Məhkəmə qərarları › İş №2(102)-3839/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3839/2022

13.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3839/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3839/22 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-402/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quliyeva X1 Kamran Rəcəb oğlunun atası X5 ikinci arvadıdır.

2. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 7 saylı evin 15 saylı mənzil mülkiyyət hüququ əsasında X7 məxsus olmuş və o, həmin mənzili 8 may 2018-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh1 hazırda mübahisəli mənzilin mülkiyyətçisidir.

3. X11 tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş “Hyundai Tucson” markalı, **-GS-*** saylı dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnamə 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək Cavabdeh2 verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin avtomobil Bakı şəhəri 44 saylı Notariat Kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X3 verilmişdir. Həmin tarixdə mübahisəli avtomaşın X8 tərəfindən etibarnamə əsasında X10 verilmiş, elə həmin gün də avtomobil X12 tərəfindən Cavabdeh2 satılmış və Cavabdeh2 hazırda mübahisəli avtomobilin mülkiyyətçisidir.

4. Rəcəb Yoldaşova «Erkən Alsheymer xəstəliyi, həmin xəstəlik zamanı demensiya və nitq pozğunluqları» diaqnozu qoyulmuş, o, 2010-cu ildən dəfələrlə müxtəlif xəstəxanalarda müalicə olunmuş və sonuncu dəfə xx.xx.2016-cı il tarixdə TSEK tərəfindən müayinə edilərək ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. O, 3 fevral 2019-cu il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, 08 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 07 saylı evin 15 saylı mənzilinin atası X5 adına keçirilməsi, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 adına verilmiş 08 mart 2018-ci il tarixli; həmin nəqliyyat vasitəsinə dair X2 adına verilmiş 17 may 2018-ci il tarixli, həmin nəqliyyat vasitəsinə dair X9 adına verilmiş 17 may 2018-ci il tarixli etibarnamələrin; habelə həmin nəqliyyat vasitəsinin Cavabdeh2 satılmasına dair 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və nəqliyyat vasitəsinin X5 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əs aslandırmışdır ki, o, atası Rəcəb Yoldaşovun qanun üzrə birinci növbəli vərəsəsidir və atasından qalmış mənzildə onun miras payı vardır. Lakin, atasına məxsus mənzilin atasının ikinci arvadı Cavabdeh1 bağışlanması faktını onun ölümündən, yəni xx.xx.2019-cu il tarixdən sonra bilmişdir. O, bağışlama müqaviləsinin mərhum atası tərəfindən imzalanmadığını, müqavilə imzalanarkən atasının iradəsinin olmadığını və tibbi vəziyyəti ona bu müqaviləni imzalamağa imkan vermədiyini göstərmişdir. Bununla bağlı olaraq müvafiq tibb sənədlərini, atası tərəfindən imzalandığını göstərdiyi iddia etdiyi müxtəlif bankların sənədlərini və digər sənədləri təqdim etmişdir. Həmçinin hesab edir ki, xüsusi mülkiyyət hüququ əsasında atası Rəcəb Yoldaşova məxsus olmuş «Hyundai Tucson» markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Bakı şəhəri, 6 saylı notariat ofisində, xx.xx.2018-ci il tarixdə verilmiş 1 il müddətinə, xx.xx.2018-ci il tarixədək Cavabdeh2 verilməsinə dair etibarnamədə atasının adından icra olunmuş imza onun imzasına oxşamır, həqiqi olmasına əsaslı şübhələr yaranır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(009)1711/2019 nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia rədd edilmişdir.

8. Məhkəmə iddia tələbinin mənzilə aid hissəsinə münasibətdə hesab etmişdir ki, mübahisəli ev bağışlanarkən qanunun müəyyənləşdirdiyi hər hansı şərt pozulmamışdır və bu səbəbdən iddia tələbi həmin hissəsində əsassızdır və təmin edilməməlidir.

9. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, Rəcəb Yoldaşov tərəfindən Cavabdeh2 adına verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə ötürülməsi hüququ etibar olunana verilmişdir. Bu səbəbdən Cavabdeh2 həmin etibarnamə əsasında ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməkdə tam səlahiyyətli olmuşdur. Belə olan halda həmin etibarnamələrin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, qanunun yuxarıda göstərilən tələbləri baxımından təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdləri bağlaya bilməz. Hazırkı işdən görünür ki, mübahisəli avtomaşına dair baş etibarnamə ilkin olaraq Cavabdeh2 adına verilsə də, sonuncu həmin hüquqları sonradan Anar Əlizadəyə, o isə Anar Quliyevə ötürmüşdür. Bundan sonra Anar Quliyev həmin etibarnamə əsasında Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamış və avtomaş ın sonuncunun mülkiyyətinə keçmişdir. Yəni həmin əqd (alqı-satqı müqaviləsi) əvvəl təmsilçi olmuş Cavabdeh2 özü barəsində bağlanan əqd kimi şərh edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisəli avtomaşın iddiaçının atasının sağlığından özgəninkiləşdirilmiş və həmin əqdlər mərhum Rəcəb Yoldaşov tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, bağışlama müqaviləsi bağlanarkən Rəcəb Yoldaşovun həmin notariat əməliyyatında iştirak edib-etməməsi, müqavilədə olan imzanın onun tərəfindən həyata keçirilməsinin şübhəli olduğu və həmin vaxt şəxsin fəaliyyət qabiliyyətinin olmamasını iddia etmişdir. Əldə olunmuş tibb sənədlərindən görünü r ki, Rəcəb Yoldaşovun xəstəliyi ilə bağlı olaraq düşünmə qabiliyyəti olmamışdır. X6 xx.xx.2010-cu il tarixdə başlamışdır və 2018-ci ilədək ən azı 8 il davam etmişdir. xx.xx.2015-ci il tarixdə və xx.xx.2016-cı il tarixdə də eyni xəstəliklə əlaqədar müraciət etmişdir. Bağışlama müqaviləsində olan imzanın Rəcəb Yoldaşovun imzasının olmamasına aid sübutlar iddia ərizəsinə əlavə edilmişdir. Rəcəb Yoldaşovun «Unibank» və "xxxx" ASC-dən daxil olan sənədlər arasında Rəcəb Yoldaşovun şəxsən imzaladığı və əli ilə yazdığı sənədlər mövcuddur. Hətta xx.xx.2000-ci il tarixdə Rabitə müəssisələri ilə istifadəçilər arasında xidməti müqaviləni də şəxsən imzalamışdır. Bu sənədlərdəki imzalarla müqavilə və etibarnamədəki imzalar tamamilə fərqlənir. Bu imzaların uyğunluğunun yoxlanması üçün məhkəmə xətşünaslı q ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Həmçinin də xx.xx.2018-ci il tarixli etibarnamədə olan imza ilə xx.xx.2018-ci il tarixli imzalanması bildirilən imza ilə çox fərqlidir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11552/2019 nömrəli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(009)-1711/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlili üzrə mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə bağlanarkən mərhum R.Yoldaşov notariat kontorunda şəxsən iştirak etmiş və müqavilənin bağlanması zamanı müqavilənin ş ərtləri ona elə həmin vaxt elan olunmuşdur. Belə olan halda R.Yoldaşovun müqavilənin bağlanmasında iradəsinin olmamasına dair iddiaçının göstərdiyi dəlillərin əhəmiyyətsiz olması aşkar olaraq müəyyən olunmuş olur. İmzaların fərqli olmasına münasibətdə isə qeyd edilməlidir ki, həmin sənədlərdəki imzaları mərhuma məxsus olmaması və onun tərəfindən icra edilməməsinə dair hər hansı sübut mövcud deyildir. Faktiki olaraq müqavilənin bağlanmasından bir ildən artıq olan müddətdə R.Yoldaşov mənzili bağışladığı şəxslə birlikdə yaşamış, göstərilən əsaslarla hər hansı bir iddiası olmamış və hər hansı formada müqaviləni mübahisələndirməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mərhumun müqavilə bağlanan vaxt onun xəstəliyinin müqaviləni rəsmləşdirməyə imkan verməməsi, onun məzmununu başa düşməmə sinə dair dəlilləri əsassız sayaraq bunu həmin dəlillərə dair heç bir əsasların müəyyən olunmaması, mərhumun sağlığında müxtəlif banklara müvafiq vəzifələri icra etməsi, ciddi xəstəliyə malik olan şəxsin həmin vəzifələrin icrasını həyata keçirmək mümkünsüz olması, mərhumun təqdim edilmiş şəklində onda hər hansı xəstəliyin izlərini müəyyən etmək və ya onun hərəkətsiz olması müəyyən edilməməsi, bir sözlə iddiaçının bu dəlillərinin formal mülahizələr olması kimi qiymətləndirmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və Ə.Nurməmmədov) xx.xx.2020-ci il tarixli, 2(102)-1387/2020 nömrəli qərarı i lə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11552/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

16. Kollegiya qeyd etmişdir ki, iş materiallarına əsasən mərhum R.Yoldaşovun müqavilənin bağlanması zamanı notariat ofisində iştirak etməsi bağışlama müqaviləsinin məzmunundan aydın şəkildə görünsə də, apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, iddiaçı mərhum atasının notariat ofisində müqavilənin bağlanmasında iştirakını deyil, onun bu müqavilənin bağlanmasında iradəsinin olmamasını mübahisələndirir və bunu atasının həmin vaxt uzun müddət davam edən xəstəliyi ilə bağlı fəaliyyət qabiliyyəti olmaması ilə əsasl andırmağa çalışır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından belə bir diaqnozla müalicə olunan şəxsin yaddaş, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmək qabiliyyəti kimi funksiyalarında pozuntusu olan şəxsdə mülkiyyətində olan əmlaklara dair müqavilə bağlamağa iradə ifadəsinin həqiqətən də olub-olmamasını müəyyənləşdirmək üçün iş materiallarında olan tibbi sənədlər əsasında məhkəmə tibbi (psixiatrik) ekspertizasının təyin edilməsinin zəruriliyini müzakirə etməmiş, bu barədə verilmiş vəsatəti əsassız olaraq təmin etməmişdir.

18. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisələndirən əqd və etibarnamədəki mərhumun imzalarının onun xəstəlikdən əvvəl imzaladığı və təqdim edilmiş sənədlərdə olan imzal arı ilə vizual baxımından da fərqlənməsinə apellyasiya məhkəməsi diqqət yetirməmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin bu hallarının müəyyənləşdirmək üçün verilmiş vəsatətlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi onları əsassız olaraq təmin etməmiş və eləcə də, həmin əqdlərin mərhum Rəcəb Yoldaşov tərəfindən mübahisələndirilməməsinə istinad etməklə iddianın əsassız olmasına dair səhv hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/735 saylı rəyinə əsasən, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə xx.xx.2018- ci il tarixli, ƏNVİ seriyalı, 161227 nömrəli nəqliyyat vasitələrin ə sərəncam verilməsi haqqında etibarnamədə “İmza” qrafasındakı imza-X11 tərəfindən icra olunmuşdur. 21. “Məhkəmə Tibbi Ekspertiza və X4”nin 11 avqust 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Rəcəb Yoldaşovda “erkən alsheymer xəstəliyi zamanı demensiya, nitq pozğunluğu, ateroskleroz, İ hipertoniya” xəstəlikərinə düçar olub və ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin edilib. Təqdim edilən tibbi və digər sənədlərə əsasən onun 08 may 2018-ci il tarixli müqaviləni bağlayarkən öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara nəzarət etmək iqtidarında olmamasını göstərən hər hansı əlamət aşkar edilməyib.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-402/2021 nömrəli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1711/2019 nömrəli, 09 iyul 2019-cu il tarixli qətnaməsinin miras qoyan X7 məxsus avtomobilə dair hissədə qismən ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin xx.xx.2018-ci il tarixdə X12 tərəfindən Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Kollegiya hesab etmişdir ki, avtomobillin xx.xx.2018-ci il tarixdə etibarnamə ilə X3 verilməsi, h əmin tarixdə mübahisəli avtomaşının X8 tərəfindən etibarnamə əsasında X10 verilməsi, elə həmin gün də avtomobilin X12 tərəfindən Cavabdeh2 satılması təmsilçinin- yəni Cavabdeh2 təmsil edilən, yəni R.Yoldaşovun adından şəxsən özü barəsində bağladığı əqd olduğundan, Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşür və əhəmiyyətsiz əqddir. Bu səbəbdən, xx.xx.2018-ci il tarixdə avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibasız hesab edilməlidir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və İ.Xələfov) xx.xx.2021-ci il tarixli, 2(102)-4727/2021 nömrəli qərarı ilə kassasiya şika yəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-402/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Kollegiya qeyd etmişdir ki, fəaliyyət qabiliyyəti olsa da, sözügedən bağışlama müqaviləsi bağlandığı zaman mərhum Rəcəb Yoldaşovun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi mülki iş materialları ilə istisna olunur və işdə, bunun əksini təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, mənzilə dair notarial qaydada bağışlama müqaviləsi bağlandıqdan sonra da Rəcəb Yoldaşov, arvadı Cavabdeh1 ilə birlikdə həmin mənzildə bir ailədə yaşamışlar. Həmçinin bağışlama müqaviləsinin bağlandığı 08 may 2018-ci ildən Rəcəb Yoldaşovun vəfat etdiyi 03 fevral 2019-cu il t arixədək ötən 9 ay müddət ərzində o, öz sağlığında bağışlama müqaviləsini məhkəmə qaydasında mübahisələndirməyib və bütün bunlar isə iddianın mübahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlməyə əsas vermir.

27. Bundan başqa, iddiaçı, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində sözügedən bağışlama müqaviləsinin mərhum atası Rəcəb Yoldaşov tərəfindən imzalanmadığını, həmin müqavilədəki imzanın bilavasitə onun tərəfindən icra olunmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır.

28. Belə ki, işə əlavə edilmiş notariat işinin surətindən görünür ki, bağışlama müqaviləsi mərhum Rəcəb Yoldaşov və arvadı Cavabdeh1 iştirakları ilə və fotoşəkilləri çəkilməklə bağlanıb və imzalanıb.

29. Eyni zamanda, xüsusi notarius Hacı O rucov tərəfindən müqavilə üzrə tərəflərə hüquq və vəzifələri izah edilib və notariat hərəkətlərinin aparılmasının nəticəsi onlara izah olunub və sonda tərəflər şəxsən müqaviləyə notariusun iştirakı ilə imza ediblər və notarius tərəfindən müqavilə üzrə tərəflərin şəxsiyyəti, onların mülki hüquqi fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən mənzilin Rəcəb Yoldaşa məxsus olması tam yoxlanılıb.

30. İşin bu halları bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti və müqaviləni təsdiq etmiş notarius Hacı Orucov tərəfindən müqavilənin arxa hissəsində aparılmış qeydiyyatla da təsdiq olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-402/2021 nöm rəli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyası avtomobilin Anar Əlizadəyə satılmasını qanuni hesab edib. Belə olduğu halda, etibarnamə ilə əlaqəsi olmayan Anar Quliyevin avtomobili Cavabdeh2 satmasının etibarsız hesab edilməsinin Mülki Məcəllənin 359.3-cü maddəsi ilə nə yaxından, nə uzaqdan heç bir əlaqəsi yoxdur. Özgəninkiləşdirmə əməliyyatları eyni gündə xx.xx.2018-ci ildə həyata keçirilib. Bu əsasla alqı-satqı etibarsız hesab edilə bilməz. Qanunverici özgəninkiləşdirmə əməliyyatlarını müddətlə məhdudlaşdırmayıb. Özgəninkiləşdirmənin bir gündə aparılması əsası ilə etibar sız hesab edilməsi tamamilə qanunsuzdur. Məhkəmə kollegiyasının yanaşması yanlışdır. Məhkəmə kollegiyası alqı-satqını etibarsız hesab etdiyi halda, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması məsələsinə münasibət bildirməyib və nəticədə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri pozulub. Avtomobilin əvvəlki sahibinə qaytarılması və Cavabdeh2 ödədiyi pulun taleyi həll edilməmiş qalmamışdır. Özgəninkiləşdirmə qanuni çərçivədə aparılıb. Bu səbəbdən məhkəmənin Mülki Məcəllənin 337-ci maddəsinə istinad etməsi qanunsuzdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönə ldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlan dığı andan etibarsızdır.

38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

39. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının hissəvi ləğvi xahiş edildiyinə görə məhkəmə aktı yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin d əlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

51. Belə ki, işin hallarına əsasən, mübahisəli avtomobil etibarnamə əsasında kassatora verilmiş, sonradan eyni tarixdə verilmiş etibarnamələrlə və müqavilə ilə kassatora satılmışdır.

52. Apelyasiya Məhkəməsinin qətnaməsində “Hyundai Tucson” markalı, **-GS*** dövlət nömrəli minik avtomobilinin xx.xx.2018-ci il tarixdə X12 tərəfindən Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi kimi qeyd olnsa da, əslində alqı-satqı müqaviləsi təmsil olunan X11 ilə Cavabdeh2 arasında ba ğlanmış əqd idi. A.Quliyev etibarnamə verilmiş şəxsdir, rəsmiləşdirilmiş əqd üzrə öz iradəsini deyil, etibar edənin iradəsini ifadə etməklə onun mövqeyindən çıxış etmişdir. Ona görə hazırkı qətnamə A.Quliyevin də maraqlarına toxunmur.

53. Beləliklə, avtomaşının mülkiyyəçisi mərhum X11 xx.xx.2018-ci il tarixdə etibarnamə ilə səlahiyyətlərini 1 il müddətinə Cavabdeh2 vermiş, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 həmin səlahiyyətləri Bakı şəhəri 44 saylı Notariat Kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X3 ötürmüş, həmin gün, elə həmin notariat kontorunda etibarnamə üzrə səlahiyyətlər X10 ötürülmüş, yenə həmin gün, həmin notariat kontorunda X12 mülkiyətçinin adından avtomaşını Cavabdeh2 satılmışdır.

54. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, avtomobilin alqı-satqı müqaviləsi Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbi nəzərə alınmaqla etibarsız əqddir. Çünki, nəticə etibarı ilə təmsil olunan səlahiyyətlərini başqasına ötürməklə sonda təmsil olunanın özü üçün əqd bağlamışdır.

55. Əqd üzrə alınanların geri qaytarılması ilə bağlı (MM-nin 337.5. maddəsi ilə bağlı) kollegiya qeyd edir ki, hazırkı işdə kassatorun A.Quliyev və yaxud əmlakın mülkiyyətçisinə hər-hansı məbləğdə pul verməsi halı təsdiq olunmamış, tərəflər belə bir dəlilin müzakirə edilməsini qaldırmamış və sübutlar təqdim etməmişlər. Ona görə MM-nin 337.5. maddəsinin tətbiqindən söhbət gedə bilməz.

56. Kassatora izah olunur ki, avtomaşını əldə etməsinə görə hər-hansı şəxsə pul vəsaiti ödəmişdirsə, sübutları təqdim etməklə pulun geri qaytarılması ilə bağlı həmin şəxsə qarşı iddia irəli sürə bilər. 57. “Mə hkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikay əti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-402/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar