Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3835/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1896/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 13 sentyabr 2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında qızı X1 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Müqavilədə tədris ili üçün təhsil haqqı nəqliyyat vasitəsindən istifadə edilmədiyi halda 5000 manat müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun müqavilə üzrə müəyyən olunmuş 5000 manat məbləğində təhsil xidməti haqqının 2500 manatını ödəməməsini və bununla da müqavilə öhdəliklərini tam icra etməməsini əsas göstərməklə həmin məbləğin və təhsil haqqının gecikdirilməsinə görə hesablanmış 1357 manatın, cəmi 3857 manatın cavabdehdən alın araq MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1836/2020 saylı, 27 oktyabr 2020ci il tarixli qətnaməsi ilə ( hakim: Ş.Ə.Süleymanova ) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı MMC–nin xeyrinə 2220 manat məbləğində təhsil haqqı borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddiaçının uşağa təhsil verməklə əlaqədar öhdəliyini tam icra etməyib 9 ay əvəzinə 5 ay təhsil verməsini və bunun müqabilində iddiaçıya təhsil haqqı olaraq cəmi 2500 manat ödəməsini, 2020-ci ilin mart ayının 3-dən etibarən isə tədris prosesinin dayandırılmasını, qızına əyani t ədris əvəzinə internet vasitəsi ilə tədris keçilməsini, müqavilənin ziddinə olaraq heç bir dərs ləvazimatı və texniki vasitələrlə təmin edilməməsini, məhkəmənin isə işin həmin hallarına düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1896/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(009)-1836/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iz ahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı MMC kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-1896/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xah iş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər 2019-2020-ci tədris ili üçün 13 sentyabr 2019-cu il tarixli tam orta təhsil xidməti haqqında müqaviləni bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Həmin müqavilə ilə məktəb Cavabdeh qızı D.O.Tyurinaya keyfiyyətli orta təhsil xidməti və sair xidmətlərin göstərilmə sini təmin etmək, Cavabdeh isə nəqliyyat vasitələrindən istifadə etmədikdə məktəbə 5000 manat məbləğində təhsil haqqını ödəmək barədə üzərlərinə öhdəliklər götürmüşlər. Lakin müəyyən olunduğu kimi Cavabdeh müqavilədə müəyyən olunmuş təhsil haqqının 2500 manatını ödəmiş, qalan məbləği isə ödəməməklə müqavilə öhdəliyini tam icra etməmişdir. Cavabdeh təhsil haqqını tam ödəməməsinin səbəbini məktəb tərəfindən təhsilin əyani deyil, onlayn qaydada həyata keçirilməsi və lazımi dərs vəsaitləri ilə təmin olunmaması ilə əsaslandırmışdır. Müəyyən olunduğu kimi, ölkədə koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris dayandırılmış, dərslər onlayn qaydada həyata keçirilmişdir. Həmin ərəfədə şagirdlər qida məhsull arı ilə təmin olunmadıqlarından 04 iyun 2020ci il tarixli əmrlə təhsil haqqı üzrə 280 manat məbləğində güzəşt müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndində müəyyən olunmuşdur ki, qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə məktəb məsuliyyət daşımır. Təhsilin onlayn qaydada keçirilməsi baş vermiş forsmajor hadisəsi ilə bağlı olduğundan, həmin hal iddiaçının üzərinə düşən müqavilə öhdəliyini icra etməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə iş üzrə müə yyən olunmuş sübutlara və qanunun tələbinə uyğun həll edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1896/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3835/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3835/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver