Məhkəmə qərarları › İş №2(102)-3837/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3837/2021

07.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3837/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:qanunsuz tikilinin sökülməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 Şaqenovnanın, onların vəkili İsmayılov Səlimxan İsa oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nünayəndəsi Nüma yəndə və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhəri, Nizami rayonu, Ə Hacıyev küçəsində yerləşən 34 saylı evin (yataqxananın) 4 və 6 saylı mənzilləri İddiaçı1 və İddiaçı2 istifadəsində olmuş, 03.01.2017-ci il tarixdə onlarla "xxxx" MMC arasında bağlanmış müqaviləyə görə onlar həmin mənzilləri MMC-yə təhvil verməyi, MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onları n istifadəsinə verməyi və mənzil verilənə qədər onlara aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər.

2. MMC, 03.01.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili ilkin iddiaçıların istifadəsinə vermişdir və ilkin iddiaçılar hazırda həmin mənzildə yaşamaqdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 Şaqenovna cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 3 yanvar 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanda yerləşən evin ümumi sahəsi 41,8 kv.m. olan 4 və 6 saylı mənzillərini akt əsasında "xxxx" MMC-yə təhvil vermək öhdəliyini öz üzərinə götürmüşlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MMC mənzillərin əvəzinə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzili onların istifadəsinə verməyi öz öhdəsinə götürmüş və həmin mənzili onların istifadəsinə vermişdir. Bir müddət həmin mənzildə yaşadıqdan sonra "xxxx" MMC tərəfindən onların mənzilinin pəncərəsinin qarşısında müvafiq icra hakimiyyətindən buna lazımi icazə alınmadan, binanın görüntüsünü, şəhərsalma və tikinti normalarını və qaydaların ciddi şəkildə pozmaqla qanunsuz tikintisini aparmağa başlamışdır. Bununla əlaqədar olaraq MMC-nin direktoruna narazılıqlarını bildirsələ r də, buna məhəl qoymadan həmin tikintini davam etdirdilər. Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ünvanladıqları şikayət məktubu əsasında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin işçiləri hadisə yerinə gələrək tikintinin dayandırılmasını MMC-nin rəhbərliyindən tələb etdilər. Onlar getdikdən sonra "xxxx" MMC onların pəncərəsi ilə üzbəüz tikilmiş otağın pəncərəsini kərpiclə tikib bağlamaqla kifayətləndilər. Baxmayaraq ki, beton tökməklə pəncərələrinin üstü və yanları bağlanmışdır. Bununla da onların hüquqlarını pozdular. Belə ki, onlara məxsus otağın təbii işıqlandırılması məhdudlaşdırıldı. Yəni pəncərənin qarşısında əlavə otaq tikməklə üstü beton döşəmə ilə tam bağlandı.Qanunun tələblərindən də görünür ki,yaşayış sahəsinin otaqları təbii işıqlandırma şəraiti ilə təmin o lmalıdır. Buna baxmayaraq cavabdeh yaşayış otağının qarşısını bağlamaqla qanunsuz olaraq yenidənqurma işləri aparmış və bununla da öz biznes fəaliyyətini üstün tutaraq onların hüquqlarını pozmuşdur. 5. "xxxx" MMC İddiaçı1 və İddiaçı2 Şaqenovnaya qarşı qarşılıqlı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) təqdim edərək, 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsinə dair öhdəliyin MMC tərəfindən yerinə yetirilməsi və Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnaya həvalə edilməsi, ilkin iddia üzrə iddiaçıların hazırda istifadə etdikləri mənzildən çıxarılması və onların qanuni qüvvədə olan barışıq sazişinin şərtlərinə uyğun olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbləri belə əsaslandırılmışdır ki, MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə əsasən MMC, sökülən otaqların əvəzinə İddiaçı1 və İddiaçı2 Şaqenovnaya Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı təmirli mənzi l alıb verməyi öhdəsinə götürmüş, qərardadın 2.3-cü bəndində, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə, yaxud bundan qəsdən boyun qaçırıldıqda onun məcburi icraya yönəldiləcəyi göstərilmişdir. Hazırda həmin qərardad Nizami Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır, lakin cavabdeh tərəfin köçməyə razı olduğu mənzil barədə mövqe bildirməməsi səbəbindən mənzilin alınıb cavabdehlərin mülkiyyətinə verilməsi ilə əlaqədar öhdəliyin icrası mümkün olmamışdır. MMC çıxılmaz vəziyyətdə qalaraq, həm də ilkin iddia üzrə iddiaçıların mülkiyyət hüquqlarını pozmamaq məqsədilə sökülən otaqların istifadəçiləri olan İddiaçı1 və İddiaçı2 Şaqenovna ilə 03 yanvar 2017-ci il tarixli müqavilə imzalayaraq Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mə rtəbəsindəki 3 saylı təmirli mənzili onların istifadəsinə vermiş, mənzilin cavabdehlərin məhz istifadəsinə verilməsi ilə bağlı xüsusatlar müqavilənin 1.2-ci bəndində birmənalı şəkildə qeyd olunmuşdur. Cavabdehlərin yataqxanada istifadəsində olan otaqların ümumi sahəsi 41.8 kv.m. olmuşdur və mövcud praktikaya, həmçinin tərəflər arasında bağlanmış 03 yanvar 2017-ci il tarixli müqavilənin preambulasının sonuncu abzasına əsasən sakinlərə tikilən binalarda əvvəl istifadə etdikləri sahədən 20 faiz artıq, yəni 50 kv.m. həcmində yaşayış sahəsi verilə bilər. Cavabdehlərin hazırda istifadə etdikləri mənzilin sahəsi isə 83 kv.m.-dən artıqdır. Bundan əlavə, həmin mənzilə bitişik 53,78 kv.m. sahədə yarısı üstüörtülü, digər yarısı isə üstüaçıq terras mövcuddur. Bu mənzil terrasla birlikdə MMC-nin mülkiy yətindədir və cavabdehlərlə olan barışıq sazişi yerinə yetirilənədək onların müvəqqəti istifadəsinə verilmişdir. İşin hallarından görünür ki, cavabdehlər əslində mülkiyyətçi olmadıqları, yalnız istifadə etdikləri yataqxanadakı ümumi sahəsi 41.8 kv.m. olan iki otaq əvəzinə ümumi sahəsi həmin mənzildən üçqat artıq olan mənzil əldə etmək niyyətinə düşüblər və bununla əlaqədar olaraq heç bir hüquqi əsası olmadan guya MMC tərəfindən qeyri-qanuni tikinti aparılmasına dair əsası olmayan iddia qaldırmışlar. Ona görə də MMC-nin rəhbərliyi dəfələrlə bildirişlə müraciət edərək onların istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzili MMC-nə təhvil verilməsini tələb etmişdir. Həmçinin Məmmədovlar ailəsini n nəzərinə çatdırılmışdır ki, MMC, sazişin tələbinə əsasən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzil alaraq onların mülkiyyətinə verməyə hazırdır. Lakin cavabdehlər bu müraciəti müzakirə etməkdən imtina etmişlər.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) ikin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin olunaraq "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xx xx" MMC-nin üzərinə qoyulması, ünvan 4 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi qət olunmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən tanınan və qo runan mülkiyyət hüquqlarından sonuncuya ziyan vuran şəkildə sui-istifadə edirlər. Məhkəmə hesab etmişdir ki, onların bu cür hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır.

9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsinə dair öhdəliyin "xxxx" MMC tərəfindən yerinə yetirilməsi və Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşal dılaraq Rahatlığın Məkanı” MMC-nə təhvil verilməsi vəzifəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 Şaqenovnaya həvalə edilməsi, ilkin iddia üzrə iddiaçıların hazırda istifadə etdikləri mənzildən çıxarılması və onların qanuni qüvvədə olan məhkəmə qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin şərtlərinə uyğun olaraq Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsi,çıxarılma və köçürülmənin eyni vaxtda eyni vaxtda həyata keçirilməsi barədə qarşılıqlı iddia tələblərinin qanuni əsası mövcuddur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şaqenovna həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozması, mülkiyyət hüquqlarına qanunsuz müdaxiləyə haqq qazandırması və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışlar.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinin "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəl i yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və "xxxx" MMC-nin həmin iddia tələbləri üzrə icraata xitam verilməsi qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin “sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23.12.2017-ci il tarixli qərardadının icrası qaydasında həll edilməli olan məsələdir və bu tələbə müstəqil iddia tələbi kimi baxılması mümkün deyildir.Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsinin "xxxx" MMC-nin “ünvan 4 ünvanda tiki lmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb "xxxx" MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunması, "xxxx" MMC-nin həmin iddia tələblərinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, (müvafiq qərardadla "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərini n Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi üzrə icraata xitam verildiyi və qətnamənin həmin hissədə ləğv olunduğu nəzərə alınmaqla), apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 (iki yüz) manatın İddiaçı1 və İddiaçı2 Şaqenovnadan müştərək qaydada tutularaq dövlət büdcəsinə, mütəxəssis rəyinin xərci qismində 200 (iki yüz) manat Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun hesabına köçürülməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası hesab etmişdir ki, 03.01.2017-ci il tarixli müqavilədə onun əvvəllər mövcud olan hər hansı anlaşma və ya əqdi əvəz etdiyinin vurğulanması və müqav ilənin sözügedən barışıq sazişinin icrası ilə şərtləndirilmədən bağlanması, ilkin iddiaçıların həmin müqavilənin predmeti olan mənzildən çıxarılmaları və mənzilin MMC-nə təhvil verilməsi tələbinin təmin olunmasını mümkünsüz edir. Nəzərə alınmalıdır ki, 03.01.2017-ci il tarixli müqavilənin imzalanması ilə tərəflər arasında müvafiq barışıq sazişində razılaşdıqlarından fərqli olan yeni razılaşma əldə olunmuş və əslində onlar barışıq sazişində təsbit edilmiş öhdəliklərinə xitam vermişlər. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Apellyasiya instansiyası qeyd etmişdir ki, 03.01.2017-ci il tarixli müqavilə hazırkı dövrə qədər qüvvədədir və onun etibarsız sayılması barədə iddia qaldırılmamışdır. Qarşılıqlı iddia tələbləri isə ilkin iddiaçıların MMC-yə qarşı iddia qaldırmalarından sonra irəli sürülmüşdür Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

15. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli, 2(103) - 83/2021 saylı qətnaməsinin "xxxx" MMC-nin iddia tələblərinin təmin edilməməsi hissəsində ləgv edilməsi, ünvan 5 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin X1 və İddiaçı2 üzərinə qoyulması, X1 və İddiaçı2 həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmasının Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsinə dair "xxxx" MMC-nin iddia tələbinin təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırmaq üçün irəli sürdüyü dəlillər faktlara deyil, hakimin subyektiv mülahizələrinə əsaslanır. Fakt isə ondan ibarətdir ki, "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanan və hazırda qanuni qüvvədə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(007) - 7800/2018 saylı qərardadı ilə təsdiqlənən barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı təmirli vəziyyətdə mənzil alıb Məmmədovların mülkiyyətinə verməlidir.03.01.2017 -ci il tarixli müqavilənin 1.1.-ci bəndində qeyd olunub ki, ünvan 6 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı ev ilkin iddia üzrə iddiaçılar X2 və İddiaçı2 istifadəsinə verilib.Bu halda, tərəflərin barışıq sazişində təsbit edilmiş öhdəliklərinə xitam verildiyi barədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin hüquqi əsası yoxdur. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

17. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) M əhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nünayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 Şaqenovna, onların vəkili İsmayılov Səlimxan İsa oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qa nunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.

25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla m üəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İş materiallarından görünür ki, qarşılıqlı iddia aşağıdakı tələblərdən ibarət olmuşdur: 1. 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsinə dair öhdəliyin MMC tərəfindən yerinə yetirilməsi;

2. Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnaya həvalə edilməsi;

3. İlkin iddia üzrə iddiaçıların hazırda istifadə etdikləri mənzildən çıxarılması və onların qanuni qüvvədə olan barışıq sazişinin şərtlərinə uyğun olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda həyata keçirilməsi.

28. Birinci iddia üzrə icraata Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir və həmin qərardaddan şikayət verilməmişdir.

29. Digər iki tələb (Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşa yış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq MMCyə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnaya həvalə edilməsi; İlkin iddia üzrə iddiaçıların hazırda istifadə etdikləri mənzildən çıxarılması və onların qanuni qüvvədə olan barışıq sazişinin şərtlərinə uyğun olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda həyata keçirilməsi) 03.01.2017-ci il tarixli müqavilə üzrə tərəflərin öhdəlikləri əsasında həll olunmalıdır. Qeyd olunan müqavilə qüvvədə olduğuna görə həmin iddia tələblərinin təmin olunması uçun əsas yoxdur. Kassasiya kollegiyası hansı halları əsas götürdüyünü əsaslandırdığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır.

30. Kassasiya kollegiyası qey d edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə səthi yanaşıldığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar təsdiq olunmur.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar