rəsmiləşdirilərkən hər hansı qanun pozuntusuna yol verilmədiyindən həmin müqavilə etibarsız hesab edilə bilməz. Məhkəmə baxılan işdə əqdin etibarsızlığı üçün əsasların olmadığı qənaətinə gəlmiş və bu qənaətini Mülki Məcəllənin 324, 337.1, 337.2-ci və “İpoteka haqqında” Qanunun 30.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müqavilə tərəfi olmadığından həmin əqdi mübahisələndirmək hüququna malik deyil. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər ip oteka saxlayanın hüquqlarını pozaraq verilmiş razılığa zidd olaraq alğı-satqı müqaviləsi bağlamışlar, həmin müqavilənin 8-ci bəndində verdikləri məktubun mahiyyətinə, alğı-satqı müqaviləsinin iddiaçı tərəfindən əmlakın yüklülükdə qalması şərtinə zidd olaraq qanunsuz əmlakın üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verilməsi bəndini əlavə etmişlər. 12 saylı Notariat Kontorunun alıcı və satıcıların qanunsuz əməlləri nəticəsində qeyd olunan vəsait notariusun hesabına daxil olaraq sonradan bankın hesabına köçürülməmiş, qanunsuz olaraq əmlak ipotekadan azad edilmişdir. Nəticədə ipoteka saxlayan LPO "İddiaçı" ASC öz ipoteka əmlakından məhrum edilmişdir və əlavə olaraq Cavabdeh2 MMC-nin banka olan borcu ödənilməmişdir. Məhkəmə öz qətnaməsində onların alğı-satqı müqaviləsinin bağlanmasın a razılıq vermələrini qeyd etsə də, həmin müqavilənin bağlanmasına razılıq məktubunda qeyd olunan iradə ifadələrini tam şəkildə diqqətə almamış və nəticədə yanlış qərar vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının mübahisələndirilən müqavilənin tərəfi olmaması səbəbindən həmin müqaviləni mübahisələndirə bilməməsi barədə qənaəti ilə razılaşamayaraq qeyd etmişdir ki, iddiaçı müqavilə tərəfi olmasa da ipoteka saxlayan kim i ipoteka predmeti olan daşınmaz əmlakın alğı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik olmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ümumən iddianın əsassız olması ilə bağlı düzgün nəticəyə gəldiyindən və subyektiv hüquqla bağlı bu müddəa bütövlükdə məhkəmənin gəldiyi yekun nəticəyə təsir etmədiyindən qətnamə ləğv olunmadan həmin müddəa qətnamədən xaric edilməlidir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu alğı-satqı müqaviləsinin ləğv prosesində olan İddiaçı ASC-nin kommersiya maraqlarını pozduğunu, razılıq şərtlərinə və iradə ifadəsinə uyğun bağlanmadığını, ipoteka predmetinin qanunsuz olaraq yüklülükdən azad edildiyini əsas gətirmiş, iddia tələbinin faktiki əsası kimi müqavilə məbləğinin bankın hesabına tam həc mdə ödənilməməsinə və ipoteka predmetinin qanunsuz olaraq yüklülükdən azad olunmasına, hüquqi əsası kimi isə Mülki Məcəllənin 324-cü, “İpoteka haqqında” Qanunun 31-ci və “Notariat haqqında” Qanunun 45-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri alğı-satqı müqaviləsinin Bankın kommersiya maraqlarına zidd olması, onun iradəsini əks etdirməməsi, eləcə də ipoteka predmetinin qanunsuz olaraq yüklülükdən azad edilməsi barədədir. Məhkəmə həmin dəlilləri əsassız sayaraq qeyd etmişdir ki, bankın ipoteka predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə razılıqla bağlı iradə ifadəsi Ləğv prosesində olan İddiaçı ASC-nin Bakı şəhəri 12 saylı Notariat ofisinə göndərdiyi 16.05.2019-cu il tarixli məktubda öz əksini tapmış və notarius məhz həmin razılıq məktubuna əsasl anaraq və müqavilənin mətnində həmin məktuba istinad edərək mübahisələndirilən alğı-satqı müqaviləsini təsdiq etmişdir. Müqavilə məzmununun və şərtlərinin müəyyən edilməsi isə bilavasitə həmin müqavilənin tərəflərinin səlahiyyətinə aiddir və işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisələndirilən müqavilənin məzmunu tərəflərin iradə ifadəsinə uyğun olmuşdur. Məhkəmə apellyasiya şikayətinin ipoteka predmetinin alğı-satqı müqaviləsinə əsasən yüklülükdən azad olunması barədəki dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, ipoteka predmeti ilə bağlı hüquqların qeydiyyatını aparmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş və həmin İdarənin məhkəmənin sorğusuna əsasən verdiyi 19.02.2021-ci il tarixli məktubdan və məktuba əlavə olunmuş çıxarışın surətindən müəyyən edilmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlak (əmlak kompleksi kimi müəssisə və torpaq sahəsi) Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə yüklüdür. Bu yüklülük 01.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas vermir. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh6 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edər ək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Bakı şəhər 12 saylı Notariat Ofisi məhkəməyə məktub göndərərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında qiymətləndirmə rəylərinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. “İpoteka haqqında” Qanun: Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1680/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3821/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3821/2021
30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver