Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3827/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 в və digərlərinə qarşı QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 46 saylı Notariat ofisinə qarşı ( maraqlı şəxs DƏDRX-nin Bakı Ərazi İdarəsi) vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6365/2 021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. VVAQ tərəfindən verilmiş 24 aprel 1954-cü il tarixli Evlənmə haqqında şəhadətnamənin surətinə əsasən X16 ilə X12 arasında 24 aprel 1954-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir.
2. Bakı şəhəri, Səbail Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 18 avqust 1999-cu il tarixli V-JQ seriyalı, 323797 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 08 iyul 1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 avqust 1999-cu il tarixdə 436 nömrə ilə qeyd edilmişdir.
3. Bakı şəhəri, S əbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 avqust 2012-ci il tarixli AZ-İ seriyalı, 543402 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 09 avqust 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 avqust 2012-ci il tarixdə 421 nömrə ilə qeyd edilmişdir.
4. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 20 iyun 1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X21 ilə X14 arasında 20 iyun 1982-ci il tarixdə nikah bağlanmışdır.
5. İddiaçı məxsus xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən o, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X17, ana qrafasında X8 qeyd edilmişdir.
6. Bakı şəhəri, Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilm iş 11 mart 2020-ci il tarixli AZ-İİ seriyalı, 053185 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X21 08 mart 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 mart 2020-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən İddiaçı və Emiliya Hüseynovaya ünvanlanmış 10 avqust 2020-ci il tarixli x/613 saylı məktuba əsasən Qalinə Hüseynovadan irs qalmış əmanətə dair onun qızı Cavabdeh2 xx.xx.2012-ci il tarixdə Bakı şəhər 46 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilmiş, miras qoyanın oğlu Tofiq Hüseynov isə həmin mirasdan imtina etmişdir. Bundan sonra xx.xx.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri, Nizami küçəsi, ev 48-də yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Tamil lə Hüseynovaya müvafiq şəhadətnamə verilmişdir (X31 göstərilən mənzildə pasport qeydiyyatında olmuşdur).
8. Bakı şəhəri, 46 saylı notariat kontoru tərəfindən verilmiş 14 fevral 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09 avqust 2012-ci ildə vəfat etmiş X3 vərəsəsi - ünvan 2 ünvanında yaşayan qızı Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş, 1358 saylı reyestr kitabının 203966-ci səhifəsində 30/203966 saylı qeydəalma ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən üç otaqlı, ümumi sahəsi 115,5 kv metr, yaşayış sahəsi 72,0 kv metr olan Bakı şəhəri, Səbail rayonu, N izami küçəsi, 48 saylı evin 42 saylı mənzilindən ibarətdir.
9. Bakı şəhəri, 46 saylı notariat kontoruna Cavabdeh2 tərəfindən yazılmış ərizəyə əsasən, xx.xx.2012-ci il tarixdə onun ünvan 2 ünvanında yaşamış anası X11 vəfat etmişdir. Miras əmlak ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir.
10. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 21297 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin, 42 saylı mənzili X3 adına xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.
11. Bakı şəhəri, 46 saylı notariat kontoruna X21 tərəfindən yazılmış və xx.xx.2012-ci il tarixdə təsdiqlənmiş ərizəyə əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası - X4 miras pul qalmışdır. Həmin mirasdan heç bi r pay tələbim yoxdur. Həmin puldan ona düşən payın bacısı Cavabdeh2 adına verilməsinə etiraz etmir. Gələcəkdə həmin miras puldan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında iddia və şikayət etməyəcəkdir.
12. Bakı şəhəri, 46 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 7E/32 saylı reyestr kitabından çıxarışa əsasən X21 xx.xx.2012-ci il tarixdə notariat kontoruna ərizə təqdim etmişdir.
13. Bakı şəhəri, 46 saylı notariat kontoru tərəfindən verilmiş 13 dekabr 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09 avqust 2012-ci ildə vəfat etmiş X3 vərəsəsi - ünvan 2 ünvanında yaşayan qızı Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak SSRİ Əmanət Bankının 79950/02 saylı 020568 №-li hesabda, 3538/0274 saylı filia lında 42076 №-li və 12833 №-li hesablarda olan əmanətlərdən ibarətdir.
14. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin, 42 saylı mənzili xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
15. Səbail rayonu, 7 saylı MKİS tərəfindən Cavabdeh2 verilmiş 82 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin, 42 saylı mənzilinin məişət tullantısı və istismar xərcini xx.xx.2020-ci il tarixinədək mərhum X17 ödəmiş, 2020-ci ilin xərcini isə mənzilin sahibi ödəmişdir.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 42 saylı mənzil notarius T.H.Kərimova tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli 2V05 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. 17. 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli arayışa əsasən, Cavabdeh2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsinin Sosial Öd ənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 1-ci qrup əlilliyi olan şəxsə qulluğa görə 50 (əlli) manat məbləğində Prezident təqaüdü almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Kontoruna və Cavabdeh2 (maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi qeyd edilən) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 xüsusi mülkiyyətində olmuş, ünvan 4 ünvanında yerləşən 42 saylı mənzilə dair Bakı şəhəri, 46 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 xx.xx.2013-cü il tarixdə verilmiş, reyestrdə 2v/05 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab e dilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, X5 xüsusi mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən 42 saylı mənzilə onun mərhum oğlu X9 vərəsəlik hüququnun tanınması, X9 həmin əmlak üzərində və 1/2 hissədə payının müəyyən edilməklə yenidən vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 42 saylı mənzil özəlləşdirmə əsasında xüsusi mülkiyyət hüququ ilə nənəsi X7 məxsus olmuşdur və o, xx.xx.2012-ci ildə vəfat etmişdir. X13 əri X16 isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Vəfat etmiş nənəsi və babasının qanun üzrə 2 vərəsəsi - atası X17 və bibisi Cavabdeh2 qalmışdır. Nənəsi və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında əmanətləri olmuşdur. Beləliklə, nənəsi X5 vəfatından sonra həm onun və həm də babasının hər birinin adına ayrı-ayrılıqda Əmanət Bankında olan əmanətlərdən başqa eyni zamanda ünvan 6 ünvanında yerləşən, X13 adına olan 42 saylı miras mənzil qalmışdır. Həmin mənzildə mərhum X34, anası Nəzakət Hüseynova, bacısı Emilya Hüseynova, bibisi Cavabdeh2 və o, qeydiyyatda olmaqla yaşamışlar. X34 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Digər şəxslər, yəni anası Nəzakət Hüseynova, bacısı Emilya Hüseynova, bibisi Cavabdeh2 və o, bu gün də həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Beləliklə X34 və bibisi Cavabdeh2 nənəsi və babasının miras əmlaklarından bərabər hissədə irs almışlar. Belə ki, nənəsi və babasının miras əmlaklarına da ir Bakı şəhəri, 46 saylı notariat kontorunda - Bakı şəhəri 46 saylı Notariat Kontorunun 2v/280 saylı, xx.xx.2012-ci il tarixdə başlanıb xx.xx.2012-ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi-nənəsinin SSRİ Əmanət Bankında əmanətləri barədə, Bakı şəhəri 46 saylı Notariat Kontorunun 2v/281 saylı xx.xx.2012-ci il tarixdə başlanıb xx.xx.2012-ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi-babasının SSRİ Əmanət Bankında əmanətləri barədə, Bakı şəhəri, 46 saylı Notariat Kontorunun 2v/05 saylı xx.xx.2013-cü il tarixdə başlanıb xx.xx.2012-cü il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi-nənəsinin X3 xüsusi mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən 42 saylı mənzil barədə 3 (üç) qanun üzrə vərəsəlik işi olmuşdur. Birinci iki vərəsəlik işi üzrə, yəni 2012-ci ilin dekabr ayının 13də başlanı b-qurtarmış vərəsəlik işi üzrə X34 notariat kontoruna ərizə verərək, nənəsinin və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərindən ona düşən payın bibisi Cavabdeh2 verilməsinə etiraz etmədiyini bildirmişdir. Üçüncü, xx.xx.2013- cü il tarixdə başlanıb qurtarmış vərəsəlik işi üzrə, yəni X13 xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən payın bibisi Cavabdeh2 verilməsi barədə barədə X34 notariat kontoruna ərizə verməmiş, başqa sözlə, həmin paydan üçüncü şəxsin xeyrinə imtina etməmişdir. Belə ki, X34un vəfatından sonra yəni 2020-ci ilin avqust ayında onlar qanun üzrə vərəsələr (anası, bacısı və o) Bakı şəhəri, 46 saylı Notariat Kontoruna müraciət edərək, mərhum nənəsi Qalina Hüseynovadan miras qalmış ünvan 4 ünvanında yerləşən 42 saylı mənzildən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Tofiq Hüseynova çatası hissəyə dair irsi transmissiya üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. Həmin müraciətə Bakı şəhəri, 46 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli x/613 saylı məktubu ilə cavab verilmiş, həmin məktubun məzmunundan məlum olmuşdur ki, X34 2012-ci ilin dekabr ayının 13-də başlanıbqurtarmış birinci iki vərəsilik işi üzrə, nənəsi və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərdən ona düşən paydan bibisi Cavabdeh2 xeyrinə imtina etmiş, lakin üçüncü, yəni bundan 3 ay sonra - xx.xx.2013-cü il tarixdə başlanıb qurtarmış vərəsəlik işi üzrə X13 xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən paydan digər vərəsinin xeyrinə imtina etməmiş, yəni həmin payın bibisi Cavabdeh2 verilmə si barədə notariat kontoruna ərizə verməmişdir. Bu hal ona məhz həmin məktub daxil olduqdan sonra, yəni bu ilin avqust ayında məlum olmuşdur. Bundan sonra o, müvafiq notariat işlərinin əldə olunması üçün dərhal vəkilə müraciət edərək müqavilə bağlamış və Bakı şəhəri, 46 saylı Notariat Kontoruna vəkil sorğusu verilmişdir. Həmin vəkil sorğusu əsasında hər üç vərəsəlik işi onlara təqdim edilmişdir. Bu zaman məlum olmuşdur ki, bibisi Cavabdeh2 mərhum nənəsi Qalina Hüseynovaya məxsus olan miras əmlak-mənzili öz adına vərəsəlik qaydasında rəsmiləşdirmiş, rəsmiləşdirmə zamanı qanunsuzluğa yol verilərək, digər vərəsə-X34 gizlədilmişdir. Notariat kontorunda vərəsələrin dairəsi tam göstərilməmişdir. Həqiqətən də notariat işindən məlum olur ki, vərəsə olaraq X34 siyahıda göstərilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hərəkətləri hüquqa zidd olmuş, qanunsuz sənədləşmə işləri aparılmaqla, miras əmlak üzərində bibisi atasının da payına sahib olmuş, onun vərəsəlik hüququnu pozmuşdur. Heç şübhəsiz ki, Bakı şəhəri, 46 saylı Notariat Kontoru da rəsmiləşdirmə zamanı qanunsuzluğa yol verdiyini bilmişdir. Belə ki, birinci iki vərəsəlik işi üzrə Bakı şəhəri, 46 saylı Notariat Kontorunda sonuncudan 3 ay əvvəl aparılmışdır. Əgər həqiqətən də X34 üçüncü vərəsəlik işi üzrə, yəni nənəsinin Qalina Hüseynovanın xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən paydan da bibisi Cavabdeh2 xerinə imtina etsə idi, o halda elə həmin vaxt, yəni birinci iki vərəsəlik işi aparılarkən bu barədə notariat kontoruna ərizə vermiş olardı. Beləliklə, göründüyü kimi həm bibisi Cavabdeh2, həm də Bakı şəhəri 46 saylı Notariat Kontoruna bilə-bilə miras əmlak olan mənzilə dair rəsmiləşdirmə zamanı qanunsuzluğa yol vermiş digər vərəsə olan X34u miras paydan məhrum etmişlər.
20. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X18 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin İddiaçı Bakı şəhəri 46 saylı Notariat Kontorunun cavabdehlər siyahısından çıxarılaraq 3-cü şəxs qismində işə cəlb edilməsinə dair yazılı vəsatət təqdim etmiş, vəsatət təmin olunmuşdur.
21. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun qardaşı oğludur. Belə ki, iddiaçının X34 onun qardaşı olmuşdur, onların valideynləri həm lal, həm də kar olmuşlar, bu səbəbdən o, qardaşının himayəsində olm uş, qardaşı ona hər zaman yardım etmişdir. 2008-ci il tarixdə X26 Rusiya Federasiyasında yaşayan vaxtda xəstələnmiş və onu insult vurmuşdur. O, qardaşına yardım etmək üçün Rusiya Federasiyasına getmiş, sonradan birlikdə buraya qayıtmış və ünvan 6 ünvanında yerləşən 42 saylı mənzildə birlikdə yaşamışlar. Burada da qardaşına o baxmış, ona qulluq etmişdir. X15 ünvan 6 ünvanında yerləşən 42 saylı mənzilin İddiaçı adına keçəcəyi təqdirdə onu (cavabdehi) evdən çıxaracağını bildirmişdir. Bu səbəbdən X26 özü onunla notariat kontoruna gedib öz payından imtina etmiş və mənzili onun adına keçirmişdir. Qardaşının ölümündən sonra İddiaçı evdən payı istəməyə başlamış və bu səbəbdən mübahisələri yaranmışdır. Notariat Kontoru və ya onun tərəfindən heç bir qanunsuzluğa yol verilməmişdir. Hazırda mübahisəli mənzildə iddiaçı ilə birlikdə yaşamaq mümkün olmadığı üçün kirayə mənzildə yaşayır. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
22. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X28 göstərmişdir ki, o, İddiaçı atası və Cavabdeh2 qardaşı X31un qonşusu olmuşdur, onun ailəsini uzun müddətdir tanıyır. X19 danışmışdır ki, valideynləri vəfat edəndən sonra ünvan 6 ünvanında yerləşən 42 saylı mənzili 2008-ci ildə bacısının adına keçirmişdir. Bunun səbəbi kimi göstərmişdir ki, bilir ki, o öləndən sonra oğlu Anar bacısı Cavabdeh2 həmin mənzildə yaşamağa imkan verməyəcəkdir. İddiaçı başqa mənzili var və həmin mənzili kirayə verir, özü də ailəsi ilə birlikdə bibisi Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən 42 saylı mənzildə yaşayır.
23. B akı şəhər Səbail rayon məhkəməsinin (hakim X22) 2(009)-260/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
24. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ünvan 2 mülkiyyətçi X3 09 avqust 2012-ci ildə vəfatından sonra mirasın tərkibinə daxil olan əmlaklardan olmaqla bu miras əmlaka dair 46 saylı notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilməsi zamanı qanunverciliyin pozulması halına yol verilməmişdir. Belə ki, işin araşdırılmış halları əsasında məhkəmənin gəldiyi qənaətə görə mərhum Q.Hüseynovadan miras qalmış əmanətə dair onun qızı Cavabdeh2 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, 46 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilən zaman (SSRİ Əmanət Bankında olmuş əmanətlərlə bağlı) miras qoyanın oğlu Tofiq Hüseynov həmin mirasdan imtina e tsə də, xx.xx.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri, Nizami küçəsi, ev 48də yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilərkən isə onun özünə düşən paydan imtina etməsinə dair növbəti ərizə ilə müraciət etməsinə zərurət yox idi. Belə ki, cavabdeh tərəfin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, hələ Tofiq Hüseynovun sağlığında onun və cavabdehin hazırki iş üzrə iddiaçı ilə ailə münasibətlərində müəyyən gərginlik olmuşdur. Məhz bu səbəbdən gələcəkdə ölümündən sonra oğlunun bacısını evdən çıxarmaması üçün Tofiq Hüseynov özü cavabdehlə notariusa gedib mənzili onun adına keçirməsi prosesində iştirak etmişdir.
25. Bundan başqa məhkəmə, cavabdeh tərəfin izahatlarının və şahid ifadəsinin məzmunu iş materialları və işin digər araşdırılmış halları ilə tamamlandığı üçün onları inandırıcı sayaraq sübut kimi qiymətləndirmişdir. Belə ki, iş materiallarında olan Səbail rayonu, 7 saylı MKİS-nin 82 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan göründüyü kimi, mənzilinin məişət tullantısı və istismar xərcini xx.xx.2020-ci il tarixədək mərhum X9 ödəməsi faktı məhkəməyə mərhumun həmin mənzilin bacısı Cavabdeh2 tam mülkiyyət kimi adına qeydə alınmasından məlumatlı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Məhkəmə bu qənaətə gələrkən həmçinin 2013-2020-ci illər ərzində mübahisəli mənzilin yalnız Cavabdeh2 adına vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsinə narazılığı olduğu halda X1 bu halı mübahisələndirməməsini nəzərə alır və hesab etmişdir ki, işin araşdırılmış faktiki halları da sonuncunun ölən günə qədər belə bir niyyətinin (mübahisələndirmək) olmamasına kifayət qədər dəlalət edir.
26. Məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd etmişdir ki, onun verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlardır. Belə ki, o, şahidi olduğu məqamları çox aydın və ziddiyyətsiz təsvir etmişdir. Məhkəmə tərəfindən onun bu ifadəni cavabdeh tərəfinin təsiri altında verməsini güman etməyə əsas verən hallar da müəyyən edilməmişdir. Əksinə, onun ifadəsində tərəflərin ailə münasibətləri barədə məlumatlı olması görünmüş və bu hal da onun bildirdiklərinin həqiqətə uyğun təsvir etməyə çalışdığından xəbər vermişdir.
27. Daha sonra məhkəmə, iddiaçının irəli sürdüyü dəlillərə qiymət verərək həmçinin hesab etmişdir ki, vərəsəlik işi üzrə Qalina Hüseynovanın xüsusi mülkiyyətində olmuş mənzildən düşən paydan Tofiq Hüseynovun 3-cü şəxsin xeyrinə imtina etməməsinin, yəni həmin payın bacısı Cavabdeh2 verilməsi barədə notariat kontoruna ərizə verməməsi faktının 2020-ci ilin avqust ayında vəkil sorğusu əsasında təqdim edilmiş vərəsəlik işi ilə tanış olması zamanı bilməsi faktı mənzilə dair Bakı şəhəri, 46 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə verilmiş, reyestrdə 2v/05 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsızlığı üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Tofiq Hüseynovun vəfatından sonra yəni 2020-ci ilin avqust ayında, iddiaçı, anası və bacısı özlərini qanun üzrə vərəsələr kimi təqdim edərək Bakı şəhəri, 46 saylı Notariat Kontoruna müraci ət edərək, mərhum nənəsi Qalina Hüseynovadan miras qalmış ünvan 4 ünvanında yerləşən 42 saylı mənzildən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Tofiq Hüseynova çatası hissəyə dair irsi transmissiya üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçının X34 miras qoyan anası Qalina Hüseynovanın ölümündən sonra sonuncunun mülkiyyətində olmuş mənzildən ona düşən payın qəbul edilməsinə dair ümumiyyətlə notariat kontoruna müraciət etməmişdir. Halbuki, iş materiallarından görünür ki, o valideynlərindən hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərinin miras əmlak kimi qalmasını bilmiş, bu əmanətlərdən ona düşən payın bibisi Cavabdeh2 verilməsinə etiraz etmədiyini yazılı şəkildə notariatda bildirmişdir. Eyni zamanda da iddiaçının X34 anası Qalina Hüseynovanın ölümündən sonra onun xüsusi mülkiyyətində olmuş mübahisəli mənzilin də miras əmlak kimi qalmasını bilməyə bilməzdi və hadisələrin araşdırılmış qaydada müəyyən edilmiş faktiki vəziyyəti bu halı mübahisəsiz təsdiq edir ki, X31un (SSRİ Əmanət Bankında olmuş əmanətlərdən ona düşən miras payından başqa) mübahisəli mənzildən miras payının öz adına rəsmiləşdirilməsi üçün ona heç kim və heç nə mane olmamışdır. Lakin onun keçən müddət ərzində bu payla bağlı Notariat Kontoruna hər hansı formada ərizə verməməsi, mənzildə ölən günə kimi yaşayaraq məişət tullantısı və istismar xərclərini ödəməsi onun həmin mənzilin bacısının adına olmasından məlumatlı olmasının bir daha tam təsdiq edir. Beləliklə də, Tofiq Hüseynov anası Qalina Hüseynovanın ölümündən sonra açılmış mirasa (mənzillə b ağlı) qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində heç bir cəhd etməmiş və etmək də istəməmişdir. Çünki, mənzilin tam mülkiyyət hüququ əsasında cavabdeh olan Cavabdeh2 adına rəsmiləşdirilməsinə faktiki etirazı olmamış, ölən günə qədər bu halla bağlı heç bir formada mübahisə açmamışdır.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki,, məhkəmə baxışı zamanı iddiaçı tərəf mübahisəli mənzilin 2013-cü ildə yalnız Cavabdeh2 adına vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsindən X9 xəbəri olmamasına dair heç bir sübut növü də təqdim etməmişdir.
29. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 1252, 1133.1, 1133.2, 1134.1, 1145.1, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1255, 1291, 1321.1-1321.3, 1321.3, 1322 və 1325-cü, Mülki Prosessual Məcəllən in 76, 76.2, 77.1, 80, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
30. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir.
32. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişlər.
33. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. 3
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X10 və X23) 2(103)-6365/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının miras mənzildən atasına düşən payın bibisi Cavabdeh2 verilməsi barədə X34un notariat kontoruna ərizə verməməsinin həmin paydan üçüncü şəxsin xeyrinə imtina etməməsi kimi, bununla da cavabdehin hərəkətlərinin hüquqa zidd olması, qanunsuz sənədləşmə işləri aparılmaqla miras əmlak üzərində bibisinin onun atasının da payına sahib olmaqla, vərəsəlik hüququnu pozması kimi qiymətləndirilməsi barədə dəlili ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, Bakı şəh əri Nizami küçəsi-48/42 ünvanda yerləşən mənzil mülkiyyətçi X3 09 avqust 2012-ci ildə vəfatından sonra mirasın tərkibinə daxil olan əmlaklardan olmaqla bu miras əmlaka dair 46 saylı notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilməsi zamanı qanunverciliyin pozulması halına yol verilməmişdir. Mərhum Q.Hüseynovadan irs qalmış əmanətə dair onun qızı Cavabdeh2 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilən zaman (SSRİ Əmanət Bankında olmuş əmanətlərlə bağlı) miras qoyanın oğlu Tofiq Hüseynov həmin mirasa daxil olan həmin paydan imtina etsə də, xx.xx.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan ünvan 9 ünvanda yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilərkən onun özünə düşən paydan imti na etməsinə dair növbəti ərizə ilə müraciət etməsinə zərurət yox idi. Cavabdeh tərəfin izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, hələ Tofiq Hüseynovun sağlığında onun və cavabdehin hazırki iş üzrə iddiaçı ilə ailə münasibətlərində müəyyən gərginlik olmuşdur. Məhz bu səbəbdən gələcəkdə ölümündən sonra oğlunun bacısını evdən çıxarmaması üçün Tofiq Hüseynov özü cavabdehlə notariusa gedib mənzili onun adına keçirməsi prosesində iştirak etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiyada işə baxan məhkəmə bu qənaətə gələrkən həmçinin düzgün olaraq qeyd etmişdir ki, 20132020-ci illər ərzində mübahisəli mənzilin yalnız Cavabdeh2 adına vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsinə X9 narazılığı olmamış, o, sağlığında bu halı mübahisələndirməmişdir. Bu hallar əsas verir ki, Tofiq Hüseynovun anasından miras qalmış mənzilə yiyələnmək niyyəti olmamış, əksinə həmin mənzilin digər vərəsə olan bacısı Cavabdeh2 mülkiyyətinə keçməsinə özü təşəbbüs göçtərmiş və şərait yaratmışdır.
37. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı idda tələbini qaldırmağa subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə istisna olmaqla, aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı rədd etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-nin 1133.1, 1133.2, 1134.1, 1145.1, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1255, 1256, 1257, 1268, 1269, 1291, 1321.1- 1321.3, 1321.3, 1322 və 1325-cü, MPM-nin 14.2, 77.1, 217.3 və 217.cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6365/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən iddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti vermişdir. 40. Кassasiya şikayətini iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi faktlarla əsaslandıran ididaçı əlavə olaraq qeyd etmişdir ki, cavabdeh bibisi Cavabdeh2 mənzili öz adına rəsmiləşdirməsini mərhum atasından gizlətmişdir. Lakin məhkəmə buna qiymət verməmiş, təqdim olunmuş sübutları obyektiv apaşdırılmamışdır. Mərhum X34 öz ata və anasından miras qalmış SSRİ Əmanət Bankında əmanətlərdən digər vərəsə Cavabdeh2 xeyrinə notarial qaydada təsdiqlənmiş ərizə verərək imtina etsə də, anası X6 miras qalmış Bakı şəhəri. Səbail rayonu, Nizami küçəsi-48/42 ünvanda yerləşən mənzildən imtina etməmişdir. Tofiq Hüseynov həmin mənzildə yaşamaqla mirası qəbul etmiş, miras paydan üçüncü şəxsin xeyrinə imtina etməmişdir. Bibisi Cavabdeh2 miras əmlak — mənzili öz adına vərəsəlik qaydasında rəsmiləşdirmə zamanı qanunsuzluğa yol verilərək X34un da vərəsə olmasını gizlətmiş, ərizəsində onun adını göstərməmişdir. İşə baxan məhkəmələr göstərilən halları nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
41. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
44. Maddələr 1243.1, 1243.2 və1243.3. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
45. Maddələr 1253.1 və 1253.2. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.
46. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
47. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qa lmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
48. Maddələr 1257.1 və 1257.2. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
49. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
50. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə bağlıdır, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayəti göstərdiyi halları təkrar şərh edərək məhkəmələr tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmadığı irəli sürmüş, lakin hansı normaların tətbiq edilməli olduğunu göstərməmişdir. İddiaçı nəzərə almamışdır ki, kassasiya instansiya məhkəməs i işin faktiki halları araşdırılmır.
63. Kassasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nənəsi Qalina Hüseynovadan qalmış mirasın irsi transmissiya üzrə qəbul etməsi halı işin müəyən edilmiş halları ilə istisna olunur, ona görə ki, Qalina Hüseynovanın mirasından pay almaq hüququ olan iddiaçının X34 miras açılanda və mrasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə sac olmuşdur. Qanunun tələblərinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).
64. İddiaçının 08 mart 2020-ci ildə ölmüş X34un birinci növbədə vərəsəsi olması və sonuncudan qalmış mirasdan pay almaq hüququnun olması mübahisəsizdir. Tofiq Hüseynovdan qalmış mirasa (miras əmlaka) onun öldüyü məqama dək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyan Tofiq Hüseynovun anasından miras qalmış mübahisəli mənzillə dair hər hansı hüququnun qalmaması, yəni həmin mənzilin mirasın kütləsinə aid olmaması ilə bağlı işə baxan məhkəmələr düzgün nəticəyə gəlmişdir. Anasından qalmış mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə Tofiq Hüseynov Bakı şəhəri, 46 saylı notariat kontoruna xx.xx.2012-ci il tarixdə təsdiqlənmiş ərizə xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası - X4 miras qalmış pulun ona çatası hissəsindən imtina etmiş, miras puldan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında iddia və şikayət etməyəcəyini göstərmişdir. Bununla da o, mirasın qəbulu üçün müəyyənləşdirilmiş 6 ay vaxt ərzində mirasın qəbu lundan qismən imtina etmişdir. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsənin mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan notariat orqanına ərizə ilə müraciət etməklə imtina etməsi mirasdan tam imtina sayılır, çünki qanunvericiliyə görə mirasdan qismən imtinaya yol verilmir. X25 mirasın qəbulundan imtina edilməsi barədə isə qanunla müəyyən edilmiş iki ay ərzində və ümumiyyətlə 08 mart 2020-ci il tarixə kimi mübahisə açmamışdır. Tofiq Hüseynovun miras əmlak olan mənzilin 14 dekabr 2014-cü il tarixdə digər vərəsə olan bacısı Tamilla Hüsenovanın adına rəsmiləşdrilməsindən məlumatlı olmaması isə cavabdeh tərəfin təqdim etdiyi sübutlarla təkzib olunur.
65. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6365/2021 nö mrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.