Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3833/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və Ağalarov Cavanşir Mirsəttar oğluna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “alqısatqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi, torpaq sahəsinin istifadəsinə verilməsi” tələblərinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvinin əsasları, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *8 avqust 2*24-cü il tarixli, 2(1*6)- 264/2*24 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə X7 yataqxanası balansdan silinmiş və Liseyin yataqxana binası 26 avqust 1997-ci ildə “Təfəkkür” Universitetinin Salyan filialına satılmışdır.
2. Salyan rayon İHB-nın *2 sentyab r 1997-ci il tarixli, 3*4-s saylı sərəncamı əsasında sökülməsi nəzərdə tutulmuş yataqxana binasının ərazisində “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün tikinti altına 5*x2* m. ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Salyan rayonu, X12 küçəsi 54 ünvanında yerləşən Əmlak kompleksinin özəlləşdirilməsi ilə bağlı 26 oktyabr 2*1*-cu il tarixində keçirilmiş hərracın qalibi Ağalarov Cavanşir Mirsəttar oğlu olmuş, həmin Əmlak kompleksi mülkiyyət hüququ əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və mübahisə pre dmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğluna qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1,276678 hektar torpaq sahəsinin Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin verdiyi RX seriyalı *551429 saylı, 27 yanvar 2*15-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsinin ünvan 2 ünvanında yerləşən 5*x2* metr ölçüdə olan hissəsinin onun istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yataqx ana binası kimi X7 balansında olmuşdur. 1949-cu ildə tikilən və qəza vəziyyətdə olan bu bina Azərbaycan Respublikası Təhsil Nazirinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri ilə balansdan silinmişdir. “Təfəkkür” Universitetinin Salyan filialı Azərbaycan Kommersiya İnstitutunun əmri ilə yaradılmış və müstəqil hüquqi şəxs kimi Salyan RİH-nin 19 noyabr 1993-cü il tarixli, 81-ş saylı sərəncamı ilə qeydə alınmışdır. O, Salyan filialının tədris korpusunun təsisçisi olmuşdur. Filial 14 sentyabr 1998-ci il tarixə kimi fəaliyyət göstərmişdir. Balansdan silinəndən sonra X7 yataqxana binasının yararlı tikinti materialları komissiya tərəfindən 1*8***** köhnə Azərbaycan manatına (216* yeni Azərbaycan manatına) qiymətləndirilmiş, bu barədə həmin komissiyanın 26 avqust 1997-ci il tarixli aktı tərtib edi lmişdir. X11 kollektivinin ümumi yığıncağının 26 avqust 1997-ci il tarixli, 52 saylı qərarı ilə həmin binanın tikinti materiallarının iddiaçıya satılması qərara alınmışdır. İddiaçı binanın komissiya tərəfindən müəyyən edilmiş dəyərinin hamısını liseyin hesabına ödəmişdir. Salyan filialı xüsusi mülkiyyətdə olan müəssisə olduğundan filialın əmlakı, o cümlədən həmin bina onun təsisçilərinin əmlakı olmuşdur. Salyan tədris korpusunun təsisçisi isə özü olduğundan həmin binanın dəyərini – pulunu ödəməklə şəxsən peşə liseyindən satın aldığına görə faktiki mülkiyyətində olan həmin binanı öz vəsaiti hesabına yenidən qurub, əsaslı təmir etdirmiş, sahibkar kimi görülən işlərə xeyli vəsait xərcləmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının 2 sentyabr 1997-ci il tarixli, 3*4-s saylı sərəncamı ilə Sa lyan şəhəri, X.R.Ulutürk küçəsində X7 balansından silinmiş yataqxana binasının ərazisində Salyan filialı üçün tikinti altına 5*x2* metr ölçüdə torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə onun müraciəti əsasında Salyan rayon DTİ və MHQİ-nin mütəxəssisləri həmin binada qiymətləndirmə işləri aparmış, binanın ümumi sahəsinin torpaq sahəsi qarışıq 2*** kv.metr olması müəyyən edilmişdir. Sənədlər əsasında Salyan rayon DTİ və MHQİ tərəfindən onun adına ünvan 2-də yerləşən binaya texniki pasport və 26 iyul 2***-ci il tarixli 149 saylı mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən ikimərtəbəli binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 551 kv.metr, qeyri-yaşayış sahəsi 551 kv.metr, 2-ci mərtəbəsinin ümumi sahəsi 52* kv.metr, qeyri-yaşayış sahəsi 52* kv.metr, bütövlükdə ümumi sahəsi 1*71 kv.metr olmuşdur. Bundan sonra Salyan Rayon İcra Hakimiyyəti ona qarşı tikintiyə verilən texniki pasport və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmış, həmin iddia və iddiaçının Salyan Rayon Vergilər Şöbəsindən 36****** manat məbləğində pul tələbinə dair qarşılıqlı iddiası Salyan Rayon Məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4 fevral 2**3-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının *8 iyun 2**9-cu il tarixli, 144 sayl ı sərəncamı ilə ünvan 2 saylı evin sakini kimi onun icra hakimiyyətinə müraciəti nəzərə alınaraq, iddiaçıya 12x8=96 kv.metr ölçüdə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və o həmin sahədə yaşayış evi tikmişdir. Reyestr xidmətinin mütəxəssisləri sərəncamla ona ayrılan sahəni nəzərə almadan, hələ torpaq sahəsi hərraca çıxarılarkən ştrixlənib çıxıldıqdan sonra üçüncü şəxs C.Ağalarova 1,27678 ha torpaq sahəsi ayırmışdır. O, pozulmuş hüquqlarının bərpası üçün sənədləşmə işləri apararkən məlum olmuşdur ki, icra başçısının sərəncamına əsasən Ağalarov Cavanşir Mirsəttar oğlunun alqı-satqı yolu ilə əldə etdiyi 1,276678 hektar torpaq sahəsində tikintiyə icazə verilmiş, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 yanvar 2*11-ci il tarixli əmri ilə istifadəsində olan i kimərtəbəli qeyri-yaşayış binası həmin Mərkəzin balansına qəbul edilmişdir. DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin verdiyi RX seriyalı *551429 saylı, 27 yanvar 2*15-ci il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ölçüsü 1,276678 hektar olan torpaq sahəsi C.Ağalarovun mülkiyyətinə verilmişdir. Bütün bunlar torpaq sahəsinə, əmlaka rəsmi qəbzlərlə vergi ödədiyi halda ondan xəbərsiz həyata keçirilmiş, reyestr xidməti ikili standartla çıxış etmişdir. Ağalarov Cavanşir Mirsəttar oğlu *,*8 hektar torpaq sahəsinin ona verilmiş torpaq sahəsinin daxilində olduğunu əsas götürərək onun həmin sahədən çıxarılmağı barədə iddia qaldırmış, Salyan Rayon Məhkəməsinin 31 iyul 2*12-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, onun Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən *,*8 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 sentyabr 2*14-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, Salyan Rayon Məhkəməsinin 31 iyul 2*12-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxararaq Ağalarov Cavanşir Mirsəttar oğlunun ona qarşı *,*8 hektar torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2*15-ci il tarixli qərarı ilə Ağalarov Cavanşir Mirsəttar oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Ağalarov Cavanşir Mirsəttar oğlu mübahisələndirilən torpaq sahəsini hərrac yolu ilə əldə etdiyini bildirsə də, iddiaçının hərracın keçirilməsindən xəbəri olmamış, uzun illər istifadəsində olan, əmlak və torpaq vergisini ödədiyi torpaq sahəsini hərrac komissiyası baxış keçirmədən, sənədlərini araşdırmadan üçüncü şəxsə ayırmış, torpaq sahəsinin harada yerləşməsi, bu sahənin parametrləri müəyyən edilməmişdir. Məhkəmə çəkişmələri zamanı alınmış tikinti-texniki ekspertizasının 23 iyul 2*14-cü il tarixli rəyinə görə DTXK-nin mütəxəssislərinin iştirakı ilə aparılmış ölçü işləri nəticəsində müəyyən edilmişdir ki, 5*x2* metr ölçüdə torpaq sahəsinin parametrləri istifadəsində olan ikimərtəbəli (“Təfəkkür” Universitetinin Salyan filialının binası) tikilinin qarşısında və 118,8 kv.metr yaşayış evinin altında və ətrafında olan torpaq sahəsidir. Təhsil Nazirinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri və Salyan RİH başçısının 2 sentyabr 1997-ci il tarixli 3*4-s saylı sərəncamı ilə İddiaçı, yəni istifa dəsinə ayrılmış sahəsi 5*x2* metr olan və ünvan 2 ünvanında yerləşən torpaq sahəsi C.Ağalarovun mülkiyyətinə verilmiş torpaq sahəsi ilə tam üst-üstə düşür. Sahəsi 5*x2* metr olan və istifadəsinə ayrılmış torpaq sahəsi Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsindən əvvəl verilmişdir. Torpaq sahəsinin Salyan RİH başçısının 2 sentyabr 1997-ci il tarixli qərarı və təhsil nazirinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri ilə ona verilməsi müvafiq qərarların icrası qaydasında həyata keçirilmişdir. Torpaq sahəsinin ona verilməsi törəmə hüquq münasibəti olub, həmin qərar və əmrdən törənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 29 yanvar 2*15-ci il tarixli qərarında konkret olaraq vurğulamışdır ki, *,*8 ha mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməs inə dair Salyan RİH başçısının 2 sentyabr 1997-ci il tarixli qərarı və Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri qüvvədə olduğu halda, həmin qərarın icrası qaydasında mübahisəli torpaq sahəsinin İddiaçı verilməsinə dair qərar qanunsuz hesab edilə bilməz. Həmçinin İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılmasına dair C.Ağalarovun iddiası təmin edilə bilməz. Bundan sonra Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2*15-ci il tarixli qərarı ilə C.Ağalarovun Salyan Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin edilərək, üçüncü şəxs kimi onun iştirakı olmadan keçirilən məhkəmə prosesində Salyan RİH başçısının 2 sentyabr 1997-ci il tarixli 3*4-s saylı sərəncamı 18 ildən sonra ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *4 sentyabr 2*15-ci il tarixli qərarı ilə üçün cü şəxs kimi onun apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2*15-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək C.Ağalarovun iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin *7 yanvar 2*16-cı il tarixli qərarı ilə C.Ağalarovun kassasiya şikayəti təmin edilməmişdir. Həm də nəzərə alınmalıdır ki, 5*x2* metr ölçüdə torpaq sahəsi “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılsa da, ötən 18 il ərzində universitetin filialının tikintisi aparılmamış, ayrılmış torpaq sahəsi təyinatına uyğun istifadə edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri və Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli 3*4-s saylı sərəncamı qüvvədədir. Göründüyü kimi 5*x2* metr ölçüdə torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması üçün kifayət qədər əsaslar vardır.
6. Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2*16-cı il tarixli, 2(*57)-1394/2*16 nömrəli qətnaməsi ilə (hakim M.Qasımov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 yanvar 2*13-cü il tarixdə üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğlunun adına verilmiş RX seriyalı, *551429 saylı Çıxarış qismən ləğv edilməsi, həmin çıxarışa əsasən Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyəti kimi rəsmiləşdirilmiş və ünvan 6 ünvandakı 1,27678 ha torpaq sahəsinin 5*x2* metr ölçüdə sahəsinin İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmi şdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 5*x2* m ölçüdə olan torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 13 saylı Əİ qanun pozuntusuna yol verərək həmin torpaq sahəsini üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğluna verilmiş torpaq sahəsinin tərkibində göstərməklə sonuncuya müvafiq çıxarış vermiş, bununla da mülkiyyətçinin hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2*15-ci il qərarına əsasən, Salyan RİHB-nın *2 sentyabr 1997-ci il tarixli sərəncamı, Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli əmrindən törəmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli qərarının qanuniliyini hər hansı şəxs, hətta üçüncü şəxs mübahisələndirməmiş, həmin qəra r qüvvədədir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə, Ağalarov Cavanşir Mirsəttar oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanındakı Əmlak kompleksinin istifadəsində olmuş 12767,8 kv.metr torpaq sahəsinin Ağalarov Cavanşir Mirsəttar oğluna satılmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ağalaro v Cavanşir Mirsəttar oğlu arasında bağlanmış *3 fevral 2*11-ci il tarixli 292* №-li alqı-satqı müqaviləsinin 5*x2* metr hissədə qismən ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Həmin iddia onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2*16-cı il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 yanvar 2*13-cü il tarixdə üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğlunun adına verilmiş RX seriyalı, *551429 saylı Çıxarış qismən ləğv edilmiş və həmin Çıxarışa əsasən Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyəti kimi rəsmiləşdirilmiş və ünvan 6 ünvandakı 1,27678 ha torpaq sahəsinin 5*x2* metr ölçüdə sahə sinin onun istifadəsinə qaytarılması qət edilmişdir. Ağalarov Cavanşir Mirsəttar oğlunun adına verilmiş həmin RX seriyalı, *551429 saylı Çıxarışa əsas isə ünvan 4 ünvanındakı Əmlak kompleksinin istifadəsində olan 12767,8 kv.metr torpaq sahəsinin Ağalarov Cavanşir Mirsəttar oğluna satılmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ağalarov Cavanşir Mirsəttar oğlu arasında bağlanmış *3 fevral 2*11-ci il tarixli, 292* №-li alqı-satqı müqaviləsi olmuşdur. Həmin alqı-satqı müqaviləsi nəticəsində istifadəsində olmuş 5*x2* metr ölçüdə torpaq sahəsi də əsassız olaraq Ağalarov Cavanşir Mirsəttar oğluna satılmış torpaq sahəsinin hüdudlarında göstərilmişdir. Bunu təsdiq edən məhkəmə qərarları da olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2*15-ci i l tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 23 iyul 2*14-cü il tarixli rəyinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisinin iştirakı ilə aparılmış ölçü işləri nəticəsində müəyyən edilmiş mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsinin parametrləri… İddiaçı istifadəsində olan iki mərtəbəli (“Təfəkkür” Universitetinin Salyan filialının binası) tikilinin qarşısında və 118,8 kv.m yaşayış evinin altında və ətrafında olan torpaq sahəsidir. Salyan rayon İcra Hakimiyyəti başçısının *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı və Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə İddiaçı ayrılmış sahəsi 5*x2* metr olan və ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin iddiaçı C.M.Ağalarovun mülkiyyətində olan torpaq sahəsi ilə tam üst-üstə düşdüyü müəyyən olunur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı C.M.Ağalarovun mülkiyyətinə olan, ünvan 4 ünvanda yerləşən, 1*4 saylı peşə məktəbinin altında yerləşən, sahəsi 1,276678 olan torpaq sahəsinin *,*8 ha hissəsi Salyan rayon İHBnın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı ilə İddiaçı ayrılmış, ona məxsus olan sahəsi və iddia edilən ölçüsü 5*x2* metr olan torpaq sahələri üst-üstə düşür. Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı ilə sahəsi 5*x2* ha olan və İddiaçı ayrılmış torpaq sahəsi C.M.Ağalarovun mülkiyyətinə verilmiş torpaq sahəsindən öncə verilmişdir. Sahəsi 5*x2* olan torpaq sahəsinin İddiaçı istifadəsinə v erilməsinə dair Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı qüvvədədir və heç kim tərəfindən mübahisələndirilməmişdir. Mübahisəli olan və sahəsi *,*8 ha torpaq sahəsi Salyan rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə İddiaçı istifadəsinə verilmişdir. ünvan 8 ünvanda yerləşən torpaq sahəsinin *,*8 ha hissəsi Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il, 3*7 saylı əmri ilə İddiaçı verilmişdir. İşin bu cür halında mübahisəli torpaq sahəsinin Salyan Rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 9 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə İddiaçı verilməsi müvafiq qərarların icrası qaydasında həyata keçirilmişdir. Buna görə də, mübahisəli torpaq sahəsinin İddiaçı verilməsi törəmə hüquq münasibəti olub, Salyan rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmrindən törəmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmrinin qanuniliyi isə hər hansı şəxs tərəfindən, o cümlədən C.M.Ağalarov tərəfindən mübahisələndirilməmişdir. Buna görə də sahəsi *,*8 ha olan mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan rayon İH başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri hazırda hər hansı şəxs tərəfindən mübahisələndirilmədən qüvvədə olduğu halda həmin qərarın icrası qaydasında mübahisəli torpaq sahəsinin İddiaçı verilməsinə dair qərar qanunsuz hesab edilə bilməz və İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilə bilməz. Mübahisələndirilən torpaqla əlaqədar işlərə baxmış bütün məhkəmə instansiyalarının qəbul etdiyi qərarlardan göründüyü kimi 1,27678 hektar torpaq sahəsi bütövlükdə Ağalarov Cavanşir Mirsəttar oğluna satıla bilməzdi.
11. Salyan Rayon Məhkəməsinin 12 iyul 2*17-ci il tarixli, 2(*57)-679/2*17 nömrəli qətnaməsi ilə (hakim M.Qasımov) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Salyan RİHB-nın *2 sentyabr 1997-ci il tarixli sərəncamı ilə mübahisələndirilən 5*x2* m ölçüdə olan torpaq sahəsi iddiaçıya deyil, məhz “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılmışdır. Sadəcə ayrılmış torpaq sahəsində olan yataqxana binası sökülməmiş, həmin bina bir müddət əsassız olaraq iddiaçının mülkiyyətində olmuş, iddiaçı 149 saylı qeydiyyat vəsiqəsi alaraq həmin binaya mülkiyyət hüququ əldə etmiş, sonradan onun həmin yataqxana binasına olan mülkiyyət hüququ məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir. İddiaçının “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılmış torpaq sahəsinin mübahisələndirilməsi ilə əlaqədar subyektiv hüququ olmamışdır. Hətta həmin torpaq sahəsinin cavabdeh Cavanşir Ağalarovun mülkiyyətində ki torpaq sahəsinin daxilində olması, belə onun sözügedən torpaq sahəsinə olmayan subyektiv hüququnu poza bilməz.
13. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 53.2, 53.3, 337.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 77.1, 82.3-cü, “Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Qərarı ilə əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Birinci instansiya məhkəməsinin birinci iş üzrə qəbul edilmiş qətnaməsindən üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Həmçinin birinci instansiya məhkəməsinin ikinci iş üzrə qəbul edilmiş qətnamədən İddiaçı apellya siya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İş üzrə apellyasiya instansiyası məhkəməsində təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 2* avqust 2*18-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə X5 Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Ağayev tərəfindən imzalanmış 27 iyul 2*18-ci il tarixli mütəxəssis rəyinə və iş materiallarında olan seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam paylı mülkiyyət hüququ üzrə 27 yanvar 2*15-ci il tarixdə və *4 mart 2*16-cı il tarixdə Ağalarov Cavanşir M irsəttar oğlunun adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1,27678 ha və 1,2*93 ha torpaq sahələri ilə ƏMDK-nın İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin ünvan 2 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Lakin, İddiaçı iddia etdiyi iki mərtəbəli yaşayış evinin yerləşdiyi Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanda yerləşən torpaq sahəsi X2 istifadəsində olmaqla Seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, tam paylı mülkiyyət hüququ üzrə 27 yanvar 2*15-ci il tarixdə və *4 mart 2*16-cı il tarixdə Ağalarov Cavanşir Mirsəttar oğlunun adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 5 4 ünvanında yerləşən 1,27678 ha və 1,2*93 ha torpaq sahələri ilə üst-üstə düşür. Cavabdeh C.M.Ağalarovun *8 may 2*15-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 *,*225 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi iki mərtəbəli yaşayış evinin yerləşdiyi ünvan 10 ünvanda yerləşən torpaq sahəsi üst-üstə düşməmişdir. Mübahisə olunan torpaq sahəsindəki 2 mərtəbəli yaşayış evi faktiki olaraq X2 istifadəsində olmaqla Ağalarov Cavanşir Mirsəttar oğlunun torpaq sahəsində yerləşmişdir. Koordinatları sxematik planda əks olunmaqla rəyə əlavə edilmişdir. İddiaçı Ələkbər Ələkbərovun iddia etdiyi 2 mərtəbəli yaşayış evi faktiki olaraq X2 istifadəsində olmaqla Seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam paylı m ülkiyyət hüququ üzrə 27 yanvar 2*15-ci il tarixdə və *4 mart 2*16-cı il tarixdə Ağalarov Cavanşir Mirsəttar oğlunun adına qeydə alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1,27678 ha və 1,2*93 ha torpaq sahələrində yerləşmişdir. Cavabdeh C.M.Ağalarovun mülkiyyətində olan 1,27678 ha və 1,2*93 ha torpaq sahəsindən başqa, faktiki istifadəsində artıq torpaq sahəsi mövcud olmamışdır.
17. İş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 25 avqust 2*19-cu il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X5 LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi (12x8=96 kv.m) iki mərtəbəli yaşayış evinin yerləşdiyi Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanda yerləşən torpaq sahəsi X2 istifadəsində olmaqla, Seriya RX *551429 saylı və seriyalı RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, tam paylı mülkiyyət hüququ üzrə 27 yanvar 2*15-ci il tarixdə və *4 mart 2*16-cı il tarixdə Ağalarov Cavanşir Mirsəttar oğlunun adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1,27678 ha və 1,2*93 ha torpaq sahələri ilə üst-üstə düşdüyü, İddiaçı torpaq sahəsi olması haqqında hüquq müəyyənedici sənədləri olmadığından tərəflərindən sualın cavablandırılması mümkün olmadığı, Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyətində RX №*827338 seriyalı reyestr nömrəsi 8*9*13*3622*3 və sahəsi 1,2*93 ha olan torpaq sahəsi faktiki və sənəd üzrə Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşdiyi müəyyən edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin 19 noyabr 2*19-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 fevral 2*2*-ci il tarixli, 2(1*6)-*4/2*2* nömrəli qərardadı ilə (hakim T.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Kərimov və F.Abbasov) Salyan Rayon Məhkəməsinin 2(*57)-1394/2*16 nömrəli, 14 sentyabr 2*16-cı il tarixli və Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 nömrəli, 12 iyul 2*17-ci il tarixli qətnamələrinin ləğv edilməsi, bir icraatda birləşdirilmiş mülki işlər üzrə iddiaçı Əlİddiaçı və cavabdeh Ağalarov Cavanşir Mirsəttar oğlu arasında barışıq sazişinin təsdiq edilməsi, mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
20. Barışıq sazişinə əsasən, İdd iaçı Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan hər iki iddiasından imtina etmiş, tərəflər Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin Planına uyğun olaraq *,*95 ha (95 kv.m) torpaq sahəsi hər iki tərəfin ümumi istifadədə olan gediş-gəliş yolu olmaqla, *,*3*5 ha (3*5 kv.m) torpaq sahəsini İddiaçı, *,*364 ha (364 kv.m) torpaq sahəsi Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyətinə verilməsi öhdəliyini öhdələrinə götürmüşlər. Ağalarov Cavanşir Mirsəttar oğlunun üzərinə mülkiyyətində olan *,*3*5 ha (3*5 kv.m) torpaq sahəsini İddiaçı mülkiyyətinə verməklə (alqı-satqı və ya bağışlama yolu ilə) özgəninkiləşdirməsi vəzifəsi qoyulmuş, sözügedən torpaq sahəsi ünvan 2 ünvanı kimi qeyd olunmuşdur. Həmçinin sazışdə Ümumi istifadədə olan torpaq sahəsindən (mübahisəli ərazidən) qurğular və digər avadanlıqların çıxarılması, saziş imzalandıqdan sonra hər iki iş üzrə İddiaçı məhkəmə mübahisəsinə son qoyacağı qeyd olunmuşdur. ç) Kassasiya instansiyası məhkəməsində birinci icraat:
21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 1* avqust 2*23-cü il tarixli qərardadı ilə Maraqlı şəxs Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 fevral 2*2*-ci il tarixli, 2(1*6)-*4/2*2* nömrəli qərardadı ilə maraqlarına toxunan şəxs kimi tanınmışdır.
22. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının *6 noyabr 2*23-cü il tarixli qərarı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2*2*-ci il tarixli, 2(1*6)-*4/2*2* nömrəli qə rardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *8 avqust 2*24-cü il tarixli, 2(1*4)-264/2*24 nömrəli qətnaməsi ilə (hakim C.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Mayılov və F.Hüseynov) birləşdirilmiş birinci mülki iş üzrə üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2*16-cı il tarixli, 2(*57)-1394/2*16 nömrəli qətnaməsi ləğv edilərək, birinci iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğluna qarşı “dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin istifadəsinə verilməsi” tələbinə dair iddiası təmin edilmiş, birləşdirilmiş ikinci mülki iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 12 iyul 2*17-ci il tarixli, 2(*57)-679/2*17 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya kollegiyası birinci iş üzrə iddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2*15-ci il tarixli qərarında 5*x2* ha torpaq sahəsi deyil, *,*8 ha torpaq sahəsi mübahisə predmeti olmuşdur.
25. Bundan başqa, birinci instansiya məhkəməsi birinci iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 yanvar 2*13-cü il tarixdə üçüncü şəxs Ağalarov Cavanşir Mirsəttar oğlunun adına verilmiş RX seriyalı, *551429 saylı Çıxarışı qismən ləğv edərək Ağalarov Cavanşir Mirsəttar oğlunun mülkiyyəti kimi rəsmiləşdirilmiş və ünvan 6 ünvandakı 1,27678 ha torpaq sahəsinin 5*x2* metr ölçüdə sahəsinin İddiaçı istifadəsinə qaytarılmasını qət etməkdən ibarət olan mövqeyi qanuni olmamışdır. Belə ki, məhkəmə həmin çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsini ləğv etmədən belə qərara gələ bilməzdi.
26. İkinci iş üzrə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsi X7 balansından silinmiş, 1949-cu ildə inşa edilmiş, qəza vəziyyətinə düşmüş yataqxana binasının ərazisində yerləşmişdir. İşdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim edi lmiş Salyan RİHB-nın səlahiyyətlərinin yerinə yetirən başçının müavini B.Abdullayevanın təsdiq etdiyi *1 sentyabr 1997-ci il tarixli aktın (torpaqayırma aktının) surətindən görünür ki, Azərbaycan Elm və Təhsil Mərkəzinin “Təfəkkür” Universiteti 15 avqust 1997-ci il tarixli, 3/524 saylı məktubu ilə Salyan RİH-ə müraciət edərək Universitetin Salyan filialının daimi binasının olmamasını nəzərə alıb, bu məqsədlə torpaq sahəsinin ayrılması xahiş edilmişdir. Komissiya yerində baxış keçirmiş və Salyan şəhəri X.R.Ulutürk prospektində yerləşən X7 balansından silinmiş, 1949-cu ildə inşa edilmiş, qəza vəziyyətinə düşmüş yataqxana binasının ərazisində 5*x2* metr (1*** kv.m) ölçüdə torpaq sahəsinin ayrılmasını məqsədə müvafiq hesab etmişdir. Aktı “Təfəkkür” Universitetinin Salyan filialı tərəfindən dir ektor F.Əzizov imzalamışdır. Qeyd olunan aktın məzmunundan da göründüyü kimi, mübahisələndirilən 5*x2* metr (1*** kv.m) ölçüdə torpaq sahəsinin ayrılması “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün nəzərdə tutulmuşdur. Buna görə də, həmin akta əsasən Salyan RİHB *2 sentyabr 1997-ci il tarixdə 3*4-S saylı sərəncam vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Salyan RİHB-nın səlahiyyətlərinin yerinə yetirən başçının müavini B.Abdullayevanın imzaladığı 333 saylı məktubdan görünür ki, Salyan RİHB-nın *2 sentyabr 1997-ci il tarixli, 3*4-S saylı sərəncamına əsasən Salyan şəhərində, X.R.Ulutürk prospektində, X7 yataqxana binasının ərazisində “Təfəkkür” Universitetinin Salyan filialı üçün tikinti altına 5*x2* metr ölçüdə torpaq sahəsinin ayrılması barədə torpaqayırma ko missiyasının rəyi təsdiq edilmişdir. Göründüyü kimi, Salyan RİHB-nın *2 sentyabr 1997-ci il tarixli, 3*4-S saylı sərəncamı ilə bir daha təsdiq olunur ki, mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsi İddiaçı deyil, məhz “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılmışdır.
27. Mübahisələndirilən torpaq sahəsinin “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılmasına baxmayaraq, ayrılmış torpaq sahəsində olan yataqxana binası sökülməmiş və həmin bina bir müddət əsassız olaraq iddiaçının mülkiyyətində olmuş, iddiaçı 149 saylı Qeydiyyat Vəsiqəsi alaraq Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34 ünvanında yerləşən həmin binaya mülkiyyət hüququ əldə etmiş, sonradan onun həmin yataqxana binasına olan mülkiyyət hüququ məhkəmənin qərarı ilə etibarsız hesab edilmişdir.
28. Belə ki, iş materiallarına əlavə edilmiş 149 saylı Qeydiyyat Vəsiqəsi və Texniki Pasportun surətlərindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34 ünvanında yerləşən bina mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Lakin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk166/*3 saylı, *4 fevral 2**3-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsi ilə ünvan 11 ünvanında yerləşən X1* məxsus olmuş yataqxana binasının iddiaçıya satılması barədə X11 ilə iddiaçı arasında bağlanmış 26 avqust 1997-ci il tarixli ikitərəfli əqd, alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, Salyan Rayon İcra Hakimiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin olunaraq Salyan rayon Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına verilmiş 26 iyul 2***-ci il tarixli, 149 saylı Qeydiyyat Vəsiqəsi və Texniki Pasport etibarsız hesab edilmişdir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin verdiyi 26 mart 2**3-cü il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsi ləğv olunmuş, Salyan rayon İcra Hakimiyyəti başçısının iddia tələbi təmin edilmiş, Salyan rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına verilmiş Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34-də yerləşən qeyriyaşayış sahəsinə mülkiyyət hüququnu bildirən 2* iyul 2***-ci il tarixli, 149 saylı Qeydiyyat Vəsiqəsi və həmin ünvana onun adına verilmiş Texniki Pasport etibarsız hesab edilmiş, İddiaçı Salyan rayon İcra Hakimiyyətinə və Salyan rayon Vergilər Şöbəsinə qarşı 36.***.*** manat məbləğində icarə haqqı tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur.
29. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının “Təfəkkür” Universitetinin Salyan filialı üçün tikinti altına ayrılmış 5*x2* metr ölçüdə torpaq sahəsinin mübahisələndirilməsi ilə əlaqədar subyektiv hüququ olmamışdır. Belə ki, həmin torpaq sahəsi ona deyil, “Təfəkkür” Universitetinin Salyan filialı üçün ayrılmışdır. Hətta həmin torpaq sahəsinin cavabdeh Cavanşir Ağalarovun mülkiyyətindəki torpaq sahəsinin daxilində olması belə, onun sözügedən torpaq sahəsinə olmayan subyektiv hüququnu poza bilməz.
30. İddiaçının dəlillərinə hüquqi qiymət verən apellyasi ya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan *3 fevral 2*11-ci il tarixli, 292* saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanındakı 12767,8 kv.m torpaq sahəsinin alqı-satqı müqaviləsi Ağalarov Cavanşir Mirsəttar oğlu ilə birinci cavabdeh olan ƏMDK yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsi ilə deyil, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4 fevral 2**3-cü il tarixli, 1MK-166/3 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş 149 saylı Qeydiyyat Vəsiqəsi əsasında X7 balansında olmuş yataqxanaya iddiaçının mülkiyyət hüququ tanınmışdır. Bundan əvvəl isə, həmin Peşə Liseyinin yataqxanası yerləşən torpaq sahəsindən 5*x2* metr ölçüdə torpaq sa həsi “Təfəkkür” Universitetinin Salyan filialı üçün ayrılmışdır. Qeyd olunan Qeydiyyat Vəsiqəsi etibarsız hesab edildiyindən, mübahisələndirilən torpaq sahəsinin “Təfəkkür” Universitetinin Salyan filialı üçün ayrılmasına dair Salyan RİHB-nın sərəncamı qüvvədə qalmış olur. Buna görə də, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4 fevral 2**3-cü il tarixli, 1MK-166/3 saylı qətnaməsinin hazırda mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsinə bilavasitə aidiyyəti vardır.
31. Həmçinin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Təfəkkür” Universitetinin Salyan filialı hüquqi şəxs olmamış, Filial yalnız hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərmiş, hüquqi şəxs iddiaçını “Təfəkkür” Universitetinin Salyan filialının rəhbəri təy in etməmiş, iddiaçı “Təfəkkür” Universitetinin Salyan filialının təsisçisi olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və prorektor İ.Musayev tərəfindən imzalanmış 12 iyun 2*17-ci il tarixli “Təfəkkür” Universitetinin cavabından görünür ki, İddiaçı ETM “Təfəkkür” Universitetinin Salyan filialında təsisçi olmamışdır
32. ƏMDK-i ilə Ağalarov Cavanşir Mirsəttar oğlu arasında bağlanmış *3 fevral 2*11ci il tarixli, 292* saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqısatqı” müqaviləsinin qismən ləğvi üçün hüquqi əsasların olub-olmamasını müəyyən edən məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin əsas kimi onun mübahisələndirdiyi 5*x2* metr ölçüdə torpaq sahəsinin də satılmış torpaq sahəsinin hüdudlarında olmasını göstərməsidir.
33. Mübahisələndirilən torpaq sahəsini n X7 yataqxanasının ərazisindən verilməsi və bunun üçün həmin yataqxananın sökülməsi qərara alınmışdır. Lakin, həmin yataqxana sökülməmiş və sonda “2 mərtəbəli qeyri-yaşayış binası” adı ilə 24 yanvar 2*11-ci il tarixli, 11*64*15 saylı əmr ilə ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına götürülmüşdür. Yəni, 24 yanvar 2*11-ci il tarixdən başlayaraq mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsinin də olduğu torpaq sahəsində yerləşən 2 mərtəbəli bina ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına keçmiş və onların balansındadır. Lakin, cavabdeh Cavanşir Ağalarova mülkiyyətində olan Əmlak Kompleksi bundan 3 ay əvvəl, yəni 28 oktyabr 2*1*-cu il tarixdə ona satılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və ƏMDK-i ilə Ağalarov Cavanşir Mirsəttar oğlu arasında bağlanmış 28 oktyabr 2*1*-ci il tarixli, 294* saylı “Müəssisənin (obyektin) alqı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini ƏMDKnin 14 saylı ərazi şöbəsi tərəfindən 26 oktyabr 2*1*-cu il tarixdə keçirilən hərracda, *1 saylı protokola əsasən satın alındığı və ümumi sahəsi 341*,4 kv.m. təşkil edən Əmlak kompleksidir. Həmin Kompleks, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşməklə cavabdeh Ağalarov Cavanşir Mirsəttar oğluna satılmışdır. Göründüyü kimi, satılmış Əmlak kompleksi ilə ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına keçmiş X7 yataqxana binası arasında heç bir əlaqə yoxdur. Əmlak Kompleksi cavabdehə satılan zaman X7 yataqxanası heç ƏMDK-nin balansında olmamışdır. Balansda olmayan yataqxananın əra zisində olan torpaq sahəsinin həmin vaxt hərrac yolu ilə cavabdehə satılması qeyri-mümkün idi. Məhz Əmlak kompleksini aldıqdan sonra, cavabdeh Cavanşir Ağalarov həmin kompleksinin istifadəsində olan torpaq sahəsini də almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş ƏMDK-i ilə Ağalarov Cavanşir Mirsəttar oğlu arasında bağlanmış *3 fevral 2*11-ci il tarixli, 292* saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən və Əmlak kompleksinin istifadəsində olan 12767,8 kv.m. torpaq sahəsi təşkil edir.
34. Mübahisələndirilən 5*x2* metr torpaq sahəsinin ayrılması üçün əsas olmuş Salyan RİHB-nın *2 sentyabr 1997-ci il tarixli, 3*4-S saylı sərəncamının ic ra olunubolunmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, surəti iş materiallarına əlavə edilmiş keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağalarov Cavanşir Mirsəttar oğluna ünvanladığı 23 oktyabr 2*14-cü il tarixli cavabdan görünür ki, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 yanvar 2*11-ci il tarixli, 11*64*15 saylı əmri ilə X.R.Ulutürk küçəsi 34 saylı ünvanda yerləşən 828,5 kv.m. torpaq sahəsi həmin mərkəzin balansındadır. Mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsi tikinti məqsədilə İddiaçı deyil, “Təfəkkür” Universitetinin Salyan filialına verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 yanvar 2*11-ci il tarixli, 11*64*15 saylı əmrinin surətindən görünür ki, ƏMDK-nin 28 dekabr 2*1*-cu il tarixli, d/y 1563 saylı məktubunda, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4 fevral 2**3-cü il tarixli qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli qeyriyaşayış binasına Salyan rayon keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair Qeydiyyat Vəsiqəsinin və Texniki Pasportun etibarsız hesab edildiyi bildirilmiş və buna görə də ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilməsi əmr edilmişdir. Müəyyən edilmişdir ki, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 yanvar 2*11-ci il tarixli, 11*64*15 saylı əmri ndə göstərilmiş 2 mərtəbəli qeyri-yaşayış binası ilə balansdan silinmiş X7 yataqxanası eyni binadır. Göründüyü kimi, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına olan və “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılması qərara alınmış 5*x2* metr ölçüdə torpaq sahəsi, 2 mərtəbəli qeyri-yaşayış binası söküldükdən sonra verilməli idi. Lakin, həmin 2 mərtəbəli qeyri-yaşayış binası sökülməmiş, həmin bina ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmiş və bu səbəbdən də Salyan RİHB-nın *2 sentyabr 1997-ci il tarixli, 3*4-S saylı sərəncamı icra olunmamış qalmışdır.
35. İş üzrə keçirilmiş ekspertiza rəylərinə istinad edərək apellyasiya məhkəməsi göstərmişdir ki, RX *551429 saylı və RX *827338 saylı Çıxarışlara əs asən tam paylı mülkiyyət hüququ üzrə 27 yanvar 2*15-ci il tarixdə və *4 mart 2*16-cı il tarixdə Ağalarov Cavanşir Mirsəttar oğlunun adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1,27678 ha və 1,2*93 ha torpaq sahələri ilə ƏMDK-nın İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Lakin, İddiaçı iddia etdiyi iki mərtəbəli yaşayış evinin yerləşdiyi Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanda yerləşən torpaq sahəsi X2 istifadəsində olmaqla Seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, tam paylı mülkiyyət hüququ üzrə 27 yanvar 2*1 5-ci il tarixdə və *4 mart 2*16-cı il tarixdə Ağalarov Cavanşir Mirsəttar oğlunun adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1,27678 ha və 1,2*93 ha torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin ekspert rəyində qeyd edilir ki, cavabdeh C.M.Ağalarovun mülkiyyətində olan 1,27678 ha və 1,2*93 ha torpaq sahəsindən başqa, faktiki istifadəsində artıq torpaq sahəsi və ya istifadə etmə halı müəyyən olunmamışdır. Lakin iddiaçının hüquq müəyyənedici sənədləri olmadığından onun torpaq sahəsinin mövcud olması haqqında suala cavab verilməsinin mümkün olmaması qeyd edilmişdir.
36. Göründüyü kimi iddiaçı qeyd edilən mübahisəli ərazidə ona məxsus olan torpaq sahəsinin mövcudluğuna dair məhkəməyə və ya ekspertə hər hansı hüquq müəyyənedici sənədlər təqdim edə bilməmişdi r. Bu isə onu deməyə əsas verir ki, qeyd edilən mübahisəli ərazidə iddiaçıya aid və ya məxsus olan torpaq sahəsi yoxdur. Buna görə də iddiaçı hazırkı iddia tələblərini irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 139-1.1.3, 14*, 144.1, 144.2, 146.1, 146.2, 152.2, 157.2, 157.8, 414.1, 414.2, 414.4, 415.1, 567, 568.1, 568.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
38. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *8 avqust 2*24-cü il tarixli, 2(1*6)-264/2*24 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.2, 567, 568-ci, Torpaq Məcəlləsinin 66-cı, “Daşınma Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.*.5-ci, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələri pozulmuşdur.
40. Belə ki, məhkəmə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.*.5-ci maddəsini tətbiq etməmişdir. Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34 ünvanında yerləşən qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüququ etibarsız sayıldıqdan sonra, həmin bina ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. Lakin, həmin binanın yerləşdiyi torpaq sahəsindən istifadə hüququ etibarsız hesab edilməmişdir. Həmin torpaq sahəsinin verilməsinə əsas olmuş Salyan Rayon İcra Hakimiyyəti Baş çısının *2 sentyabr 1997-ci il tarixli qərarı qüvvədədir və heç kim tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 29 yanvar 2*15-ci il tarixli qərarında konkret olaraq vurğulamışdır ki, mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri qüvvədə olduğu halda, həmin qərarın icrası qaydasında mübahisəli torpaq sahəsinin İddiaçı verilməsinə dair qərar qanunsuz hesab edilə bilməz. Bu səbəbdən də, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34 ünvanında yerləşən binanın ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olması iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
41. Alqı-satqı müqaviləsi nəticəsi ndə istifadəsində olmuş 5*x2* metr ölçüdə torpaq sahəsi də əsassız olaraq Ağalarov Cavanşir Mirsəttar oğluna satılmış torpaq sahəsinin hüdudlarında göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2*15-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17-3/945 saylı, 23 iyul 2*14-cü il tarixli rəyinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisinin iştirakı ilə aparılmış ölçü işləri nəticəsində müəyyən edilmiş mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsinin parametrləri… İddiaçı istifadəsində olan iki mərtəbəli (“Təfəkkür” Universitetinin Salyan filialının binası) tikilinin qarşısında və 118,8 kv.m yaşayış evinin altında və ətrafında olan torpaq sahəsidir. Salyan rayon İcra Hakimiyyəti başçısının *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı və Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri ilə İddiaçı ayrılmış sahəsi 5*x2* metr olan və ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin C.M.Ağalarovun mülkiyyətində olan torpaq sahəsi ilə tam üst-üstə düşdüyü müəyyən olunur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı C.M.Ağalarovun mülkiyyətinə olan, ünvan 14 ünvanda yerləşən, 1*4 saylı peşə məktəbinin altında yerləşən, sahəsi 1,276678 olan torpaq sahəsinin *,*8 ha hissəsi Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı ilə İddiaçı ayrılmış, ona məxsus olan sahəsi və iddia edilən ölçüsü 5*x2* metr olan torpaq sahələri üst-üstə düşür. Salyan rayon İHB-nın *2 sent yabr 1997-ci il tarixli, 333 saylı sərəncamı ilə sahəsi 5*x2* ha olan və İddiaçı ayrılmış torpaq sahəsi C.M.Ağalarovun mülkiyyətinə verilmiş torpaq sahəsindən öncə verilmişdir. Sahəsi 5*x2* olan torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı qüvvədədir və heç kim tərəfindən mübahisələndirilməmişdir. Mübahisəli olan və sahəsi *,*8 ha torpaq sahəsi Salyan rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 9 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə İddiaçı istifadəsinə verilmişdir. ünvan 8 ünvanda yerləşən torpaq sahəsinin *,*8 ha hissəsi Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il, 3*7 saylı əmri ilə İddiaçı verilmişdir. İşin bu cür halında mübahisəli torpaq sahəsinin Salyan Rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə İddiaçı verilməsi müvafiq qərarların icrası qaydasında həyata keçirilmişdir. Buna görə də mübahisəli torpaq sahəsinin İddiaçı verilməsi törəmə hüquq münasibəti olub, Salyan rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmrindən törəmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmr inin qanuniliyi isə hər hansı şəxs tərəfindən, o cümlədən C.M.Ağalarov tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, sahəsi *,*8 ha olan mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan rayon İH başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri hər hansı şəxs tərəfindən mübahisələndirilmədən qüvvədə olduğu halda, həmin qərarın icrası qaydasında mübahisəli torpaq sahəsinin İddiaçı verilməsinə dair qərar qanunsuz hesab edilə bilməz və İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilə bilməz.
42. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və rəy işə əlavə edilmişdir. Məhkəmə heç bir lüzum olmadığı halda əlavə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir. Bu rəydən sonra məhkəmə öz qətnaməsini iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Məhkəmə nəzərə almamışdır ki, Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Təhsil Nazirliyinin 19may 1997-ci il tarixli 3*7 saylı əmri qüvvədədir.
43. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
44. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
45. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 14*-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayr ı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəm iyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddə sinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətlərinə və işin hallarına səlahiyyətləri çərçivəsində hüquqi qiymət vermiş əsaslı olaraq hesab etmişdir ki, mübahisələdirilən müqavilənin ləğvini tələb etməyə iddiaçının subyektiv hüququ olmamışdır. 51. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2**8-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqaməti ndə hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmas ından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
52. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır və iddiaçının kassasiya şikayətinin dəlilləri iddiaçının iddialarının və apellyasiya şikayətinin dəlillərini təkrarladığı üçün prosessual qənaət prinsipinə görə onlara yenidən qiymət verilməsini zəruri bilmir (bax bənd 24-37).
53. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2**4-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul e tmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *8 avqust 2*24-cü il tarixli, 2(1*6)-264/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.