Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3830/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh3,Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 MTK-ya və mübah isə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-495/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh2 (bundan sonra – cavabdeh) 31 avquçt 2002-ci ildə tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Hüseyn Bağırov, xx.xx.2004-cü il təvəllüdlü Nigar Bağırova və xx.xx.2014-cü il təvəllüdlü Zülfüqar Bağırzadə adlı uşaqları o lmuş, Yasamal Rayon Məhkəməsinin 26 oytyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur.
2. Cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 doğma qardaşdırlar.
3. Cavabdeh1 MTK ilə (bundan sonra – MTK) Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən MTK Cavabdeh3 sifarişi əsasında Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində tikilməkdə olan 126 nömrəli evin 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 136,84 kv metr olan 3 otaqlı 20 nömrəli mənzilin (bundan sonra – mübahisəli mənzil) tikintisini öhdəsinə götürmüşdür. Cavabdeh3 isə müqavilə imzalanarkən mənzilin tam dəyəri olan 53448 manatı Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
4. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyest rində xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair MTK ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin və onun hüquqi nəticəsi olaraq mənzilə dair Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçının keçmiş əridir. İddiaçının atası Aydın Fətiyev 2002-ci ildə Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsindəki 27A nömrəli evin 15 nömrəli mənzilini öz vəsait hesabına alaraq Cavabdeh2 adına rəsmiləşdirmişdir. İddiaçı öz ailəsi ilə həmin mənzildə yaşamışdır. Sonradan Cavabdeh2 yaşadıqları mənzili dəyişmək niyyəti ilə MTK tərəfindən inşa edilmiş yeni tikili binasında mənzil almağı təklif etmişdir. İddiaçı bununla razılaşaraq MTK tərəfindən inşa edilmiş binada mənzili seçmişlər. Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onunla MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili artıq onun mülkiyyətindədir, 0onun adına rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı mübahisəli evdə təmir işləri başlamışdır. Mənzildə təmir işləri aparıldığına görə iddiaçı ailəsi ilə birlikdə onun xalasının evində məskunlaşmışlar. Mənzilin təmiri üçün bütün xərcləri iddiaçının atası çəkmişdir. İddiaçının atası rayonda yaşadığına görə pul vəsaitlərini iddiaçıya köçürmüş, id diaçı isə həmin pulları mənzilin təmiri üçün Cavabdeh2 vermişdir. Mənzil tam təmir olunduqdan sonra iddiaçı öz ailə üzvləri ilə köçərək, orada yaşamağa başlamışdır. Artıq iddiaçı 6-7 ildir ki mübahisəli mənzildə uşaqları ilə birlikdə yaşayır. Tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı mübahisəli mənzildə yaşamağa davam edir. Sonradan iddiaçıya məlum olmuşdur ki, mübahisəli mənziliə dair alqı-satqı müqaviləsi MTK ilə əri Cavabdeh2 arasında deyil, qaynı Cavabdeh3 ilə bağlanmışdır. Halbuki, mənzilin tam dəyəri iddiaçının maddi köməyi ilə ödənilmiş, kommunal xərcləri Cavabdeh2 adından ödənilmişdir. Bu faktları təsdiq edən müvafiq ödəniş qəbzləri vardır. Cavabdeh3 adına verilmiş alqı-satqı müqaviləsi saxtadır, ona görə də etibarsız hesab olumalıdır.
7. MTK tərəfindən verilmiş xx.xx.201 2-ci il tarixli maliyyə arayışında Cavabdeh3 tərəfindən mübahisəli mənzilin dəyərinin tam şəkildə MTK-ya ödənildiyi, həmçinin Cavabdeh3 MTK-ya borcu olmadığı qeyd göstərilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 nömrəli 4 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Vahid Hacıyev) iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandrmışdır ki, DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilir ki, Cavabdeh3 mübahisəli mənzili qanuni əsaslarla bağladığı xx.xx.2012-ci il tarixli müqavilə əsasında MTK-dan dəyərini tam ödəməklə əldə etmiş, sonradan isə mənzili özəlləşdirməklə xüsusi mülkiyyətinə keçirmişdir. İddiaçının müvəqqəti olaraq keçmiş qaynı olan cavabdehin mübahisəli mənzilində ailəsi ilə yaşaması, ona həmin mənzilə dair MTK ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin və onun hüquqi nəticəsi olaraq - həmin mənzilə dair Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələb etmək hüququ vermir.
10. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, iddiaçının həmin mənzil üzərində hər hansı bir hüququ mövcud olmadığına görə, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Ailə Məcəlləsinin 32-ci, Mülki Məcəllənin 178.8-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3549/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.
15. Belə ki, iddiaçının həmin mənzil üzərində hər hansı bir hüququ mövcud olmadığına görə, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
16. Məhkəmə kollegiyası öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2 və 37-ci, Mülki Məcəllənin 178.8-ci maddə lərinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək (vəkil X1) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3260/2021 nömrəli iş üzrə 3 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: Əhməd Əhmədov – sədrlik edən və məruzəçi, Vüqar Həsənov, İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apelyasiya instan siyası məhkəməsi, mənzilə dair əvvəl MTK ilə Cavabdeh2 arasında müqavilənin bağlanıb-bağlanmamasını tam və hərtərəfli araşdırmadan, bunun üçün MTK-da ümumiyyətlə müqavilələrin müvafiq reyestrinin aparılıb-aparılmadığını, bu barədə hər hansı qeydiyyatın olub-olmadığını aydınlaşdırmadan, həmin qeydiyyatın aparılmasını özündə ehtiva edən sənədləri, jurnalları məhkəməyə təqdim etməyi MTK-ya təklif etmədən, yalnız MTK-nın təqdim etdiyi sübutlarla kifayətlənərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqda səhvə yol vermişdir.
20. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, müqavilədə göstərilən 53448 manat pay haqının nə vaxt, kimin tərəfindən MTK-ya ödənilməsini, ödənişin hansı formada (nağd və ya köçürmə yolu ilə) aparılmasını, həmin məbləğin vergiyə cəlb edilib-edilməməsini araşdırmadan, habelə 15 oktyabr 2012-ci il tarixə aid mühasibatlıq sənədlərini məhkəməyə təqdim etməyi MTK-ya təklif etmədən, müqavilə bağlandıqdan 6 il sonra Cavabdeh3 nəyə görə MTK-ya təkrar üzv qəbul edilməsi və mənzilin payçısı kimi təsdiq edilməsinin səbəblərini aydınlaşdırmadan, həmçinin sözügedən müqavilənin etibarlılığını açıq-aşkar şübhə altına alan işə əlavə edilmiş çoxsaylı sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, İddiaçı apelyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir.
21. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 178.1, 178.2 və 337.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiya məh kəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9532 nömrəli, 4 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir. 23. “X3” MMC-nin xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, MTK üzrə müqavilələrin qeydiyyat jurnalı və reyestri aparılmamış, hər bir mənzil payçısı üzrə müqavilə, maliyyə arayışı və digər sənədlər payçıların şəxsi qovluqlarında saxlanılır. Mübahisəli mənzil üçün ayrılan şəxsi qovluqda Ceyhu Bağırova deyil, Cavabdeh3 adına sənədlər vardır. xx.xx.2012-ci il tarixdə MTK ilə Cavabdeh3 arasında tərtib edilmiş "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqavilə"nin şərtlərinə əsasən "Podratçı" mübahisəli mənzilin tikintisini, "Sifarişçi" isə müqavilə imzalanarkən həmin mənzilin üm umi dəyəri 53448 manat məbləğində vəsaiti tam ödəməyi öz üzərinə götürmüşdür. Həmin mənzilin ümumi dəyəri 53448 manat Cavabdeh3 adından ciddi hesabat blankı olan kassa mədaxil orderi ilə (seriya FTO, No 123376) 15 oktyabr 2012-ci il tarixdə ödənilməsi sənədləşdirilmişdir. Həmin dövrə aid "xxxx"na (xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üçün) baxış keçirildi, məlum oldu ki, Cavabdeh3 adından MTK-nın xəzinəsinə nağd ödənilən 53448 manat, "xxxx"nın 10-cu səhifəsində qeyd edilməklə həmin "xxxx" xx.xx.2012-ci il tarixdə Şirkətin rəhbəri və baş mühasibi tərəfindən səhifələnmiş, qaytanlanmış, imza və möhürlə təsdiqlənmişdir. MTK üzvlərinin (müvəkkillərin) 20 aprel 2018-ci il tarixli 01 saylı protokol-qərarı ilə Cavabdeh3, MTK-ya üzv qəbul olunmaqla mübahisəli mənzilin payç ısı kimi təsdiq edilmişdir. Payçı kimi qəbul edildikdən sonra Cavabdeh3nın borcunun qalmaması barədə 20 aprel 2018-ci il tarixdə 31 saylı Maliyyə arayışı təqdim edilmiş, həmin Maliyyə arayışının Blankı və blankdakı möhür MTK-ya məxsusdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisəli mənzili "xxxx" MTK üzvlərinin (müvəkkillərin) 20 aprel 2018-ci il tarixli 01 saylı protokol qərarına, 20 aprel 2018-ci il tarixdə 31 saylı Maliyyə arayışına və 20 saylı mənzilin planına əsasən Cavabdeh3 adına 20 iyul 2018-ci il tarixində qeydiyyatdan keçirməklə mülkiyyətinə vermişdir. Nəticədə Cavabdeh3 MTK-ya üzv qəbul olunması tarixi ilə vəsaitin ödənilməsi tarixi arasında yaranmış nüansla bağlı bildiririk ki, mübahisəli mənzilin mənzilin istismara qəbul aktı 2018-ci ilin əvvəlində mümkün olmuş, bundan son ra mənzillərə çıxarışların alınması prosesi başlamış, DƏDRX-nin 1 saylı Bakı razi İdarəsinin tələbi əsasında maliyyə arayışları, protokol qərarlar yeni tarixlərdə tələb edilmişdir. MTK-nın digər əksər payçılarının sənədlərinin tərtibi, yuxarıda qeyd edilən nüansla eynilik təşkil edir. "xxxx" MTK üzrə maliyyə arayışlarının ayrıca reyestri aparılmasa da, “Umumi qeydiyyat” kitabında uçotu aparılmış, kitabda 15 oktyabr 2012-ci il tarixdə verilən maliyyə arayışından başqa həmin mənzil üçün digər arayışlar qeyd edilməmişdir. “Ümumi qeydiyyat” kitabında Cavabdeh2 və onun ailə üzvlərinə verilən arayışlarda onların payçı və ya mülkiyyətçi olmasına dair arayış verilməmişdir, yalnız Cavabdeh2 və onun ailə üzvlərinin faktiki həmin mənzildə yaşadıqları üçün onlara "xxxx" verilmişdir. MTK üzrə kommunal xidmət haqqının ödənişlərində Cavabdeh2 ilə istehlakçı kimi müqavilələr bağlanmış, xidmətdən istifadə edən şəxs olaraq etdiyi ödənişlərin müqabilində onun adına müvafiq qəbzər yazılmışdlr. Belə müqavilələr müvəqqəti xarakterli olmaqla kommersiya tiplidir, mülkiyyət hüququ ilə bağlılığı yoxdur.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-495/2022-ci il nömrəli, 2 fevral 2022-ci il tarixli qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, apellyasiya şikayəti təmin edilməmişdir.
25. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddianın mahiyyətini və mülki hüquqi cəhətdən subyektiv amillərini birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka mülkiyyət hüquqlarının müdafiəsi və Cavabdeh2la "ŞahdagPlyus” MTK arasında bağlanmış müqavilənin nikah münasibətləri pozululduqdan sonra razılıq olmadan dəyişdirilərək Cavabdeh3la yeni müqavilə bağlanması təşkil etsə də, mülki və ailə qanunvericiliyi baxımından bunu müəyyən edə biləcək hüquqi və faktiki əsaslar təsdiq edilməmişdir. Kommunal və müxtəlif xidmət müqavilələrin bağlanması, habelə ödənişlərin aparılması isə yaşayış sahəsindən istifadə edən şəxsin mütləq mənada həmin yaşayış sahəsinə mülkiyyət (əmlak) hüquqlarına malik olmasını təsdiq edən amil deyildir, habelə daşınmaz əmlakla bağlı müqavilənin məhz Cavabdeh2la bağlanması və sonradan Cavabdeh3 adına rəsmiləşdirilməsinə dair təkzibedilməz sübutlar müəyyən edilmir.
26. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29, 33, 43 və 80-ci, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 139-158, 178-179, 337-354, 388-390 və 560-ci, Ailə Məcəlləsinin 32-37-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
29. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməm əsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
32. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
33. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
34. Maddə 179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
37. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun t ələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. İşə ikincə dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərə uyğun iddiaçının dəlillərini tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmış, işdə olan sübutlara düzgün hüquqi qiymət vermişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdrilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-495/2022 nömrəli, 2 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.